Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(025)-675/2025 15.04.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsinin hakimi X4 Ərizəçi maraqlı şəxs AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ ərazi idarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ ərazi idarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 10 iyun 1997-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədə adı göstərilən Həsənova (Şaxnazarova) Liza (Yelizaveta) Balayevna və 10 iyul 2024-cü il tarixli ölüm haqqında Şəhadətnamədə adı göstərilən X1 eyni adam olması və həmin qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin eyni zamanda X2 aid olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan elektron informasiya mənbəyinin məlumatına əsasən Ərizəçi Bakı şəhəri, Gəncə pr-ti küçəsi ev 67B mənzil 8-də qeydiyyata alınmışdır. AR MPM-nin 37-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə belə hesab edir ki, iş üzrə Ərizəçi Bakı şəhəri, Gəncə pr-ti küçəsi ev 67B mənzil 8də qeydiyyata alındığına görə işə Qəbələ rayon məhkəməsində baxıla bilməz. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 263, 264, 266, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ ərazi idarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsi geri qaytarılsın. Ərizəçi tərəfindən X3 hesabına ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(025)-675/2025
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(025)-675/2025
15.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver