Məhkəmə qərarları › İş №e-2(025)-513/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-513/2024

02.08.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-513/2024 02.08.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi və maraqlı şəxs Qəbələ rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə iştirakları ilə Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonu Həmzəlli kənd sakini X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Qəbələ rayonu Həmzəlli kənd sakini X5 ilə evlənərək ailə qurmuşdur. Onların birgə nikahlarından xx.xx.1990-ci il tarixdə X5 adlı uşaqları doğulmuşdur. X2 anadan qüsurlu doğulmuşdur. Ona anadangəlmə Paranoid şizofreniya, fasiləsiz gedişli, ruhi sferonin qüsuru ilə diaqnozu qoyulub. Sonuncu dəfə xx.xx.2022-ci ildə Tibbi-Sosial Ekspert komissiyasından müayinədən keçmiş, əlillik və sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməklə ikinci dərəcəli əlillik vermişdir. Əlillik və sağlamlıq imkanlarının məhdudluq müddəti - müddətsizdir. Tibbi-Sosial Ekspert Komissiyasının rəyinə əsasən əmək qabiliyyətsizdir. Qeyd olunan anadangəlmə xəstəliyin daşıyıcı olan X2 fiziki-psixi inkişafdan geri qalmaqla Paranoid şizofreniya, fasiləsiz gedişli, ruhi sferonin qüsuru səbəbindən təhsilə cəlb olunmamışdır. Qeyd olunan səbəblərə görə X2nın məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini istəyir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizə ilə eyni məzmunlu izahat verib, ərizəni müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə müvafiq qətnamənin qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etdi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin olunmalıdır. Mülki işdə olan sənədlər: İş materiallarında olan 07yanvar 1991-ci il tarixli, 996467 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5xx.xx.1990-ci il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1991-ci ildə 01 № ilə qeyd edilmişdir. İş materiallarında olan AR ƏƏSMN TSEK tərəfindən təqdim edilmiş elektron arayışında göstərilir ki, X5 "Paranoid şizofreniya. Fasiləsiz gedişli, ruhi sferanın qüsuru ilə" diaqnozu ilə ikinci dərəcəli əlil hesab olunur. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11 “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” X9 03 aprel 2024-cü il tarixli, 18-1-52/2-787/2024 nömrəli məktubda göstərilmişdir ki, Qəbələ rayonu Həmzəlli kəndində qeydiyyatda olan X1 RMX-nın Poliklinika şöbəsində psixiatrik kabinetində “Dz: F20 “Paranoid şizofreniya, fasiləsiz gedişli, ruhi sferanın qüsuru ilə” qeydiyyatdadır. İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Həmzəlli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X1 rayonu Həmzəlli kəndində qeydiyyatdadır və orada yaşayır. Qəbələ Rayon Məhkəməsinin 16aprel 2024-cü il tarixli, 2(025)-513/2024 nömrəli qərardadı ilə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, iş üzrə rəy verilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinə göndərilmiş, ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: X5 hər-hansı bir psixi xəstəlikdən əzab çəkirmi?X3öz hərəkətlərini dərk etmək və idarə etmək baxımından onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas varmı?Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 Hüquqi Şəxsinin xx.xx.2024-cü il tarixli, 2543 saylı rəyi ilə mülki iş materiallarından, təqdim edilmiş tibbi sənəd və yoxlanılan şəxsin anasından toplanılmış anamnestik məlumatlardan aşağıdakılar məlum olur.Yoxlanılan şəxs X5 xx.xx.1990-cı il tarixdə Qəbələ şəhərində anadan olmuşdur. İrsiyyəti psixi xəstəliklərlə ağırlaşmayıb. Valideynləri qohum deyil. Normal doğulub, ilkin psixofiziki inkşafı adi keçmişdir. Orta məktəbə vaxtında gedib, 8 sinif bitirmişdir. Subaydır. Rəsmi olaraq heç yerdə işləmir. Zərərli vərdişləri inkar edir. Anamnesis morbi (xəstəlik anamnezi). Ailə üzvlərinin deməsinə görə 15 yaşından psixi vəziyyəti dəyişmiş, belə ki, özünə qapanmış, öz-özünə danışmış, mənasız hərəkətlər etmiş, gecə yuxusu pozulmuşdur. Bununla əlaqədar olaraq həkim psixiatr tərəfindən müalicələr almışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron Tibbi-Sosial Ekspert Komissiyasının arayışından məlum olur ki, X5 "Paranoid şizofreniya. Fasiləsiz gedişli, ruhi sferanın qüsuru ilə" diaqnozu ilə ikinci dərəcəli əlil hesab olunur. Psixi statusu: Zahirən bir qədər gərgin və səliqəsiz görünür. Bələdliyi öz şəxsiyyətinə, zamana və məkana görə zəifləmişdir. Kontakta formal daxil olur. Suallara əlaqəsiz cavablar verir, asta səs tonu ilə dodaqaltı nə isə danışır. Nitqi monotondur. Təfəkkürü parologikdir, az produktivdir. Autizm əlamətləri qeyd olunur. Eşitmə hallüsinasiyalarının təsiri altında olması təsəvvürü yaradır. Mühakimələrinin səthi olması nəzərə çarpır. Emosional sferası solğundur. Maraq dairəsi məhduddur Keçirilən ekspertizanın məqsədini dərk etmir, onun nəticələri ilə qətiyyən maraqlanmır. Öz vəziyyətinə qarşı tənqid aşkar etmir. Nəticə hissəsi: İ. Motivləşdirici hissə. Yoxlanılan şəxs X4 "ŞiZOFRENİYA PARANOİD FORMA" (F20.0) xroniki psixi xəstəliyi qeyd olunur. Bunu anamnestik məlumatlar (uzun müddətdir psixi xəstə olması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron Tibbi-Sosial Ekspert Komissiyasında "Paranoid şizofreniya. Fasiləsiz gedişli, ruhi sferanın qüsuru ilə" diaqnozu ilə ikinci dərəcəli əlil hesab olunması), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (ünsiyyətə formal daxil olması, təfəkkürünün paroloji və autik olması, maraq dairəsinin məhdudluğu, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair) sübut edir. İİ. Yekun hissəsi: Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə- psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: X5 hər-hansı bir psixi xəstəlikdən əzab çəkirmi? Cavab: Yoxlanılan şəxs X4 şizofreniya paranoid forma xroniki psixi xəstəliyi müəyyən edilir. 2-ci sual: X3 öz hərəkətlərini dərk etmək və idarə etmək baxımından onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas varmı? Cavab: Yoxlanılan şəxs X5 psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də G.N.Yusifovanı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsas var. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə iclasında təqdim olunmuş sübutları,ekspert rəyini nəzərə almaqla məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 Hüquqi Şəxsinin xx.xx.2024-cü il tarixli, 2543 saylırəyinin nəticə hissəsində göstərilənlər ərizənin təmin edilməsi üçün əsas verir. Belə ki, X3öz psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığı sübut olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçina aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1990-ci ildə Qəbələ rayonu Həmzəlli kəndində anadan olmuş, Qəbələ rayonu, Həmzəlli kəndində qeydiyyatda olan və yaşayan X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesabedilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1990-ci ildə Qəbələ rayonu Həmzəlli kəndində anadan olmuş, Qəbələ rayonu, Həmzəlli kəndində qeydiyyatda olan və yaşayan X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçina aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar