Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-729/2025 10.07.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, sığorta müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia qaldıraraq xx.xx.2022-ci il tarixdə, saat 12:40 radələrində Qəbələ rayonu, H.Əliyev prospektində Cavabdeh2 sürücülük hüququ olmadan idarə etdiyi Cavabdeh1 məxsus “Vaz 11183” markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobillə X1 idarə etdiyi “Vaz 21074” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsində Cavabdeh2 təqsirli olduğunu və sığorta hadisəsi ilə əlaqədar cəmi 450,00 manat məbləğində sığorta ödənişi verildiyini bildirib cavabdehlərdən müştərək qaydada cəmi 450,00 manat məbləğində sığorta ödənişi və 30,00 manat dövlət rüsumu tutulub cəmiyyətin xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan “AutoBox” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 243 nömrəli Qiymətləndirmə aktının surətinə əsasən yol nəqliyyat hadisəsi nəticəsində “Vaz 2107” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində dəymiş zərər cəmi 450,00 manat məbləğində müəyyən edilmişdir. İşdə olan PXA105825 nömrəli Sığorta Aktının surətinə əsasən PXA********** nömrəli Sığorta müqaviləsi ilə xx.xx.2021-xx.xx.2022 sığorta müddətində sığortaçı "xxxx" ASC-də sığortalanmış “Vaz 21183” markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası üzrə xx.xx.2022-ci il tarixdə, saat 12:40 radələrində Qəbələ şəhəri, H.Əliyev prospektində baş vermiş sığorta hadisəsində “Vaz 21074” markalı, **-BF- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin zədələnməsi ilə əlaqədar dəymiş zərər 450,00 manat məbləğində müəyyən olunmuş, sığorta ödənişi 450,0 manat təşkil etmişdir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(025)-187/2022 nömrəli qərarının surətinə əsasən Cavabdeh2 AR İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. «İcbari sığortalar haqqında» AR Qanununun 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qnunun 13.1-ci maddəsinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun xüsusi hissəsində nəzərdə tutulmuş hadisələr və hallardır. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin,.... və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin ödənilməsi üçün sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. AR Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh1 məxsus olan “Vaz 11183” markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobildən Cavabdeh2 etibarnamə əsasında istifadə hüququ olduğundan mülkiyyətçiyə qarşı subroqasiya hüququ yaranmır. Ona görə də, Cavabdeh2 450,00 manat sığorta ödənişi və 30,0 manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin olunsun. Cavabdeh2 450,0 (dörd yüz əlli) manat sığorta ödənişi və 30,0 (otuz) manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" ASC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-729/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-729/2025
10.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver