Məhkəmə qərarları › İş №e-2(025)-566/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-566/2025

15.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-566/2025 15.04.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X1 İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia qaldıraraq xeyrinə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 338.22 manat əsas borc, 33.82 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 338 manat əsas borc, RİNN-nə məhdudiyyətin qoyulması və aradan qaldırılması üçün ödənilən 23.6 manat rüsum, 33.8 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 319.14 manat əsas borc, 31.91 manat cərimə borcu olmaqla, ümumilikdə 1118.50 manat borc və 31.19 manat dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, İmei kod **********20788 XİAOMİ REDMİ A3 markalı telefon, İmei kod **********91785 SAMSUNG GALAXY A05S markalı telefon, İmei kod **********74097 HONOR X6B markalı telefon almış və nəticədə 1118.50 (bir min yüz on səkkiz manat, əlli qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 338.22 (üç yüz otuz səkkiz manat iyirmi iki qəpik) manat (18 ay x 18.79 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********20788 XİAOMİ REDMİ A3 markalı telefon üçün ümumilikdə, 372.04 (üç yüz yetmiş iki manat, dörd qəpik ) manat olmaqla ondan, 338.22 (üç yüz otuz səkkiz manat iyirmi iki qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 33.82 (otuz üç manat, səksən iki qəpik) manat cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 369 (üç yüz altmış doqquz) manat (12 ay x 30.75 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********91785 SAMSUNG GALAXY A05S markalı telefon üçün ümumilikdə, 395.40 (üç yüz doxsan beş manat, qırx qəpik) manat olmaqla ondan, 338 (üç yüz otuz səkkiz) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, altmış qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 33.8 (otuz üç manat, səksən qəpik) manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 319.14 (üç yüz on doqquz manat, on dörd qəpik) manat (18 ay x 17.73 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********74097 HONOR X6B markalı telefon üçün ümumilikdə, 351.05 (üç yüz əlli bir manat, beş qəpik) manat olmaqla ondan, 319.14 (üç yüz on doqquz manat, on dörd qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 31.91 (otuz bir manat, doxsan bir qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 31 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İşdə olan 11 sentyabr 2024-cü il tarixli 18715010 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 338.22 manat dəyərində olan İmei kod **********20788 XİAOMİ REDMİ A3 markalı telefonu nisyə almışdır. İşdə olan 07 avqust 2024-cü il tarixli 19173427 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 369 manat dəyərində olan İmei kod **********91785 SAMSUNG GALAXY A05S markalı telefonu nisyə almışdır. İşdə olan 03 sentyabr 2024-cü il tarixli 10719107 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 319.14 manat dəyərində olan İmei kod **********74097 HONOR X6B markalı telefonu nisyə almışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin predmeti təşkil edən “Mal”a dair geniş məlumat və “Mal”ın qiyməti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir. Müqavilənin 2.5-ci ü bəndinə əsasən Müqavilənin bütün şərtləri tam yerinə yetirilənə qədər “Mal” ABC-nin əmlakı hesab olunur və “Müştəri” tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə “Mal”-a mülkiyyət hüququ “Müştəri”-yə keçir. Müqavilənin 2.6-cı bəndinə əsasən Ödəniş cədvəli üzrə ödənişlər gecikdirildikdə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 % həcmində peniya ödənilir. Müqavilənin 3.1-ci bəndinə əsasən “müştəri” bu müqavilənin (şərtlərini) pozduğu halda, “Mal”ı (habelə güzəştli şərtlərlə (ödənişsiz) təqdim edilmiş malı) ABC-nin tələbi ilə geri qaytarılmalıdır. Müqavilənin 3.4-cü bəndinə əsasən Müştəri “Müqavilə”-nin şərtlərini pozduğu, pul öhdəliyini lazımi qaydada icra etmədiyi hal(lar)da “ABC” mal-ın istifadəsini mümkünsüz edə, o cemlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tətbiq edə, “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. İşdə olan müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin surətinə əsasən 11 sentyabr 2024-cü il tarixli 18715010 nömrəli Müqavilə üzrə alınmış malın dəyəri xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 18.79 manat ödənilməklə xx.xx.2026-cı il tarixədək ödənilməlidir. İşdə olan müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin surətinə əsasən 07 avqust 2024-cü il tarixli 19173427 nömrəli Müqavilə üzrə alınmış malın dəyəri xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 30.75 manat ödənilməklə xx.xx.2025-ci il tarixədək ödənilməlidir. İşdə olan müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin surətinə əsasən 03 sentyabr 2024-cü il tarixli 10719107 nömrəli Müqavilə üzrə alınmış malın dəyəri xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 17.73 manat ödənilməklə xx.xx.2026-cı il tarixədək ödənilməlidir. İşdən görünür ki, Cavabdeh 11 sentyabr 2024-cü il tarixli 18715010 nömrəli müqavilə üzrə aldığı əşyaların dəyərini qismən ödəyərək 338.22 manat borc, 33.82 manat cərimə, 07 avqust 2024-cü il tarixli 19173427 nömrəli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 338 manat borc, RİNN-nə məhdudiyyətin qoyulması və aradan qaldırılması üçün ödənilən 23.6 manat rüsum, 33.8 manat cərimə, 03 sentyabr 2024-cü il tarixli 10719107 nömrəli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 319.14 manat borc və 31.91 manat cərimə olmaqla, ümumilikdə 1118.50 manat borc hesablanmışdır. AR Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 606.1-ci maddəsinə əsasən əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və (və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin xeyrinə Cavabdeh 11 sentyabr 2024-cü il tarixli 18715010 nömrəli müqavilə üzrə 338.22 manat əsas, 07 avqust 2024-cü il tarixli 19173427 nömrəli müqavilə üzrə 338 manat əsas borc və 03 sentyabr 2024-cü il tarixli 10719107 nömrəli müqavilə üzrə 319.14 manat əsas borc, dövlət rüsumuna görə 30 manat tutulmalı və cərimə məbləği əsas borca mütənasib olaraq endirilməlidir; Müqavilənin 3.4cü bəndində göstərilənlər 3.1-ci bəndində göstərilənlərə və AR Mülki Məcəlləsinin 606.1-ci maddəsinin tələbinə zidd olduğundan RİNN-nə məhdudiyyətin qoyulması və aradan qaldırılması üçün ödənilən dövlət rüsumu alıcıdan tələb oluna bilməz. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 11 sentyabr 2024-cü il tarixli 18715010 nömrəli müqavilə üzrə 338.22 manat əsas, 4 manat cərimə, 07 avqust 2024-cü il tarixli 19173427 nömrəli müqavilə üzrə 338 manat əsas, 4 manat cərimə, 03 sentyabr 2024-cü il tarixli 10719107 nömrəli müqavilə üzrə 319.14 manat əsas, 4 manat cərimə borcu və dövlət rüsumuna görə 30 manat pul alınıb iddiaçı "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar