Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-589/2025 08.07.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, Nümayəndə1 və İddiaçı4 Cavabdeh qarşı “X46 haqqında şəhadətnamənin və daşınmaz əmlakın bağışlanması müqaviləsinin qismən etibarsız hesab edilməsi, cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və bu qeydiyyata dair verilmiş çıxarışın ləğv edilməsi və miras qalmış əmlakdan vərəsəlik üzrə payın müəyyən edilməsi” tələbinə dairmülki iş üzrə (Açar sözlər: X46 haqqında şəhadətnamənin və daşınmaz əmlakın bağışlanması müqaviləsinin qismən etibarsız hesab edilməsi, cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və bu qeydiyyata dair verilmiş çıxarışın ləğv edilməsi və miras qalmış əmlakdan vərəsəlik üzrə payın müəyyən edilməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçılar Nümayəndə1 (eyni zamanda İddiaçı1 etibarnamə üzrə nümayəndəsi), İddiaçı2, İddiaçı4, Cavabdeh və cavabdehin vəkili və nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, Nümayəndə1 və İddiaçı4 Cavabdeh qarşı “X46 haqqında şəhadətnamənin və daşınmaz əmlakın bağışlanması müqaviləsinin qismən etibarsız hesab edilməsi, cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və bu qeydiyyata dair verilmiş çıxarışın ləğv edilməsi və miras qalmış əmlakdan vərəsəlik üzrə payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, Nümayəndə1 və İddiaçı4 Cavabdeh qarşı “miras qalmış əmlakdan vərəsəlik üzrə payın müəyyən edilməsi” tələbinə dairiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli 03 saylı qərarı ilə JN-1083F nömrəli (kod ********) «Torpağın mülkiyyət verilməsinə dair» şəhadətnamə ilə X7, X17 və X10 ümumi birgə mülkiyyətinə verilmiş, X3 xx.xx.2010-cu il tarixdə ölümü ilə ondan miras qalmış 0,07 ha həyətyanı torpaq sahəsindən onların, yəni iddiaçılar Nümayəndə1, İddiaçı2, İddiaçı4 və İddiaçı1 vərəsə kimi mirasdan paylarının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçı Nümayəndə1 məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək göstərmişdir ki, X3 xx.xx.2010-cu il tarixdə ölümü ilə ondan miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 113 kv.m, yaşayış sahəsi 31.1 kv.m, yardımçı sahəsi 80.2 kv.m 2 otaqlı fərdi yaşayış evinə və 0,07 ha həyətyanı torpaq sahəsinə dair Qəbələ regional “Asan Xidmət” mərkəzininin notariat ofisi tərəfindən cavabdehin adına verilmiş 16 iyul 2024-cü il tarixli, 2V-607 reyestr nömrəli “X46 hüququ haqqında” Şəhadətnamənin və xx.xx.2024-cü il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin qismən etibarsız hesab edilməsi; bu şəhadətnamə əsasında cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və bu qeydiyyata dair verilmiş çıxarışın ləğv edilməsi; ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 113 kv.m, yaşayış sahəsi 31.1 kv.m, yardımçı sahəsi 80.2 kv.m 2 otaqlı fərdi yaşayış evindən və 0,07 ha həyətyanı torpaq sahəsinə onların, yəni iddiaçılar Nümayəndə1, İddiaçı2, İddiaçı4 və İddiaçı1 vərəsə kimi mirasdan paylarının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar bacı və qardaşdırlar. Cavabdeh isə mərhum qardaşları X18 övladıdır. X5, anaları isə X12 olmuşlar. Qəbələ rayon AlK-nin xx.xx.2001-ci il tarixli 03 saylı qərarı ilə X9 (anaları), X21 (qardaşları) və onun arvadı X13 Qəbələ şəhərində 0.07 ha torpaq sahəsi mülkiyyətə verilmişdir. Mülkiyyətçilərdən anaları olan X12 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Digər mülkiyyətçi mərhum qardaşları Cəlil Cabbarov isə 31 dekabr 2021-ci il tarixdə vəfat etmişdir. X1 miras qalmış Qəbələ şəhərində yerləşən ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən miras payın ayrılması vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi xahişi ilə bağlı Qəbələ Regional "Asan xidmət" mərkəzinin notariat ofisinə ərizə ilə müraciət etmişlər. Qəbələ Regional "Asan xidmət" mərkəzi Notariat ofisinin xx.xx.2024-cü il tarixli, 1276 saylı cavab məktubunda mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti buraxmaqları, o cümlədən miras əmlakın faktik idarəçiliyinə dair sübutlar təqdim etməməkləri əsas gətirməklə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməkləri tövsiyyə olunmuşdur. Onlar Qəbələ rayon AİK-nin xx.xx.2001-ci il tarixli, 03 saylı qərarı ilə X8 və qeyrilərinin mülkiyyətinə verilmiş 0.07 ha torpaq sahəsində xx.xx.2010-cu il tarixdə vəfat etdikdən sonra mərhum analarının birinci növbə vərəsələri olmaqla 0.07 ha ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən bir miras payın müəyyən edilməsini istəyirlər. Bu niyyətdə olmaqlarının tək səbəbi digər miras şərikləri ilə aralarında olan mübahisədir. Cavabdehlə mübahisə məhkəmədən kənar həll olunmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Hazırkı halda isə mirası qoyan anaları X14 06 yanvar 2010-cu il tarixdə ölməsi ilə ondan miras qalmış sözügedən əmlaka vərəsəlik açılıb və onun birinci növbəli vərəsələri, yəni onlar isə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina etməmişlər. Bu səbəbdən vərəsəlik üzrə payları müəyyən olunmalıdır. Beləliklə, mərhum anaları X7 xx.xx.2010-cu il tarixdə ölümü ilə ondan qalmış mirası, yəni Qəbələ şəhərində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsindən onların, yəni iddiaçılar Nümayəndə1, İddiaçı2 və İddiaçı1 vərəsə kimi mirasdan paylarının müəyyən olunmasını xahiş edirlər. İddia tələbinin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə zamanı cavabdeh etiraf etmişdir ki, 0,07 ha torpaq sahəsinə görə xx.xx.2024-cü il tarixdə “Vərəsəlik haqqında” şəhadətnamə almışdır. Onlara isə 04 may 2024-cü il tarixdə Qəbələ Regional "Asan xidmət" mərkəzi Notariat ofisi imtina məktubu vermişdir. Həmin tarixdən sonra isə cavabdehin vərəsəlik şəhadətnaməsi alması onlara məlum olmamışdır. Əlavə olaraq bildirirlər ki, hazırkı iddia tələbi ilə əvvəl də Qəbələ rayon məhkəməsinə müraciət etmişlər və həmin məhkəmə ilə bir neçə dəfə məhkəmə iclasları olsa da, cavabdeh və onun vəkili vərəsəlik şəhadətnaməsinin alınması barədə məlumat verməmişlər. Hal-hazırda cavabdeh adına vərəsəlik haqqında şəhadətnamə aldığından iddia tələbinin əsası və predmeti dəyişməlidir. İddiaya etiraz: xx.xx.2025-ci il tarixdə Cavabdeh məhkəməyə elektron qaydada etiraz ərizəsi göndərərək göstərmişdir ki, vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıqaşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarəetmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır. Qüvvədə olan qanunvericiliklə vərəsəlik işləri ilə bağlı müvafiq sənədləşdirmələrin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edilmişdir. Başqa sözlə, cavabdehlərin adına verilmiş X46 şəhadətnamələrinin etibarsız sayılması üçün hüquqi əsaslar mövcud deyildir. İddiaçıların mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətdə müraciət etməməsinin səbəbi ilə bağlı ərizəsində göstərdiklərinə qiymət verərək hesab edir ki, iddiaçılar mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin ötürülməsinin səbəbinin üzrlü səbəblərdən vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilməməsinə dair göstərilənləri təsdiq edəcək hər hansı bir sübut növü təqdim etməmişdir. xx.xx.2010-cu il tarixində vəfat etmiş X11, vəfatından sonra 6 aylıq müddət ərzində onlara bununla bağlı hər hansı sənəd verməmişlərsə belə, iddiaçılar tərəfə heç kim və heç nə mane olmurdu ki, özü müstəqil olaraq notariat ofisinə ərizə vermək qaydasında mirası qəbul etmək üçün həmin orqana müraciət etsin. İddiaçılar tərəfin ərizəsi əsasən onların X11 xx.xx.2010-cu il tarixində vəfat etməsi barədə məlumatlı olması (yas mərasimlərində iştirak etmələri və müzakirələr aparmaları və s.) işin mübahisəsiz halıdır və iddiaçılar tərəfindən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin buraxılması barədə göstərilənlər üzrlü səbəblər kimi qiymətləndirilə bilməz. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Əlavə olaraq bildirirlər ki, Qəbələ rayon AİK xx.xx.2001-ci il tarixli qərarı ilə paylı mülkiyyətçilər X14 və X22r. İddiaçıların iddia tələbində qeyd edilən X12 adına heç bir mülkiyyət təsdiq edən sənəd yoxdur. Bu səbəbdən iddiçıların iddia tələbi təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş edir. xx.xx.2025-ci il tarixdə Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə2 məhkəməyə elektron qaydada etiraz ərizəsi göndərərək göstərmişdir ki, X3 mülkiyyətində ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 113 kv.m, yaşayış sahəsi 31.1 kv.m, yardımçı sahəsi 80.2 kv.m 2 otaqlı fərdi yaşayış evindən və 0,07 ha həyətyanı torpaq sahəsi olmamışdır. Mərhumun mülkiyyətində 0.02 ha torpaq sahəsi olmuşdur. Qalan topaq sahəsi cavabdehinin ata və anasına məxsus idi (işdəki sənədlər təsdiq edir). İddiaçıların tələb edəcəyi əmlak 0.02 ha torpaq sahəsi olabilər. Həmin sahə isə Cavabdeh X3 rəhmətə gedən vaxtda ata, anası ilə sonra özü yaşamaqla, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla mirası qəbul etmişdir. Azərbaycan Respublikası MM-nin 1243.2-ci madəsinə əsasən Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Lakin iddiaçılar (mərhum X14 xx.xx.2010-cu il tarixində vəfat etmişdir) 15 ildən çox vaxt keçməsinə baxmayaraq mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməmişlər. Cavabdeh 18 yaşını tamam olduqdan sonra 2024-cü il tarixin yanvar ayında notariat ofisinə müraciət edərək nənəsi mərhum X14, atası mərhum X31 və anası mərhum X15 əmlaklarını yaşamaqla, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla mirası qəbul etdiyini göstərmişdir. Cavabdeh ərizəsi əsasında notariat ofisində vərəsəlik işi açılaraq 2024-cü ilin aprel ayında notarius tərəfindən iddiaçılara bildiriş göndərilərək, onlar notariat ofsinə dəvət olunuşdur. Onlara bildirilmiş ki, müddətin keçməsi ilə və Cavabdeh mirası faktiki qəbul etməsi ilə əlaqədar onlara (iddiaçılara) pay çatmır və əgər bir şikayət və etirazları varsa məhkəməyə bir ay içində müraciət etməlidirlər, məhkəməyə müraciət olduqda notariat ofisində vərəsəlik işin məhkəmənin qanuni qətnaməsi olanadək işin dayandırılacağı barədə məlumat verilmişdir. İddiaçıların məhkəməyə müraciət etmələri üçün iki ay gözlədikdən sonra notarius tərəfindən məhkəməyə müraciət edərək iddiaçıların məhkəməyə müraciət olmaması barədə arayış aldıqdan sonra 16 iyul 2024-cü il tarixində vərəsəlik işi üzrə şəhadətnamə verilmişdir. İddiaçılar notariusun onlara məlumat verdiyi vaxtdan 1 il, şəhadətnaməsin verilməsindən sonra 9 ay keçdikdən sonra məhkəməyə müraciət etmişlər. Belə ki, vərəsələrin mirası qəbul etməsi faktını Mülki Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirası qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir (Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə 2011-ci il 5 dekabr tarixli Qərarı). Hazırki iş üzrə hesab edir ki, iddiaçılar tərəfindən mirasın qanunvericiliklə müəyyən edilmiş qaydada qəbul edilməməsi, mirasın qəbul edilməsi üçün Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin (altı ay) buraxılması işin mübahisəsiz hallarındandır və notariat orqanının iddiaçıların adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin mümkünsuzlüyü ilə bağlı göstərdikləri işin halları ilə uzlaşır. Başqa sözlə, cavabdehlərin adına verilmiş X46 şəhadətnamələrinin etibarsız sayılması üçün hüquqi əsaslar mövcud deyildir. İddiaçıların mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətdə müraciət etməməsinin səbəbi ilə bağlı ərizəsində göstərdiklərinə qiymət verərək hesab edir ki, iddiaçılar mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin ötürülməsinin səbəbinin üzrlü səbəblərdən vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilməməsinə dair göstərilənləri təsdiq edəcək hər hansı bir sübut növü təqdim etməmişdir. xx.xx.2010-cu il tarixində vəfat etmiş X11, vəfatından sonra 6 aylıq müddət ərzində onlara bununla bağlı hər hansı sənəd verməmişlərsə belə, iddiaçılar tərəfə heç kim və heç nə mane olmurdu ki, özü müstəqil olaraq notariat ofisinə ərizə vermək qaydasında mirası qəbul etmək üçün həmin orqana müraciət etsin. İddiaçılar tərəfin ərizəsi əsasən onların X11 xx.xx.2010-cu il tarixində vəfat etməsi barədə məlumatlı olması (yas mərasimlərində iştirak etmələri və müzakirələr aparmaları və s.) işin mübahisəsiz halıdır və iddiaçılar tərəfindən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin buraxılması barədə göstərilənlər üzrlü səbəblər kimi qiymətləndirilə bilməz. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Əlavə olaraq bildirir ki, mərhum X2 iddiaçılar torpaq sahəsi evlər verərək onlara aid payları vermiş bu qalan payı isə Cəlil Cabbarovun özü və ailəsi üçün saxlamışdır. İddiaçılar isə onlara verilən torpaq sahələrini, evlərini satıb pullarını mənimsədikdən sonra, doğma qardaş qızına baxaraq əl tutmaq əvəzinə ona qarşı birləşərək, ata anası olmayan tək, yardıma ehtiyacı olan gənc Cavabdeh 0,02 ha torpaq sahəsini almaq istəyirlər. Mərhum X2 iddiaçı Nümayəndə1 mübahisəli torpaq sahəsindən ayıraraq 0,20 ha topaq sahəsi və üzərində yeni tikilmiş mənzil verilmişdir. Həmin sahənin 0,06 ha topaq sahəsini iddiaçı Nümayəndə1 satmış qalan 0,14 ha hissədə öz ailəsi ilə birgə yaşayır. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçıların iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı Nümayəndə1 (eyni zamanda İddiaçı1 etibarnamə üzrə nümayəndəsi) iddia ərizəsində qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Həmçinin göstərmişdir ki, notarius onlara məhkəməyə müraciət etmək üçün 10 gün müddət verdikdən sonra dərhal vəkilə müraciət etmiş, həmin tarixdə də Qəbələ Rayon Məhkəməsinə 100 manat dövlət rüsumu ödəmişdir. Həmçinin Mirasın qəbul edilməsi üçün məhz Notariat Ofisinə müraciət etməli olduğunu bilmədiyi üçün gec müraciət etmişdir. Lakin vərəsələrdən heç birinin Notariat Ofisinə gələrək öz paylarını qəbul etməkdə maraqlı olmamalarını öz təqsiri hesab etmir. Çünki mərhum qardaşı da bu barədə notariat orqanına müraciət etməmişdir. Miras əmlak bərabər paylarda olmaqla vərəsələr arasında bölünməlidir. Məhkəmə iclasında İddiaçı2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı4 iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz ərizəsi nəzərə alınmaqla, iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Nümayəndə2 etiraz əzisəsində göstərdiyi hallara uyğun çıxış edib, iddia ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs Qəbələ Regional "Asan Xidmət" Mərkəzinin Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən üçüncü şəxsQəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. 12 iyun 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinin nümayəndəsi (notariusu) Nümayəndə4 izahatında göstərmişdir ki, tərəflərin hər birini tanıyır. Bu cür mübahisələr hazırda çoxdur. Bu işlə bağlı onu qeyd edir ki, X34 2010-cu ildə vəfat etmişdir. Ruziyyənin miras əmlakı qalıb. Onun miras əmlakında aqrar islahat zamanı verilən torpaq sahəsi olub. Həmin şəhadətnamədə Ruziyyə Cabbarova, Solmaz Cabbarova və Cəlil Cabbarovun adları olub. Onlara Cəlil və Solmazın vərəsələri müraciət edib, vərəsəlik işini həyata keçirmək istədiklərini bildirmişlər. Cəlil və Solmazda vərəsəlik işi aparılan zaman onların vərəsə dairəsi müəyyən olunub. Ruziyyə Cabbarovada vərəsəlik işi aparılan zaman onun birinci növbə vərəsə olan övladlarının dairəsini müəyyən etmək üçün Qeydiyyat şöbəsinə sorğu verilmiş və müəyyən edilmişdir ki, Cabbarova Səidə, Cabbarov Cəlil, İddiaçı4, Cabbarova Əntiqə, Nümayəndə1 və Cabbarova Afiqə onun övladlarıdır. Əri isə özündən əvvəl vəfat etmişdir. Onların hər biri yoxlanılıb. Səidə xanıma sifarişli, xəbərnaməli məktub göndərmişlər. Onların mirası faktiki qəbullarını bilmədiklərinə görə hər bir vərəsəni ayrıca dəvət etmişlər. Özləri notariusa yaxınlaşıblar. Hər birinə bildirmişlər ki, mirasın faktiki qəbulu ilə bağlı hər hansı sənədləri varsa, təqdim etsinlər, onları vərəsə dairəsinə daxil etsinlər. Solmaz və Cəlilin vərəsələri də onların vərəsə dairəsinə daxil edilmələri ilə bağlı hər hansı etiraz etməyiblər və onlar kifayət qədər də gözləyiblər. Bu kifayət qədər vaxt aparıb. Dəvətləri əsasında xx.xx.2024-cü il tarixdə Səidə xanım yaxınlaşıb notariat ofisinə, onun ərizəsi alınıb, imtina məktubu verilib ki, mirasın faktiki qəbulu ilə bağlı sənədlər təqdim etsin, əgər təqdim edə bilmirsə, məhkəməyə müraciət etmək hüququ izah edilib. Qanuna uyğun olaraq da 10 gün müddət müəyyən edilib. Digər vərəsələrə də də eyni qaydada ərizələrini alaraq, məktub vermişlər. Hər biri də məktubları qəbul ediblər. xx.xx.2024-cü il tarixdə məhkəməyə sorğu ünvanlayaraq, icraatda belə bir işin olub-olmamasını soruşmuşlar. xx.xx.2024-cü il tarixdə sorğularına cavab verilmişdir ki, icraatda belə bir iş yoxdur. Əslində tərəf məhkəməyə müraciət etdikdən sonra həmin sənədləri təqdim etməli idi. Hər hansı sənəd də təqdim olunmadığına görə vərəsəlik irsi transmissiya qaydasında Cəlilin övladlarına münasibətdə həyata keçirilmişdir. Cabbarova Ruziyyənin mirası Cəlil ondan sonra vəfat etdiyinə görə onun övladlarına keçib. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan JN-1083F, kod 40601004 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nin surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarı ilə X7, X17 və X10 mülkiyyətinə Qəbələ şəhəri ərazisində 0,07 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən ünvan 1 ünvanında yerləşən 111.30 kv.m fərdi yaşayış evi X9, X23 və X16 məxsusdur. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AZ-İ seriyalı 408267 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2010-cu ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2010-cu il tarixdə 08 № ilə qeyd edilmişdir. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 227380 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X31 xx.xx.2021-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 09 № ilə qeyd edilmişdir. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən Qəbələ regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin notariat ofisinə ünvanlanmış 23 yanvar 2024cü il tarixli məktubda göstərilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları”nın avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi və arxiv məlumatlarına əsasən xx.xx.2010-cu il tarixdə vəfat etmiş X8 X19 ilə nikahı var və övladları aşağıdakı kimidir: 1. X28. 2. X31 (ölüb). 3. İddiaçı4. 4. X24. 5. X25. 6. X29. İş materiallarında olan X45 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən İddiaçı1, İddiaçı4, Nümayəndə1 və İddiaçı2 ünvanlanmış 20 aprel 2024-cü il tarixli məktublarda göstərilmişdir ki, Qəbələ Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinə vətəndaş Cavabdeh müraciəti, miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənəd, mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.2010-cu il tarixdə vəfat etmiş X8 adına vərəsəlik işi açılmalıdır. Vərəsəlik hüquqlarının rəsmiləşdirilməsi ilə bağlı öz iradə ifadələrini bildirmək üçün 15 (on beş) gün müddətində notariat ofisinə müraciət etmək xahiş olunmuşdur. İş materiallarında olan İddiaçı1, Nümayəndə1 və İddiaçı2 tərəfindən X45 Xidmət Mərkəzində Notariat Ofisinə ünvanlanmış 02 may 2025-ci il tarixli ərizələrdə göstərilmişdir ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinin tələblərinin və10 gün müddətində məhkəmədən təsdiq edilməli olan hüquq və ya fakt barəsində əlaqədar şəxsdən ərizə daxil olduğu haqqında məlumat alınmazsa, notariat hərəkətinin aparılmasının dayandırılmasına yol verilmədiyinin onlara izah edilmişdir. İş materiallarında olan Qəbələ regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Nümayəndə4 tərəfindən 2V-607 № ilə qeyd edilmiş xx.xx.2024-cü il tarixli “X46 Hüququ Haqqında” Şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X31nun vərəsələri QƏBƏLƏ RAYONU, QƏBƏLƏ ŞƏHƏRİ, OSMAN SADİQOV KÜÇƏSi, EV 5 ünvanında qeydiyyatda olan qızı Cavabdeh QİZİ (AA*******, xx.xx.2021 - Asan-Qəbələ, FİN:xxxxxxx, ditxx.xx.2005), QƏBƏLƏ RAYONU, QƏBƏLƏ ŞƏHƏRİ, OSMAN SADİQOV KÜÇƏSİ, EV 5 ünvanında qeydiyyatda olan qızı X47 QİZİ (AA1386866, xx.xx.2020 - Asan- Qəbələ, FİN:6J8TNHD, d/t:xx.xx.1999) və onların hər biri miras əmlakdan 1/2 hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak vərəsəliyi qəbul etmiş, lakin öz hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş X18 xx.xx.2010-cu il tarixdə vəfat etmiş anası X9 məxsus olan: ƏMDK-nin yanında DƏDRX-nin Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş **********02-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən ümumi birgə mülkiyyət hüququ üzrə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 111.3 kv/m, yaşayış sahəsi 31.1 kv/m, yardımçı sahəsi 80.2 kv/m, 2 otaqlı olan fərdi yaşayış evindən X9 məxsus olan hissəsindən; - ƏMDK-nin yanında DƏDRX-nin Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş **********02-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən ümumi birgə mülkiyyət hüququ üzrə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.07 ha olan yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsindən X9 məxsus olan hissəsindən ibarətdir. İş materiallarında olan Cavabdeh və X32 tərəfindən notariat ofisinə yazılmış xx.xx.2024-cü il tarixli ərizələrdən görünür ki, miras qoyanın adına vərəsəlik işi açmaqlarını, miras qoyanın fərdi yaşayış evi üzərindəki hüquqlarının Hüquqların Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması üçün müraciət etməyi, Çıxarış alındıqdan və sənəd tərəfindən təqdim edildikdən sonra qeyd edilən əmlakdan xx.xx.2021-ci il tarixdə ölmüş oğlu olan X23 irsi transmissiya qaydasında çatası payına dair X46 hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişlər. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********02-10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,07 ha yaşayış məntəqələri torpaqlarından və 111.30 kv/m olan fərdi yaşayış evindən X20 və Cavabdeh hər birinin 1/2 hissədə payları müəyyən olunmuşdur. İş materiallarında olan Qəbələ regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Nümayəndə4 tərəfindən 08 avqust 2024-cü il tarixdə, 4Ə-1370 reyestr nömrəsi ilə qeydə alınmış «Daşınmaz əmlakın bağışlanması müqaviləsi»nin surətindən görünür ki, həddiyə verən X32 hədiyyə alan Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 111.3 kv/m, yaşayış sahəsi 31.1 kv/m, yardımçı sahəsi 80.2 kv/m olan 2 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus olan ½ hissəni və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,07 ha olan yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinin paylı mülkiyyət üzrə ona məxsus ½ hissəsini bağışlamışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********02-10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,07 ha yaşayış məntəqələri torpaqları və 111.30 kv/m olan fərdi yaşayış evi tam olaraq Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarında olan X45 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən Nümayəndə1 ünvanlanmış 02 may 2024-cü il tarixli, 1276 nömrəli məktubda qanunvericilikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddətin buraxıldığı, o cümlədən miras əmlakın faktiki idarəçiliyinə dair sübutlar təqdim edilmədiyindən məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Məhkəmə tərəfindən iş materiallarına əlavə edilmiş "xxxx" ASC-nə məxsus xx.xx.2024cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, Nümayəndə1 tərəfindən Qəbələ Rayon Məhkəməsinə “qiymətləndirməyən iddia ərizəsi”nə görə xx.xx.2024-cü il tarixdə100 manat dövlət rüsumu ödənilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, X46 (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, X46 zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsə sayılırlar. 1170.1-ci maddəsinə görə, vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. 1170.2-ci maddəsinə əsasən, əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə, lakin vəsiyyətnamədə yalnız bir vərəsənin payı müəyyənləşdirilmişdirsə, digər vərəsələr qalan əmlakı bərabər alır. 1171-ci maddəsinə əsasən, əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə və vərəsələrdən birinə təyin edilmiş pay mirasın hamısından ibarətdirsə, vəsiyyət üzrə bütün vərəsələr bərabər paylar almalıdırlar. 1193-ci maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay X46 zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 1262-ci maddəsinə əsasən, əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 1273-cü maddəsinə əsasən Mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. 1274-cü maddəsinə əsasən, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1282.1-ci maddəsinə əsasən, əgər kəndli təsərrüfatının yerləşdiyi kənd təsərrüfatı təyinatlı torpağın mülkiyyətçisi vəsiyyətnamə ilə onu bir neçə vərəsəyə qoymuşdursa və ya vəsiyyətnamə qoyulmamışdırsa və qanun üzrə bir neçə vərəsə vardırsa, kənd təsərrüfatı təyinatlı torpaq orada yerləşən kəndli təsərrüfatı ilə birlikdə vərəsələr arasında bölüşdürülə bilər, bu şərtlə ki, bölgü nəticəsində vərəsələrdən hər birinə keçən torpaq sahəsi həyat qabiliyyətli təsərrüfatın mövcudluğunu təmin etsin. Azərbaycan Respublikası Konstutusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə xx.xx.2014-cu il tarixli qərarı Azərbaycan Respublikası Konstutusiya Məhkəməsi Plenumunun A.Nadirova və qeyrilərinin şikayəti üzrə xx.xx.2022-ci il tarixli qərar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı işin halları, təqdim olunmuş sübutlarla və tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, JN-1083F, kod 40601004 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»yə əsasən Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarı ilə X7, X17 və X10 mülkiyyətinə Qəbələ şəhəri ərazisində 0,07 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində, yəni ünvan 1 ünvanında yerləşən 0,07 ha torpaq sahəsində X9, X21 və X13 məxsus 111.30 kv.m fərdi yaşayış evi olmuşdur. X12 xx.xx.2010-cu ildə ölmüşdür. X8 oğlu X31 isə xx.xx.2021-ci ildə ölmüşdür. X45 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən İddiaçı1, İddiaçı4, Nümayəndə1 və İddiaçı2 ünvanlanmış məktublarda göstərilmişdir ki, xx.xx.2010-cu il tarixdə vəfat etmiş X8 adına vərəsəlik işi açılmalıdır və vərəsəlik hüquqlarının rəsmiləşdirilməsi ilə bağlı öz iradə ifadələrini bildirmək üçün 15 (on beş) gün müddətində notariat ofisinə müraciət etmək xahiş olunmuşdur.İddiaçı1, Nümayəndə1 və İddiaçı2 tərəfindən X45 Xidmət Mərkəzində Notariat Ofisinə ünvanlanmış 02 may 2025-ci il tarixli ərizələrdə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinin tələblərinin və 10 gün müddətində məhkəmədən təsdiq edilməli olan hüquq və ya fakt barəsində əlaqədar şəxsdən ərizə daxil olduğu haqqında məlumat alınmazsa, notariat hərəkətinin aparılmasının dayandırılmasına yol verilmədiyinin onlara izah edilməsi qeyd edilmişdir. Qəbələ regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Nümayəndə4 tərəfindən 2V-607 № ilə qeyd edilmiş xx.xx.2024-cü il tarixli “X46 Hüququ Haqqında” Şəhadətnaməyə əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş X18 vərəsələri olan qızları Cavabdeh və X32 hər biri miras əmlakdan 1/2 hissədə irs almışlar. Şəhadətnamə verilən miras əmlak vərəsəliyi qəbul etmiş, lakin öz hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş X18 xx.xx.2010-cu il tarixdə vəfat etmiş anası X9 məxsus olanünvan 1 ünvanında yerləşən ümumi sahəsi 111.3 kv/m, yaşayış sahəsi 31.1 kv/m, yardımçı sahəsi 80.2 kv/m, 2 otaqlı olan fərdi yaşayış evindən və həmin ünvanında yerləşən ümumi sahəsi 0.07 ha olan yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsindən X9 məxsus olan hissəsindən ibarət olmuşdur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********02-10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,07 ha yaşayış məntəqələri torpaqlarından və 111.30 kv/m olan fərdi yaşayış evindən X20 və Cavabdeh hər birinin 1/2 hissədə payları müəyyən olunmuşdur. Qəbələ regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Nümayəndə4 tərəfindən 08 avqust 2024cü il tarixdə, 4Ə-1370 reyestr nömrəsi ilə qeydə alınmış «Daşınmaz əmlakın bağışlanması müqaviləsi»nə əsasən hədiyyə verən X32 hədiyyə alan Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 111.3 kv/m, yaşayış sahəsi 31.1 kv/m, yardımçı sahəsi 80.2 kv/m olan 2 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus olan ½ hissəni və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,07 ha olan yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinin paylı mülkiyyət üzrə ona məxsus ½ hissəsini bağışlamışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********02-10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,07 ha yaşayış məntəqələri torpaqları və 111.30 kv/m olan fərdi yaşayış evi tam olaraq Cavabdeh adına qeydiyyata alınmışdır. Hal-hazırda iddiaçılar X46 haqqında şəhadətnamənin və daşınmaz əmlakın bağışlanması müqaviləsinin qismən etibarsız hesab edilməsi, cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və bu qeydiyyata dair verilmiş çıxarışın ləğv edilməsi və miras qalmış əmlakdan vərəsəlik üzrə payın müəyyən edilməsini tələb edirlər. Cavabdeh isə iddia tələbini qəbul etmir və iddia tələbinin rədd edilməsini xahiş edir. Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, Miras əmlak ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 111.3 kv/m, yaşayış sahəsi 31.1 kv/m, yardımçı sahəsi 80.2 kv/m olan 2 otaqlı fərdi yaşayış evindən və həmin ünvanda yerləşən 0,07 ha olan yaşayış məntəqələrinin torpaqlarından ibarətdir. Sözügedən miras əmlak X7, X17 və X10 ümumi birgə mülkiyyətlərində olmuşdur. Hazırkı mübahisə isə X7 ölümü ilə ondan qalan miras əmlakla bağlıdır. X12 xx.xx.2010-cu ildə ölmüşdür. Məhkəmə qeyd edir ki, miras əmlaka vərəsəlik X8 06 yanvar 2010-cu il tarixdə ölməsi ilə açıldığından, hazırkı mübahisəli hüquq münasibətinə həmin dövrdə qüvvədə olan Mülki Məcəllənin normaları tətbiq edilməklə hüquqi qiymət verilməlidir. Mülki qanunvercilikdə mirasın qəbul edilməsinin iki üsulu fərqləndirilir, mirasın formal və qeyri-formal üsulla qəbulu. Formal üsulla mirasın qəbul edilməsi mirasın hüquqi cəhətdən qəbul edilməsini nəzərdə tutur. Mülki iş materiallarında iddiaçıların və cavabdehin mərhum atasının X6 qalmış mirası qəbul etməsi barədə notariat orqanına müraciət etmələri görünmür. Qeyri-formal üsul isə, mirasın faktiki cəhətdən qəbul edilməsini nəzərdə tutur. Mirasın qəbulunun qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir, yəni vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olur. Mirasın qeyri-formal (faktiki) qəbulunun özü də iki cür olur: miras əmlaka faktiki sahiblik və miras əmlakı faktiki idarə etmək. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakına faktiki sahib durur və ya faktiki cəhətdən onu ələ keçirir. Faktiki sahiblik müxtəlif usullarla həyata keçirilir: vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması, yaşamağa davam etməsi, əvvəllər miras qoyana məxsus olan əmlakdan faktiki istifadə etməsi. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatının aparılması üçün etmiş olsun. (AR Konstutusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə xx.xx.2014-cu il tarixli, A.Nadirova və qeyrilərinin şikayəti üzrə xx.xx.2022-ci il tarixli qərarı). Məhkəmə qeyd edir ki, cavabdehin və cavabdehin vəkilinin məhkəməyə ünvanladıqları etiraz ərizələrində iddianın rədd edilmə əsası kimi iddiaçıların qanunla nəzərdə tutulmuş müddət ərzində, yəni 3 ay müddətində mirasın qəbul etmələri barədə notariat orqanına müraciət etmədiklərini bildirmişlər. Lakin məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, hazırkı mübahisə X6 miras qalmış əmlakla bağlıdır ki, sonuncu xx.xx.2010-cu il tarixdə ölsə də, cavabdehin mərhum atası X31 da notariat orqanına qanunla nəzərdə tutulmuş müddət ərzində mirasın qəbul edilməsi barədə ərizə ilə müraciət etməmişdir. Bu səbəbdən X6 qalmış mirasın qəbulunun qeyri-formal üsulu məhkəmə tərəfindən araşdırılmalıdır. Məhkəmə tərəfindən X6 miras qalmış 2V-607 nömrəli vərəsəlik işi araşdırılan zaman müəyyən olundu ki, X6 miras qalmış əmlakın yalnız mərhum X31 tərəfindən faktiki sahiblik və faktiki idarə etməsi barədə sübutlar mövcud deyildir. Əksinə iddiaçılar tərəfindən X45 Xidmət Mərkəzində Notariat Ofisinə ünvanlamış ərizələrdə mirasın qəbulu müddətinin bərpası ilə əlaqədar məhkəməyə müraciət etmək niyyətlərinin olduğunu və digər vərəsəyə şəhadətnamə verilməsinin təxirə salınması xahiş olunmuşdur. Göründüyü kimi iddiaçılar mərhum analarından miras qalmış payın onlara verilməsində maraqlı olmuşlar. İddiaçıların qanunla nəzərdə tutulmuş 10 gün müddətində məhkəməyə müraciət etməməkləri ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçılar hazırkı cavabdehə qarşı xx.xx.2024-cü il tarixdə də məhkəməyə müraciət etmişlər və həmin mülki iş (e-2(025)-66/2025) iddiaçıların ərizəsinə əsasən baxılmamış saxlanılmışdır. Sözügedən mülki işdə olan "xxxx" ASC-nə məxsus xx.xx.2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, Nümayəndə1 tərəfindən Qəbələ Rayon Məhkəməsinə “qiymətləndirməyən iddia ərizəsi”nə görə 100 manat dövlət rüsumu ödənilmişdir. Qeyd olunan hal iddiaçı Nümayəndə1 və digər iddiaçıların qalmış mirasın qəbul edilməsinə dair iradələrini və həmin iradənin aşkar bəyanını özündə ehtiva etmişdir. İddiaçıların məhkəməyə müraciət etmək üçün hüquqi savadlarının olmaması isə işin mübahisəsiz halıdır və məlumdur ki, iddia ərizəsi hər hansı hüquqşunas və ya vəkil tərəfindən tərtib edilərək məhkəməyə təqdim edilməlidir və iddia ərizəsinin gecikdirilərək məhkəməyə xx.xx.2024-cü il tarixdə verilməsi iddiaçıların miras qalmış əmlakı qəbul etmək istəmədiklərinə mənasına gəlməməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, cavabdeh tərəf X4ndan miras qalmış əmlakın mərhum X31 tərəfindən faktiki sahiblik və idarə edilməsi barədə sübut təqdim edilməmişdir. Əksinə məhkəmə qeyd etməyi zəruri hesab etdiyi hal ondan ibarətdir ki, iddiaçılar hazırkı cavabdehə qarşı xx.xx.2024-cü il tarixdə Qəbələ Rayon Məhkəməsinə müraciət etmişlər və məhkəmə tərəfindən 2 hazırlıq iclası və 2 baxış iclası keçirilmişdir. Lakin sözügedən məhkəmə iclaslarının heç birində cavabdeh və onun vəkili tərəfindən məhkəməyə mübahisəli miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin olması barədə məlumat verilməmiş, sözügedən məsələ iddiaçılardan və məhkəmədən gizlədilmişdir. Bu hal da onu göstərir ki, cavabdeh tərəfin mübahisəli miras əmlakın mərhum atası X31 tərəfindən faktiki sahiblik və idarə edilməsinə dair sübutları mövcud olmamışdır. Göründüyü kimi cavabdehin mərhum atası X31 tərəfindən mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla, bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə mirası qəbul etməsi öz təsdiqini tapmır, bu barədə məhkəməyə sübut təqdim edə bilməmişlər, ona görə Miras əmlak bərabər paylarda olmaqla vərəsələr arasında bölünməlidir. Həmçinin məhkəmə o halı da nəzərə alır ki, X45 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən iddiaçılara ünvanlanmış məktublarda qanunvericilikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddətin buraxıldığını, o cümlədən miras əmlakın faktiki idarəçiliyinə dair sübutlar təqdim edilmədiyindən vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Lakin X4nın adına açılmış 2V-607 nömrəli vərəsəlik işində sonuncudan miras qalmış əmlakın X31 tərəfindən qəbul edilməsi və idarə edilməsi barədə sübutların nədə ifadə olunduğu müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli,X3 xx.xx.2010-cu il tarixdə ölümü ilə ondan miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 111,3 kv.m, yaşayış sahəsi 31.1 kv.m, yardımçı sahəsi 80.2 kv.m 2 otaqlı fərdi yaşayış evinə və 0,07 ha həyətyanı torpaq sahəsinə dair Qəbələ regional “Asan Xidmət” mərkəzininin notariat ofisi tərəfindən verilmiş 16 iyul 2024-cü il tarixli, 2V-607 reyestr nömrəli “X46 hüququ haqqında” Şəhadətnamə və xx.xx.2024-cü il tarixli 4Ə-1370 reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” qismən (iddiaçıların payına münasibətdə) etibarsız hesab edilməli, 16 iyul 2024-cü il tarixli, 2V-607 reyestr nömrəli “X46 hüququ haqqında” Şəhadətnamə və xx.xx.2024-cü il tarixli 4Ə-1370 reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” əsasında Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və bu qeydiyyata dair verilmiş xx.xx.2024-cü il tarixli, **********02-10301 reyestr nömrəli çıxarış qismən (iddiaçıların payına münasibətdə) ləğv edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, X4 06yanvar 2010-cu il tarixdə vəfat etməsi ilə mübahisəli hüquq münasibətləri həmin vaxtdan yarandığından, mübahisəyə 2000-ci il tarixdən qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Hazırkı iş üzrə iddiaçılar X4nın qanun üzrə birinci növbə vərəsələri, eyni zamanda cavabdehin mərhum atası da birinci dərəcəli vərəsəsidir.X6 qalmış miras əmlak barədə vəsiyyətnamə qoyulmamış və qanunla müəyyən edilmiş müddətə mirasdan imtina barədə notariat orqanına ərizə verilməmişdir. Miras əmlaklar üzərində onun paylarının müəyyən olunmasını istisna edən hallar mövcud deyildir. İddiaçılar miras qoyanın birinci növbədə vərəsələri olduğu üçün, onların qeyd edilən əmlaklardan pay tələb etməsinin hüquqi əsasları vardır. Məhkəmə qeyd edir ki, ƏMDK-nin yanında DƏDRX-nin Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş **********02-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən ümumi birgə mülkiyyət hüququ üzrə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 111.3 kv/m, yaşayış sahəsi 31.1 kv/m, yardımçı sahəsi 80.2 kv/m, 2 otaqlı olan fərdi yaşayış evindən X4nın 1/3 hissə payı müəyyən olunmuşdur. Bu səbəbdən 111.3 kv/m fərdi yaşayış evindən iddiaçılar İddiaçı1, İddiaçı2, Nümayəndə1 və İddiaçı4 qanun üzrə vərəsə kimi hər bininin (111.3 kv/m :3 = 37.1 kv/m; 37.1 kv/m : 5 = 7.42 kv/m) mirasdan payı 7,42 kv/m (1/15 hissə) müəyyən edilməlidir. Eyni zamanda ƏMDK-nin yanında DƏDRX-nin Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş **********02-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən ümumi birgə mülkiyyət hüququ üzrə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.07 ha olan yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsindən X4nın 1/3 hissə payı müəyyən olunmuşdur. Bu səbəbdən 0,07 ha torpaq sahəsindən iddiaçılar İddiaçı1, İddiaçı2, Nümayəndə1 və İddiaçı4 qanun üzrə vərəsə kimi hər bininin (0,07 :3 = 0,023 ha; 0,023 ha : 5 = 0,00466 ha) mirasdan payı 0,00466 ha (1/15 hissə) müəyyən edilməlidir. Həmçinin məhkəmə nəzərə alır ki, cavabdehin mərhum atası X31 X4na (xx.xx.2010-cu il) miras açıldıqdan sonra öldüyündən (xx.xx.2021-ci il) onun miras qoyandan pay almaq hüququ öz vərəsələrinə keçməlidir. Belə ki, Mülki Məcəllənin 1252-ci maddəsinə əsasən Əgər vərəsə miras açıldıqdan sonra ölərsə, ölmüş vərəsənin ilkin miras qoyandan pay almaq hüququ həmin vərəsənin miras əmlakı kimi ümumi qaydada öz vərəsələrinə keçir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı tərəf iddia tələbinin artırılması barədə ərizədə cavabdehin adına qeydiyyata alınmış çıxarışın tamamilə ləğv edilməsini xahiş etsə də, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, cavabdehin adına qeydiyyata alınmış çıxarış iddiaçıların payına aid hissədə ləğv ediməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, qanunvericilik məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, X3 xx.xx.2010-cu il tarixdə ölümü ilə ondan miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 111,3 kv.m, yaşayış sahəsi 31.1 kv.m, yardımçı sahəsi 80.2 kv.m 2 otaqlı fərdi yaşayış evinə və 0,07 ha həyətyanı torpaq sahəsinə dair Qəbələ regional “Asan Xidmət” mərkəzininin notariat ofisi tərəfindən verilmiş 16 iyul 2024cü il tarixli, 2V-607 reyestr nömrəli “X46 hüququ haqqında” Şəhadətnamə və xx.xx.2024-cü il tarixli 4Ə-1370 reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” qismən etibarsız hesab edilməli, 16 iyul 2024-cü il tarixli, 2V-607 reyestr nömrəli “X46 hüququ haqqında” Şəhadətnamə və xx.xx.2024-cü il tarixli 4Ə-1370 reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” əsasında Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və bu qeydiyyata dair verilmiş xx.xx.2024-cü il tarixli, **********02-10301 reyestr nömrəli çıxarış qismən ləğv edilməli; ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 111,3 kv.m olan 2 otaqlı fərdi yaşayış evindən iddiaçılar Nümayəndə1, İddiaçı2, İddiaçı4 və İddiaçı1 hər birinin mirasdan X46 qaydasında payı 1/15 hissə (7,42 kv.m); ünvan 1 ünvanında yerləşən 0,07 ha həyətyanı torpaq sahəsindən iddiaçılar Nümayəndə1, İddiaçı2, İddiaçı4 və İddiaçı1 hər birinin mirasdan X46 qaydasında payı 1/15 hissə (0,00466 ha) müəyyən olunmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. X3 xx.xx.2010-cu il tarixdə ölümü ilə ondan miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 111,3 kv.m, yaşayış sahəsi 31.1 kv.m, yardımçı sahəsi 80.2 kv.m 2 otaqlı fərdi yaşayış evinə və 0,07 ha həyətyanı torpaq sahəsinə dair Qəbələ regional “Asan Xidmət” mərkəzininin notariat ofisi tərəfindən verilmiş 16 iyul 2024-cü il tarixli, 2V-607 reyestr nömrəli “X46 hüququ haqqında” Şəhadətnamə və xx.xx.2024-cü il tarixli 4Ə-1370 reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” qismən etibarsız hesab edilsin; 16 iyul 2024-cü il tarixli, 2V-607 reyestr nömrəli “X46 hüququ haqqında” Şəhadətnamə və xx.xx.2024-cü il tarixli 4Ə-1370 reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” əsasında Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və bu qeydiyyata dair verilmiş xx.xx.2024-cü il tarixli, **********02-10301 reyestr nömrəli çıxarış qismən ləğv edilsin; ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 111,3 kv.m olan 2 otaqlı fərdi yaşayış evindən iddiaçılar Nümayəndə1, İddiaçı2, İddiaçı4 və İddiaçı1 hər birinin mirasdan X46 qaydasında payı 1/15 hissə (7,42 kv.m); ünvan 1 ünvanında yerləşən 0,07 ha həyətyanı torpaq sahəsindən iddiaçılar Nümayəndə1, İddiaçı2, İddiaçı4 və İddiaçı1 hər birinin mirasdan X46 qaydasında payı 1/15 hissə (0,00466 ha) müəyyən olunsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsiilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-589/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-589/2025
08.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver