Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-62/2024 01.02.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Qəbələ regional “Asan Xidmət” mərkəzində Notariat ofisinə, maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı “mirasın qəbulu müddətinin uzadılması” tələbinə dair iddia ərizəsi üzrə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 cavabdeh Qəbələ regional “Asan Xidmət” mərkəzində Notariat ofisinə qarşı “mirasın qəbulu müddətinin uzadılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mirasın qəbulu müddəti və vərəsələr üzrə miras payının müəyyən edilməsi mübahisələri) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs1 (eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs2 nümayəndəsi) iştirakları ilə, İddiaçı cavabdeh Qəbələ regional “Asan Xidmət” mərkəzində Notariat ofisinə, maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı “mirasın qəbulu müddətinin uzadılması” tələbinə dair iddia ərizəsi üzrə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 cavabdeh Qəbələ regional “Asan Xidmət” mərkəzində Notariat ofisinə qarşı “mirasın qəbulu müddətinin uzadılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı cavabdeh Qəbələ regional “Asan Xidmət” mərkəzində Notariat ofisinə, maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı “mirasın qəbulu müddətinin uzadılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixdə 113 nömrə ilə açılmış vərəsəlik işi üzrə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzrlü sayılaraq uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, anaları X7 xx.xx.2022-ci il tarixdə rəhmətə getmişdir. X1 xx.xx.2023-cü il tarixdə, ölüm faktından 5 ay sonra ərizə ilə notariusa müraciət edərək vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmiş əlavə olaraq digər vərəsələr barədə məlumat təqdim etmişdir. xx.xx.2023-cü il tarixdə, ölüm faktının 6 ayı tamam olan gün X5 qanun üzrə vərəsə olması barədə ərizə alınaraq, vərəsəlik işi açılmışdır. Notariat orqanı vərəslərin dairəsini bildiyi halda qanun üzrə vərəsəlik işinə dəvət etməli olduğu vərəsələri 6 aylıq müddət bitdikdən sonra vərəsəlik işi barədə məlumatlandırılmış, xx.xx.2023-cü il tarixdə digər vərəsələrin 15 gün müddətində vərəsəlik hüququnun rəsmiləşdirilməsi ilə bağlı notariusa müraciət etməyi bildirmişdir. Notariat orqanından xx.xx.2023-cü il tarixli məktubu xx.xx.2023-cü il tarixdə alan vərəsələr dərhal notariat orqanına yaxınlaşmış və miras əmlakdan pay almaq istədiklərini bildirmişlər. Lakin notarius onlara qanunla müəyyən edilmiş müddətin ötürüldüyünü bildirərək onları vərəsə kimi qeydiyyata almaqdan imtina etmiş, məhkəməyə müraciət etməyi bildirmişdir. Halbuki notarius özü digər vərəsələrə 15 gün vaxt vermişdir. 15 gün tamam olmamış notariusa gələn vərəsələrdən qanun üzrə vərəsə olaraq miras almaq niyyətləri olduğu halda müddətin ötürülməsi əsası ilə onlardan heç bir səbəb göstərmədən mirası qəbul etmək barədə ərizə alınmamışdır. Məcburən xx.xx.2023-cü il tarixə müddətin bərpası üçün vaxt istəmişdir. Halbuki vərəsəlik üçün müraciət edən X14 da digər vərəsələr qarşısında miras bölgüsünə etiraz etməmişdir. Buna baxmayaraq notarius digər vərəsələrin ərizəsini qəbul etməmişdir. Bu əsasla da məhkəmədə iddia qaldırmaq qərarına gəlmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 cavabdeh Qəbələ regional “Asan Xidmət” mərkəzində Notariat ofisinə qarşı “mirasın qəbulu müddətinin uzadılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixdə 113 nömrə ilə açılmış vərəsəlik işi üzrə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzrlü sayılaraq uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər iddia ərizəsini onunla əsaslandırmışlar ki, anaları X7 xx.xx.2022-ci il tarixdə rəhmətə getmişdir. X1 xx.xx.2023cü il tarixdə, ölüm faktından 5 ay sonra ərizə ilə notariusa müraciət edərək vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmiş, əlavə olaraq digər vərəsələr barədə məlumat təqdim etmişdir. xx.xx.2023-cü il tarixdə, ölüm faktının 6 ayı tamam olan gün X5 qanun üzrə vərəsə olması barədə ərizə alınmış, vərəsəlik işi açılmışdır. Notariat orqanı vərəslərin dairəsini bildiyi halda qanun üzrə vərəsəlik işinə dəvət etməli olduğu vərəsələri 6 aylıq müddət bitdikdən sonra vərəsəlik işi barədə məlumatlandırılmış, xx.xx.2023-cü il tarixdə digər vərəsələrin 15 gün müddətində vərəsəlik hüququnun rəsmiləşdirilməsi ilə bağlı notariusa müraciət etməyi bildirmişdir. Notariat orqanından xx.xx.2023-cü il tarixli məktubu xx.xx.2023-cü il tarixdə alan vərəsələr dərhal notariat orqanına yaxılaşmış və miras əmlakdan pay almaq istədiklərini bildirmişlər. Lakin notarius onlara qanunla müəyyən edilmiş müddətin ötürüldüyünü bildirərək onları vərəsə kimi qeydiyyata almaqdan imtina etmiş, məhkəməyə müraciət etməyi bildirmişdir. Bu əsasla da məhkəmədə iddia qaldırmaq qərarına gəlmişlər. 14 dekabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında X14 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsində qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsində qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs1 (eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs2 nümayəndəsi) iddia ərizəsində qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Qəbələ regional “Asan Xidmət” mərkəzində Notariat ofisinə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X9 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdirlər. Odur ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (MM-n 1133.2-ci maddə) 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar (maddə 1159.1.1). Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (maddə 1243). 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən altı ay ərzində qəbul edilə bilər. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Plenumunun Qərarına görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilir. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1 və 217.5-ci maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, hər iki iddia ərizəsi təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qəbələ Regional Asan Xidmət Mərkəzində Notariat ofisi tərəfindən 28 sentyabr 2023-cü il tarixli 4302 nömrəli məktubdan görünür ki, ölümü xx.xx.2022-ci il tarixdə qeydə alınmış, xx.xx.1933-cü il təvəllüdlü X3 adına “Elektron notariat” İnformasiya sistemində 8V-197 reyestr nömrəsi ilə xx.xx.2023-cü il tarixli vərəsəlik işi açılmışdır. Mirası qanunvericiliklə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddətdə notariat orqanına ərizə verməklə qəbul etməmiş, o cümlədən miras əmlakın faktiki idarəçiliyinə dair sübutlar təqdim etməmiş, digər vərəsəliyə çağırılmış şəxslər Maraqlı şəxs1, İddiaçı və Maraqlı şəxs2 notariat ofisinə müraciət edərək “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsində əsasən təsdiq edilməli olan hüquq və ya fakt barəsində mübahisə etmək məqsədi ilə məhkəməyə müraciət etmək arzusunda olduqları barədə ərizələri notariat ofisinə təqdim edilmişdir. Mirasın bölüşdürülməsi barədə miras şərikləri arasında ixtilaflar olması səbəbindən mirası qəbul etmiş vərəsənin vərəsəlik hüququ rəsmiləşdirilməmişdir. Həmin məktuba X3 adına açılmış 8V-197 nömrəli vərəsəlik işinə dair toplanmış sənədlərin surətləri əlavə edilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən 14 dekabr 2022-ci il tarixdə verilmiş AZ-İİ 315640 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2022-ci il tarixdə durğunluq ürək çatmamazlığından vəfat etmişdir. İşdə olan Qəbələ rayon Bum qəsəbə İ.Ə.V-yi tərəfindən 04 iyun 2007-ci il tarixdə verilmiş AZ-1 242373 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki X17 xx.xx.2007-ci il tarixdə ürək çatmamazlığından vəfat etmişdir. İşdə olan X25 tərəfindən 26 dekabr 1958-ci il tarixdə verilmiş İ-ИE 119671 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X17 19 dekabr 1958-ci il tarixdə X11 ilə rəsmi nikaha girmiş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 55 nömrə ilə qeydi aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Babayev, arvada Babayeva soyadı verilmişdir. İşdə olan JN-450 (KOD ********) saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarı ilə X17, X12 və X4 Qəbələ rayonu, Bum qəsəbəsində 0.25 ha kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyətə verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarı ilə JN-450 (KOD ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən Qəbələ rayonu, Bum qəsəbəsində 0.25 hektar torpaq sahəsi X3, X6 və X10 ümumi birgə mülkiyyətinə verilmişdir. X15 xx.xx.1958-ci il tarixdə X17 ilə nikaha daxil olmuş, bu nikahdan İddiaçı, Maraqlı şəxs1, X14 və X13 anadan olmuşdur. X7 xx.xx.2022-ci il tarixdə və X17 xx.xx.2007-ci il tarixdə vəfat etmişlər. X8 ölümündən sonra onun vərəsələri İddiaçı, Maraqlı şəxs1, X14 və X13 qalmışlar. X14 mərhum anası – miras qoyan X2 miras qalmış əmlakı qəbul etmək üçün xx.xx.2023-cü il tarixdə, yəni miras qoyanın ölümündən beş ay sonra ərizə ilə notariusa müraciət etmiş və F.Q.Babayevanın adına “Elektron notariat İnformasiya sistemində 8V-197 reyestr nömrəsi ilə xx.xx.2023-cü il tarixli vərəsəlik işi açılmışdır. Mirasın bölüşdürülməsi barədə miras şərikləri arasında ixtilaflar olması səbəbindən mirası qəbul etmiş vərəsənin vərəsəlik hüquqları rəsmiləşdirilməmiş, vərəsələrə məhkəməyə müraciət etmək hüququ tövsiyyə olunmuşdur. Hazırda iddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər mirasın qəbulu müddətinin uzadılmasını tələb edir. Bundan başqa, məhkəmə hər iki iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, tərəflər texniki səhvə yol verərək, iddia ərizələrində göstərdikləri “xx.xx.2020-ci il tarixdə 113 nömrə ilə açılmış vərəsəlik işi” söz birləşməsi “xx.xx.2023-cü il tarixdə 8V-197 nömrə ilə açılmış vərəsəlik işi” söz birləşməsi kimi oxunmalıdır. Belə ki, yuxarıda qeyd olunduğu kimi ölümü xx.xx.2022-ci il tarixdə qeydə alınmış, xx.xx.1933-cü il təvəllüdlü X3 adına “Elektron notariat” İnformasiya sistemində 8V-197 reyestr nömrəsi ilə xx.xx.2023-cü il tarixli vərəsəlik işi açılmışdır. Mülki Məcəllənin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Göründüyü kimi iddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət ərzində hərəkətsizlik göstərsə də, heç kəs miras qalmış torpağa münasibətdə bu faktı mübahisələndirməmişdir. Məhkəmə qeyd edir ki, miras açıldığı andan vərəsəlik hüquq münasibətləri yaranır. Bu münasibətlərin hüquqi məzmunu həm qanun, həm də vəsiyyət üzrə vərəsəliyə çağrılmış şəxslərin mirasın qəbulu və ya qəbulundan imtina etməsi hüququ və bu hüquqa qarşı duran hər bir şəxsin vərəsələrin hüququnu poza biləcək hərəkətlərdən çəkinmək vəzifəsindən ibarətdir. Nəzərə alınmalıdır ki, mirasın qəbulu və qəbulundan imtina vərəsənin subyektiv mülki hüququdur. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mirası qəbul etmək hüququ ya bilavasitə iradə ifadəsi, yəni notariat orqanına mirasın qəbulu barədə ərizə verməsi ilə, ya da ki, ayrı-ayrı hərəkətlər vasitəsilə edilə bilər. Məsələn: vərəsənin miras əmlaka sahiblik etməsi və ya miras əmlakı idarə etməyə faktik başlaması və bununla da miras əmlakı qəbul etməsini şəksiz nümayiş etdirməsi ilə bəlli olur. Bu hal, adətən, miras qoyanın sağlığında miras qoyanın vərəsə ilə birgə sahiblik və istifadə etdiyi əmlaklarla əlaqədar yaranır. Bundan başqa, məhkəmə qeyd edir ki, qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Miras əmlakın qəbulu müddətinin ötürülməsi vərəsə tərəfindən üzürlü səbəblərə görə olarsa, bu halda məhkəmə mirasın qəbulu müddətini uzada bilər. Lakin, Mülki Məcəllənin 1248.1ci maddəsində məhkəmənin ötürülmüş müddəti hansı vaxtadək uzada bilməsi haqqında düzünə göstəriş yoxdur. Məhkəmənin qənaətinə görə mirası qəbul etmək müddətinin uzadılması yalnız gecikdirmə olduqda və belə gecikmənin səbəbləri üzrlü olduqda uzadılmalıdır. Digər tərəfdən isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Plenumunun Qərarına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Qəbələ regional “Asan Xidmət” mərkəzində Notariat ofisinə, maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı “mirasın qəbulu müddətinin uzadılması” tələbinə dair iddia ərizəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 cavabdeh Qəbələ regional “Asan Xidmət” mərkəzində Notariat ofisinə qarşı “mirasın qəbulu müddətinin uzadılması” tələbinə dair iddia ərizəsi təmin edilməli, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X3 adına xx.xx.2023cü il tarixdə 8V-197 reyestr nömrəsi ilə açılmış vərəsəlik işi üzrə mirasın qəbul edilməsi vaxtı (müddəti) uzadılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdeh Qəbələ regional “Asan Xidmət” mərkəzində Notariat ofisinə, maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı “mirasın qəbulu müddətinin uzadılması” tələbinə dair iddia ərizəsi təmin edilsin. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 cavabdeh Qəbələ regional “Asan Xidmət” mərkəzində Notariat ofisinə qarşı “mirasın qəbulu müddətinin uzadılması” tələbinə dair iddia ərizəsi təmin edilsin. xx.xx.2022-ci il tarixdə vəfat etmiş X3 adına xx.xx.2023-cü il tarixdə 8V-197 reyestr nömrəsi ilə açılmış vərəsəlik işi üzrə mirasın qəbul edilməsi vaxtı (müddəti) uzadılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №e-2(025)-62/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-62/2024
01.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver