Məhkəmə qərarları › İş №e-2(025)-503/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-503/2022

11.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-503/2022 11.05.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, sığorta müqaviləsi üzrə mübahisələr) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İşin halları İddiaçı "xxxx" ASC Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 6000 manat və 5000 manat olmaqla, ümumilikdə 11000 manat zərər məbləğinin və ödənilmiş 123 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, 10.06.2019-cu il tarixdə, saat 16:30 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun 82-ci km-də baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi “Nissan-Navara”markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobil, “VAZ 21074” **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq, həmin nəqliyyat vasitəsinə zərər vurmuş, həmçinin avtomobilin sürücüsü X2 ağır dərəcədə xəsarət almış və sərnişin X5 vəfat etmişidir. “Nissan-Navara” markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən 23.08.2018-ci il tarixindən 23.08.2019-cu il tarixinə qədər PXA********** saylı icbari sığorta şəhadətnaməsi ilə sığortalanmışdır. 20.12.2019-cu il və 18.03.2020-ci il tarixli ödəniş sənədlərindən görünür ki, zərərin məbləği olaraq 6000.00 manat və 5000.00 manat iddiaçı tərəfindən müvafiq olaraq X1 və X4 ödənilmişdir. 10.06.2019-cu il tarixdə Cavabdeh barəsində AR DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsininYNHDİ üzrə İstintaq və Təhqiqat Şöbəsinin baş təhqiqatçısı X9 tərəfindən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə cinayət işi başlanılmış və istintaq hərəkətləri aparılması üçün icraata qəbul edilmişdir. 10.09.2019-cu il tarixli YNHDİ üzrə İstintaq və Təhqiqat Şöbəsinin rəis müavini, polis polkovnikleytenantı Arzu Babayev tərəfindən qəbul edilmiş sübutların qiymətləndirilməsi haqqında qərara əsasən, Cavabdeh əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin tərkibi olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə yeni məzmunda ittiham elan edilmişdir. 30.09.2019-cu il tarixdə AR Baş Prokurorunun birinci müavini 2-ci dərəcəli dövlət ədliyyə müşaviri Rüstəm Usubov tərəfindən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 maddəsi ilə təqsirləndirilməsinə dair ittiham aktı təsdiq edilmişdir. 25.12.2019cu il tarixli, 1(091)-130/2019 nömrəli Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərədə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 04 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumedilməklə 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. 25.12.2019-cu il tarixli, 1(091)-130/2019 nömrəli Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmündən və 26.09.2019-cu il tarixli, 005-22089-1219 saylı AR DİN Baş İstintaq İdarəsi və Təhqiqat İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin YNHDİ üzrə İstintaq və Təhqiqat Şöbəsinin YNH təfərrüatları barədə arayışından görünür ki, Cavabdeh alkoqollu içkinin qəbulu nəticəsində nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəməyə mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehnə isə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət vermək hüququ verilir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortalıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 1114-cü maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmlak vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən • Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. • Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. • Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. • Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. • Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan “İcbari sığorta müqaviləsinə dair Məlumat”-dan görünür ki, sığortalı Cavabdehna məxsus «Nissan-Navara» markalı **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobil 23.08.2018-ci il tarixdən 23.08.2019-cu il tarixədək olan dövrü əhatə edən müddətdə "xxxx" ASC tərəfindən sığortalanmışdır. Bundan əlavə, sığortalı Cavabdehna avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında PXA********** saylı şəhadətnamə verilmişdir. İşdə olan digər sənədlərdən göründüyü kimi, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində – 10.06.2019-cu il tarixdə, saat 16:30 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun 82ci km-də baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi “Nissan- Navara”markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobil, “VAZ 21074” **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq, həmin nəqliyyat vasitəsinə zərər vurmuş, həmçinin avtomobilin sürücüsü X2 ağır dərəcədə xəsarət almış və sərnişin X5 vəfat etmişidir. DİN BDYPİ-nin YPXB-nin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatı barədə arayışda yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs kimi Cavabdeh qeyd olunmuşdur. İşdə olan Şəki Ağır Cinayətlər Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli 1(091)-130\2019 saylı hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərədə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 04 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumedilməklə 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. İşdə olan "xxxx" MMC-in 04.10.2019-cu il tarixli hesablama aktından görünür ki, «VAZ 21074» markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün lazım olan ehtiyyat hissələrinin və s. adları, həmçinin onların dəyəri siyahıda ardıcıllıqla göstərilmiş, avtomobilin bərpasına 4500 manat pul vəsaiti tələb olunması qeyd edilmişdir. İşdə olan 17.03.2020-ci il tarixli PXA61191 saylı sığorta aktından görünür ki, vəfat edən şəxs X3 atası X4 5000 manat sığorta ödənişi edilməsi qərara alınmışdır. İşdə olan 17.12.2019-cu il tarixli PXA56143 saylı və PXA52275 saylı sığorta aktlarından görünür ki, X1 ümumilikdə 6000 manat sığorta ödənişi edilməsi qərara alınmışdır. İşdə olan 18.03.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, 5000 manat sığorta ödənişi faydalanan şəxs X4 ödənilmişdir. İşdə olan 24.08.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, 6000 manat sığorta ödənişi faydalanan şəxs İzafəddin Zeynalova ödənilmişdir. Göründüyü kimi, mülki hüquq pozuntusu məhz Cavabdeh tərəfindən törədilmişdir və o, törətdiyi hüquq pozuntusu nəticəsində vurduğu zərəri ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, X4 ödənilmiş 5000 manat və X1 ödənilmiş 6000 manat - ümumilikdə 11000 (on bir min) manat məbləğində verilmiş sığorta ödənişi və 123 (bir yüz iyirmi üç) manat dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət e t d i: İddia təmin edilsin. 11000 (on bir min) manat məbləğində verilmiş sığorta ödənişi və 123 (bir yüz iyirmi üç) manat dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar