Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-613/2023 01.06.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, "ABC-Telecom" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin nümayəndəsi X1 və cavabdeh İsmayılov Mı̇ rpaşa Vaqı̇ f oğlunun iştirakları ilə, İddiaçı "ABC-Telecom" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin cavabdeh İsmayılov Mı̇ rpaşa Vaqı̇ f oğluna qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin halları İddiaçı "xxxx" MMC cavabdeh İsmayılov Mı̇ rpaşa Vaqı̇ f oğluna qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1. xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********67114 Samsung Galaxy A01 markalı telefon, Philips Tozsoran, Tozsoran üçün torba üçün 398 (üç yüz doxsan səkkiz) manat ödənilməmiş hissə, 117 (yüz on yeddi) manat dəbbə; 2. xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Hoffmann Kondisioner, Hoffmann Soyuducu, X4 4105 (dörd min yüz beş) manat ödənilməmiş hissə, 1258 (min iki yüz əlli səkkiz) manat dəbbə; 3. xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Hansa Aspirator üçün 349 (üç yüz qırx doqquz) manat ödənilməmiş hissə, 105 (yüz beş) manat dəbbə, ümumilikdə 6332 manat borc, 83.32 manat ödənilmiş dövlət rüsumu cavabdeh İsmayılov Mı̇ rpaşa Vaqı̇ f oğlundan alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********67114 Samsung Galaxy A01 markalı telefon, Philips Tozsoran, Tozsoran üçün torba, Hoffmann Kondisioner, Bosch Paltaryuyan, Hoffmann Soyuducu, X6, Hansa Aspiratoralmış və nəticədə 6332 (altı min üç yz otuz iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 716.4 (yeddi yüz on altı manat qırx qəp) manat (18 ay x 39.8 manat + 0 manat ilkin ödəniş) olan, İmei kodu **********67114 Samsung GalaxyA01 markalı telefon, Philips Tozsoran, Tozsoran üçün torba üçün ümumilikdə, 515 (beş yüz on beş) manat olmaqla ondan, 398 (üç yüz doxsan səkkiz) manat ödənilməmiş hissə, 117 (yüz on yeddi) manat dəbbə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 5606.4 (beş min altı yüz altı manat qırx qəp) manat (24 ay x 233.6 manat + 0 manat ilkin ödəniş) olan Hoffmann Kondisioner, Bosch Paltaryuyan, Hoffmann Soyuducu, X4 ümumilikdə, 5363 (beş min üç yüz altmış üç) manat olmaqla ondan, 4105 (dörd min yüz beş) manat ödənilməmiş hissə, 1258 (min iki yüz əlli səkkiz) manat dəbbə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 450 (dörd yüz əlli) manat (18 ay x 25 manat + 0 manat ilkin ödəniş) olan Hansa Aspirator üçün ümumilikdə, 454 (dörd yüz əlli dörd) manat olmaqla ondan, 349 (üç yüz qırx doqquz) manat ödənilməmiş hissə, 105 (yüz beş) manat dəbbə; Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Bosch Paltaryuyan və X5 (Məişət) 4 il-dən xx.xx.2020-ci il tarixində imtina etmiş və məhsul 1106.4 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 395 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 1106.4 manat, ümumilikdə 1501.4 manat, digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 419.4 manat təşkil edir Cavabdehlə aramızda bağlanılmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh İsmayılov Mı̇ rpaşa Vaqı̇ f oğlu iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, qeyd olunan əşyaları hissə-hissə ödəmək şərti ilə kredit götürmüşdür. Maddi vəziyyəti pisləşdiyindən kredit borcunu ödəyə bilmir. Qalan borcu yalnız hissəhissə ödəmək iqtidarındadır. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş üzrə təqdim olunmuş sübutları, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən ümumi qiyməti 716.4 manat dəyərində olan İmei kodu **********67114 Samsung Galaxy A01 markalı telefon, Philips Tozsoran, Tozsoran üçün torba almışdır. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə borcu 18 ay müddətinə, aylıq 39.8 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-cu il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən ümumi qiyməti 5606.4 manat dəyərində olan Hoffmann Kondisioner, Bosch Paltaryuyan, Hoffmann Soyuducu, X6 almışdır. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə borcu 24 ay müddətinə, aylıq 233.6 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən ümumi qiyməti 450 manat dəyərində olan Hansa Aspirator almışdır. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə borcu 18 ay müddətinə, aylıq 25 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “Maliyyə və ödəniş cədvəlin”dən görünür ki, Cavabdeh ödənişləri gecikdərməklə müqavilə şərtlərini pozduğuna görə müqavilənin ödəniş cədvəli üzrə 2-ci bəndinə uyğun olaraq xx.xx.2020-ci il tarixli müqavilə üzrə 398 manat ödənilməmiş hissə, 117 manat dəbbə; xx.xx.2020-ci il tarixli müqavilə üzrə 4105 manat ödənilməmiş hissə, 1258 manat dəbbə; xx.xx.2020-ci il tarixli müqavilə üzrə 349 manat ödənilməmiş hissə, 105 manat dəbbə hesablanmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən borclu Cavabdeh ünvanlanmış bildirişlərdən görünür ki, borcunun tam olaraq qısa bir zamanda ödəməyi təklif etmişlər, əks təqdirdə borcun və onun üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddia üzrə iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində tam əsaslıdır. Ona görə də, cavabdehdən "xxxx" MMC-nin xeyrinə xx.xx.2020-ci il tarixli müqavilə üzrə 398 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 4105 manat və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 349 manat ödənilməmiş əsas borcu tutulmalıdır. Məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 117 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 39 manata endirilməli, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1258 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 410 manata endirilməli, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 105 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 34 manata endirilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 83.32 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 398 (üç yüz doxsan səkkiz) manat əsas borc, 39 (otuz doqquz) manat cərimə borcu olmaqla, cəmi 437 (dörd yüz otuz yeddi) manat borc; xx.xx.2020-ci il tarixli müqavilə üzrə 4105 (dörd min bir yüz beş) manat əsas borc, 410 (dörd yüz on) manat cərimə borcu olmaqla, cəmi 4515 (dörd min beş yüz on beş) manat borc; xx.xx.2020-ci il tarixli müqavilə üzrə 349 (üç yez qırx doqquz) manat əsas borc, 34 (otuz dörd) manat cərimə borcu olmaqla, cəmi 383 (üç yüz səksən üç) manat cərimə borcu olmaqla ümumilikdə 5335 (beş min üç yüz otuz beş) manat borc və 83.32 (səksən üç manat otuz iki qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İsmayılov Mı̇ rpaşa Vaqı̇ f oğlundan xx.xx.2020-ci il tarixli müqavilə üzrə 398 (üç yüz doxsan səkkiz) manat əsas borc, 39 (otuz doqquz) manat cərimə borcu olmaqla, cəmi 437 (dörd yüz otuz yeddi) manat borc; xx.xx.2020-ci il tarixli müqavilə üzrə 4105 (dörd min bir yüz beş) manat əsas borc, 410 (dörd yüz on) manat cərimə borcu olmaqla, cəmi 4515 (dörd min beş yüz on beş) manat borc; xx.xx.2020-ci il tarixli müqavilə üzrə 349 (üç yüz qırx doqquz) manat əsas borc, 34 (otuz dörd) manat cərimə borcu olmaqla, cəmi 383 (üç yüz səksən üç) manat borc olmaqla ümumilikdə 5335 (beş min üç yüz otuz beş) manat borc və 83.32 (səksən üç manat otuz iki qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №e-2(025)-613/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-613/2023
01.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver