Məhkəmə qərarları › İş №e-2(025)-710/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-710/2024

09.08.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-710/2024 09.08.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi və maraqlı şəxs Qəbələ rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X9 iştirakları ilə Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Qəbələ MRX-nın polikilinka şöbəsində qeydiyyatda olan, qızı X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, Qəbələ rayonunun Vəndam qəsəbəsində yaşayır. 06 iyun 1986-cı il təvəllüdlü X5 adlı bir qızı vardır. O, psixi xəstədir və Azərbaycan Respublikası “Tibbi ərazi X8” X14 “Qəbələ rayon Mərkəzi Xəstəxanası” X14in 27 iyun 2023-cü il tarixli, PHŞ-6-52/2-1094/2023 saylı məktubu ilə təsdiq olunur ki, o, Dz”F20.0 Paranonid şizofreniya” diaqnozu ilə qeydiyyatdadır. Göründüyü kimi X3 ruhi xəstəlik əlamətləri var və o öz hərəkətlərini ölçüb-biçə bilmir. Bu səbəbdən ona mütləq qəyyum lazımdır ki, onun hüquqlarını həyata keçirə bilsin. O, Çinarənin doğma anasıdır və ona görə də məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişdir. Həmçinin indiyə qədər Çinarənin bütün maddi və digər təminatlarını da o qarşılayır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizə ilə eyni məzmunlu izahat verib, ərizəni müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X11 müvafiq qətnamənin qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etdi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin olunmalıdır. Mülki işdə olan sənədlər: İş materiallarında olan 12 iyun 1986-ci il tarixli, 450282 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1986-ci il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1986-ci ildə 116 № ilə qeyd edilmişdir. İş materiallarında olan 07/1278 nömrəli ambulator xəstənin tibbi kartasında olan qeydlərdən məlum olur ki, X5 xx.xx.2007-ci il tarixdən Qəbələ Rayon Mərkəzi Xəstəxanasının poliklinikasında dispanser qeydiyyatdadır. Ambulator kitabçada olan xx.xx.2015-ci il tarixli qeydlərdə göstərilir ki, X4 "şizofreniya paranoid forma, paranoid qüsur halı" diaqnozu təyin edilmişdir. İş materiallarında olan Qəbələ RMX- nin xəstənin tibbi kartasından çıxarışdan məlum olur ki, X5 xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək stasionar müalicədə olmuş və ona "Paranoid şizofreniya, hallüsinator paranoid sindromla" diaqnozu təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi X8” X14 “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” X12 30 may 2024-cü il tarixli, 18-1-52/2-1334/2024 nömrəli məktubda göstərilmişdir ki, Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatda olan X1 RMX-nın Poliklinika şöbəsində psixiatrik kabinetində “Dz: F20 “Paranoid şizofreniya” qeydiyyatdadır. Qəbələ Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli, e-2(025)-710/2024 nömrəli qərardadı ilə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, iş üzrə rəy verilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinə göndərilmiş, ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: X5 hər-hansı bir psixi xəstəlikdən əzab çəkirmi? X2 öz hərəkətlərini dərk etmək və idarə etmək baxımından onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas varmı? Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X10 Hüquqi Şəxsinin xx.xx.2024-cü il tarixli, 2133 saylı rəyi ilə mülki iş materiallarından, təqdim edilmiş tibbi sənəd və yoxlanılan şəxsin anasından toplanılmış anamnestik məlumatlardan aşağıdakılar məlum olur. Yoxlanılan şəxs xx.xx.1986-cı ildə Qəbələ rayonunun Vəndam kəndində anadan olub. İrsiyyəti psixi xəstəliklə ağırlaşmayıb. Normal böyüyüb inkişaf edib. Orta məktəbə vaxtında gedib. 11 sinif bitirib. Rəsmi heç yerdə işləməyib. lyirmi yaşından psixi vəziyyətində dəyişikliklər meydana çıxıb. Ambulator qaydada müalicə olunsa da, psixi vəziyyətində ciddi yaxşılaşma qeyd olunmayıb. Mülki işdə olan 07/1278 nömrəli ambulator xəstənin tibbi kartasında olan qeydlərdən məlum olur ki, X5 xx.xx.2007-ci il tarixdən Qəbələ Rayon Mərkəzi Xəstəxanasının poliklinikasında dispanser qeydiyyatdadır. Ambulator kitabçada olan xx.xx.2015-ci il tarixli qeydlərdə göstərilir ki, X4 "şizofreniya paranoid forma, paranoid qüsur halı" diaqnozu təyin edilmişdir. Mülki işdə olan Qəbələ RMX- nin xəstənin tibbi kartasından çıxarışdan məlum olur ki, X5 xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək stasionar müalicədə olmuş və ona "Paranoid şizofreniya, hallüsinator paranoid sindromla" diaqnozu təyin edilmişdir. Yoxlanılan şəxsin obyektiv müayinəsi onun vəziyyətinin somatik, nevroloji və psixi cəhətdən qiymətləndirilməsindən ibarətdir. Şikayətləri: Yuxusuzluqdan şikayət edir. Somatik statusu: Yoxlanılan düzgün bədən qurluşludur. Dəri və gözə görünən selikli qişalar adi rəngdədir. Daxili orqanlar tərəfindən kobud patologiya aşkar olunmur. Nevroloji statusu: Mərkəzi sinir sistemi tərəfindən dağınıq üzvi zədələnmə əlamətləri müəyyən edilir. Psixi statusu: Zahirən gərgin görünür. Bələdliyi özünə və məkana görə saxlanılıb, zamana görə zəifləmişdir. Kontakta çətin daxil olur. Ona ünvanlanan sualların bir qisminə əhəmiyyət vermir. Verilən suala aid olmayan mövzuda danışır. Nitqi monotondur. Müayinə zamanı eşıtmə hallüsinasiyaları haqqında məlumat verir. Təfəkkürü autikdir. Ayrı-ayrı tam formalaşmamış sayıqlama fikirləri qeyd olunur. Bəzən rabitəsiz cümlələr söyləyir. Maraq dairəsi xeyli məhdudlaşıb, əsasən keçirdiyi psixotik yaşantıları əhatə edir. Emosional-iradi sferası enmişdir. Psixi qüsur əlamətlri qeyd olunur. Öz vəziyyətinə qarşı tənqidi yoxdur. Nəticə hissəsi: İ Motivləşdirici hissə. Yuxarıda göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlirəm ki, X3 ŞİZOFRENİYA PARANOİD FORMA, PSİXİ QÜSUR ƏLAMƏTLƏRİ İLƏ (F20.0) xroniki psixi xəstəliyi qeyd olunur. Bunu anamnestik məlumatlar - 2007-ci ildə psixi xəstəlikdən əziyyət çəkməsi, dəfələrlə Qəbələ Rayon Mərkəzi Xəstəxanasında stasionar müalicədə olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər - ünsiyyətə formal daxil olması, eşitmə hallüsinasiyaları barədə məlumat verməsi, təfəkkürünün paroloqik olması, sayıqlama fikirləri aşkar edilməsi, rabitəsiz fikirlər söyləməsi, maraq dairəsinin məhdudluğu, emosional-iradi sferasının enməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. İİ Yekun hissəsi: Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: X5 hər hansı psixi xəstəlikdən əzab çəkirmi? Cavab: X3 şizofreniya paranoid forma, psixi qüsur əlamətləri ilə xroniki psixi xəstəliyi qeyd olunur. 2-ci sual: X5 öz hərəkətlərini dərk etmək və idarə etmək baxımından onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas varmı? Cavab: X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X2 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas vardır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə iclasında təqdim olunmuş sübutları, ekspert rəyini nəzərə almaqla məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X10 Hüquqi Şəxsinin xx.xx.2024-cü il tarixli, 2133 saylı rəyinin nəticə hissəsində göstərilənlər ərizənin təmin edilməsi üçün əsas verir. Belə ki, X2 öz psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığı sübut olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1986-ci ildə Qəbələ rayonu Vəndam qəsəbəsində anadan olmuş, Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatda olan və yaşayan X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1986-ci ildə Qəbələ rayonu Vəndam qəsəbəsində anadan olmuş, Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatda olan və yaşayan X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar