Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-599/2024 12.08.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi və maraqlı şəxs Qəbələ rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X8 iştirakları ilə Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonu Zarağan kənd sakini X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizə onunla əsaslandırılmışdır ki, o, Zarağan kənd sakini X5 ilə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmudur. Onların birgə nikahlarından xx.xx.1986-ci il tarixdə X7 adlı uşağı doğulmuşdur. Günel Həmidova anadan qüsurlu doğulmuşdur. Ona anadangəlmə hidrosefaliya, aşağı ətrafların dərin paraparezi, psixi, fiziki inkişafdan geri qalma diaqnozu qoyulmuşdur. Sonuncu dəfə xx.xx.2002-ci ildə Tibbi-Sosial Ekspert komissiyasından müayinədən keçmiş, əlillik və sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməklə Birinci dərəcəli əlillik vermişdir. Əlillik və sağlamlıq imkanlarının məhdudluq müddəti müddətsizdir. Tibbi-Sosial Ekspert Komissiyasının rəyinə əsasən Başqasının qulluğuna ehtiyacı var. Qeyd olunan anadangəlmə xəstəliyin daşıyıcı olan qızı X7 fiziki-psixi inkişafdan geri qalmaqla təhsilə cəlb olunmamışdır. Qeyd olunan səbəblərə görə qızı X3 məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini istəyir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizə ilə eyni məzmunlu izahat verib, ərizəni müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X12 müvafiq qətnamənin qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etdi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin olunmalıdır. Mülki işdə olan sənədlər: İş materiallarında olan 02sentyabr 1986-ci il tarixli, 433728 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7xx.xx.1986-ci il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1986-ci ildə 81 № ilə qeyd edilmişdir. İş materiallarında olan TSEK-in elektron arayışından məlum olur ki, X7 müayinədə olmuş və ona "Anadangəlmə hidrosefaliya aşağı ətrafların dərin paraparezi, psixi, fiziki inkişafdan geri qalma" diaqnozu ilə İ dərəcəli əlillik təyin edilmişdir. İş materiallarında olan Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Zarağan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 fevral 2024-cü il tarixli arayışlarda göstərilmişdir ki, Ərizəçi və X1 rayonu, Zarağan kəndində qeydiyyatdadır və yaşayırlar. Qəbələ Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli, e-2(025)-710/2024 nömrəli qərardadı ilə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, iş üzrə rəy verilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinə göndərilmiş, ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: X7 hər-hansı bir psixi xəstəlikdən əzab çəkirmi?X3öz hərəkətlərini dərk etmək və idarə etmək baxımından onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas varmı?Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X11 Hüquqi Şəxsinin xx.xx.2024-cü il tarixli, 1851 saylırəyi ilə mülki iş materiallarından, təqdim edilmiş tibbi sənəd və yoxlanılan şəxsin anasından toplanılmış anamnestik məlumatlardan aşağıdakılar məlum olur.Yoxlanılan şəxs xx.xx.1986-cı ildə Qəbələ rayonunun Zarağa kəndində anadan olub. İrsiyyəti psixi xəstəliklə ağırlaşmayıb. Erkən psixofiziki inkişafda geri qalıb. Əqli geriliklə əlaqədar heç bir təhsil ala bilməyib. X6 müalicədə olub. Mülki işdə olan TSEK-in elektron arayışından məlum olur ki, X7 müayinədə olmuş və ona "Anadangəlmə hidrosefaliya aşağı ətrafların dərin paraparezi, psixi, fiziki inkişafdan geri qalma" diaqnozu ilə İ dərəcəli əlillik təyin edilmişdir. Ambulator məhkəməpsixiatrik ekspertizasının təyini haqqındakı qərardan məlum olur ki, Ərizəçi "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət edərək X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş psixi vəziyyətini etmişdir. Məhkəmə hesab edir ki, X3 müəyyən etmək üçün ambulator məhkəmə psixiatrik ekspertizası təyin edilməlidir. Yoxlanılan şəxsin obyektiv müayinəsi. Yoxlanılan şəxsin obyektiv müayinəsi onun vəziyyətinin somatik, nevroloji və psixi cəhətdən qiymətləndirilməsindən ibarətdir. Şikayətləri: Səhhətindən şikayət təqdim edə bilmir. Somatik vəziyyəti: Yoxlanılan şəxs alçaq boyludur, displastik bədən quruluşuna malikdir. Dəri və gözə görünən selikli qişalar adi rəngdədir. Periferik limfa düyünləri və qalxanabənzər vəzi böyüməyib. Daxili orqanlar tərəfindən kobud patologiya aşkar edilmir. Nevroloji status: Bəbəklərin işığa reaksiyası normaldır. Burun-dodaq büküşləri asimmetrikdir. Mərkəzi sinir sistemi tərəfindən kobud üzvi əlamətlər müşahidə olunur. Psixi status: Zahirən passivdir. Ətrafında baş verən hadisələrə maraq göstərmir. Söz ünsiyyətinə çox çətin daxil olur. Ona ünvanlanan sualların əksəriyyətini başa düşmür. Nitqi qüsurludur. Söz ehtiyatı kasaddır. Müayinə zamanı diqqəti asanlıqla yayınır. Yaddaş və intellekt funksiyaları aşağıdır. Bilik ehtiyatı son dərəcə kasaddır. Saymağı bacarmır. Onluqlar həddində sadə riyazi hesablamaları yerinə yetirərkən səhvlərə yol verir. Maraq dairəsi məhduddur. Emosional-iradi sferası enib. Keçirilən ekspertizanın məqsədini dərk etmir. Öz vəziyyətinə qarşı tənqidi yoxdur. Nəticə hissəsi: X4 AĞİR DƏRƏCƏLİ ƏQLİ GERİLİK (F72) aşkar olunur. Bunu anamnestik məlumatlar - psixi inkişafda geri qalması, kobud nevroloji əlamətlərin qeyd edilməsi, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, X6 müalicədə olması, xəstəliyi ilə əlaqədar İ dərəcəli əliliyi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər - kobud nevroloji əlamətlərin qeyd olunması, maraq dairəsinin məhdudluğu, emosional iradi sferasının enməsi, yaddaş və intellektinin aşağı olması, öz vəziyyətinə qarşı tənqidinin olmaması, və sair sübut edir. Bunları nəzərə alaraq belə qərara gəlinir ki, X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil.İİ Yekun hissəsi: Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: X7 hər hansı psixi xəstəlikdən əzab çəkirmi? Cavab: X4 ağır dərəcəli əqli gerilik aşkar olunur. 2-ci sual: X7 öz hərəkətlərini dərk etmək və idarə etmək baxımından onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas varmı? Cavab: X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X3 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas vardır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə iclasında təqdim olunmuş sübutları,ekspert rəyini nəzərə almaqla məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X11 Hüquqi Şəxsinin xx.xx.2024-cü il tarixli, 1851 saylırəyinin nəticə hissəsində göstərilənlər ərizənin təmin edilməsi üçün əsas verir. Belə ki, X3 öz psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığı sübut olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 25 avqust 1986-cı il tarixində Qəbələ rayonu Zarağan kəndində anadan olmuş, Qəbələ rayonu Zarağan kəndində qeydiyyatda olan və yaşayan X7fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 25 avqust 1986-cı il tarixində Qəbələ rayonu Zarağan kəndində anadan olmuş, Qəbələ rayonu Zarağan kəndində qeydiyyatda olan və yaşayan X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-599/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-599/2024
12.08.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver