Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-551/2025 15.04.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X1 İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2458.5 manat əsas borc, 245.85 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 811 manat əsas borc, 81.1 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 123.7 manat əsas borc, 12.37 manat cərimə borcu olmaqla, ümumilikdə 3732.52 manat borc və 57.33 manat dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-ci il tarixli müqavilələrə əsasən, X3 13 kompüter, PLAYSTATİON 5, İmei kod **********66031 OPPO A78 markalı telefoanlmış və nəticədə 3732.52 (üç min yeddi yüz otuz iki manat, 52 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3925.1 (üç min doqquz yüz iyirmi beş manat, 10 qəpik) manat (18 ay x 90.33 manat + 0 manat ilkin ödəniş) olan X3 13 kompüter üçün ümumilikdə, 2704.35 (iki min yeddi yüz dörd manat, 35 qəpik) manat olmaqla ondan, 2458.5 (iki min dörd yüz əlli səkkiz manat, 50 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 245.85 (iki yüz qırx beş manat, 85 qəpik) manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1625.94 (bir min altı yüz iyirmi beş manat, 94 qəpik) manat (18 ay x 90.33 manat + 0 manat ilkin ödəniş) olan PLAYSTATİON 5 üçün ümumilikdə, 892.1 (səkkiz yüz doxsan iki manat, 10 qəpik) manat olmaqla ondan, 811 (səkkiz yüz on bir) manat ödənilməmiş hissə, güzəşt olunaraq 81.1 (səksən bir anat, 10 qəpik) manat cərimə xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 749.04 (yeddi yüz qırx doqquz manat 4 qəpik) manat (12 ay x 62.42 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********66031 OPPO A78 markalı telefon üçün ümumilikdə, 136.04 (yüz otuz altı manat, 70 qəpik) manat olmaqla ondan, 123.7 (yüz yirmi üç manat, 70 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 12.37 (on iki manat, 37 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, xx.xx.2024-cü il tarixində PAKET COMBOMAX-dan etmiş və məhsul 139,99 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır Cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 1326.61 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 139.99 manat, digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 1440.28 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-ci il tarixli Müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İşdə olan 29 aprel 2024-cü il tarixli 13042121 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 3925.1 manat dəyərində olan X3 13 komputerini nisyə almışdır. İşdə olan 21 dekabr 2023-cü il tarixli 13726579 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 749.04 manat dəyərində olan İmei kod **********66031 OPPO A78 markalı telefonu nisyə almışdır. İşdə olan 21 dekabr 2023-cü il tarixli 13726579 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 749.04 manat dəyərində olan İmei kod **********66031 OPPO A78 markalı telefonu nisyə almışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin predmeti təşkil edən “Mal”a dair geniş məlumat və “Mal”ın qiyməti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir. Müqavilənin 2.6-cı bəndinə əsasən Ödəniş cədvəli üzrə ödənişlər gecikdirildikdə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 % həcmində peniya ödənilir. İşdə olan müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin surətinə əsasən 29 aprel 2024-cü il tarixli 13042121 nömrəli Müqavilə üzrə alınmış malın dəyəri xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 196.95 manat ödənilməklə xx.xx.2025-ci il tarixədək ödənilməlidir. İşdə olan müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin surətinə əsasən 21 dekabr 2023-cü il tarixli 13726579 nömrəli Müqavilə üzrə alınmış malın dəyəri xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 62.42 manat ödənilməklə xx.xx.2024-cü il tarixədək ödənilməlidir. İşdən görünür ki, Cavabdeh 29 aprel 2024-cü il tarixli 13042121 nömrəli müqavilə üzrə aldığı əşyaların dəyərini qismən ödəyərək 2458.5 manat borc, 245.85 manat cərimə, 29 aprel 2024-cü il tarixli 13042121 nömrəli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 811 manat borc, 81.1 manat cərimə, 29 aprel 2024-cü il tarixli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 123.7 manat borc, 12.37 manat cərimə olmaqla, ümumilikdə 3732.52 manat borc hesablanmışdır. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,..... həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 37 (otuz yeddi) manat məbləğində dövlət rüsumu cavadehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, "xxxx" MMC -nin xeyrinə Cavabdeh 29 aprel 2024-cü il tarixli 13042121 nömrəli müqavilə üzrə 2458.5 manat əsas, 29 aprel 2024-cü il tarixli müqavilə üzrə 811 manat əsas, 21 dekabr 2023-cü il tarixli 13726579 nömrəli müqavilə üzrə 123.7 manat əsas borc, dövlət rüsumuna görə 54.28 manat tutulmalı və cərimə məbləği əsas borca mütənasib olaraq endirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 29 aprel 2024-cü il tarixli müqavilə üzrə 2458.5 manat əsas, 25 manat cərimə, 29 aprel 2024-cü il tarixli müqavilə üzrə 811 manat əsas, 8 manat cərimə, 21 dekabr 2023-cü il tarixli müqavilə üzrə 123.7 manat əsas, 2 manat cərimə borcu olmaqla, ümumilikdə 3428.2 (üç min dörd yüz iyirmi səkkiz manat iyirmi qəpik) manat borc və dövlət rüsumuna görə 54.28 (əlli dörd manat iyirmi səkkiz qəpik) manat pul alınıb iddiaçı "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-551/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-551/2025
15.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver