Məhkəmə qərarları › İş №e-2(025)-512/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-512/2024

06.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-512/2024 06.06.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, JN-148A, JN-148B, JN-148G və JN- 148F, kodları 40600068 olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrin və JN – 0148, kod 40600068 olan Dövlət Aktının ona dair hissədə ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 05 fevral 1999-cu il tarixli 03 saylı qərarları və 20 iyun 2002-ci il tarixli 06 saylı qərarı ilə ona, X12, X7, X13 və X14 Qəbələ rayonu, Nic kəndi ərazisindən 0.21 ha, 0.31 ha, 0.38 ha və 0.13 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı və kənd təsərrüfatı məhsullları istehsalı təyinatlı torpaq sahələrinə görə ona və digər ailə üzvlərinə JN-148A, JN-148B, JN-148G və JN-148F, kodları 40600068 olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələr və JN – 0148, kod 40600068 olan Dövlət Aktı verilmişdir. Bildirir ki, Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrdə və Dövlət Aktında sonradan ona məlum olmuşdur ki, soyadı “Alxasova” əvəzinə “Alxasov”, adı “Ceyran” əvəzinə “Ceyhun”, ata adı “Ağalar” əvəzinə “Ağamir” kimi, qızı X1 “Alxaslı” əvəzinə “Alxasova”, adı “Güney” əvəzinə “Günel”, oğlu X2 “Alxaslı” əvəzinə “Alxasov” kimi yazılmışdır. Lakin şəxsiyyət vəsiqələrində, doğum, nikah və ölüm haqqında şəhadətnamələrdə və digər sənədlərdə Ərizəçi, X15 və X3 qeyd edilmişdir. Hazırda ona və digər ailə üzvlərinə məxsus torpaq sahələrinə Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestrindən Çıxarış almaq istəyirlər. Lakin Şəhadətnamələrdə soyad, ad və ata adı düzgün yazılmadığından bu mümkün deyildir. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələri verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, şəhadətnamələrdəki yanlışlıqları aradan qaldıra bilmirlər. Həmçinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə keçdiyindən aidiyyatı üzrə Xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə müraciət edərək Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrdəki yanlışlıqların aradan qaldırılmasını xahiş etmişlər, müvafiq olaraq 23 noyabr 2023-cü il tarixli, 3-21-3-42/2-A-01xx-xx/2023 saylı məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Mülki işdə olan sənədlər: İşdə olan JN – 148A nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon AİK-in 05 fevral 1999-cu il tarixli 03 nömrəli qərarına əsasən X10, X4, X5, X6 və X11 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Nic kəndində 0,21 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN – 148B nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon AİK-in 05 fevral 1999-cu il tarixli 03 nömrəli qərarına əsasən X10, X4, X5, X6 və X11 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Nic kəndində 0,31 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN – 148F nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon AİK-in 05 fevral 1999-cu il tarixli 03 nömrəli qərarına əsasən X10, X4, X5, X6 və X11 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Nic kəndində 0,13 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN – 148G nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon AİK-in 05 fevral 1999-cu il tarixli 03 nömrəli qərarına əsasən X10, X4, X5, X6 və X11 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Nic kəndində 0,38 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN – 148 nömrəli (kod: ********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının surətindən görünür ki, Qəbələ rayon AİK-in 20 iyun 2002-ci il tarixli 06 nömrəli qərarına əsasən X10, X4, X5, X6 və X11 ümumi birgə Qəbələ rayonu Nic kəndində 1,70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan xx.xx.1991-ci il tarixli, V-ЖГ seriyalı, 458666 №-li «nikah haqqında» şəhadətnamənin surətindən görünür ki, ərizəçinin ad, soyad və ata adı nikaha daxil olandan sonra “Ərizəçi” kimi qeyd edilmişdir. İşdə olan ərizəçiyə aid AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin ad, soyad və ata adı “Ərizəçi” kimi qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 23 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, JN – 148A nömrəli, JN – 148F nömrəli, JN – 148B nömrəli, JN – 148G nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrdə və JN – 148 nömrəli (kod: ********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında mülkiyyətçinin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5- ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir:birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir);ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir,yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİKin 05 fevral 1999-cu il tarixli 03 nömrəli qərarlarına əsasən X10, X4, X5, X6 və X11 adına verilmiş JN – 148A nömrəli, JN – 148B nömrəli, JN – 148F nömrəli və JN – 148G nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrdə, eyni zamanda Qəbələ rayon AİK-in 20 iyun 2002-ci il tarixli 06 nömrəli qərarına əsasən X10, X4, X5, X6 və X11 adına verilmiş JN – 148 nömrəli (kod: ********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında Ərizəçi soyadı “Alxasova” əvəzinə səhvən “Alxasov”, adı “Ceyran” əvəzinə səhvən “Ceyhun”, ata adı “Ağalar” əvəzinə səhvən “Ağamir” kimi yazılmışdır. Lakin Ərizəçi aid doğum və nikah haqqında şəhadətnamələrdə düzgün olaraq ad, soyad və ata adı Ərizəçi kimi göstərilmişdir. Qeyd olunan şəhadətnamələrdə və dövlət aktında yalnışlıqlar aradan qaldırılmadan ərizəçi həmin şəhadətnamələr üzrə vərəsəlik, mülkiyyət və s. hüquqlarını həyata keçirə bilməz. Göstərilən səhvlərin düzəldilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət edilmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-in 05 fevral 1999-cu il tarixli 03 nömrəli qərarlarına əsasən X10, X4, X5, X6 və X11 adına verilmiş JN – 148A nömrəli, JN – 148B nömrəli, JN – 148F nömrəli və JN – 148G nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrin; Qəbələ rayon AİK-in 20 iyun 2002-ci il tarixli 06 nömrəli qərarına əsasən X10, X4, X5, X6 və X11 adına verilmiş JN – 148 nömrəli (kod: ********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının Ərizəçi aid hissədə Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar