Məhkəmə qərarları › İş №e-2(025)-718/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-718/2025

18.09.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-718/2025 18.09.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi və Ərizəçi iştirakı ilə, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi barədə ərizəsinə dair işə baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib Qəbələ rayonu Sileyli kəndində yaşayan xx.xx.1956-cı il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonunun Sileyli kəndində yaşayır və uzun müddətdən bəri “G 20 Parkinson” xəstəliyindən əziyyət çəkən xx.xx.1956-cı il təvəllüdlü X3 qulluq edir. X3 pulsuz dərmanların verilməsindən ötrü ona əlillik dərəcəsi təyin edilməlidir. X4 psixi xəstə olduğuna görə öz hərəkətlərinin mənasını başa düşmür və özünü idarə edə bilmir. Ona görə də, o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. İşdə olan AR İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi ərazi bölmələrinin idarəetmə birliyi” PHŞ “Akademik M.Ə.Mirqasımov adına Respublika klinik xəstəxanası” tərəfindən verilmiş 2935 nömrəli ambulator xəstənin tibbi vərəqinə əsasən Qəbələ rayonu, Sileyli kəndində yaşayan xx.xx.1956-cı il təvəllüdlü X4 “G 20 Parkinson” xəstəliyindən əziyyət çəkir. İşdə olan AR SN MPEM PHŞ Ambulator Məhkəmə Psixatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli 2285 nömrəli rəyində göstərilmişdir ki, müayinə olunan xx.xx.1956-cı il təvəllüdlü X2 Parkinson xəstəliyi nəticəsində Demensiya ( Ağıl zəifliyi) müəyyən edilir. Həmin xəstəlik nəticəsində o, hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X4 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. AR Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquqi fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. AR MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə tədqiq olunmuş sübutlara yuxarıda qeyd olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, xx.xx.1956-cı il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli və üzərində qəyyum təyin edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. 24 oktyabr 1956-cı il tarixdə Qutqaşen (indiki Qəbələ) rayonu, Əmirvan kəndində anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar