Məhkəmə qərarları › İş №e-2(025)-655/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-655/2025

14.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-655/2025 14.07.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X3, məhkəmə iclas katibi X1, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 və Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı nisyə alqısatqı müqaviləsi üzrə borcun ödənilməsi tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı nisyə alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbi barədə iddia qaldıraraq aralarında bağlanmış xx.xx.2024-cü il tarixli ********* nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən nisyə satılmış bir ədəd “Samsung” A 245 DARK RED 128GB (**********95399) markalı mobil telefon və bir ədəd aksesuarın dəyərinin tam şəkildə ödənilmədiyini göstərib 211,9 manat əsas borc, 31.7 manat cərimə, ümumilikdə 243,6 manat və 30 manat dövlət rüsumu tutulub cəmiyyətin hesabına ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 izahatında göstərmişdir ki, "xxxx" MMC (Satıcı) ilə Cavabdeh (Alıcı) arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********* nömrəli nisyə alqısatqı müqaviləsinə əsasən cəmi 459,98 manat dəyərində bir ədəd “Samsung” A 245 DARK RED 128GB (**********95399) markalı mobil telefon və bir ədəd aksesuar 205,0 manat ilkin ödəniş edildikdən sonra qalan məbləğin hər ay 43,0 manat ödənilməklə 6 ay müddətində ödənilməsi şərti ilə satılmışdır. Həmin müqavilə üzrə xx.xx.2024-cü il tarixdə 205,0 manat ilkin ödəniş edilmiş və cədvəl üzrə 43,0 manat ödənilmişdir. xx.xx.2004-cü il tarixdə Cavabdeh aldığı malı qaytarmaq məqsədilə cəmiyyətin Qabala -11 filialına təhvil vermiş, telefon yoxlanılmaqdan ötrü İddiaçı MMCnin Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Texniki Servisinə göndərilmiş və müayinə zamanı üzərində cızılma izləri aşkar edildiyi üçün qaytarılmasından imtina edilərək bu barədə alıcıya məlumat verilmişdir. Cavabdeh aldığı malı götürməmiş və cədvəl üzrə sonrakı ödəmələri həyata keçirtməmişdir. Ona görə də, ondan 211,9 manat əsas borc, 31.7 manat cərimə, ümumilikdə 243,6 manat və 30 manat dövlət rüsumu tutulub cəmiyyətin hesabına ödənilməsi haqqında iddia qaldırılmışdır. Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, "xxxx" MMC ilə arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********* nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən cəmi 459,98 manat dəyərində bir ədəd “Samsung” A 245 DARK RED 128GB (**********95399) markalı mobil telefon və bir ədəd aksesuarı 205,0 manat ilkin ödəniş edildikdən sonra qalan məbləğin hər ay 43,0 manat ödənilməklə 6 ay müddətində ödənilməsi şərti ilə almış, həmin tarixdə 205,0 manat ilkin ödəniş etmiş və cədvəl üzrə 43,0 manat ödəmişdir. Telefonu arvadına hədiyyə etmək məqsədilə almış, lakin bəyənilmədiyi üçün xx.xx.2004-cü il tarixdə tamamilə işlənməmiş vəziyyətdə başqa telefon aparatı ilə dəyişdirmək məqsədilə cəmiyyətin Qabala -11 filialına aparıb təhvil vermişdir. Ona telefonun yoxlanılmaqdan ötrü İddiaçı MMC-nin Bakı şəhərində yerləşən Texniki Servisinə göndəriləcəyi bildirilərək həmin anda dəyişdirilməsindən imtina edilmiş və o, aldığı malı qaytarıb nağd ödəniş edərək başqa telefon almışdır. Təxminən bir aydan sonra İddiaçı MMC-dən zəng edilmiş və müayinə zamanı telefonda cızılma izləri aşkar edildiyi bildirilərək malın qaytarılmasından imtina edilmişdir. Halbuki, telefon mağazadan alınan vəziyyətdə qaytarılmış və 14 günlük müddət ötürülməmişdir. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir. İşdə olan xx.xx.2024-cü il tarixli ********* nömrəli Müqavilənin surətinə əsasən X2 həmin tarixdə “İrshad Electronic”» MMC-dən cəmi 459,98 manat dəyərində bir ədəd “Samsung” A 245 DARK RED 128GB (**********95399) markalı mobil telefon və bir ədəd aksesuarı 205,0 manat ilkin ödəniş edildikdən sonra qalan məbləğin hər ay 43,0 manat ödənilməklə 6 ay müddətində ödənilməsi şərti ilə nisyə almışdır. Müqavilənin 3.1.2-ci bəndinə əsasən Satıcı nisyə satılan malı yoxlayıb Alıcıya təhvil verməlidir. İşdə olan Ödəniş cədvəlinin surətinə əsasən xx.xx.2024-cü il tarixli ********* nömrəli Müqavilə üzrə alınmış malın dəyəri xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 43 manat ödənilməklə xx.xx.2025-ci il tarixədək ödənilməlidir. İşdə olan xx.xx.2024-cü il tarixli ********* nömrəli Zəmanət Tolonu qeydinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh satılmış “Samsung” A 245 DARK RED 128GB (**********95399) markalı mobil telefon aparatının 14 gün ərzində məhsulun əmtəə görünüşü pozulmadığı və mal işlədilmədiyi halda müştərinin istəyi ilə qaytarıla və ya başqa model ilə dəyişdirilə bilmək imkanı tanınmışdır. İşdə “İrshad Electronic”» MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Maliyyə arayışına əsasən xx.xx.2024-cü il tarixli ********* nömrəli Müqavilə üzrə 211,9 manat borc yaranmış və 31, 7 manat cərimə hesablanmışdır. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2024cü il tarixli ********* nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-dən cəmi 459,98 manat dəyərində bir ədəd “Samsung” A 245 DARK RED 128GB (**********95399) markalı mobil telefon və bir ədəd aksesuarı 205,0 manat ilkin ödəniş edildikdən sonra qalan məbləğin hər ay 43,0 manat ödənilməklə 6 ay müddətində ödənilməsi şərti ilə almış, həmin tarixdə 205,0 manat ilkin ödəniş etmiş və cədvəl üzrə 43,0 manat ödəyərək 211,9 manat borclu qalmışdır. xx.xx.2004-cü il tarixdə alınmış malı başqa telefon aparatı ilə dəyişdirmək məqsədilə cəmiyyətin Qabala -11 filialına aparmış və dəyişdirilmədiyi üçün qaytarmaq məqsədilə təhvil vermişdir. Həmin anda telefon üzərində hər hansı bir cızılma izləri aşkar edilməyərək (aşkar edildiyi halda dərhal fotoşəkil və videogörüntü qeydi aparılmalı və alıcıya bildirilməli idi) təhvil alınmışdır. “İstehlakçılarının hüquqlarının müdafiəsi haqqında” AR Qanunun 15-ci maddəsinin 1-ci bəndinə əsasən lazımi keyfiyyətli qeyri-qida malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır;İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Pərakəndə satılan malın dəyişdirilməsi üçün satıcı tərəfindən daha uzun müddət elan edilə bilər;İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər. Həmin Qanunun 15-ci maddəsinin 2-ci bəndinə əsasən malı dəyişdirmə anında satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək, ya da satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir. Həmin Qanunun 16-cı maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır. İstehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtlərinin tətbiqi nəticəsində istehlakçıya zərər dəyibsə, onlar təqsirkar şəxs tərəfindən tam həcmdə ödənilməlidir. AR Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirilirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsasını təşkil edir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilir. Həmin Məcəllənin 560.3.4-cı maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab edilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, qanunvericilikdə nəzərdə tutulan 14 gün ərzində qaytarılan malın təhvil alınmazdan qabaq yoxlanılması Satıcının vəzifəsinə daxil olduğundan İddiaçı MMC (Satıcı) malı təhvil aldıqdan sonra cəmiyyətin öz Texniki Servisi tərəfindən verilmiş rəyə əsaslanaraq xx.xx.2024-cü il tarixli ********* nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən nisyə satılmış bir ədəd “Samsung” A 245 DARK RED 128GB (**********95399) markalı mobil telefon aparatını qaytarmaqdan imtina etməklə öz vəzifələrini kobudcasına pozaraq və Alıcının (Cavabdeh) güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hərəkət edərək hüquqdan sui-istifadə etmişdir. Satıcının həmin əsasla həyata keçirdiyi hərəkətlər etibarsız olduğundan İddiaçı MMC Cavabdeh xx.xx.2024-cü il tarixli ********* nömrəli nisyə alqısatqı müqaviləsi üzrə borcun ödənilməsini tələb etməkdə haqlı deyil və həmin müqavilə üzrə əldə etdiyi məbləği (248,0 manatı) ona qaytarmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar