Məhkəmə qərarları › İş №e-2(025)-489/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-489/2025

03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-489/2025 03.04.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X1 İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə 406.82 manat əsas borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 589 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasındaimzalanmış 29 iyul 2024-cü il tarixli, 11 saylı müqaviləyə görə cavabdehə dəyəri 410.66 manat (dörd yüz on manat 66 qəpik) təşkil edən “Redmi 13 C 4GB RAM 128 GB ROM” markalı telefon cihazı verilmişdir. Cavabdeh müqavilə şərtlərini pozmuş, cəmi 3.84 (üç manat səksən dörd qəpik) ödəniş etmişdir. Hazırki günə borcu, 406.82 manat (dörd yüz altı manat səksən iki qəpik) təşkil edir. İşdə olan xx.xx.2024-cü il tarixli, 11 saylı Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə İddiaçı MMC-dən 410.66 manat dəyərində olan “Redmi 13 C 4GB RAM 128 GB ROM” markalı telefonu nisyə almışdır. İşdə olan xx.xx.2025-ci il tarixli Maliyyə arayışına əsasən Cavabdeh ilə xx.xx.2024-cü il tarixində bağlanmış 11 saylı müqavilə üzrə ödənilməmiş 406.82 manat əsas borcu vardır. İşdən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, 11 saylı Müqavilə üzrə aldığı telefonun dəyərini qismən ödəmiş, 406.82 manat borclu qalmışdır. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,..... həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin xeyrinə Cavabdeh 406.82 manat əsas borc, dövlət rüsumuna görə 30 manat tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 406.82 manat əsas borc və dövlət rüsumuna görə 30 manat pul alınıb İddiaçı MMC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar