Məhkəmə qərarları › İş №e-2(025)-555/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-555/2025

15.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-555/2025 15.04.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X1 İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 333.9 manat əsas borc, 33.39 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 260.6 manat əsas borc, 26.06 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 193.1 manat əsas borc, 19.31 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 156.5 manat əsas borc, 15.65 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 72 manat əsas borc, 7.2 manat cərimə borcu olmaqla, ümumilikdə 1117.71 manat borc və 31.18 manat dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-ci il tarixlərindəki müqavilələrə əsasən VELOSİPED ZİGZAG, İmei kod **********00174 SAMSUNG GALAXY A14 markalı telefon, İmei kod **********77928 XİAOMİ REDMİ NOTE 12 markalı telefon, İmei kod **********58326 XİAOMİ REDMİ NOTE 12 markalı telefon, KİESLECT CALLİNG WATCH KS PRO qol saaaltmı ış və nəticədə 1117.71 (bir min yüz on yeddi manat, 71 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 406.98 (dörd yüz altı manat, 98 qəpik) manat (18 ay x 22.61 manat + 0 manat ilkin ödəniş) olan VELOSİPED ZİGZAG üçün 367.29 (üç yüz altmış yeddi manat, 29 qəpik) manat olmaqla ondan, 333.9 (üç yüz otuz üç manat, 90 qəpik) manat ödənilməmiş hissə, 33.39 (otuz üç manat, 39 qəpik) manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 399.96 (üç yüz doxsan doqquz manat, 96 qəpik) manat (18 ay x 22.22 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********00174 SAMSUNG GALAXY A14 markalı telefonüçün 286.66 (iki yüz səksən altı manat, 66 qəpik) manat olmaqla ondan 260.6 (İki yüz altmış manat, 60 qəpik) manat ödənilməmiş hissə, 26.06 (iyirmi altı manat, 6 qəpik) manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 550.08 (beş yüz əlli manat, 8 qəpik) manat (18 ay x 30.56 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********77928 XİAOMİ REDMİ NOTE 12 markalı telefoünçün 212.41 (iki yüz on iki manat, 41 qəpik) manat olmaqla ondan 193.1 (yüz doxsan üç manat, 10 qəpik) manat ödənilməmiş hissə, 19.31 (on doqqu zmanat, 31 qəpik) manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 547.2 (beş yüz qırx yeddi manat, 20 qəpik) manat (18 ay x 30.4 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********58326 XİAOMİ REDMİ NOTE 12 markalı telefoünçün 172.15 (yüz yetmiş iki manat, 15 qəpik) manat olmaqla ondan 156.5 (yüz əlli altı manat, 50 qəpik) manat ödənilməmiş hissə, 15.65 (on beş manat, 65 qəpik) manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 298.08 (iki yüz doxsan səkkiz manat, 8 qəpik) manat (18 ay x 16.56 manat + 0 manat ilkin ödəniş) olan KİESLECT CALLİNG WATCH KS PRO qol saaütçı ün 79.2 (yetmişd oqquz manat, 20 qəpik) manat olmaqla ondan 72 (yetmiş iki) manat ödənilməmiş hissə, 7.2 (yeddi manat, 20 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1186.2 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2023cü il, xx.xx.2023-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İşdə olan 11 may 2024-cü il tarixli 02617947 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 406.98 manat dəyərində olan velosiped Zıgzag-ı nisyə almışdır. İşdə olan 02 fevral 2024-cü il tarixli 19612795 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 399.96 manat dəyərində olan İmei kod **********00174 SAMSUNG GALAXYA14 markalı telefonu nisyə almışdır. İşdə olan 28 iyul 2023-cü il tarixli 18631512 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 550.08 manat dəyərində olan İmei kod **********77928 XİAOMİ REDMİ NOTE 12 markalı telefonu nisyə almışdır. İşdə olan 29 may 2023-cü il tarixli 02983982 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 547.2 manat dəyərində olan İmei kod **********58326 XİAOMİ REDMİ NOTE 12 markalı telefonu nisyə almışdır. İşdə olan 18 iyul 2023-cü il tarixli 04014519 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 298.08 manat dəyərində olan KİESLECT CALLİNG WATCH KS PRO qol saatını nisyə almışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin predmeti təşkil edən “Mal”a dair geniş məlumat və “Mal”ın qiyməti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir. Müqavilənin 2.6-cı bəndinə əsasən Ödəniş cədvəli üzrə ödənişlər gecikdirildikdə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 % həcmində peniya ödənilir. İşdə olan müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin surətinə əsasən 11 may 2024-cü il tarixli 02617947 nömrəli Müqavilə üzrə alınmış malın dəyəri xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 22.61 manat ödənilməklə xx.xx.2025-ci il tarixədək ödənilməlidir. İşdə olan müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin surətinə əsasən 02 fevral 2024-cü il tarixli 19612795 nömrəli Müqavilə üzrə alınmış malın dəyəri xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 22.22 manat ödənilməklə xx.xx.2025-ci il tarixədək ödənilməlidir. İşdə olan müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin surətinə əsasən 28 iyul 2023-cü il tarixli 18631512 nömrəli Müqavilə üzrə alınmış malın dəyəri xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 30.56 manat ödənilməklə xx.xx.2025-ci il tarixədək ödənilməlidir. İşdə olan müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin surətinə əsasən 29 may 2023cü il tarixli 02983982 nömrəli Müqavilə üzrə alınmış malın dəyəri xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 30.4 manat ödənilməklə xx.xx.2024-cü il tarixədək ödənilməlidir. İşdə olan müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin surətinə əsasən 18 iyul 2023-cü il tarixli 04014519 nömrəli Müqavilə üzrə alınmış malın dəyəri xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 16.56 manat ödənilməklə xx.xx.2025-ci il tarixədək ödənilməlidir. İşdən görünür ki, Cavabdeh 11 may 2024-cü il tarixli 02617947 nömrəli müqavilə üzrə aldığı əşyaların dəyərini qismən ödəyərək 333.9 manat borc, 33.39 manat cərimə, 02 fevral 2024-cü il tarixli 19612795 nömrəli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 260.6 manat borc, 26.06 manat cərimə, 28 iyul 2023-cü il tarixli 18631512 nömrəli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 193.1 manat borc, 19.31 manat cərimə, 29 may 2023-cü il tarixli 02983982 nömrəli müqavilə üzrə aldığı əşyaların dəyərini qismən ödəyərək 156.5 manat borc, 15.65 manat cərimə, 18 iyul 2023-cü il tarixli 04014519 nömrəli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 72 manat borc, 7.2 manat cərimə olmaqla, ümumilikdə 1117.71 manat borc hesablanmışdır. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,..... həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30.28 (otuz manat iyirmi səkkiz qəpik) manat məbləğində dövlət rüsumu cavadehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, "xxxx" MMC -nin xeyrinə Cavabdeh 11 may 2024-cü il tarixli 02617947 nömrəli müqavilə üzrə 333.9 manat əsas, 02 fevral 2024-cü il tarixli 19612795 nömrəli müqavilə üzrə 260.6 manat əsas, 28 iyul 2023-cü il tarixli 18631512 nömrəli müqavilə üzrə 193.1 manat əsas, 29 may 2023-cü il tarixli 02983982 nömrəli müqavilə üzrə 156.5 manat əsas, 18 iyul 2023-cü il tarixli 04014519 nömrəli müqavilə üzrə 72 manat əsas borc, dövlət rüsumuna görə 30.28 manat tutulmalı və cərimə məbləği əsas borca mütənasib olaraq endirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 11 may 2024-cü il tarixli 02617947 nömrəli müqavilə üzrə 333.9 manat əsas, 4 manat cərimə, 02 fevral 2024-cü il tarixli 19612795 nömrəli müqavilə üzrə 260.6 manat əsas, 3 manat cərimə, 28 iyul 2023-cü il tarixli 18631512 nömrəli müqavilə üzrə 193.1 manat əsas, 2 manat cərimə, 29 may 2023-cü il tarixli 02983982 nömrəli müqavilə üzrə 156.5 manat əsas, 2 manat cərimə, 18 iyul 2023-cü il tarixli 04014519 nömrəli müqavilə üzrə 72 manat əsas, 1 manat cərimə borcu olmaqla, ümumilikdə 1.028,1 (bir min iyirmi səkkiz manat on qəpik) manat borc və dövlət rüsumuna görə 30.28 (otuz manat iyirmi səkkiz qəpik) manat pul alınıb iddiaçı "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar