Məhkəmə qərarları › İş №e-2(025)-495/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-495/2024

02.08.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-495/2024 02.08.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi və maraqlı şəxs Qəbələ rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X6 iştirakları ilə Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, bacısı xx.xx.1973-cü il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1967-ci il tarixdə Qəbələ rayonu Bunud kəndində anadan olmuşdur. X4 06 iyul 2021-ci il tarixdə və anası X5 13 mart 2007-ci il tarixdə ölmüşdür. Atası və anasının birgə nikahlarından xx.xx.1973-cü il tarixdə Yaqut adlı bacısı anadan olmuşdur. Bacısı X2 rayonu Bunud kənd sakini olmaqla, uşaqlıqdan 2-ci qrup ömürlük əlildir, Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsindən pensiya almaqla, əlillik vəsiqəsi də verilmişdir. O, uşaqlıqdan 2016-cı il tarixədək Qəbələ rayonu Bunud kəndində qeydiyyatda olmaqla valideynlərinin himayəsində yaşamışdır. Psixi qüsurlu olan X15 anadangəlmə ömürlük əlil olduğundan hər cür qulluğa ehtiyacı vardır. Başqasının köməyi olmadan müstəqil hərəkət etmək və qərar vermək qabiliyyəti yoxdur, öz hərəkətlərini dərk etmədiyi üçün onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə zərurət yaranmışdır. Bunun nəticəsidir ki, bacısı 2016-cı ildən X1 köçürülmüş və hal-hazırda da orada qalmaqdadır. Bəzi hallarda onun tərəfindən hüquqmüəyyənedici sənədlərin imzalanması zərurəti yarandığından bir sıra çətinliklərlə üzləşirlər. Ona görə də ona qəyyum və ya himayəçi təyin edilmədən onun hüquqlarını həyata keçirmək mümkün deyildir. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsindən görünür ki, X3 İİ dərəcəli əlil olmaqla, ona F20 Şizofrenia, Paranoid forma, fasiləsiz gedişli, psixi qüsur halı diaqnozu qoyulmuşdur. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizə ilə eyni məzmunlu izahat verib, ərizəni müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X11 müvafiq qətnamənin qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etdi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin olunmalıdır. Mülki işdə olan sənədlər: İş materiallarında olan 14noyabr 1973-cü il tarixli, 493787 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10xx.xx.1973-cü il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1973-cü ildə 153 № ilə qeyd edilmişdir. İş materiallarında olan AR ƏƏSMN TSEK tərəfindən təqdim edilmiş elektron arayışında göstərilir ki, X10 xx.xx.2021-ci il tarixdə müayinə edilərək "Şizofreniya paranoid forma, fasiləsiz gedişli, psixi qüsuru ilə" diaqnozu ilə ona müddətsiz İİ qrup əlillik təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X20 "Qəbələ Rayon Mərkəzi Xəstəxanası" X18 tərəfindən təqdim edilmiş 18-1-52-2-1209/2024 saylı xx.xx.2024-cü il tarixli arayışında göstərilir ki, X2 RMX-nın Poliklinika şöbəsinin psixiatrik kabinetində aşağıdakı diaqnozla qeydiyyatdadır. Diaqnoz: "Şizofreniya paranoid forma". İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Bunud kənd İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışlardan görünür ki, ƏrizəçiQəbələ rayon Bunud kəndində qeydiyyatdadır və hal-hazırda Qəbələ rayon Bunud kəndində yaşayırlar. Qəbələ Rayon Məhkəməsinin 29aprel 2024-cü il tarixli, e-2(025)-495/2024 nömrəli qərardadı ilə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, iş üzrə rəy verilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinə göndərilmiş, ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: X10 hər-hansı bir psixi xəstəlikdən əzab çəkirmi?X7öz hərəkətlərini dərk etmək və idarə etmək baxımından onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas varmı?Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X9 Hüquqi Şəxsinin xx.xx.2024-cü il tarixli, 1582 saylı rəyi ilə mülki iş materiallarından, təqdim edilmiş tibbi sənəd və yoxlanılan şəxsin anasından toplanılmış anamnestik məlumatlardan aşağıdakılar məlum olur.Yoxlanılan şəxs xx.xx.1973-cü il tarixdə Qəbələ rayonunda anadan olmuşdur. Yoxlanılan şəxsin müalicədə olduğu AR SN-nın Respublika Psixiatriya Xəstəxanasının müalicə şöbəsi tərəfindən təqdim edilmiş 1966/2021 saylı xəstəlik tarixindən məlum olur ki, yoxlanılan şəxsin erkən psixofiziki inkişafı adi olub, məktəbə vaxtında getmiş, orta təhsillidir. Subaydır. Psixi vəziyyətində dəyişikliklərin yeniyetmə dövründən başlayaraq biruzə verdiyi, onda əsəbilik, şübhələrin olmasını, beynində "səslər"in olması, vəziyyəti ilə əlaqədar psixiatrik qeydiyyatda düşməklə Qəbələ MRX-nin psixiatrik kabinetində müalicədə olması, həmçinin AR SN-nın Respublika Psixiatriya Xəstəxanasında müalicələrdə olmuşdur. Psixi vəziyyətində kəskinləşmə biruzə verdiyi üçün xx.xx.2021-ci il tarixdə AR SN-nın Respublika Psixiatriya Xəstəxanasında müalicəyə daxil olmuş və hal hazırda həmin xəstəxanada "Şizofreniya paranoid forma, fasiləsiz paranoid qüsur halı" diaqnozu ilə stasionar müalicədədir. Yoxlanılan şəxs düzgün bədən quruluşludur. Dəri və görünən selikli qişaları adi rəngdədir. Daxili orqanlar tərəfindən kobud patologiya aşkar olunmur. Nevroloji statusu. Mərkəzi sinir sistemi tərəfindən nəzərə çarpan ciddi orqanik dəyişiklik qeyd edilmir. Psixi statusu. Düşüncəsi kobud pozulmamış, bələdliyi özünə, zamana və məkana görə formal saxlanılıb. Zahirən sakitdir, əhvalı-ruhiyyəsində laqeydlik biruzə verir. Sorğu-sual zamanı ünsiyyətə formal daxil olur, verilən suallara qısa, bir qədər əsəbi tərzdə cavablar verir. Sorğu gedişatında təfəkkürünün paraloji olması, autizm əlamətləri qeyd olunur. İntellekt və yaddaş funksiyaları kobud pozulmayıb. Sorğu gedişatında passiv olaraq ailə üzvlərinə qarşı ayrı-ayrı münasibət sayıqlama ideyaları biruzə verir, tənqidi münasibəti müəyyən edilmir. Hərdən beynində tutqunluq, sıxıntı hiss etdiyini, bəzən isə şübhələr olduğunu bildirir. Maraq dairəsinin və emosional-iradi sferasının enməsi, şəxsiyyətin qüsur əlamətləri müəyyən edilir. Mülki iş materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: X10 hər-hansı bir psixi xəstəlikdən əzab çəkirmi? Cavab: X8 Şizofreniya paranoid forma, psixi qüsur halı xroniki psixi xəstəlik qeyd olunur. 2-ci sual: X7 öz hərəkətlərini dərk etmək və idarə etmək baxımından onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas varmı? Cavab: X10 öz psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. X10 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar vardır. X10 onda müəyyən edilən Şizofreniya paranoid forma, psixi qüsur halı formasında xroniki psixi xəstəliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə iclasında təqdim olunmuş sübutları,ekspert rəyini nəzərə almaqla məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X9 Hüquqi Şəxsinin xx.xx.2024-cü il tarixli, 1582 saylırəyinin nəticə hissəsində göstərilənlər ərizənin təmin edilməsi üçün əsas verir. Belə ki, X7 öz psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığı sübut olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1973-cü ildə Qəbələ rayonu Bunud kəndində anadan olmuş, Qəbələ rayonu, Bunud kəndində qeydiyyatda olan X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesabedilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1973-cü ildə Qəbələ rayonu Bunud kəndində anadan olmuş, Qəbələ rayonu, Bunud kəndində qeydiyyatda olan X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar