Məhkəmə qərarları › İş №e-2(025)-487/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-487/2022

01.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-487/2022 01.04.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlu, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1820 manat məbləğində vurulmuş zərər və 38,20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, (cəmi 1858,20 manat) alınaraq, iddiaçı "xxxx" ASC-nin hеsabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “QAZ 31029” markalı, 90–FD–365 dövlət nömrə nişanlı avtomobil 18.11.2019-cu ildən 18.11.2020-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə 18.11.2019-cu il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2020-ci il martın 24-də Cavabdeh2 etibarnamə olmadan idarə etdiyi “QAZ 31029051” markalı, 90–FD–365 dövlət nömrə nişanlı avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi olmayan Cavabdeh1 vermişdir. Cavabdeh1 isə idarə etdiyi “QAZ 31029051” markalı, 90– FD–365 dövlət nömrə nişanlı avtomobillə İsmayıllı şəhəri, K.Qasımov küçəsi kəsişməsində olan yollayrıcında X1 idarə etdiyi “MERCEDES BENZ E220 CDİ” markalı, 50–DD–221 dövlət nömrə nişanlı, X6 məxsus olan “VAZ 21074” markalı, 90–ED–442 dövlət nömrə nişanlı və X2 məxsus “VAZ 21011” markalı, 31–BG–667 dövlət nömrə nişanlı avtomobillərlə toqquşmuşdur. Baş İstintaq və Təhqiqat İdarəsinin Yol X5 X12 və Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X7 tərəfindən 23.04.2020-ci il tarixində cinayət işinin başlanmsının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən Cavabdeh2 və Cavabdeh1 barələrində inzibati qaydada tədbir görülməsi üçün cinayət işinin başlanmsının rədd edilməsi haqqında qərarın surəti BDYPİ-nin YPX Alayına verilməsi üçün göndərilmişdir. YPXA tərəfindən 15.05.2020-ci il tarixində ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 332.4-cü, 332.1-ci və 327.2-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. DİN-nin BDYPİ-in 20.05.2020-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 332.4-cü, 332.1-ci və 327.2-ci maddələri ilə təqsirli bilinmişdir. Qəbələ DYPB-in 22.06.2020-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 335.3-cü maddəsi ilə təqsirli bilinmişdir. Fiziki şəxs qismində avtomobillərin qiymətləndirmə fəaliyyətini aparan X3 (VÖEN ********) tərəfindən 15.04.2020-ci il tarixində verilmiş təmir smetasına əsasən “MERCEDES BENZ E220 CDİ” markalı, 50–DD–221 dövlət nömrə nişanlı avtomobilə 800 manat məbləğində zərər dəymişdir. Fiziki şəxs qismində avtomobillərin qiymətləndirmə fəaliyyətini aparan X3 (VÖEN ********) tərəfindən 15.04.2020-ci il tarixində verilmiş təmir smetasına əsasən “VAZ 21074” markalı, 90–ED–442 dövlət nömrə nişanlı avtomobilə 900 manat məbləğində zərər dəymişdir. Fiziki şəxs qismində avtomobillərin qiymətləndirmə fəaliyyətini aparan X3 (VÖEN ********) tərəfindən 18.05.2020-ci il tarixində verilmiş təmir smetasına əsasən “VAZ 21011” markalı, 31–BG–667 dövlət nömrə nişanlı avtomobilə 120 manat məbləğində zərər dəymişdir. İddiaçı 02.06.2020-ci il tarixində 1641 nömrəli ödəniş tapşırığı ilə 900 manat məbləği zərərçəkmiş şəxs X6 ödəmişdir. İddiaçı 02.06.2020-ci il tarixində 1642 nömrəli ödəniş tapşırığı ilə 800 manat məbləği zərərçəkmiş şəxs X4 ödəmişdir. İddiaçı 02.06.2020-ci il tarixində 1640 nömrəli ödəniş tapşırığı ilə 120 manat məbləği zərərçəkmiş şəxs X2 ödəmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmişdir. Cavabdeh1 tərəfindən məhkəməyə etiraz ərizəsi ünvanlansa da bu barədə əsaslı sübutlar təqdim etməmiş, etirazını əsaslandıra bilməmişdir. Bu səbəbdən mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.4-cü maddəsinə əsasən Məhkəmə aşağıdakı hallarda işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır: 284-5.4.1. qarşılıqlı iddia verilərsə; 284-5.4.2. üçüncü şəxsin işə daxil olması barədə vəsatəti təmin edilərsə; 284-5.4.3. tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə; 284-5.4.4. iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa. Beləliklə ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, 24.03.2020-ci il tarixdə Cavabdeh2 etibarnamə olmadan idarə etdiyi “QAZ 31029051” markalı, 90–FD–365 dövlət nömrə nişanlı avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi olmayan Cavabdeh1 vermişdir. Cavabdeh1 isə idarə etdiyi “QAZ 31029051” markalı, 90–FD–365 dövlət nömrə nişanlı avtomobillə İsmayıllı şəhəri, K.Qasımov küçəsi kəsişməsində olan yollayrıcında X1 idarə etdiyi “MERCEDES BENZ E220 CDİ” markalı, 50–DD–221 dövlət nömrə nişanlı, X6 məxsus olan “VAZ 21074” markalı, 90– ED–442 dövlət nömrə nişanlı və X2 məxsus “VAZ 21011” markalı, 31–BG–667 dövlət nömrə nişanlı avtomobillərlə toqquşmuşdur, PXA********** saylı sığorta şəhadətnaməsinə və Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 02.06.2020-ci il tarixində 1641 nömrəli ödəniş tapşırığı ilə 900 manat, 02.06.2020-ci il tarixində 1642 nömrəli ödəniş tapşırığı ilə 800 manat və 02.06.2020-ci il tarixində 1640 nömrəli ödəniş tapşırığı ilə 120 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Nəticədə Cavabdeh1 və Cavabdeh2 "xxxx" ASC-ə borcu yaranmışdır. "xxxx" ASC Cavabdeh1 və Cavabdeh2 müqaviləyə əsasən 1820 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin ödənilməsini tələb edir. İddiaçı məhkəmədə iddia qaldırılması üçün 38.20 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortalıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1114-cü maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmlak vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Beləliklə, sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən borcun məbləğlərini nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən sənədləri əsas götürüb, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 38 manat 20 qəpik məbləğində dövlət rüsumu cavadehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284- 5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1820 (bir min səkkiz yüz iyirmi) manat məbləğində verilmiş sığorta ödənişi və 38.20 (otuz səkkiz manat iyirmi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1820 (bir min səkkiz yüz iyirmi) manat məbləğində verilmiş sığorta ödənişi və 38.20 (otuz səkkiz manat iyirmi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar