Məhkəmə qərarları › İş №e-2(025)-496/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-496/2024

25.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-496/2024 25.06.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh X19 qarşı "miras qalmış əmlakdan vərəsəlik üzrə payın müəyyən edilməsi" tələbinə dair mülki iş üzrə (Açar sözlər: miras qalmış əmlakdan vərəsəlik üzrə payın müəyyən edilməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı, cavabdeh X14, üçüncü şəxslər X3, X11, X7, X12 və X8 iştirakları ilə İddiaçı cavabdeh X19 qarşı "miras qalmış əmlakdan vərəsəlik üzrə payın müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdeh X19 qarşı "miras qalmış əmlakdan vərəsəlik üzrə payın müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının qüvvədə olan vərəsəlik qanununa əsasən Qəbələ rayonu Yeni Dizaxlı kəndində olan, atası X4 adına olan evdən ona düşən payın ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 30 may 2024-cü il tarixdə keçirilən məhkəmə baxış iclasında X15, X23, X20, X24 və X21 müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb olunmuşlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 57.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 1960-cı ildə Qəbələ rayonun Dizaxlı kəndində (sonralar Yeni Dizaxlıadlanıb) anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətdə olmuş, hərbi xidmətdən sonra aliməktəbə daxil olmuş, təhsili başa vurduqdan sonra Bakışəhərində işləməyə başlamış,azsonra isə məlum olduğu kimi Sovet Dövlətinin dağılması prossesi başlanmışdır. O, bu illər ərzində çox çətinliklə bir otaqlı kommunalev ala bilmişdir. Onlar 6 qardaş, 3 bacı olmuşlar,o, evin balaca oğlu olmuşdur. Onun bir qardaşı hələ uşaq olandan həmin kəndə kolxozun sədri olmuşdur. Qısa müddət ərzində bu adam çox harınlaşmış və insanlarnan çox qaba rəftar eləməyə başlamış, o cümlədən ailədə də həmçinin valideyinləri ilə də çox pis rəftar edirmiş. O, axırıncı dəfə 1993 –cü ildə evə gedəndə bu qaba rəftarın bir daha şahidi olmuşdur. (artıq o kənd icra nümayəndəsi idi) O, artıq bunlara dözə bilməmiş və bu adama hər cür cavab qaytarmış ,zatən atası anası da onan qorxurmuş və buna görədə səsləriniçıxarda bilməmişlər. O, evin tikilməsində, fındıq bağının salınmasında onun çox böyük zəhməti olmuş, lakin bu adamın bele qaba hərəkətlərinə görə 1993–cü ildən bəri o kəndə getməmiş, bilirmiş ki, ora getsə əlindən bir xəta çıxacaq . Lakin, bu müddət ərzində rayonda iki – üç dəfə olmuş, bir dəfə Yemişənli kəndində yaşayan böyük bacının yasında olmuş, bir neçə saat və bir dəfə də 2021–ci ilin avqust ayında Qəbələdə yaşayan dayısı qızı Şəhla Xəlil qızının “Şəhidlər” adlı kitabın təqdimat mərasimində olmuşdur. 2009–cu ildə anası, 2010-cu ildə isə sözügeden həmin naqis adam dünyasını dəyişmişdir. Obiri qardaşlarını valideyinləri evləndirib, ev tikiblər,ona çatanda isə artıq atası Bakıda xəstəxanada dünyasını dəyişmişdir, anası da artıq qocalmışdır. Həmin ata evindədə qardaşı tək bir oğlu Abdulla ilə yaşamışdır. O, 2020-ci ilin noyabr ayında Abdullanın vatsap nömrəsinə ev barəsində yazmış, yazmış ki, bu işi onun vicdanına buraxır,ona düşən evdən və həyətdən ona nə düsürsə ayırmasını xahiş etmişdir. Bildirmişdir ki, onun atasına görə o kəntdən çıxmışdır. Abdulla ona bir kəlmə yazmış ki,evin sənədləri yoxdur, sonra iki-üç nəfər qohumlardan ona xəbər göndərmiş və bu adam hamıya yaxşı demişdir. O, 2021-ci ilin avqust ayında Qəbələyə kitabın təqdimat mərasiminə gəlmiş və iki gün bu işlə bağlı tez getmiş, Abdullaya da xəbər göndərmiş ki, gəlsin “Asan xidmətə”-ə və məsələni həll etsinlər. O isə “işim var gəlmirəm” demişdir. O da “Asan xidmət”ə müraciət etmişdir. Xidmətin notariusu ona demiş ki, atasının və anasının ölüm aktlarını təqdim etməlidir, sonra onlar bu barədə Kadastr İdarəsinə sorğu göndərməlidirlər və sonra bu işə baxa bilərlər. Və beləliklə o, bütün sənədləri onlara təqdim etmişdir. Xidmətin əməkdaşı nə qədər araşdırma aparsa da, bütün nəslin ölümü barəsində məlumat çıxmış, bircə atasının ölümü barəsində məlumat çıxmamışdır. O, artıq nədənsə şübhələnməyə başlamışdır. Bu barədə rayon Qeydiyyat şöbəsinə müraciət etməyiməsləhət görmüşlər. Rayon qeydiyyat şöbəsinin arxivində şəxsən onun istirakı ilə Yeni Dizaxlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən gələn ölüm aktları kitablarından atasının ölümü barəsində heç bir məlumat əldə edə bilməmiş, artıq şübhələrinin doğru olmasına inanmağa başlamış və Qeydiyyat şöbəsinin rəhbərliyi ona İmtina cavabı vermiş və bu barədə rayon məhkəməsinə müraciət etməyi məsləhət görmüşdür. O, həmin vaxt rayonda olanda rayonda yaşayan qohumlardan çox qəribə məlumatlar eşitmiş, demişlər ki, bəs kənddə söz söhbət gəzir ki, onlar hələdə Mürəddin kişinin təqaüdünü alırlar.1990-cı ildə vəfat etmiş atasının ölüm aktının olmamasının səbəbiniartıq anlamağa başlamışdır. O, rayonda olanda rayonda yaşayan xalası qızı ona demiş ki, kənddə yaşayan bacısı olara getmiş və demiş ki, “eşitmişəm Vaqif özevini tələb edir”, onda Abdulla cavab verib ki, onlarda vəsiyyətnamə var, o necə ev tələb edə bilər, artıq o başa düşmüş ki, qardaşı oğlu Abdullanı 1996-cı ildə 18 yaşı tamam olan kimi niyə tezevləndirib və bir ildən sonra 1998-ci ildə anadan olan nəvəsinə də atasının adını qoyub, bu necə ola bilər ki, 1990-cı ildə dünyasını dəyişən atası 1998-ci ildə anadan olan nəticəsinə vəsiyyətnamə verib --- bəlkədə bu eşitdikləri heç də doğru deyil?! Möhtərəm hakim !! Bütün bunları bildikdən sonra 2021-ci il avqust ayının 24-də Bakı Baş Poçt İdarəsindən xəbərnamə ilə Qəbələ rayon İB-nın Yeni Dizaxlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Cavanşir Səfərçinova məktub göndərmiş, qanuna görə bir ay ərzində məktuba cavab verilməli olduğu halda Cavanşir Səfərçinov məktuba hələdə cavab yazmamışdır. Atasının ölüm aktı ilə bağlı yaşadığı Bakışəhəri Nəsimi rayom məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və 2023-cü ilin iyun ayında Nəsimi rayon Qeydiyyat Şöbəsindən atasının ölüm aktınıalmışdır . Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X28 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçının vərəsəlik qaydasında tələb etdiyi fərdi yaşayış evində hal-hazırda o, anası, həyat yoldaşı və uşağı yaşayır. Həmin təsərrüfatı əvvəl atası, hal-hazırda isə o idarə etməkdədir. Əmisi Vaqif uşaqlıqdan həmin evdən çıxmış və hec vaxt gəlməmişdir. Həmin halların nəzərə alınmasını və ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında üçüncü şəxs X15 izahatında göstərmişdir ki, evin böyük qardaşıdır. Vaqif uzun müddət kəndə gəlməmiş, atalarının, analarının, bacılarının və qardaşlarının yaslarında iştirak etməmişdir. Vaqifə o vaxt Bakı şəhərində ev alıb vermişlər. Hal-hazırda Vaqifin pay tələb etdiyi fərdi yaşayış evində qardaşının oğlu Abdulla yaşayır və o, payını Abdullaya verir. Öz payından Vaqifin xeyrinə imtina etmir. Məhkəmə iclasında üçüncü şəxs X23 izahatında göstərdi ki, qardaşı Vaqif Universitet oxumuşdur. Ona Bakı şəhərində ev alıb vermişlər. Qardaşı Vaqif neçə il ərzində onlarla qətiyyən maraqlanmamış və kəndə ümumiyyətlə gəlməmişdir. Özü hal-hazırda ayrı təsərrüfatda yaşayır. Öz payından qardaşı Vaqifin xeyrinə imtina etmir. Məhkəmə iclasında üçüncü şəxs X15 izahatında göstərdi ki, qardaşı Vaqif 30 ildə onlarla maraqlanmamışdır. Vaqif atalarının və analarının yasına gəlməmişdir. İndi gəlib pay tələb edir. Vərəsəlik payından Vaqifin xeyrinə imtina etmir. Məhkəmə iclasında üçüncü şəxs X24 izahatında göstərdi ki, öz vərəsəlik payından qardaşı Vaqifin xeyrinə imtina etmir. Öz payını qardaşı oğlu Abdullaya verir. Vaqif neçə ildir rayona gəlməyib, anasının yasına gəlməyibdir və elə qardaşa heç bir pay düşmür. Məhkəmə iclasında üçüncü şəxs X21 izahatında göstərdi ki, o, uzun müddət əvvəl ailə quraraq başqa təsərrüfatda yaşamışdır. Vaqif bir qardaş kimi onunla bir dəfə də olsun maraqlanmamışdır. Öz payından Vaqifin xeyrinə imtina etmir. Öz payını qardaşı oğlu Abdullaya verir. Məhkəmə tərəflərin izahatlarını və işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsinin 13 iyun 2023-cü il tarixdə verdiyi AZ-İİ seriyalı, 279869 nömrəli «Ölüm haqqında şəhadətnamə»nin surətindən görünür ki, X22 20 oktyabr 1990-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsinin 06 iyul 2023-cü il tarixdə verdiyi AZ-İİ seriyalı, 367553 nömrəli «Ölüm haqqında şəhadətnamə»nin surətindəngörünür ki, X2501 dekabr 2009-cu il tarixdə «ürək çatmamazlığı»ndan vəfat etmişdir. İş materiallarında olan Qəbələ Regional «Asan Xidmət» mərkəzində notariat ofisinin notariusu Tamerlan Qurbanın 21 noyabr 2023-cü il tarixdə İddiaçı ünvanladığı 5019 saylı məktubunda göstərilmişdir ki, Mürəddin Aşralıyevin adına Qəbələ rayonu, Dızaxlı kəndində yerləşən fərdi yaşayış evi ilə bağlı vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədilə miras əmlaka faktiki sahiblik etməyi və miras əmlakı faktiki idarə etməyi təsdiq edən sənədləri təqdim etməklə notariat ofisinə müraciət edilə bilər. Məhkəmənin sorğusuna cavab olaraq verilmiş və iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 11 iyun 2024-cü il tarixli, 3-21-3-42/2-3202/2024 nömrəli məktubda göstərilmişdir ki, X5 adına olan Qəbələ rayonu, Dızaxlı kəndi ərazisində yerləşən fərdi yaşayış evinə aid 1988ci il tarixli texni pasportu müəyyən edilmişdir. (Texniki pasportun surəti məktuba əlavə edilmişdir). İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 avqust 2021-ci il tarixli, 05/Q-260/13 nömrəli məktubdan görünür ki, “vətəndaşlıq vəziyyəti aktları”nın avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında X34 doğum akt qeydi aşkar olunmadağı üçün doğum haqqında şəhadətnamə verilməsindən imtina olunaraq, məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq X42 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş və iş materiallarına əlavə edilmiş 20 iyun 2024-cü il tarixli, 1816 nömrəli məktubda göstərilmişdir ki, xx.xx.1990-cı il tarixdə vəfat etmiş, 1910-cu il təvəllüdlü X9 hər hansı əmlakına dair Qəbələ regional “ASAN xidmət” mərkəzində notariat ofisində vərəsəlik işi açılmamış, o cümlədən “Elektron notariat” informasiya sistemində vərəsəlik işi açılması barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan 23yanvar 1996-ci il tarixli, XİX-ЖГ seriyalı, 459428 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı xx xxxxxxxx 1960-ci ildə Qəbələ rayonu, Dızaxlı kəndində doğulmuş, atası X22, anası X16r. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsə sayılırlar. 1170.1-ci maddəsinə görə, vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. 1170-ci maddəsinə əsasən, əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə, lakin vəsiyyətnamədə yalnız bir vərəsənin payı müəyyənləşdirilmişdirsə, digər vərəsələr qalan əmlakı bərabər alır. 1171-ci maddəsinə əsasən, əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə və vərəsələrdən birinə təyin edilmiş pay mirasın hamısından ibarətdirsə, vəsiyyət üzrə bütün vərəsələr bərabər paylar almalıdırlar. 1193-ci maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1262-ci maddəsinə əsasən, əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 1274-cü maddəsinə əsasən, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1282.1-ci maddəsinə əsasən, əgər kəndli təsərrüfatının yerləşdiyi kənd təsərrüfatı təyinatlı torpağın mülkiyyətçisi vəsiyyətnamə ilə onu bir neçə vərəsəyə qoymuşdursa və ya vəsiyyətnamə qoyulmamışdırsa və qanun üzrə bir neçə vərəsə vardırsa, kənd təsərrüfatı təyinatlı torpaq orada yerləşən kəndli təsərrüfatı ilə birlikdə vərəsələr arasında bölüşdürülə bilər, bu şərtlə ki, bölgü nəticəsində vərəsələrdən hər birinə keçən torpaq sahəsi həyat qabiliyyətli təsərrüfatın mövcudluğunu təmin etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 fevral 2020-ci il tarixli qərarı Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı, işin halları, təqdim olunmuş sübutlarla və tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, X1 mülkiyyətində Qəbələ rayonu Dızaxlı kəndi ərazisində yerləşən fərdi yaşayış evi (1988-ci il tarixli texniki pasport) olmuşdur.İddiaçı atası, X1 mülkiyyətində olmuş Qəbələ rayonu Dızaxlı kəndi ərazisində yerləşən fərdi yaşayış evindən vərəsə kimi payını tələb edir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı X1 mülkiyyətdə olan fərdi yaşayış evindən vərəsə kimi payı müəyyən edilməlidir Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, iddiaçının atası X17 20 oktyabr 1990-ci il tarixdə vəfat etmişdir. O, miras əmlaka dair heç bir vəsiyyətnamə qoymamışdır. Miras qalmış fərdi yaşayış evinə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün vərəsələrdən İddiaçıQəbələ Regional «Asan Xidmət» mərkəzindəki notariat kontoruna müraciət etmiş, lakin miras əmlaka faktiki sahiblik etməyi və miras əmlakı faktiki idarə etməyi təsdiq edən sənədlərin təqdim edilməməsi səbəbindən ona vərəsəlik şəhadətnaməsi verilməmişdir. Məhkəmə hesab edir ki, X1 mülkiyyətində olan Qəbələ rayonu Dızaxlı kəndi ərazisində yerləşən fərdi yaşayış evindən (1988-ci il tarixli texniki pasport) İddiaçı 1/10 hissə payı müəyyən olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mərhum X17 vəfat edən zaman onun vərəsələri arvadı X25, uşaqları X15, X23, X20, X24 və X21, İddiaçı, X26, X10 və X2 olmuşlar. Göründüyü kimi X17 vəfat edən zaman 10 qanuni vərəsəsi olmuşdur və bu səbəbdən İddiaçı İddiaçı 1/10 hissə payı müəyyən olunmalıdır. Həmçinin məhkəmə o halı da nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 fevral 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1145 və 1146-cı maddələrinə uyğun olaraq miras fiziki şəxsin öldüyü və ya ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün onun ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır və miras qoyanın öldüyü anda sağ olmuş şəxslər vərəsə ola bilərlər. Göründüyü kimi mərhum X17 vəfat edən zaman arvadı X6 olmuşdur və bu baxımdan Mürəddin Aşıralıyevin vərəsəsi olmuşdur. Bununla bağlı iddiaçıya izah edilir ki, mərhum anası X13 fərdi yaşayış evindən vərəsə kimi payını müəyyən etdikdən sonra anasından qalan vərəsə payının müəyyən edilməsi üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında İddiaçı uzun müddət Bakı şəhərində yaşadığını, kəndə gəlib-getmədiyini, vərəsəliyə faktiki yiyələnmədiyini əsas gətirməklə ona vərəsə kimi payın düşmədiyini qeyd etmişlər. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. X41 göstərilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Konstitusiya məhkəməsinin sözügedən qərarına əsasən məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi qanuni və əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, qanunvericilik məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, X1 adına olan Qəbələ rayonu Dızaxlı kəndi ərazisində yerləşən fərdi yaşayış evindən (1988-ci il tarixli texniki pasport) İddiaçı vərəsə kimi mirasdan payı 1/10 hissə müəyyən olunmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. X1 adına olan Qəbələ rayonu Dızaxlı kəndi ərazisində yerləşən fərdi yaşayış evindən (1988-ci il tarixli texniki pasport) İddiaçı vərəsə kimi mirasdan payı 1/10 hissə müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsiilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar