Məhkəmə qərarları › İş №e-2(025)-494/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-494/2025

07.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-494/2025 07.07.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər, Cavabdeh3, Cavabdeh1 və Qəbələ Regional “Asan Xidmət” mərkəzində notariat ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və mirasın vərəsələr arasında bölünərək payların müəyyən edilməsi tələbi barədə iddia ərizəsinə, müstəqil tələb irəli sürən üçüncü şəxslər, X16 və X6 cavabdehlər, Cavabdeh3, Cavabdeh1 və Qəbələ Regional “Asan Xidmət” mərkəzində notariat ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və mirasın vərəsələr arasında bölünərək payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: miras qalmış əmlakdan vərəsəlik üzrə payların müəyyən edilməsi) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, İddiaçı, müstəqil tələb irəli sürən üçüncü şəxs X23, onların nümayəndəsi Vəkil, cavabdehlər, Cavabdeh3 və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər, Cavabdeh3, Cavabdeh1 və Qəbələ Regional “Asan Xidmət” mərkəzində notariat ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və mirasın vərəsələr arasında bölünərək payların müəyyən edilməsi tələbi barədə iddia ərizəsinə, müstəqil tələb irəli sürən üçüncü şəxslər, X16 və X6 cavabdehlər, Cavabdeh3, Cavabdeh1 və Qəbələ Regional “Asan Xidmət” mərkəzində notariat ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və mirasın vərəsələr arasında bölünərək payların müəyyən edilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər, Cavabdeh3, Cavabdeh1 və Qəbələ Regional “Asan Xidmət” mərkəzində notariat ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və mirasın vərəsələr arasında bölünərək payların müəyyən edilməsi tələbi barədə iddia qaldıraraq xx.xx.2004-cü il tarixdə vəfat etmiş X3 miras qalmış Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən yaşayış sahəsi 55,54 kv/m, köməkçi sahəsi 26,41 kv/m, ümumi sahəsi 78,95 kv/m olan 4 otaqlı mənzilin vərəsəlik üzrə Cavabdeh3 və Cavabdeh1 arasında müvafiq olaraq 9/10 və 1/10 hissələr üzrə bölünməsi barədə Qəbələ rayon NK tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 2V-1305 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, mirasa daxil olan Qəbələ şəhəri, Oktyabr küçəsi 5-də yerləşən 1 otaqlı fərdi yaşayış evi, Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi 35-də yerləşən 4 otaqlı mənzil, təndir evi, təndirxana və şüşəbəndin 1/22 hissəsini, o cümlədən JN-1096F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda yeri və ölçüləri göstərilən Qəbələ şəhərində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki fərdi yaşayış evinin 1/11 hissəsini vərəsəlik üzrə əldə etməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X23 cavabdehlər, Cavabdeh3, Cavabdeh1 və Qəbələ Regional “Asan Xidmət” mərkəzində notariat ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və mirasın vərəsələr arasında bölünərək payların müəyyən edilməsi tələbi barədə iddia qaldıraraq xx.xx.2004-cü il tarixdə vəfat etmiş X3 miras qalmış Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən yaşayış sahəsi 55,54 kv/m, köməkçi sahəsi 26,41 kv/m, ümumi sahəsi 78,95 kv/m olan 4 otaqlı mənzilin vərəsəlik üzrə Cavabdeh3 və Cavabdeh1 arasında müvafiq olaraq 9/10 və 1/10 hissələr üzrə bölünməsi barədə Qəbələ rayon NK tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 2V-1305 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, mirasa daxil olan Qəbələ şəhəri, Oktyabr küçəsi 5-də yerləşən 1 otaqlı fərdi yaşayış evi və Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi 35-də yerləşən 4 otaqlı mənzildən qanun üzrə vərəsəlik üzrə ona düşən məcburi payın müəyyən edilməsi, o cümlədən JN- 1096F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda yeri və ölçüləri göstərilən Qəbələ şəhərində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki 2 otaqlı fərdi yaşayış evi, təndir evi, şüşəbənd və təndirxana üzərində vəsiyyətnamə üzrə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X16 cavabdehlər, Cavabdeh3, Cavabdeh1 və Qəbələ Regional “Asan Xidmət” mərkəzində notariat ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və mirasın vərəsələr arasında bölünərək payların müəyyən edilməsi tələbi barədə iddia qaldıraraq xx.xx.2004-cü il tarixdə vəfat etmiş X3 miras qalmış Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən yaşayış sahəsi 55,54 kv/m, köməkçi sahəsi 26,41 kv/m, ümumi sahəsi 78,95 kv/m olan 4 otaqlı 27 nömrəli mənzilin vərəsəlik üzrə Cavabdeh3 və Cavabdeh1 arasında müvafiq olaraq 9/10 və 1/10 hissələr üzrə bölünməsi barədə Qəbələ rayon NK tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 2V-1305 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, mirasa daxil olan Qəbələ şəhəri, Oktyabr küçəsi 5-də yerləşən 1 otaqlı fərdi yaşayış evi və Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi 35-də yerləşən 4 otaqlı mənzildən qanun üzrə vərəsəlik üzrə ona düşən məcburi payın müəyyən edilməsi, o cümlədən JN-1096F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda yeri və ölçüləri göstərilən Qəbələ şəhərində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki 2 otaqlı fərdi yaşayış evi, təndir evi, şüşəbənd və təndirxana üzərində vəsiyyətnamə üzrə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, X16 və X6 nümayəndəsi Vəkil göstərmişdir ki, X7 xx.xx.2004-cü il tarixdə vəfat etmiş, Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi 35-də yerləşən yaşayış sahəsi 55,54 kv/m, köməkçi sahəsi 26,41 kv/m, ümumi sahəsi 78,95 kv/m olan 4 otaqlı mənzil, Qəbələ şəhəri, Oktyabr küçəsi 5-də yerləşən 1 otaqlı fərdi yaşayış evi, o cümlədən JN-1096F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda yeri və ölçüləri göstərilən Qəbələ şəhərində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki 2 otaqlı fərdi yaşayış evi, təndir evi, şüşəbənd və təndirxana miras qalmışdır. Qəbələ rayon NK tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 2V-1305 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə, mirasa daxil olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən yaşayış sahəsi 55,54 kv/m, köməkçi sahəsi 26,41 kv/m, ümumi sahəsi 78,95 kv/m olan 4 otaqlı mənzilin 9/10 hissəsi vərəsəlik üzrə Cavabdeh3 və 1/10 hissəsi Cavabdeh1 verilmişdir. Halbuki, X4 qanun üzrə on bir vərəsəsi olmuş, beş vərəsə mirasdan imtina etmiş, digərlərinə isə mirasın bölüşdürülməsi barədə məlumat verilməmişdir. X24 xx.xx.1994-cü ildə vəfat etmiş, onun vərəsələri İddiaçı, X30 və X2 Kişvər İsmayıl qızından qalmış mirasın bölgüsündən kənarda qalmışlar. Qəbələ şəhərində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsi üzərindəki 2 otaqlı fərdi yaşayış evi, təndir evi və şüşəbənd X8 vəsiyyət edilmişdir. İddiaçı, X30 və X31, X16 və X23 mirasdan özünə düşən payı tələb edir. Ona görə də, xx.xx.2004-cü il tarixdə vəfat etmiş X3 miras qalmış Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən yaşayış sahəsi 55,54 kv/m, köməkçi sahəsi 26,41 kv/m, ümumi sahəsi 78,95 kv/m olan 4 otaqlı mənzilin vərəsəlik üzrə Cavabdeh3 və Cavabdeh1 arasında müvafiq olaraq 9/10 və 1/10 hissələr üzrə bölünməsi barədə Qəbələ rayon NK tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 2V-1305 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməli, mirasa daxil olan Qəbələ şəhəri, Oktyabr küçəsi 5-də yerləşən 1 otaqlı fərdi yaşayış evi və Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi 35-də yerləşən 4 otaqlı mənzil, o cümlədən JN-1096F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda yeri və ölçüləri göstərilən Qəbələ şəhərində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki 2 otaqlı fərdi yaşayış evi, təndir evi, şüşəbənd və təndirxana mirasdan qanun üzrə və vəsiyyətnamə üzrə pay almaq hüququ olan vərəsələr arasında bölünərək İddiaçı, X16 və X6 payları müəyyən edilməlidir. Cavabdeh1 göstərmişdir ki, o, X25 və X3 törəyib ailənin digər üzvləri (X17, X14, X24, X15, X9, X26, X27, Cavabdeh3, X23, X10r) ilə birlikdə Qəbələ şəhəri, İ.Qutqaşınlı küçəsi 27-də yerləşən 0,07 ha həyətyanı torpaq sahəsi olan 2 otaqlı fərdi yaşayış evində yaşamışdır. 1976-cı ildə həmin həyətyanı torpaq sahəsinə bitişik ərazidə yerləşən 0,06 ha torpaq sahəsi X11 istifadəsinə və 2001ci ildə mülkiyyətinə verilmişdir. 1990-cı ildə o, Eldar Rəfiyevin icazəsi sonuncuya məxsus olan torpaq sahəsində fərdi yaşayış evi tikmiş və ailə üzvləri ilə birlikdə ora köçüb yaşamışdır. X7 xx.xx.2004-cü il tarixdə vəfat etmiş, miras qalmış Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi 35-də yerləşən yaşayış sahəsi 55,54 kv/m, köməkçi sahəsi 26,41 kv/m, ümumi sahəsi 78,95 kv/m olan 4 otaqlı 27 nömrəli mənzil iki vərəsə ( Cavabdeh3 və Cavabdeh1) arasında müvafiq olaraq 9/10 və 1/10 hissələr üzrə bölünmüş, JN-1096F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda yeri və ölçüləri göstərilən Qəbələ şəhərində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsi isə bölünməmişdir. X17, X14, X15 və X9 mirasdan özlərinə düşən payı tələb edir. X5 tərəfindən aldadıldığı üçün mirasdan imtina etmişlər. Ona görə də, X3 miras qalmış Qəbələ şəhərində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsi vərəsələr arasında bölünərək hər birinə düşən pay müəyyən edilməlidir. Cavabdeh X23 göstərmişdir ki, o, X25 və X3 törəyib ailənin digər üzvləri (X17, X14, X15, X9, X26, X27, Cavabdeh3, X24, Cavabdeh1, X18) ilə birlikdə Qəbələ şəhəri, İ.Qutqaşınlı küçəsi 27-də yerləşən 0,07 ha həyətyanı torpaq sahəsi olan 2 otaqlı fərdi yaşayış evində yaşamışdır. X7 qəhrəman ana olduğu üçün Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi 35-də yerləşən çoxmənzilli binada ailəyə 4 otaqlı mənzil verilmiş, X24 öz ailə üzvləri ilə birlikdə həmin mənzilə köçmüş və 1990-cı ilədək orda yaşamışdır. Qəbələ şəhərində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsi üzərindəki 2 otaqlı fərdi yaşayış evi, təndir evi və şüşəbənd X8 vəsiyyət edilmişdir. X3 miras qalmış Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi 35-də yerləşən yaşayış sahəsi 55,54 kv/m, köməkçi sahəsi 26,41 kv/m, ümumi sahəsi 78,95 kv/m olan 4 otaqlı mənzil və JN-1096F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda yeri və ölçüləri göstərilən Qəbələ şəhərində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsinin qanun üzrə və vəsiyyətnamə üzrə pay almaq hüququ olan vərəsələr arasında bölünməsini və hər birinə düşən düşən payın müəyyən edilməsini tələb edir. Cavabdeh3 göstərmişdir ki, o, X25 və X3 törəyib ailənin digər üzvləri (X17, X14, X15, X9, X26, X27, X23, X24, Cavabdeh1, X18) ilə birlikdə Qəbələ şəhəri, İ.Qutqaşınlı küçəsi 27-də yerləşən 0,07 ha həyətyanı torpaq sahəsi olan 2 otaqlı fərdi yaşayış evində yaşamışdır. X7 qəhrəman ana olduğu üçün Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi 35-də yerləşən çoxmənzilli binada ailəyə 4 otaqlı mənzil verilmiş, həmin mənzil özəlləşdirilmiş və Kİşvər Rəfiyeva tərəfindən ona vəsiyyət edilmişdir. X7 xx.xx.2004-cü il tarixdə vəfat etmiş, onun doqquz vərəsəsi olmuş, altı vərəsə mirasdan imtina etmiş, miras qalmış Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi 35-də yerləşən yaşayış sahəsi 55,54 kv/m, köməkçi sahəsi 26,41 kv/m, ümumi sahəsi 78,95 kv/m olan 4 otaqlı 27 nömrəli mənzil iki vərəsə ( Cavabdeh3 və Cavabdeh1) arasında müvafiq olaraq 9/10 və 1/10 hissələr üzrə bölünmüş, JN-1096F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda yeri və ölçüləri göstərilən Qəbələ şəhərində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsi isə bölünməmişdir. Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən 4 otaqlı 27 nömrəli mənzilin vərəsəlik üzrə bölünməsi barədə Qəbələ rayon NK tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 2V-1305 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi və mirasın yenidən bölünməsi üçün heç əsas yoxdur. Ona görə də, iddia tələbi əsasız hesab edilməlidir. İşdə olan 1A/143 nömrəli Qeydiyyat Vəsiqəsinin surətinə əsasən Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi 35-də yerləşən yaşayış sahəsi 55,54 kv/m, köməkçi sahəsi 26,41 kv/m, ümumi sahəsi 78,95 kv/m olan 4 otaqlı 27 nömrəli mənzil 1750 inventar nömrəsi ilə X4 adına tam mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində (reyestr nömrəsi: 1A/143) qeydiyyata alınmışdır. İşdə olan JN 1069F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətinə əsasən plana planda sərhədləri göstərilən Qəbələ şəhərində yerləşən cəmi 0,07 ha həyətyanı torpaq sahəsi Qəbələ rayon AİK-nin xx.xx.2001-ci il tarixli 03 saylı qərarı ilə X4 mülkiyyətinə verilmişdir. İşdə olan AZ-İ 059445 nömrəli “ölüm haqqında” şəhadətnamənin surətinə əsasən X7 xx.xx.2004-cü il tarixdə ölmüşdür. İşdə olan Qəbələ rayon DNK tərəfindən təsdiq edilmiş xx.xx.1995-ci il tarixli 2B-1/23 nömrəli Vəsiyyətnamənin surətinə əsasən X7 mülkiyyətində olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi 35də yerləşən yaşayış sahəsi 55,54 kv/m, köməkçi sahəsi 26,41 kv/m, ümumi sahəsi 78,95 kv/m olan 4 otaqlı 27 nömrəli mənzili Cavabdeh3 vəsiyyət etmişdir. İşdə olan Qəbələ rayon DNK tərəfindən təsdiq edilmiş xx.xx.1999-cu il tarixli 2B-1/91 nömrəli Vəsiyyətnamənin surətinə əsasən X7 mülkiyyətində olan Qəbələ şəhəri, Oktyabr küçəsi 5də yerləşən 1 otaqlı fərdi yaşayış evini Cavabdeh3 vəsiyyət etmişdir. İşdə olan Qəbələ rayon DNK tərəfindən təsdiq edilmiş xx.xx.1990-cı il tarixli 5B-46 nömrəli Vəsiyyətnamənin surətinə əsasən X7 mülkiyyətində olan Qutqaşen (Qəbələ) şəhərində yerləşən 2otaqlı fərdi yaşayış evini, təndir evini,evin qabağındakı şüşəbəndi və təndirxananı X8 vəsiyyət etmişdir. İşdə olan AZ-İ 102534 nömrəli “doğum haqqında” şəhadətnamənin surətinə əsasən xx.xx.1986-cı il təvəllüdlü X1 Elman Məcnun oğlu və X12 törəmişdir. İşdə olan AZ-İİ 289532 nömrəli “ölüm haqqında” şəhadətnamənin surətinə əsasən X24 xx.xx.1994-cü il tarixdə Qəbələ şəhərində ölmüşdür. İşdə olan AZ-İ 102534 nömrəli “doğum haqqında” şəhadətnamənin surətinə əsasən xx.xx.1986-cı il təvəllüdlü X1 Elman Məcnun oğlu və X12 törəmişdir. İşdə olan xx.xx.2012-ci il tarixli 2V-1305 nömrəli Notariat işdə saxlanılan Qəbələ RİHB Qəbələ şəhər İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 2284 nömrəli arayışa əsasən Qəbələ şəhəri, V.Qəhrəmanov küçəsi ev 27-də yaşamış X4 vərəsələri- X17, X14, X15, X9, X26, X27, Cavabdeh3, X23, Cavabdeh1, X10r. (Qeyd: X24 vəfat etmişdir) İşdə olan xx.xx.2012-ci il tarixli 2V-1305 nömrəli Notariat işdə saxlanılan ərizələrə əsasən X17, X14, X15, X9, X26, X27, X23 və Rəfiyeva (Ucarova) Solmaz Məcnun qızı hər biri ayrıayrılıqda X3 qalmış mirası qəbul etmədiyini və gələcəkdə mirasla bağlı iddiası olmadığını bildirmişdir. İşdə olan Qəbələ rayon NK tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 2V-1305 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.2004-cü il tarixdə ölmüş X3 miras qalmış Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən yaşayış sahəsi 55,54 kv/m, köməkçi sahəsi 26,41 kv/m, ümumi sahəsi 78,95 kv/m olan 4 otaqlı 27 nömrəli mənzildən Cavabdeh3 9/10 hissə və Cavabdeh1 1/10 hissə verilmişdir. AR Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə ( vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olan şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilmıəsi bardə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1170.1-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1195-ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Həmin Məcəllənin 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Həmin Məcəllənin 1226.1-ci maddəsinə əsasən mirasda olmayan əşyaya vərəsəliyə çağırmağa əsas verən vəsiyyət sərəncamı etibarsızdır. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Həmin Məcəllənin 1257.2-ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Həmin Məcəllənin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Həmin Məcəllənin 1268-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Həmin Məcəllənin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və qəbulundan imtina edilməsi barədə mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2004-cü il tarixdə tarixdə vəfat etmiş X4 qanun üzrə vərəsələri- X17, X14, X15, X9, X26, X27, Cavabdeh3, X23, Cavabdeh1, X20, (X24 mirasın açıldığı vaxt sağ olmadığından vərəsə deyil (Mad:1134.1-ci )), vəsiyyət üzrə vərəsəsi Cavabdeh3dur. Qutqaşen (Qəbələ) şəhərində yerləşən 2 otaqlı fərdi yaşayış evi, təndir evi,evin qabağındakı şüşəbən və təndirxana miras kütləsinə daxil olmadığından (daşınmaz əmlak obyektinin mövcudluğunu təsdiq edən sənədlər mövcud deyil) həmin əmlakın X8 vəsiyyət olunması haqqında Qəbələ rayon DNK tərəfindən təsdiq edilmiş xx.xx.1990-cı il tarixli 5B- 46 nömrəli Vəsiyyətnamə etibarsızdır.( Mad: 1226.1). X17, X14, X15, X9, X26, X27, X23 və Rəfiyeva (Ucarova) Solmaz Məcnun qızı X3 qalmış mirası qəbul etməkdən imtina etmiş, Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi 35-də yerləşən yaşayış sahəsi 55,54 kv/m, köməkçi sahəsi 26,41 kv/m, ümumi sahəsi 78,95 kv/m olan 4 otaqlı 27 nömrəli mənzil və JN 1069F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətinə əsasən plana planda sərhədləri göstərilən Qəbələ şəhərində yerləşən cəmi 0,07 ha həyətyanı torpaq sahəsindən ibarət olan miras əmlak vərəsələrdən Cavabdeh3 və Cavabdeh1 tərəfindən qəbul edilərək ümumi paylı mülkiyyətə keçirilmişdir. X23 (Mad:1257.1,1257.2,1262), X16 (Mad:1226) və İddiaçı (Mad:1134.1) X3 qalmış mirasdan pay almaq hüququ olmadığından Qəbələ rayon NK tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 2V-1305 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsini və X3 qalmış mirasın yenidən bölünməsini tələb etmək hüququ da yoxdur. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin olunmasın. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar