Məhkəmə qərarları › İş №e-2(025)-552/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-552/2024

12.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-552/2024 12.08.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2nin cavabdeh Qəbələ Regional “Asan xidmət” Mərkəzində Notariat Ofisinə və Maraqlı şəxs qarşı "miras qalmış əmlaklar üzərində vərəsəlik hüququnun müəyyən edilməsi və vərəsəlik hüququ üzrə payın müəyyən olunması" tələbinə dair mülki iş üzrə (Açar sözlər: miras qalmış əmlaklar üzərində vərəsəlik hüququnun müəyyən edilməsi və vərəsəlik hüququ üzrə payın müəyyən olunması) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı2nin, iddiaçılar İddiaçı2nin və İddiaçı1 vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə1, cavabdeh Qəbələ Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə2, Maraqlı şəxs iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2nin cavabdeh Qəbələ Regional “Asan xidmət” Mərkəzində Notariat Ofisinə və Maraqlı şəxs qarşı "miras qalmış əmlaklar üzərində vərəsəlik hüququnun müəyyən edilməsivə vərəsəlik hüququ üzrə payın müəyyən olunması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Saşa cavabdeh Qəbələ Regional “Asan xidmət” Mərkəzində Notariat Ofisinə və Maraqlı şəxs qarşı "vərəsəlik hüququ üzrə payın müəyyən olunması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X6 miras qalmış Qəbələ rayonu Nic qəsəbəsindəki yerləşən 0,15 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış yeri üzrə iddiaçılar tərəfimdən mirasın qəbul etmə faktının müəyyən edilməsi; mərhum X6 miras qalmış Qəbələ rayonu Nic qəsəbəsində yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,15 ha həyətanı torpaq sahəsinə iddiaçılara düşən miras payının (vərəsəlik və vəsiyyətnamə üzrə) hər iki iddiaçıya münasibətdə müəyyən edilməsi barədəqətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında X22 mülki işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iddiaçılar İddiaçı2nin və İddiaçı1 vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, mərhum X6 miras qalmış Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi üzrə mirasın X30 və İddiaçı2 Saşi tərəfindən qəbul edilməsi hüquqi faktının müəyyən edilməsi; mərhum X6 miras qalmış Qəbələ rayonu Nic qəsəbəsində yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,15 ha həyətanı torpaq sahəsinə X30 və İddiaçı2 Saşiyə düşən miras payının (vərəsəlik və vəsiyyətnamə üzrə) müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qəbələ rayonu Nic kəndində 1632,25 kv.m (sənəd üzrə 1500, faktiki 1632,025 kv.m, tikililər altı 146,69 kv.m) yerləşən fərdi yaşayış evi X4 mülkiyyətində olmuşdur. O, xx.xx.1994-cü il tarixdə vəfat etmiş və onun ölümündən sonra aşağıdakı vərəsələri qalmışdır: 1. Maraqlı şəxs 2. İddiaçı2 3. X30 (ölüb) Mərhumun vəfatından sonra miras əmlakı oğlulları faktiki olaraq qəbul edərək idarə etmişlər. X15 xx.xx.1994-cü il tarixdə bütün əmlakını oğlu X25 vəsiyyət etmişdir. Mərhumun oğlu X30 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Onun varisi İddiaçı1 və digər İddiaçı2 mirası qəbul etmək üçün X28 Xidmət Mərkəzinin Notariat Ofisinə müraciət etmişlər. Qəbələ Regional “Asan xidmət” mərkəzində notariat ofisi xx.xx.2023-cü il tarixli 3871 və 3872 saylı məktublarında bildirmişdir ki, qanunvericiliklə mirasın qəbulu üçün nəzərdə tutulan müddəti ötürdükləri, eyni zamanda miras əmlakın faktiki idarəçiliyinə dair sübutlar təqdim edilmədiyi üçün notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçılar İddiaçı2nin və İddiaçı1 vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi nəzərə alınmaqla, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda göstərdi ki, Saşa Cəfər oğlu 9 noyabr 1994-cü ildə vəfat edib, ondan miras əmlak qalıb. Bu miras əmlak barəsində 12 iyul 1994-cü ildə vəsiyyətnamə də müəyyən olunub ki, əmlakı Gülməmmədov Aşova vəsiyyət edir. Vərəsəliklə bağlı 2023-cü ildə müraciət olunub.Notarius imtina verib ki, vərəsəliyin qəbulu ilə bağlı qanunvericikdə nəzərdə tutulan müddət keçib, buna görə də məhkəməyə müraciət etmək tövsiyə olunur. Onlar da həmin tələblə bağlı məhkəməyə müraciət etmişlər və burada payların bölünməsi ilə bağlı məsələ ortaya çıxır. Əslində, icra nümayəndəsinin verdiyi arayışda mərhum öldükdən sonra onun 3 nəfər vərəsəsi qalması qeyd olunmuşdur, lakin onlar arayışda təqdim etmişlər ki, orada 6 nəfərin adı qeyd olunub. Vəsiyyətnamədə nəzərdə tutulan paylar 6 nəfərə münasibətdə nəzərə alınmalıdır. İddiaçı 2-də 1-in 6-da 1 hissəsi, digər iddiaçı Yelena isə 2-də 1 və qalan 2-də 1-in 6-da 1 hissəsini əldə etməlidir. Çünki o həm qanun üzrə, həm də vəsiyyət üzrə vərəsədir. Onun ½ payı ona görə müəyyən olunmalıdır ki, o vəsiyyət üzrə vərəsədir, qalan ½ payın 1/6 hissəsi ona görə müəyyən olunur ki, o qanun üzrə vərəsədir. Məhkəmə iclasında cavabdeh Qəbələ Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 izahatında göstərdi ki, Qəbələ rayonu, Nic qəsəbəsində yaşayış yeri üzrə qeydiyyatda olmuş xx.xx.1900-cu il təvəllüdlü X15 xx.xx.1994-cü il tarixdə vəfat etmişdir. Təqdim edilən miras əmlak Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən torpaq sahəsi və fərdi yaşayış evindən ibarətdir. Miras əmlaka mülkiyyət hüququnu təsdiq edən sənəd yoxdur. X10 adına həmin evə dair 1994-cü ildə tərtib edilmiş 1007 inventar nömrəli texniki pasport vardır. Miras qoyanın oğlu vətəndaş İddiaçı2 və nəvəsi Rusiya Federasiyası vətəndaşı GİULMALOVA ELENA X10 adına vərəsəlik işinin açılması və ondan qalmış miras əmlaklara vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizə ilə Qəbələ regional "ASAN xidmət" mərkəzində notariat ofisinə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. "Elektron notariat" İnformasiya sistemində olan vəsiyyətnamələrə baxış keçirilərkən Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivində saxlanılan X15 tərəfindən İddiaçı2yə 2V-1/105 reyestr nömrəli, xx.xx.1994-cü il tarixli vəsiyyətnamənin qoyulması barədə məlumat aşkar edilmişdir. Vərəsələrin dairəsinin müəyyən edilməsi üçün Ədliyyə Nazirliyi Qeydiyyat şöbəsinə ünvanlanmış sorğuya verilmiş, xx.xx.2023-cü il tarixli 3-16-5/8-12-143/2023 nömrəli məktubunda X10 nikahı və övladları barədə məlumat aşkar olunmadığı bildirilmişdir. Mirasın bölüşdürülməsi barədə miras şərikləri arasında ixtilaflar olması səbəbindən miras qoyanın adına vərəsəlik işi açılmamış və vərəsəlik hüququnun rəsmiləşdirilməsindən imtina barədə xx.xx.2020-ci il tarixli, 1759 nömrəli məktubla vətəndaşın müraciəti cavablandırılmışdır. İddiaçılar miras qoyanın ölümündən sonra mirasın faktiki qəbulu ilə bağlı hər hansı aktiv hərəkətlər etməmiş və uzun müddət özlərinin vərəsəlik hüquqlarını mübahisələndirməmişdir. İddiaçı2 özünün ayrı təsərrüfatı olmuş, mübahisəsi gedən təsərrüfatla bağlılığı isə yalnız həmin təsərrüfatda yaşayan mərhum qardaşı X11 ailəsi ilə qohumluq münasibətləri müstəvisində olduğu, sonuncunun isə ailəsi ilə birlikdə Rusiya Federasiyası vətəndaşlığını qəbul edərək, orada daimi olmaqla yaşadığı müəyyən olunmuşdur. Aşot Gülmalov xx.xx.2020ci ildə Rusiya Federasiyası Tambov şəhərində vəfat etmişdir. Elena Giulmalova mirasın faktiki qəbulu ilə bağlı mərhum atası, daha sonra isə özü tərəfindən hansı aktiv hərəkətlərin edilməsi barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir.İddiaçıların müraciətləri mirasın qəbulu üçün nəzərdə tutulan müddəti itirməsi səbəbindən Mülki Məcəllənin 1273-1 maddəsi (vərəsə Mülki Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir) tətbiq edilmiş və iddiaçlılar vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilməsi barədə xx.xx.2023-cü il tarixli, 3871 və 3872 qeydiyyat nömrəli məktublarla cavablandırılmışdır.Odur ki, hazırki iş üzrə iddianın təmin edilməsini məhkəmənin mülahizəsinə buraxırlar. Məhkəmə iclasında Maraqlı şəxs iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı qardaşı və qardaşı qızıdır. Qardaşı 50 ildir ki, ondan ayrı yaşayır. Atasından qalan torpaq da 30 ildir ki, onun istifadəsindədir. Həmin həyətdə heç kim qalmır, həyəti o qoruyur, o baxır. Onlar 5 qardaş, 1 bacı olmuşlar. Qaragin, Avanes, Vaçik, Valod, Aşot və bacısı Aynagül. 2 qardaş sağ qalmışlar, qalanları ölmüşdür. Qaraginin iki oğlu var, Qəbələ rayonu, Nic qəsəbəsində yaşayırlar. Avanesin övladları var, onlar da Rusiyada və Orta Asiyada yaşayırlar,lakin əlaqələri yoxdur. Aynagülün uşaqları da Rusiya Federasiyasındadırlar. Aşot adlı qardaşının arvadı, qızı və oğlu Rusiya Federasiyası Tambov şəhərində yaşayır. Atası sağlığında hazırkı mübahisəli torpaq sahəsini və fərdi yaşayış evini mərhum qardaşı X18 vermişdir. Qardaşı bir müddət torpaq sahəsində və fərdi yaşayış evində yaşamış, lakin sonradan Rusiya Federasiyasına getmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunub olunmayacağını məhkəmənin mülahizəsinə buraxır, eyni zamanda paylar müəyyən olunarsa hamıya 2,5 ha torpaq sahəsinin verilməsini xahiş etdi. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında üçüncü şəxs X22 izahatında göstərmişdir ki, X6 miras qalmış Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin X25 verilməsi hamıya məlumdur. O, mirasın əmlakın Aşot Gülmalovun uşaqlarına verilməsinə etiraz etmir. Məhkəmə tərəflərin izahatlarını və işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Qəbələ rayon Dövlət Notariat kontorunda 12 iyul 1994-cü il tarixdə 2V-1/105 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamənin surətindən görünür ki, Qəbələ rayonu Nic kəndində yaşayan X16 həmin vəsiyyətnamə ilə vəfat etdiyi günə ona məxsus olan mülkini, bir mərtəbəli, iki otaqlı bir aynabəndli yaşayış evini, təndir evini, mal tövləsini və digər bütün əmlakı oğlu X20na vəsiyyət edir. Əlavə olaraq darvazanı, zirzəmin, həyətdəki su bulağını, dorbaları da Aşota vəsiyyət edir. Vəsiyyətnamədə 12 iyul 1994-cü il həmin vəsiyyətnamənin Qəbələ rayon dövlət notariat kontorunun notariusu G.K.Şirazov tərəfindən təsdiq edildiyi, vəsiyyətnamənin Qulmalyan S.C. şəxsən özü tərəfindən notariusun yanında imzalandığı, vəsiyyət edənin şəxsiyyətinin hüquq qabiliyyəti və fəaliyyət qabiliyyətinin yoxlanıldığı qeyd edilmişdir. İş materiallarında olan avqust 1994-cü il tarixdə Qəbələ rayonu Nic kənd sakini X7 adına tərtib edilərək TİB-nun rəisi H.İsmayılov tərəfindən təsdiq edilmiş 1007 inventar nömrəli “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu”n surətindən görünür ki, həmin pasportun “torpaq sahəsinin şərhi” bölməsində sənəd üzrə 1500, faktiki olaraq 1632,025, tikinti altı 146,63 kv.m torpaq sahəsi, “binanın təsviri hissəsi”ndə mənzillərin sayı 1, yaşayış otaqlarının sayı 2, yaşayış sahəsi 32,5, köməkçi sahə 26,5 kv.m, “Tikili və qurğuların təsviri” bölməsində 19---ildə tikilmiş yaşayış evi, açıq və bağlı eyvan, yer evi, tövlə, təndirxana,ayaqyolu, darvaza hasar-tor məftil qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qəbələ Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin İddiaçı2yə ünvanladığı 01 sentyabr 2023-cü il tarixli, 3872 nömrəli məktubda göstərilmişdir ki, xx.xx.1994-cü il tarixdə vəfat etmiş X6 miras qalmış Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən torpaq sahəsinə və fərdi yaşayış evinə dair vərəsəlik hüququhaqqında şəhadətnamə verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə Qəbələ regional “ASAN xidmət” mərkəzində notariat ofisinə təqdim edilmiş ərizəyə baxılmışdır. Qanunvericilikdə miras qəbulu üçün nəzərdə tutulmuş müddətin buraxıldığı, o cümlədən miras əmlakın faktiki idarəçiliyinə dair sübutlar təqdim edilmədiyini, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmadığı, məhkəməyə müraciət edilmək tövsiyyə olunmuşdur. İş materiallarında olan Qəbələ rayon Nic qəsəbə İ.Ə.N-yi tərəfindən 25 avqust 2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 272910 nömrəli «Ölüm haqqında şəhadətnamə»nin surətindən görünür ki, X15 09noyabr1994-cü il tarixdə «xroniki ağ ciyər ürək çatmamazlığı»ndan vəfat etmişdir. İş materiallarında olan X11 “Ölüm haqqında” şəhadətnaməsinin surətindən görünür ki, X20 04 iyul 2020-ci il tarixdə Rusiya Federasiyası, Tambov vilayəti, Tambov şəhərində vəfat etmiş, bu barədə 07 iyul 2020-ci il tarixdə ölüm haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli arayışda göstərilmişdir ki, X10 ailə tərkibi oğlu X5 (xx.xx.1925); qızı X8 (xx.xx.1929); oğlu X14 (xx.xx.1931); oğlu Maraqlı şəxs (xx.xx.1936); oğlu X21 (xx.xx.1940) və oğlu X9 (xx.xx.1946) ibarətdir. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qəbələ Regional “Asan Xidmət” mərkəzində notariat ofisinə ünvanlanmış 06 aprel 2023-cü il tarixli, 3-16-5/8-12-456/2023 nömrəli məktubda göstərilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları”nın avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi və arxiv məlumatlarına əsasən xx.xx.2020-ci ildə vəfat etmiş X11 X2 ilə nikahı var və övladları barədə məlumat aşağıdakı kimidir. 1. X17 (xx.xx.1985); 2. Qulmalyan – Aşot (xx.xx.1979) ölü; 3. X12 (xx.xx.1989); Qulmalov-Aşot (xx.xx.1976) ölü. İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Nic qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 avqust 2023-cü il tarixli, 5-59-14/2- 696/2023 nömrəli arayışda göstərilmişdir ki, xx.xx.1940-cı il təvəllüdlü İddiaçı2 Qəbələ rayonu Nic qəsəbəsində qeydiyyatdadır və hal-hazırda Nic qəsəbəsində yaşayır. İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Nic qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 oktyabr 2023-cü il tarixli, 5-59-14/2- 847/2023 nömrəli arayışda göstərilmişdir ki, İddiaçı2nin atası X3 Nic qəsəbəsində Maraqlı şəxs, İddiaçı2 və X30 (ölüb) adlı oğlanları olmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan SSR Mülki Məcəlləsinin (1964-cü il redaksiyada): 527-ci maddəsinə əsasən Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin.Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir. 528-ci maddəsinə əsasən Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. 530-cu maddəsinə əsasən Aşağıdakılar vərəsə ola bilərlər: qanun üzrə vərəsəlikdə — miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar;vəsiyyət üzrə vərəsəlikdə — miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyanın sağlığında ana bətnində olan və onun ölümündən sonra doğulanlar. 532-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. 537-ci maddəsinə əsasən Hər bir vətəndaş öz əmlakının hamısını və ya onun bir hissəsini (adi ev avadanlığı və məişət predmetləri istisna edilməməklə) qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə vətəndaşa, habelə dövlətə və ayrı-ayrı dövlət kooperativ və sair ictimai təşkilatlara vəsiyyət üzrə verə bilər. Vəsiyyət edən, vəsiyyətnamədə qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vərəsəlik hüququndan məhrum edə bilər. 538-ci maddəsinə əsasən Miras qoyanın həddi-büluğa çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları (o cümlədən övladlığa götürülənlər), habelə əmək qabiliyyəti olmayan əri (arvadı), valideynləri (övladlığa götürənlər) və ölənin himayəsində olanlar, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, onlardan hər birinə qanun üzrə vərəsəlik zamanı çatası payın (məcburi payın) üçdə iki hissədən az olmayan hissəsini alırlar. Məcburi payın miqdarı müəyyən edilərkən adi ev avadanlığı və məişət predmetlərindən ibarət olan əmlakın dəyəri də nəzərə alınır. 545-ci maddəsinə əsasən Vəsiyyətnamə, onun tərtib edilmə yeri və vaxtı göstərilməklə yazılı formada tərtib edilməli, vəsiyyət edən tərəfindən imzalanmalı və notariatda təsdiq edilməlidir. 552-ci maddəsinə əsasən Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur.Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir.Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır.Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. 563-cü maddəsinə əsasən Miras əmlakının bölünməsi qanun üzrə və vəsiyyət üzrə vərəsələrin hər birinə düşən hissəyə müvafiq olaraq, mirası qəbul edən vərəsələrin razılığı ilə verilir. Razılıq olmadıqda bölgü, məhkəmə qaydasında aparılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İlk növbədə məhkəmə o halı nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu səbəbdən hazırki işə Azərbaycan SSR Mülki Məcəlləsi (1964-cü il redaksiyada) tətbiq olunmslıdır. İşin halları ilə müəyyən olunur ki, Qəbələ rayonu Nic kənd sakini X7 adına tərtib edilərək TİB-nun rəisi H.İsmayılov tərəfindən təsdiq edilmiş 1007 inventar nömrəli “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu”na əsasən həmin pasportun “torpaq sahəsinin şərhi” bölməsində sənəd üzrə 1500, faktiki olaraq 1632,025, tikinti altı 146,63 kv.m torpaq sahəsi, “binanın təsviri hissəsi”ndə mənzillərin sayı 1, yaşayış otaqlarının sayı 2, yaşayış sahəsi 32,5, köməkçi sahə 26,5 kv.m, “Tikili və qurğuların təsviri” bölməsində 19---ildə tikilmiş yaşayış evi, açıq və bağlı eyvan, yer evi, tövlə, təndirxana,ayaqyolu, darvaza hasar-tor məftil qeydə alınmışdır. İddiaçı2nin atası, İddiaçı1 babası olan X15 09 noyabr 1994-cü il tarixdə «xroniki ağ ciyər ürək çatmamazlığı»ndan vəfat etmişdir.Bundan sonra onların vərəsələrinin dairəsi müəyyən olunmuşdur. Miras qalmış torpaq sahəsinə və fərdi yaşayış evinə dair miras qoyanın oğlu İddiaçı2 və nəvəsi Rusiya Federasiyası vətəndaşı İddiaçı1 X10 adına vərəsəlik işinin açılması və ondan qalmış miras əmlaklara vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizə ilə Qəbələ regional "ASAN xidmət" mərkəzində notariat ofisinə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir.Mirasın bölüşdürülməsi barədə miras şərikləri arasında ixtilaflar olması səbəbindən miras qoyanın adına vərəsəlik işi açılmamış və vərəsəlik hüququnun rəsmiləşdirilməsindən imtina barədə xx.xx.2020-ci il tarixli, 1759 nömrəli məktubla vətəndaşın müraciəti cavablandırılmış,məhkəməyə müraciət etmələri tövsiyyə edilmişdir. Bundan başqa, Qəbələ rayon Dövlət Notariat kontorunda 12 iyul 1994-cü il tarixdə 2V- 1/105 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamə ilə Qəbələ rayonu Nic kəndində yaşayan X16 həmin vəsiyyətnamə ilə vəfat etdiyi günə ona məxsus olan mülkini, bir mərtəbəli, iki otaqlı bir aynabəndli yaşayış evini, təndir evini, mal tövləsini və digər bütün əmlakı oğlu X20na vəsiyyət etmişdir. İlk növbədə məhkəmə qeyd edir ki, mülki işin məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, İddiaçı1 mərhum atası, İddiaçı2nin mərhum qardaşı olan X13 faktiki surətdə qəbul etmiş, miras əmlaka sabiblik etməyə və əmlakı idarə etməyə faktik olaraq valideynlərinin saglığında və ölümlərindən dərhal sonra başlamışdır. İşin qeyd olunan halını, iş üzrə tərəflər, eyni zamanda X24 bacı və qardaşları bilirlər və bu barədə kifayət qədər məlumatlıdırlar. Belə ki, məhkəmə araşdırması zamanı Maraqlı şəxsatasının sağlığında hazırkı mübahisəli torpaq sahəsini və fərdi yaşayış evini mərhum qardaşı X18 verdiyini, qardaşının bir müddət torpaq sahəsində və fərdi yaşayış evində yaşadığını qeyd etmişdir. Beləliklə, vəsiyyət üzrə birinci dərəcəli vərəsə kimi X30 tərəfindən miras əmlak olaraq faktiki qəbul edilməsi hissəsində iddia tələbi təmin edilməlidir. Bu həm də qanun üzrə vərəsəliklə pay almaq hüququna malik vərəsələrin qanunla qorunan mənafelərinə xələl yetirmir (huquqlarını məhdudlaşdırmır və ya pozmur) və məhkəmənin qənaətinə görə mübahisənin bu qaydada həlli qanuni olmaqla onların qanunla qorunan mənafelərinə zidd deyil, uyğundur. Lakin məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı İddiaçı2 Saşi tərəfindən faktiki qəbul edilməsi sübuta yetirilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, Qəbələ rayonu Nic kənd sakini X7 adına tərtib edilərək TİBnun rəisi H.İsmayılov tərəfindən təsdiq edilmiş 1007 inventar nömrəli “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu”na əsasən həmin pasportun “torpaq sahəsinin şərhi” bölməsində sənəd üzrə 1500 kv.m torpaq sahəsi və “binanın təsviri hissəsi”ndə mənzillərin sayı 1, yaşayış otaqlarının sayı 2, yaşayış sahəsi 32,5, köməkçi sahə 26,5 kv.m olan fərdi yaşayış evindən, Azərbaycan SSR Mülki Məcəlləsinin537-ci və 538-ci maddələrinin tələbinə əsasən vəsiyyətnamə üzrə vərəsə – X18 düşən pay ayrılmaqla, digər vərəsələrin məcburi pay hüququ ilə paylar müəyyən edilməlidir. Azərbaycan SSR Mülki Məcəlləsinin 538-ci maddəsinə əsasən Miras qoyanın həddi-büluğa çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları (o cümlədən övladlığa götürülənlər), habelə əmək qabiliyyəti olmayan əri (arvadı), valideynləri (övladlığa götürənlər) və ölənin himayəsində olanlar, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, onlardan hər birinə qanun üzrə vərəsəlik zamanı çatası payın (məcburi payın) üçdə iki hissədən az olmayan hissəsini alırlar. Belə ki, mərhum X6 miras qalmış Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 59.0 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin (146.69 kv.m)6/12 hissə vəsiyyət üzrə vərəsə olan X24 vəsiyyətnamə üzrə payı 6/12 hissə; İddiaçı2 Saşinin mirasdan məcburi payı 1/12 hissə müəyyən olunmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçıların mübahisələndirdikləri miras əmlak Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən torpaq sahəsi və fərdi yaşayış evindən ibarətdir. Miras əmlaka mülkiyyət hüququnu təsdiq edən sənəd yoxdur. Bununla bağlı məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli fərmanın 2-ci bəndində göstərilmişdir ki, Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 1.1, 1.2 və 1.3-cü bəndlərinə əsasən yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri, yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri və şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlər hesab olunur. Azərbaycan SSR Mülki Məcəlləsinin563-cü maddəsinə əsasən Miras əmlakının bölünməsi qanun üzrə və vəsiyyət üzrə vərəsələrin hər birinə düşən hissəyə müvafiq olaraq, mirası qəbul edən vərəsələrin razılığı ilə verilir. Razılıq olmadıqda bölgü, məhkəmə qaydasında aparılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, qanunvericilik məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Onu da nəzərə almaq lazımdır ki, MPM-nin 106.3-cü maddəsinin tələbinə görə, tərəfin tələb və etirazlarının əsaslandırıldığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, mərhum X6 miras qalmış Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi üzrə mirasın X30 tərəfindən qəbul edilməsi hüquqi faktının müəyyən edilməli, mərhum X6 miras qalmış Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 59.0 kv.m olan 2 otaqlı fərdi yaşayış evindən (146.69 kv.m) X24 vəsiyyətnamə üzrə payı 6/12 hissə; İddiaçı2 Saşinin mirasdan məcburi payı 1/12 hissə müəyyən olunmalı, iddia tələbi qalan hissədə təmin ediməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Mərhum X6 miras qalmış Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi üzrə mirasın X30 tərəfindən qəbul edilməsi hüquqi faktının müəyyən edilsin. Mərhum X6 miras qalmış Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 59.0 kv.m olan 2 otaqlı fərdi yaşayış evindən (146.69 kv.m) X1 üzrə payı 6/12 hissə; İddiaçı2 Saşininmirasdan məcburi payı 1/12 hissə müəyyən olunsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar