Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-692/2025 15.05.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X2 İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə 872 manat əsas borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 902 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı MMC-dən təfərrüatları aşağıdakı cədvəldə göstərilmiş borc müqaviləsi (müqavilələri) əsasında ümumi dəyəri 1140 (bir min bir yüz qırx) manat olan məişət avadanlığı (avadanlıqları) əldə edib. Cavabdehin müqavilə (müqavilələr) üzrə ödənişlər etdikdən sonra iddiaçıya 872 (səkkiz yüz yetmiş iki) manat əsas borcu qalıb. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh müqavilə (müqavilələr) üzrə 872 (səkkiz yüz yetmiş iki) manat əsas borc, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi olan 902 (doqquz yüz iki) manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. İşdə olan xx.xx.2023-cü il tarixli QLK6179394 nömrəli Müqavilənin surətinə əsasən X1 həmin tarixdə İddiaçı MMC-dən 630 manat dəyərində olan məişət avadanlığını nisyə almışdır. İşdə olan xx.xx.2023-cü il tarixli QLK6179393 nömrəli Müqavilənin surətinə əsasən X1 həmin tarixdə İddiaçı MMC-dən 510 manat dəyərində olan məişət avadanlığını nisyə almışdır. İşdə olan xx.xx.2023-cü il tarixli QLK6179394 nömrəli Borc müqaviləsinə əsasən Cavabdeh 630 manat dəyərində məişət avadanlığı əldə etmiş, 6 manat ilkin ödəniş etmiş, 624 manat məbləği 24 ay müddətinə aylıq 26 manat olmaqla İddiaçı-yə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli QLK6179393 nömrəli Borc müqaviləsinə əsasən Cavabdeh 510 manat dəyərində məişət avadanlığı əldə etmiş, 18 manat ilkin ödəniş etmiş, 492 manat məbləği 12 ay müddətinə aylıq 41 manat olmaqla İddiaçı-yə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli Maliyyə arayışına əsasən Cavabdeh ilə xx.xx.2023-cü il tarixli QLK6179393 və xx.xx.2023-cü il tarixli QLK6179394 nömrəli müqavilələr üzrə ödənilməmiş 872 manat borcu vardır. İşdən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli QLK6179393 nömrəli və xx.xx.2023-cü il tarixli QLK6179394 nömrəli Müqavilələr üzrə aldığı məişət avadanlıqlarının dəyərini qismən ödəmiş 872,00 manat borclu qalmışdır. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,..... həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin xeyrinə Cavabdeh 872,00 manat əsas borc, dövlət rüsumuna görə 30 manat tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 872,00 manat əsas borc və dövlət rüsumuna görə 30 manat pul alınıb İddiaçı MMC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(025)-692/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-692/2025
15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver