Məhkəmə qərarları › İş №e-2(025)-7/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-7/2025

14.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-7/2025 14.01.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” barədə iddia ərizəsi üzrə mülki iş üzrə (Açar sözlər: subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14 895,50 (on dörd min səkkiz yüz doxsan beş manat 50 qəpik) manat məbləğində sığorta ödənişi, 134,69 (bir yüz otuz dörd manat 69 qəpik) manat dövlət rüsumu və 0.4 (qırx) manat xidmət haqqının, cəmi 15 030,59 (on beş min otuz manat 59 qəpik) manat pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC (bundan sonra – Cəmiyyət və ya iddiaçı) ilə sığortalı "xxxx" MMC arasında bağlanmış 20 sentyabr 2021-ci il tarixli AS-H 399/21 nömrəli sığorta müqaviləsinə əsasən Cəmiyyət tərəfindən sığortalanmış “Baic D50 CVT Deluxe” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sığorta müddətində xx.xx.2023-cü il tarixdə Bakı-Şamaxı yolu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən idarə olunan “X3 minik” markalı ** NY *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə toqquşaraq zədələnmişdir. Sözügedən yol-nəqliyyat hadisəsi nəticəsində “Baic D50 CVT Deluxe” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə Cəmiyyət tərəfindən 19 000 (on doqquz min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, baş vermiş yol nəqliyyat hadisəsinin törədilməsində “X3 minik” markalı ** NY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli bilinərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" MMC-nin 107/23 nömrəli xx.xx.2023-cü il tarixli servis kartında, yol-nəqliyyat hadisəsi nəticəsində “Baic D50 CVT Deluxe” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği 31 179,14 (otuz bir min bir yüz yetmiş doqquz manat 14 qəpik) manat müəyyən edilmişdir. Sığortalanmış avtomobilə dəymiş zərərin məbləği avtomobilin bazar dəyərinin 75%-i keçdiyi üçün tam məhv hesab edilib və 25 900 (iyirmi beş min doqquz yüz) manat sığorta məbləğindən avtomobilin qalıq hissəsi məbləği olan 6 900 (altı min doqquz yüz) çıxılaraq 19 000 (on doqquz min manat) sığorta ödənişi təşkil olunmuşdur. İddia ərizəsinə əlavə edilmiş subroqasiya tələblərinin reyestrindən çıxarışından görünür ki, “X3 minik” markalı ** NY *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin mülki məsuliyyəti, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" ASC tərəfindən4104,5 (dörd min bir yüz manat 50 qəpik) manat məbləğində sığorta ödənişi Cəmiyyətin hesabına ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 1572/23 nömrəli geriyə tələb məktubundan müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində “Baic D50 CVT Deluxe” markalı ** PC *** dövlət nişanlı avotəqliyyat vasitsəinə dəymiş zərərin qalıq hissəsinə görə ödənilməli olan 14 895,50 (on dörd min səkkiz yüz doxsan beş manat 50 qəpik) manat məbləğində pulun Cəmiyyətin hesabına ödənilməsi cavabdehdən tələb edilmişdir. Beləliklə, cavabdehə qarşı subroqasiya tələbi 14 895,50 (on dörd min səkkiz yüz doxsan beş manat 50 qəpik) manat təşkil edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən edərək, vurulmuş zərərin həcmi ilə razı olmadığını bildirmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, Cavabdeh İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları barədə” arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 14:10-da Bakı-Şamakı yolu 128.7 km-də yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb “Honda Cıvıc” minik markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh olmuşdur. İş materillarında olan "xxxx" MMC-nin 107/23 nömrəli xx.xx.2023-cü il tarixli servis kartından görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Baic D50 CVT Deluxe” markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği 31 179,14 (otuz bir min bir yüz yetmiş doqquz manat 14 qəpik) manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, A-AS-334/23 nömrəli Sığorta Aktından görünür ki, Sığortalanmış avtomobilə dəymiş zərərin məbləği avtomobilin bazar dəyərinin 75%-i keçdiyi üçün tam məhv hesab edilib və 25 900 (iyirmi beş min doqquz yüz) manat sığorta məbləğindən avtomobilin qalıq hissəsi məbləği olan 6 900 (altı min doqquz yüz) çıxılaraq 19 000 (on doqquz min manat) sığorta ödənişi təşkil olunmuşdur. İş materiallarında olan subroqasiya tələblərinin reyestrindən çıxarışından görünür ki, “X3 minik” markalı ** NY *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin mülki məsuliyyəti, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" ASC tərəfindən 4104,5 (dörd min bir yüz manat 50 qəpik) manat məbləğində sığorta ödənişi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Ödəniş tapşırığından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 19000 (on doqquz min) sığorta ödənişi məbləği "xxxx" MMCnin hesabına ödənilmişdir. İş materiallarında olan 10.2023-cü il tarixli, 1572/23 nömrəli geriyə tələb (subroqasiya) məktubundan müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində “Baic D50 CVT Deluxe” markalı ** PC *** dövlət nişanlı avotəqliyyat vasitsəinə dəymiş zərərin qalıq hissəsinə görə ödənilməli olan 14 895,50 (on dörd min səkkiz yüz doxsan beş manat 50 qəpik) manat məbləğində 7 gün ərzində könüllü ödənilməyəcəyi təqdirdə məkhəməyə müraciət ediləcəyi bildirilmişdir. Qəbələ Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli qərardadı ilə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 noyabr 2024-cü il tarixli, 3-16-16-2-9/5185/2024 nömrəli məktubla məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatı daxil olmuşdur. Həmin məlumatda göstərilmişdir ki, ekspertiza qarşısında qoyulmuş “Baic D50 CVT Deluxe” markalı avtomobilə dəymiş ziyanla əlaqədar qüsur aktında qeyd edilən ehtiyyat hissələrinin satışına və qiymətinə dair yerli internet saytlarında məlumat mövcud deyil. Bu səbəbdən də ekspertiza qarşısına qoyulmuş suallara cavab vermək mümkün olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 36.3-cü maddəsinə əsasən (Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) yol hərəkəti iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. 37-ci maddəsinə (yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. İcbari Sığortalar haqqında Azərbaycan Respublikası Qanunun: 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. 25.2-ci maddəsində qeyd olunur ki, “bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, xx.xx.2023-cü il tarixdə X1 məxsus olan "X3" markalı, ** NY *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də nəqliyyat vasitələrinin sığortası üzrə sığortalanmış "Baic D50 CVT Deluxe" markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Bakı şəhər X4 İdarəsinin Cavabdeh barəsində tərtib etdiyi İnzibati tənbeh tətbiq edilməsinə dair TP ******* nömrəli Qərarına əsasən baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Qeyd edilən sığorta hadisəsi nəticəsində "Baic D50 CVT Deluxe" markalı, ** PC *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 19000 (on doqquz min manat) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. 4104,50 (dörd min bir yüz dörd manat, 50 qəpik) manat sığorta ödənişi məbləği "X3" markalı, ** NY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx"xxxx"xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödəniş olduğundan, "xxxx" Açıq Səhmdar Cəmiyyəti 14895,50 (on dörd min səkkiz yüz doxsan beş manat, 50 qəpik) manat məbləğində pulu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936 və 1108.1-ci maddələrinin tələblərinə əsasən, Cavabdeh geriyə tələb etmək (subroqasiya) hüququ yarandığından iddia əsaslıdır və təmin edilməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, cavabdeh vurulmuş zərərin həcmi ilə razı olmadığından məhkəməyə vəsatət təqdim edərək iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilməsini xahiş etmiş, məhkəmə tərəfindən vəsatət təmin edilərək məhkəmənin 06 iyun 2024-cü il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 noyabr 2024-cü il tarixli, 3-16-16-2-9/5185/2024 nömrəli məktubla məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatı daxil olmuşdur. Həmin məlumatda göstərilmişdir ki, ekspertiza qarşısında qoyulmuş “Baic D50 CVT Deluxe” markalı avtomobilə dəymiş ziyanla əlaqədar qüsur aktında qeyd edilən ehtiyyat hissələrinin satışına və qiymətinə dair yerli internet saytlarında məlumat mövcud deyil. Bu səbəbdən də ekspertiza qarşısına qoyulmuş suallara cavab vermək mümkün olmamışdır. Cavabdeh isə məhkəməyə vurulmuş ziyan məbləğinin həcminin az olması barədə məhkəməyə əlavə hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 134,69 (bir yüz otuz dörd manat altmış doqquz qəpik) manat dövlət rüsumu və 0.4 (qırx) manat xidmət haqqı Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 14895,50 (on dörd min səkkiz yüz doxsan beş manat əlli qəpik) manat sığorta ödənişi məbləği və ödənilmiş 134,69 (bir yüz otuz dörd manat altmış doqquz qəpik) manat dövlət rüsumu və 0.4 (qırx) manat xidmət haqqı tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 14895,50 (on dörd min səkkiz yüz doxsan beş manat əlli qəpik) manat sığorta ödənişi məbləği və ödənilmiş 134,69 (bir yüz otuz dörd manat altmış doqquz qəpik) manat dövlət rüsumu və 0.4 (qırx) manat xidmət haqqı tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar