Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-555/2024 23.12.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (X11, X13, X41, X21, X70, X64, X46, X65, X66, X42 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız edilməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (oğlu) Nümayəndə2, iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə1, Cavabdeh, üçüncü şəxslər X30, X47 və X48 iştirakları ilə İddiaçı Cavabdeh qarşı (X11, X13, X41, X21, X70, X64, X46, X65, X66, X42 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon Tikanlı kəndində yerləşən, mərhum atasından miras qalmış yaşayış evinə və torpaq sahəsinə Cavabdeh adına olan 26 fevral 2008-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 məhkəməyə elektron qaydada vəsatət göndərərək, X11, X13, X41, X21, X70, X64, X46, X65, X66, X22 üçüncü şəxs kimi mülki işə cəlb olunmasını xahiş etmişlər. Məhkəmə tərəfindən X11, X13, X41, X21, X70, X64, X46, X65, X66 və X42 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər kimi mülki işə cəlb olunmuşlar. Azərbaycan Mülki Prosessual Məcəlləsinin 57.1-ci maddəsinə əsasən Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. xx.xx.2024-cü il tarixdə iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 məhkəməyə elektron qaydada iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Qəbələ rayon Tikanlı kəndində yerləşən, mərhum atasından miras qalmış yaşayış evinə və torpaq sahəsinə Cavabdeh adına olan 26 fevral 2008-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1954-cü il tarixdə Qəbələ rayonunun Tikanlı kəndində anadan olmuşdur. X2 2003-cü ildə vəfat etdikdən sonra mərhum atalarından miras qalmış evdə qardaşı, hazırki iş üzrə Cavabdeh yaşayır. Bu yaxınlarda o, mərhum atalarından miras qalmış evə getmək istəyərkən qardaşları hazırki iş üzrə Cavabdeh onu evə buraxmamışdır. Cavabdeh digər qardaşının uşaqları ilə birləşərək nəinki onu və ailə üzvlərini, eyni zamanda qardaşlarını, bacılarını da evə buraxmır. Qeyd edilən evin 0,73 ha həyətyanı torpaq sahəsi var və mərhum valideyinləri həmin həyətdə dəfn olunmuşlar. O, öz valideyinlərinin qəbirlərini ziyarət edə bilmir. Ev və həyət baxımsızlıqdan bərbad vəziyyətə düşüb. Son vaxtlarda ona məlum olmuşdur ki, guya atası sağlığında özünə məxsus evi qardaşı X23 vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə hansı səbəbdənsə Ağdaş rayonunda təsdiq olunmuşdur. Bundan sonra 26 fevral 2008-ci il tarixdə hazırki iş üzrə Cavabdeh adına vərəsəlik işi açılmış və ona 26 fevral 2008-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Qeyd edilən şəhadətnaməyə əsasən verilən miras əmlak kimi Qəbələ RAİK-nın xx.xx.1998-ci il tarixli 11 saylı qərarı ilə verilmiş Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-137F saylı Şəhadətnamədə göstərilən 0, 22025 ha torpaq sahəsi nəzərdə tutulmuşdur. Həmin vərəsəlik işi üzrə o, heç bir razılıq ərizəsi verməmiş və hər hansı sənədə imza atmamışdır. Qeyd edilən vərəsəlik işində olan razılıq ərizəsi onun tərəfindən yazılmamış və adının qarşısındakı imza ona məxsus deyil. Bundan başqa cavabdeh və maraqlı şəxs mərhum atasından miras qalmış bütün əmlakı, o cümlədən evlərin və JN-173G saylı Şəhadətnamədə göstərilən 0,73 ha torpaq sahəsinin də cavabdehin adına sənədləşəcəyini bildirirlər. Ailə üzvlərindən heç kim atalarından miras qalmış evin satılmasını istəmir. Eyni zamanda evdən istifadə etməklərinə cavabdeh tərəfindən maneə törədilməsinin qarşısını almaq üçün onun adına olan qanun üzrə vərəsəlik şəhadətnaməsi ləğv olunmalıdır. Göstərilənlərə əsasən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (oğlu) Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin göstərdi ki, ekspert rəyindən də görünür ki, razılıq ərizəsinə atası İddiaçı tərəfindən imza çəkilməmişdir. Bu da cavabdehin saxta yollarla vərəsəliyi ələ keçirdiyini göstərir. Məhkəmə iclasında iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, vərəsəlik açdırmamışdır. O, ancaq öz adına torpaq almışdır. Həmin torpaq sahəsini alanda notariusa getmişdir. O da imzalamış, amma nə sənəd olmasını bilməmişdir. Onlar qardaşını məhkəməyə verdiklərinə görə bu səbəbdən iddiaçı olan qardaşı onu məhkəməyə vermişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında üçüncü şəxs X46 izahatında göstərdi ki, iddiaçı onun qaynıdır. Evin balaca uşağı onun əri Cavabdehdur. O vaxtda könüllü razılıq əsasında bütün qardaş və bacılar torpaqlarını ərinə Yaşaya vermişlər. Xeyli müddət keçəndən sonra iddiaçı əsassız olaraq torpaq payını tələb etməkdədir. Məhkəmə iclasında üçüncü şəxs X66 izahatında göstərdi ki, iddiaçı onun əmisidir. Əmisi və əmisi oğlu Ozal onlara məxsus başqa torpaq sahələrini zəbt etmişlər. Bu səbəbdən əmisi Fətullahı məhkəməyə vermişlər. Bu səbəbdən o da vərəsəlik payına görə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X65 izahatında göstərmişdir ki, iddiaçı və onun oğlu Ozal onlara məxsus torpaq sahələrini zəbt etmişlər. Bununla bağlı məhkəməyə müraciət etmişlər. Bundan sonra isə əmisi Fətullah onları məhkəməyə vermişdir. Məhkəmə baxışında maraqlı şəxs Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisi iştirak etməmiş, məhkəməyə xx.xx.2024-cü il tarixli, 4267 №-li məktub ünvanlayaraq Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinin nümayəndəsi olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh tərəfində mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X6, X9, X31, X14, X59, X53 və X32 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxs Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinin və cavabdeh tərəfində mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X5, X7, X24, X12, X54, X49 və X22 iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Qəbələ rayon Notariat kontorunun xüsusi notariusu Elxan Alxasov tərəfindən 26 fevral 2008-ci il tarixdə, 2V-15 reyestr nömrəsi ilə qeydə alınmış «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»nin surətindən görünür ki, 09 dekabr 2003-cü il tarixdə vəfat etmiş X3 vərəsələri Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi, ev 6, mənzil 15-də yaşayan oğlu Cavabdehdur. Miras əmlak Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 11 saylı qərarı ilə verilmiş TMVD JN-137F, kod 40615018 şəhadətnaməyə və DDRX Qəbələ rayon Ərazi İdarəsinin 201 saylı arayışına əsasən Qəbələ rayonu, Tikanlı kəndi ərazisində yerləşən 0,22025 ha torpaq sahəsindən ibarətdir. İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Tikanlı kənd İnzibati Ərazi nümayəndəliyi tərəfindən verilmiş 2008-ci il tarixli arayışda göstərilmişdir ki, X33 2003-cü il tarixində vəfat edən zaman onun vərəsələriarvadı X60, uşaqları X38, X25, İddiaçı, X26, X34, X39 və X18 ibarətdir. İş materiallarında olan Qəbələ rayonu Bum kəndində yaşayan İddiaçı tərəfindən Dövlət Notariat Kontoruna ünvanlanmış ərizədən göstərilmişdir ki, atası X10 xx.xx.2003-cü ildə vəfat etmişdir. Vəfat ediyi gün miras əmlak Qəbələ rayonu, Tikanlı kəndində yerləşən 0,22 ha torpaq sahəsi qalmışdır. Miras əmlakdan ona düşən paydan qardaşı Cavabdehr Allahverdi oğlunun xeyrinə imtina edir və gələcəkdə də bu işlə əlaqədar heç bir iddia ilə məhkəməyə müraciət etməyəcəkdir. İş materiallarında olan Qəbələ rayon Tikanlı kənd İnzibati Ərazi üzrə nümayəndəliyinin 11 dekabr 2003-cü il tarixdə verdiyi AZ-İ 059256 nömrəli «Ölüm haqqında şəhadətnamə»nin surətindən görünür ki, X10 11 dekabr 2003-cü il tarixdə «qocalıq və durqunluq pnevmoniyası» xəstəliyindən vəfat etmişdir. İş materiallarında olan JN – 137F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli, 11 saylı qərarına əsasən X15 və X43 birgə mülkiyyətinə 0,22 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Ağdaş rayon Notariat ofisində xx.xx.2000-ci il tarixdə 2B-01-67 reyestr nömrəsi ilə qeydə alınmış vəsiyyətnamənin surətindən görünür ki, Qəbələ rayonu Tikanlı kəndində yaşayan X1 rayonu Tikanlı kəndində yerləşən bir otaqlı yaşayış evini və iki otaqlı yaşayış evini X23 vəsiyyət etmişdir. İş materialında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü tarixli, 4/873 nömrəli ekspertiza rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 26 fevral 2008-ci il tarixdə 2V-01-05 reyestr nömrəsi ilə geydə alınmış ərizədə "İMZA" qrafasındakı "Ибраһимв" yazısı və imza - İddiaçı tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 7-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Vərəsəlik hüququna təminat vəsiyyət edə bilmə ilə yanaşı vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı da ehtiva edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsə sayılırlar. 1170.1-ci maddəsinə görə, vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. 1170-ci maddəsinə əsasən, əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə, lakin vəsiyyətnamədə yalnız bir vərəsənin payı müəyyənləşdirilmişdirsə, digər vərəsələr qalan əmlakı bərabər alır. 1171-ci maddəsinə əsasən, əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə və vərəsələrdən birinə təyin edilmiş pay mirasın hamısından ibarətdirsə, vəsiyyət üzrə bütün vərəsələr bərabər paylar almalıdırlar. 1193-ci maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1262-ci maddəsinə əsasən, əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 1274-cü maddəsinə əsasən, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1282.1-ci maddəsinə əsasən, əgər kəndli təsərrüfatının yerləşdiyi kənd təsərrüfatı təyinatlı torpağın mülkiyyətçisi vəsiyyətnamə ilə onu bir neçə vərəsəyə qoymuşdursa və ya vəsiyyətnamə qoyulmamışdırsa və qanun üzrə bir neçə vərəsə vardırsa, kənd təsərrüfatı təyinatlı torpaq orada yerləşən kəndli təsərrüfatı ilə birlikdə vərəsələr arasında bölüşdürülə bilər, bu şərtlə ki, bölgü nəticəsində vərəsələrdən hər birinə keçən torpaq sahəsi həyat qabiliyyətli təsərrüfatın mövcudluğunu təmin etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarı Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı, işin halları, təqdim olunmuş sübutlarla və tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, mərhum X3 mülkiyyətində Qəbələ rayonu Tikanlı kəndi ərazisində yerləşən 0,22 ha torpaq sahəsi olmuşdur. İddiaçı atası, mərhum X3 mülkiyyətində olmuş Qəbələ rayonu Tikanlı kəndi ərazisində yerləşən 0,22 ha torpaq sahəsinə dair 26 fevral 2008-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini tələb edir. Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, iddiaçının atası X10 09 dekabr 2003-cü il tarixdə vəfat etmişdir. O, Qəbələ rayonu Tikanlı kəndində yerləşən bir otaqlı yaşayış evini və iki otaqlı yaşayış evini X23 vəsiyyət etmişdir. (Ağdaş rayon Notariat ofisində xx.xx.2000-ci il tarixdə 2B- 01-67 reyestr nömrəsi ilə qeydə alınmış vəsiyyətnamə). Lakin mülkiyyətində olan torpaq sahəsinə dair heç bir vəsiyyətnamə qoymamışdır. Miras qalmış Qəbələ rayonu Tikanlı kəndində yerləşən 0,22 ha torpaq sahəsindən vərəsəlik üzrə payının müəyyən olunması üçün vərəsələrdən İddiaçı Qəbələ Regional «Asan Xidmət» mərkəzindəki notariat kontoruna müraciət etmiş, lakin 0,22 ha torpaq sahəsi ilə miras əmlaka dair Qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin mövcud olduğu müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Qəbələ rayon Notariat kontorunun xüsusi notariusu Elxan Alxasov tərəfindən 26 fevral 2008-ci il tarixdə, 2V-15 reyestr nömrəsi ilə qeydə alınmış «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»yə əsasən 09 dekabr 2003-cü il tarixdə vəfat etmiş X3 vərəsəsi Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi, ev 6, mənzil 15-də yaşayan oğlu Cavabdeh hesab edilmişdir. Buna səbəb isə mərhum X3 vəfat edən zaman sağ olmuş vərəsələri, həyat yoldaşı X44, uşaqları X19, X5, İddiaçı, X7, X16, X20 və X27 Qəbələ rayon Notariat Kontoruna torpaq sahələrindən ibarət miras əmlakdan paylarından imtina etmələri və paylarını Cavabdeh xeyrinə imtina etmələri barədə ərizələri olmuşdur. İddiaçı torpaq sahəsindən vərəsə kimi payından Cavabdeh xeyrinə imtina edilməsi barədə ərizənin onun tərəfindən imzalanmadığını, bu səbəbdən qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsini tələb edir. Məhkəmənin 14 may 2024-cü il tarixli qərardadı ilə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş və ekspertiza qarşısında 26 fevral 2008-ci il tarixdə 2V-01-05 reystr nömrəsi ilə qeydə alınmış və Qəbələ rayon dövlət notariat kontorunun dövlət notariusu E.S.Alxasov tərəfindən təsdiq edilmiş notariat işində İddiaçı adından Dövlət Notariat Kontoruna yazılmış ərizədə kirilcə yazılmış “İbrahimov” sözünün qarşısındakı imza İddiaçı tərəfindən icra olunmuşdurmu? və 26 fevral 2008-ci il tarixdə 2V-01-05 reystr nömrəsi ilə qeydə alınmış və Qəbələ rayon dövlət notariat kontorunun dövlət notariusu E.S.Alxasov tərəfindən təsdiq edilmiş notariat işində İddiaçı adından Dövlət Notariat Kontoruna yazılmış ərizədə kirilcə yazılmış “İbrahimov” sözü İddiaçı tərəfindən icra olunmuşdurmu? suallarıı qoyulmuş və və ekspertizanın mülki işin materiallarına əlavə edilmiş İddiaçı imza nümunələrinin müqayisəsi əsasında aparılması tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü tarixli, 4/873 nömrəli ekspertiza rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 26 fevral 2008-ci il tarixdə 2V-01-05 reyestr nömrəsi ilə geydə alınmış ərizədə "İMZA" qrafasındakı "Ибраһимв" yazısı və imza - İddiaçı tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Göründüyü kimi, mərhum X10 vəfat edən zaman onun vərəsələri həyat yoldaşı X61, uşaqları X38, X11, İddiaçı, X13, X34, X39 və X45 olmuşlar. Bu səbəbdən mərhum Allahverdi İbrahimovdan miras qalmış 0,22 ha torpaq sahəsindən İddiaçı da payı müəyyən olunmalı, ya da İddiaçı razılığı əsasında həyata keçirə bilərdi. Lakin keçirilmiş ekspertiza tədqiqatı nəticəsində müəyyən olundu ki, 26 fevral 2008-ci il tarixdə 2V-01-05 reyestr nömrəsi ilə qeydə alınmış ərizədə "İMZA" qrafasındakı "Ибраһимв" yazısı və imza - İddiaçı tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Məhz Qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin Cavabdeh adına verilməsinə səbəb olan “vərəsəlik payından imtina barədə” ərizə İddiaçı tərəfindən imzalanmamışdır. Cavabdehlər tərəfindən isə ərizənin İddiaçı tərəfindən imalanmamasını təkzib edən sübutlar və ya şahid ifadələri məhkəməyə təqdim edilməmişdir, o halda məhkəmədə olan mövcud sübut (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş, xx.xx.2024-cü tarixli, 4/873 nömrəli ekspertiza rəyi) öz hüquqi əhəmiyyətini qoruyur. Beləliklə, məhkəmə hesab edir ki, mərhum X10 vəfat edən zaman İddiaçı onun vərəsəsi olduğundan və vərəsə kimi payı müəyyən edilməli olduğundan, İddiaçı vərəsə kimi payından imtinası isə onun razılığı əsasında edilməli olduğundan, lakin belə bir razılıq alınmadığından, yəni razılığın verilməsi barədə ərizənin iddiaçı tərəfindən yazılmadığı və onun tərəfindən imzalanmadığı müəyyən edildiyindən Qəbələ rayonu Tikanlı kəndində yerləşən mərhum X4 miras qalmış torpaq sahəsinə Cavabdeh adına olan Qəbələ rayon dövlət notariat kontorunun notariusu tərəfindən verilmiş 2v-01-15 reyestr nömrəli, 26 fevral 2008-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan ekspert rəyinin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən hər hansı bir dəlil cavabdehlər tərəfindən irəli sürülməmiş, buna dair məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdehlərin iddiaçının mülkiyyətinə qanunsuz müdaxiləsi sübuta yetirilir. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Bundan əlavə məhkəmə qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsızlığı üçün qanunla nəzərdə tutulmuş iddia müddətinin ötürülüb-ötürülməsi ilə bağlı aşağıdakıları qeyd edir. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən “Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələrinin Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərar qəbul edilib və həmin Qərarla Konstitusiya Məhkəməsinin Plenumu, Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələrini, mütənasiblik baxımından konstitusiyanın prinsiplərinə və Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığı üçün qüvvədən salıb. Belə olan halda məhkəmə hesab edir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, iddia qeyd olunan əsasla rədd oluna bilməz. Mülki Məcəllənin 1256-cı maddəsində göstərilir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Nəzərə alınmalıdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir. Belə ki, həmin Qərarda göstərilir ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Göründüyü kimi, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Hazırkı halda isə mirası qoyan X10 09 dekabr 2003-cü il tarixdə ölməsi ilə ondan miras qalmış sözügedən əmlaka vərəsəlik açılıb və onun birinci növbəli vərəsəsi olan İddiaçı isə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina etməyib. Bu səbəbdən cavabdehin adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilərkən yuxarıda sadalanan normaların tələbləri pozulub. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş dövlət rüsumu və ödənilmiş mütəxəssis xərci iddiaçıya aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 126 (bir yüz iyirmi altı) manat məbləğində pul, Cavabdeh tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X37, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara, ekspert rəyinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Qəbələ rayonu Tikanlı kəndində yerləşən mərhum X4 miras qalmış torpaq sahəsinə Cavabdeh adına olan Qəbələ rayon dövlət notariat kontorunun notariusu tərəfindən verilmiş 2v-01-15 reyestr nömrəli, 26 fevral 2008-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Qəbələ rayonu Tikanlı kəndində yerləşən mərhum X4 miras qalmış torpaq sahəsinə Cavabdeh adına olan Qəbələ rayon dövlət notariat kontorunun notariusu tərəfindən verilmiş 2v-01-15 reyestr nömrəli, 26 fevral 2008-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 126 (bir yüz iyirmi altı) manat məbləğində pul, Cavabdeh tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X37, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-555/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-555/2024
23.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver