Məhkəmə qərarları › İş №e-2(025)-615/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-615/2025

30.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-615/2025 30.04.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X1 İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia qaldıraraq xeyrinə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1409.04 manat əsas borc, 140.90 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1293.88 manat əsas borc, 129.39 manat cərimə və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 560 manat əsas borc, RİNN-nə məhdudiyyətin qoyulması və aradan qaldırılması üçün ödənilən 23.6 manat rüsum, 56 manat cərimə borcu olmaqla, ümumilikdə 3612.81 manat borc və 56.13 manat dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, ÖDƏNİŞİN TƏMİNATİ XİDMƏTİ, ZƏMANƏT + 1 İL xidməti, PLAYSTATİON 5 S,LİÖMDƏNİŞİN TƏMİNATİ XİDMƏTİ, ZƏMANƏT + 1 İL xidməti, PALTARYUYAN LG, İMEİ KODU **********54394 OPPO A78 markalı telefon almış və nəticədə 3612.81 (üç min altı yüz on iki manat, səksən bir qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1716.04 (min yeddi yüz on altı manat, 04 qəpik) manat (18 ay x 82.28 manat + 235 manat ilkin ödəniş) olan ÖDƏNİŞİN TƏMİNATİ XİDMƏTİ, ZƏMANƏT + 1 İL xidməti, PLAYSTATİON 5 SLİMüçün ümumilikdə, 1549.94 (min beş yüz qırx doqquz manat, 94 qəpik) manat olmaqla ondan, 1409.04 (min dörd yüz doqquz manat, 04 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 140.90 (yüz qırx manat, 90 qəpik) manat cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1370.89 (min üç yüz yetmiş manat, 89 qəpik) manat (18 ay x 76.16 manat + 0.01 manat ilkin ödəniş) olan ÖDƏNİŞİN TƏMİNATİ XİDMƏTİ, ZƏMANƏT + 1 İL xidməti, PALTARYUYAN LG üçün ümumilikdə, 1423.27 (min dörd yüz iyirmi üç manat, 27 qəpik) manat olmaqla ondan, 1293.88 (min iki yüz doxsan üç manat, 88 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 129.39 (yüz iyirmi doqquz manat,39 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 630 (altı yüz otuz) manat (18 ay x 35 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********54394 OPPO A78 markalı telefon almışüçün ümumilikdə, 639.60 (altı yüz otuz doqquz manat, 60 qəpik) manat olmaqla ondan, 560 (beş yüz altmış) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum23.6 (iyirmi üç manat, 60 qəpik) manat, müştəriyə güzəşt olunaraq 56 (əlli altı) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən ZƏMANƏT + 1 İL xidmətindən xx.xx.2024-cü il tarixində imtina etmiş və məhsul 72 manat qiymətləndirilərək, borcundan silinmişdir. Cavabdehin xx.xx.2024-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 235 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 72 manat, ümumilikdə, 307 manat təşkil edir. Cavabdehin digər müqavilə üzrə cəmi ödədiyi məbləğ 147.01 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir İşdə olan xx.xx.2024-cü il tarixli 02069835 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 1716.04 manat dəyərində olan ÖDƏNİŞİN TƏMİNATİ XİDMƏTİ, ZƏMANƏT + 1 İL xidməti, PLAYSTATİON 5 SLİM-i nisyə almışdır. İşdə olan xx.xx.2024-cü il tarixli 13729307 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 1370.89 manat dəyərində olan ÖDƏNİŞİN TƏMİNATİ XİDMƏTİ, ZƏMANƏT + 1 İL xidməti, PALTARYUYAN LG-ni nisyə almışdır. İşdə olan xx.xx.2024-cü il tarixli 02871278 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 630 manat dəyərində olan İMEİ KODU **********54394OPPO A78 markalı telefonu nisyə almışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin predmeti təşkil edən “Mal”a dair geniş məlumat və “Mal”ın qiyməti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir. Müqavilənin 2.5-ci ü bəndinə əsasən Müqavilənin bütün şərtləri tam yerinə yetirilənə qədər “Mal” ABC-nin əmlakı hesab olunur və “Müştəri” tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə “Mal”-a mülkiyyət hüququ “Müştəri”-yə keçir. Müqavilənin 2.6-cı bəndinə əsasən Ödəniş cədvəli üzrə ödənişlər gecikdirildikdə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 % həcmində peniya ödənilir. Müqavilənin 3.1-ci bəndinə əsasən “müştəri” bu müqavilənin (şərtlərini) pozduğu halda, “Mal”ı (habelə güzəştli şərtlərlə (ödənişsiz) təqdim edilmiş malı) ABC-nin tələbi ilə geri qaytarılmalıdır. Müqavilənin 3.4-cü bəndinə əsasən Müştəri “Müqavilə”-nin şərtlərini pozduğu, pul öhdəliyini lazımi qaydada icra etmədiyi hal(lar)da “ABC” mal-ın istifadəsini mümkünsüz edə, o cemlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tətbiq edə, “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. İşdə olan müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin surətinə əsasən xx.xx.2024-cü il tarixli 02069835 nömrəli Müqavilə üzrə alınmış malın dəyəri xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 82.28 manat ödənilməklə xx.xx.2026-cı il tarixədək ödənilməlidir. İşdə olan müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin surətinə əsasən xx.xx.2024-cü il tarixli 13729307 nömrəli Müqavilə üzrə alınmış malın dəyəri xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 76.16 manat ödənilməklə xx.xx.2026-cı il tarixədək ödənilməlidir. İşdə olan müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin surətinə əsasən xx.xx.2024-cü il tarixli 02871278 nömrəli Müqavilə üzrə alınmış malın dəyəri xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 35 manat ödənilməklə xx.xx.2026-cı il tarixədək ödənilməlidir. İşdən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli 02069835 nömrəli müqavilə üzrə aldığı əşyaların dəyərini qismən ödəyərək 1409.04 manat borc, 140.90 manat cərimə, xx.xx.2024-cü il tarixli 13729307 nömrəli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 1293.88 manat borc, 129.39 manat cərimə, xx.xx.2024-cü il tarixli 02871278 nömrəli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 560 manat borc, RİNN-nə məhdudiyyətin qoyulması və aradan qaldırılması üçün ödənilən 23.6 manat rüsumu və 56 manat cərimə olmaqla, ümumilikdə 3612.81 manat borc hesablanmışdır. AR Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 606.1-ci maddəsinə əsasən əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və (və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin xeyrinə Cavabdeh xx.xx.2024-cü il tarixli 02069835 nömrəli müqavilə üzrə 1409.04 manat əsas, xx.xx.2024-cü il tarixli 13729307 nömrəli müqavilə üzrə 1293.88 manat əsas borc və xx.xx.2024-cü il tarixli 02871278 nömrəli müqavilə üzrə 560 manat əsas borc, dövlət rüsumuna görə 53 manat tutulmalı və cərimə məbləği əsas borca mütənasib olaraq endirilməlidir; Müqavilənin 3.4-cü bəndində göstərilənlər 3.1-ci bəndində göstərilənlərə və AR Mülki Məcəlləsinin 606.1-ci maddəsinin tələbinə zidd olduğundan RİNN-nə məhdudiyyətin qoyulması və aradan qaldırılması üçün ödənilən dövlət rüsumu alıcıdan tələb oluna bilməz. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli 02069835 nömrəli müqavilə üzrə 1409.04 manat əsas, 14 manat cərimə, xx.xx.2024-cü il tarixli 13729307 nömrəli müqavilə üzrə 1293.88 manat əsas, 13 manat cərimə, xx.xx.2024-cü il tarixli 02871278 nömrəli müqavilə üzrə 560 manat əsas, 6 manat cərimə borcu və dövlət rüsumuna görə 53 manat pul alınıb iddiaçı "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar