Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-580/2025 30.04.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Əliyar oğluna qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: subroqasiya qaydasında zərərin ödənilməsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X4, İddiaçı "xxxx" ASC-nin Cavabdeh Əliyar oğluna qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia qaldıraraq 350,00 manat məbləğində sığorta ödənişi və 30,00 manat dövlət rüsumu tutulub cəmiyyətin xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə İddiaçı ASC-də (bundan sonra ASC) “İcbari Sığortalar haqqında” AR Qanununa uyğun olaraq “daşınmaz əmlakın icbari sığortası” növü üzrə sığortalanmış X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış evinə Cavabdeh Əliyar oğluna məxsus olan ünvan 2 ünvanında yerləşən mənzildən su axıdılması nəticəsində maddi zərər vurulmuşdur. Ziyanın Cavabdeh Əliyar oğluna məxsus olan mənzildən su axıdılması nəticəsində vurulması Xətai RİH 97 saylı MKİS-in xx.xx.2022-ci il tarixli aktı ilə də öz təsdiqini tapmışdır. Dəymiş zərərin aradan qaldırılması üçün ASC tərəfindən 350 (üç yüz əlli) manat məbləğində sığorta ödənişi edilmişdir. İşdə olan RX ******* nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətinə əsasən ünvan 1 xx.xx.2014-cü il tarixdə **********13- 03101-093006 reyestr nömrəsi ilə X2 xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. İşdə olan Xətai RİH 97 saylı MKİS tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktına əsasən, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ev 79-da yerləşən 96 nömrəli mənzilə ünvan 1dən su axıdılması nəticəsində xeyli ziyan dəymişdir. İşdə olan PİM/20/0124 nömrəli əmlakın yanğından və digər əlavə risklərdən sığortası şəhadatnaməsinin surətinə əsasən, X1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ev 79-də yerləşən 94 nömrəli mənzil xx.xx.2020-xx.xx.2023 sığorta müddətində su, istilik, kanalizasiya kəmərlərininvə yanğındansöndürmə sistemlərinin qəzası,habelə qonşu tikililərdən, yaşayış və qeyri yaşayış sahələrindən, yaşayış binalarından və evlərdən, mənzillərdən, otaqlardan daxil olan sular nəticəsində subasma hadisəsindən ümumilikdə 38.387,15 manatdan çox olmayan məbləğdə "xxxx" ASC tərəfindən sığortalanmışdır. İşdə olan Əmlak üzrə ekspert İlqar Zeynalov (Reg:**********; VÖEN:**********) tərəfindən verilmiş dəymiş zərərin hesabatına dair 1644 saylı Rəyə əsasən ünvan 1-də yerləşən X1 mülkiyyətində olan yaşayış evinə cəmi 350,00 manat məbləğində ziyan dəymişdir. İşdə olan xx.xx.2022-ci il tarixli Ödəniş tarşırığının surətinə əsasən "xxxx" ASC tərəfindən X3 350,00 manat ödənilmişdir. İşdə olan xx.xx.2014-cü il qeydiyyat tarixli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətinə əsasən ünvan 1 ünvanında yerləşən mənzil X2 xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. İşdə olan Fİ-0033/2022/AKT7745/22 nömrəli Sığorta Aktının surətinə əsasən PİM/20/0124 nömrəli Sığorta müqaviləsi ilə xx.xx.2020-xx.xx.2023 sığorta müddətində sığortaçı İddiaçı ASC-də (bundan sonra ASC) sığortalanmış X1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ev 79-də yerləşən 94 nömrəli mənzilə subasma sığorta hadisəsində dəymiş zərər 350,0 manat məbləğində müəyyən olunmuş, sığorta ödənişi 350,0 manat təşkil etmişdir. İşdə olan 005XOH********** nömrəli əməliyyata dair məlumata əsasən xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin "xxxx" ASC-də olan hesabından X1 hesabına 350,0 manat köçürülmüşdür. «İcbari sığortalar haqqında» AR Qanununun 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qnunun 13.1-ci maddəsinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun xüsusi hissəsində nəzərdə tutulmuş hadisələr və hallardır. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin,.... və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və ( və ya) əmlakına vurulmuş zərərin ödənilməsi üçün sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. AR Mülki Məcəlləsinin 923-cü maddəsinə əsasən mülki məsuliyyətin sığortası müqaviləsinə görə sığortaçı sığortalını sığorta dövründə əmələ gəlmiş məsuliyyətlə əlaqədar üçüncü şəxs qarşısında ona həvalə edilən öhdəlikdən azad etməlidir. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh Əliyar oğlundan 350,0 (üç yüz əlli) manat sığorta ödənişi və 30,0 (otuz) manat dövlət rüsumu alınıb iddiaçı "xxxx" ASC-nin oğlunun xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin olunsun. Cavabdeh Əliyar oğlundan 350,0 (üç yüz əlli) manat sığorta ödənişi və 30,0 (otuz) manat dövlət rüsumu alınıb iddiaçı "xxxx" ASC-nin oğlunun xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-580/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-580/2025
30.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver