Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-75/2023 07.03.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı İddiaçı Xalı̇ s oğlunun cavabdehlər Xalı̇ sbəyli Nadı̇ r İsa oğlu, Cavabdeh2, Cavabdeh3 Abubəkı̇ r qızı və Cavabdeh4 Xalı̇ s qızına qarşı “mirasın qəbul edilməsi faktının və mıras payının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mirasın qəbulu və vərəsələr üzrə miras payının müəyyən edilməsi mübahisələri) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı Xalı̇ s oğlunun, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehlər Xalı̇ sbəyli Nadı̇ r İsa oğlunun, Cavabdeh2, Cavabdeh3 Abubəkı̇ r qızının, Cavabdeh4 Xalı̇ s qızının və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı Xalı̇ s oğlunun cavabdehlər Xalı̇ sbəyli Nadı̇ r İsa oğlu, Cavabdeh2, Cavabdeh3 Abubəkı̇ r qızı və Cavabdeh4 Xalı̇ s qızına qarşı “mirasın qəbul edilməsi faktının və mıras payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İşin halları İddiaçı Xalı̇ s oğlunun cavabdehlər Xalı̇ sbəyli Nadı̇ r İsa oğlu, Cavabdeh2, Cavabdeh3 Abubəkı̇ r qızı və Cavabdeh4 Xalı̇ s qızına qarşı “mirasın qəbul edilməsi faktının və mıras payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X5 mülkiyyətində olan və ondan miras qalmış Qəbələ şəhəri ərazisində yerləşən fərdi yaşayış evi, evin yerləşdiyi JN:2853F (kod 4061004) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,25 hektar həyətyanı torpaq sahəsi və JN:218 (kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 0,25 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahələrindən ibarət mirasın onun vəsiyyətnamə üzrə vərəsəsi kimi tərəfindən qəbul edilməsi faktının və həmin əmlaklardakı miras payının miqdarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsinin xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, anası X9 01 sentyabr 2004-cü il tarixdə Qəbələ Rayon Dövlət Notariat Kontorunda rəsmi vəsiyyətnamə təsdiq etdirməklə ölən günədək özünə məxsus olan bütün əmlakını, o cümlədən Qəbələ şəhəri, Pastar məh.1-də yerləşən yaşayış evini, bütün tikililəri və adına olan torpaq sahəsini ona vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə dəyişdirilməmiş və ya ləğv edilməmişdir. X9 14 sentyabr 2011-ci il tarixdə Qəbələ şəhərində vəfat etmişdir. Qəbələ şəhərində yerləşən müvafiq hüquqmüəyyənedici sənədləri olmayan fərdi yaşayış evi, həmin evin yerləşdiyi JN:2853F (kod 4061004) nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən 0,25 hektar həyətyanı torpaq sahəsinin mərhum anası Minirə Mutafayevaya aid hissəsi və JN:218 (kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 0,25 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi mərhum anası X4 miras qalmışdır. Vəfatından sonra X4 qalan mirası o, faktiki olaraq qəbul və idarə etmişdir. Vəfat etdiyi gündən ondan miras qalmış Qəbələ şəhərində yerləşən fərdi yaşayış evi, həmin evin yerləşdiyi JN:2853F (kod 4061004) nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən 0,25 hektar həyətyanı torpaq sahəsi ona aid hissəsi və JN:218 (kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 0,25 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi onun vəfat etdiyi tarixdən hal-hazıradək faktiki onun istifadəsindədir. Mərhum anası vəfat etdiyi günə onun, ondan başqa daha iki birinci növbədə vərəsəsi - övladları X23 və Qarayeva (Mustafayeva) Nazlı Xalis qızı olmuşdur. Minirə Mustafayevanın vəfatından sonra vərəsələrindən İsa Mustafayev da vəfat etmişdir. İsa Mustafayevin ölümündən sonra Mustafayeva (Ədilova) Pərvanə Abubəkir qızı, Cavabdeh1 və Qasımova (Xalisbəyli) Rəvanə İsa qızı adlı birinci növbədə vərəsələri vardır. Hazırda mərhum anası Minirə Mustafayevadan miras qalmış ünvan 1 ünvanında yerləşən torpaq sahəsindən pay almaq üçün onun qanun üzrə vərəsələrindən X14 arvadı Cavabdeh3 Qəbələ Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinə müraciət etmişdir. Müraciət əsasında Qəbələ Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 3527 saylı məktubu ilə X5 vərəsəsi kimi o, da öz iradə ifadəsini bildirmək üçün notariat ofisinə dəvət edilmişdir. Notariat ofisinə gələrək ərizə ilə iradəsini ifadə etmişdir. Bundan sonra Qəbələ Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinin 26 oktyabr 2022-ci il tarixli 3735 saylı məktubu ilə ona ərizəsinə baxıldığı, onun mirasın qəbulu üçün qanunvericiliyin tələbi ilə nəzərdə tutulan müddəti buraxdığı, o cümlədən miras şərikləri arasında ixtilafların mövcud olduğu, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən təsdiq edilməli olan hüquq və fakt barəsində mübahisə etmək üçün məhkəməyə müraciət etmək arzusunda olan digər əlaqədar şəxsin xahişi ilə notariat hərəkətinin aparılmasının on gün təxirə salındığı, bu müddətdə məhkəmədən təsdiq edilməli və ya fakt barəsində əlaqədar şəxsdən ərizə daxil olduğu haqqında məlumat alınmazsa notariat hərəkətinin aparılmasının dayandırılmasına yol verilmədiyi bildirilmişdir. O, hazırda X4 miras qalmış Qəbələ şəhərində yerləşən müvafiq hüquqmüəyyənedici sənədləri olmayan fərdi yaşayış evindən, həmin evin yerləşdiyi JN:2853F (kod 4061004) nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən 0,25 hektar həyətyanı torpaq sahəsinin ona aid hissəsindən və JN:218 (kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 0,25 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsindən 01 sentyabr 2004-cü il tarixli vəsiyyətnamə əsasında ona düşən payı öz adıma rəsmilşdirmək istəyir. Mirasın qəbulu ilə bağlı qanunla müəyyən edilmiş müddət ötürülmüş olsa da o, mirası faktiki olaraq qəbul etmişdir. Qəbələ Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən mirasın faktiki qəbulu ilə bağlı məhkəməyə müraciət etmək hüququ ona izah edilmişdir. Qeyd edilən əsaslara görə X1dan miras qalmış Qəbələ şəhərində yerləşən, fərdi yaşayış evindən, həmin evin yerləşdiyi JN:2853F (kod 4061004) nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən 0,25 hektar həyətyanı torpaq sahəsinin ona aid hissəsindən və JN:218 (kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 0,25 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsindən ibarət mirasın onun vəsiyyətnamə üzrə vərəsəsi kimi onun tərəfindən qəbul edilməsi faktının və həmin əmlaklara payının miqdarının müəyyən edilməsi zərurəti yaranmışdır. Qəbələ Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinin 26 oktyabr 2022-ci il tarixli 3735 saylı məktubundan göründüyü kimi hazırkı iddia ərizəsində göstərilən miras əmlakların miras şərikləri arasında ixtilaflar mövcuddur. Buna görə də o, hazırkı məsələ ilə bağlı eyni tələblə ərizəçi qismində deyil, iddiaçı qismində Qəbələ Rayon Məhkəməsinə müraciət etməli olmuşdur. Qeyd etdiyi hallar üzrə məhkəməyə sübut olaraq təqdim etdiyi sənədlər hazırki iddia tələbinin əsaslı olduğunu sübut etməyə kifayət edir. xx.xx.2022-ci il tarixdə İddiaçı ”iddianın dəyişdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək mərhum anası X5 mülkiyyətində olan və ondan miras qalmış Qəbələ şəhəri ərazisində yerləşən fərdi yaşayış evi, evin yerləşdiyi 31 may 2020-ci il tarixli ********* nömrəli DƏDR-dən şıxarışda göstərilən 0.25 hekter həyətyanı torpaq sahəsi və JN:218 (kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 0,25 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahələrindən ibarət mirasın onun vəsiyyətnamə üzrə vərəsəsi kimi tərəfindən qəbul edilməsi faktının və həmin əmlaklardakı miras payının miqdarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsinin xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı Xalı̇ s oğlu iddia tələbində qalaraq göstərmişdir ki, mərhum anası X9 01 sentyabr 2004-cü il tarixdə Qəbələ Rayon Dövlət Notariat Kontorunda rəsmi vəsiyyətnamə təsdiq etdirməklə ölən günədək özünə məxsus olan bütün əmlakını, o cümlədən Qəbələ şəhəri, Pastar məh.1-də yerləşən yaşayış evini, bütün tikililəri və adına olan torpaq sahəsini ona vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə dəyişdirilməmiş və ya ləğv edilməmişdir. X9 14 sentyabr 2011-ci il tarixdə Qəbələ şəhərində vəfat etmişdir. Vəfatından sonra qalan mirası o, faktik olaraq qəbul və idarə etmişdir. Ondan başqa 2 nəfər vərəsə vardır. Həmin vərəsələrdən biri - qardaşı X23 və digəri bacısı Cavabdeh4dırlar. İsa Mustafayev da vəfat etmişdir. Onun arvadı Cavabdeh3, qızı Cavabdeh2 və oğlu Cavabdeh1 də vərəsələri sayılırlar. X4 mülkiyyətində olan və ondan miras qalmış Qəbələ şəhəri ərazisində yerləşən fərdi yaşayış evi, evin yerləşdiyi 31 may 2020-ci il tarixli ********* nömrəli DƏDR-dən çıxarışda göstərilən 0,25 hektar həyətyanı torpaq sahəsi və 0,25 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahələrindən ibarət mirasın onun vəsiyyətnamə üzrə vərəsəsi kimi tərəfindən qəbuk edilməsi faktının və həmin əmlakdakı miras payının miqdarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsinin məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 Abubəkı̇ r qızı iddianı qəbul etməyərək izahatında qeyd etmişdir ki, nə ərinin və nə də onun X5 01 sentyabr 2004-cü il tarixdə Qəbələ Rayon Dövlət Notariat Kontorunda rəsmi olaraq verdiyi vəsiyyətnamədən xəbəri olmamışdır. Miras torpaq sahəsində isə İddiaçı Xalı̇ s oğlu 3 dənə ev tikmişdir. Bu torpaqda o, və uşaqları tam şəraitsiz tikilidə yaşayırlar. Baldızı Cavabdeh4 orada yaşamır, ancaq qonaq kimi gəlib-gedir. O, hazırda Bakı şəhərində yaşayır. X34 19 fevral 2021-ci il tarixdə vəfat etmişdir. Ərindən miras qalmış payı tələb edir. Çünki, ailə qurandan sonra həmin torpaq sahəsində yerləşən evə gəlin köçmüşdür. Göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Xalı̇ sbəyli Nadı̇ r İsa oğlu və Cavabdeh2 iddianı qəbul etməyərək, cavabdeh - anaları Cavabdeh3 Abubəkı̇ r qızının izahatına uyğun izahat verib, iddianın rədd edilməsini, mərhum atalarına düşən payın onlara verilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh4 Xalı̇ s qızı iddianı qəbul etməyərək izahatında qeyd etmişdir ki, o, 1993-cü ildə ailə qurmuşdur. Bir müddət sonra ayrılmış və anasının yanına köçmüşdür. Bundan sonra isə bir müddət Bakı şəhərində yaşamışdır. Amma tez-tez anasının yanına gəlmişdir. Ərindən ayrılandan sonra cehiz əşyalarını həmin evə yığmışdır. Buna dair şahidləri də vardır. Həmin şahidlərin məhkəmə iclaslarında dindirilməsini və göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh4 Xalı̇ s qızının vəkili Vəkil iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. X20 məhkəmə iclasında şahid qismində ifadəsində göstərmişdir ki, Cavabdeh4 onun bacısı qızıdır. Bacısı vəfat etməzdən əvvəl torpaq sahəsini öz aralarında bölmüşdülər. Həmin torpaq sahəsində Nazlının da payı vardır. Bacısı xəstə yatanda ona qızı Nazlı baxmışdır. Bacısı vəfat edəndən sonra da Nazlı tez-tez ora gəlib qalır. X8 məhkəmə iclasında şahid qismində ifadəsində göstərmişdir ki, Cavabdeh4 onun bacısı qızıdır. Nazlı ailəli olub ayrıldıqdan sonra həmişə o evdə yaşayıb. Anası vəfat edəndən sonra uşaqlarının təhsili ilə bağlı olaraq Bakı şəhərində yaşamışdır. Amma teztez həmin evə gəlib gedir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (MM-n 1133.2-ci maddə) Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar (maddə 1159.1.1). 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (maddə 1243). 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsində göstərilir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1273-cü maddəsinin tələbinə görə mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir 1300-cü maddəsində göstərilmişdir ki, vərəsələr arasında olduqları yer məlum olmayan vərəsə olarsa, qalan vərəsələr onların olduqları yerin müəyyən edilməsi və vərəsəliyə çağırılmaları üçün tədbirlər görməlidirlər. Həmçinin, qanunverici mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün müvafiq tədbirlərin görülməsi vəzifəsini notariusun da üzərinə qoyub. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 55-ci maddəsinə əsasən, açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün də tədbirlər görür. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş üzrə tərəflərin və şahidlərin izahatlarını və çıxışlarını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş (reyestr nömrəsi – **********47; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2020) Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 2 ünvanda Cavabdeh3, X5, Cavabdeh1 və X14 ümumi mülkiyyətinə yaşayış məntəqələri torpaqlarından hər birinin payı ¼ hissə təşkil etməklə 0.25 hektar torpaq sahəsi verilmişdir. İşdə olan JN-218, kod 40601004 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, Qəbələ rayonu AİK-nın xx.xx.2001-ci il tarixli, 03 saylı qərarı ilə X5 mülkiyyətinə 0.25 ha torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon Dövlət Notariusunda 01 sentyabr 2004-cü il tarixdə 7E- 04/1925/1926 nömrəli reyestrdə qeydə alınmış vəsiyyətnamənin surətindən görünür ki, Qəbələ şəhəri, Dağlıq məhəlləsi 1 ünvanda yaşamış X9 ölən günədək ona məxsus olan bütün əmlakını, o cümlədən Qəbələ şəhəri Pastar məhəlləsi 1-də yerləşən yaşayış evini, bütün tikililəri və adına olan torpaq sahəsini oğlu İddiaçı vəsiyyət etmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsinin xx.xx.2011-ci il tarixdə verdiyi AZ-İ 488027 nömrəli “ölüm haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.2011-ci il tarixdə “qan dövranı çatışmamazlığı” xəstəliyindən vəfat etmişdir. İşdə olan Qutqaşen (Qəbələ) rayonu VVADQ şöbəsi tərəfindən xx.xx.1977-ci il tarixdə verilmiş İV-JQ 406853 nömrəli “doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx xxxxxx 1977-ci ildə doğulmuşdur. X10, anası isə X6r. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsinin xx.xx.2018-ci il tarixdə verdiyi AZ-İ 978825 nömrəli “ölüm haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X24 xx.xx.1982-ci il tarixdə “baş beynə qansızma”dan vəfat etmişdir. İşdə olan Qəbələ Regional “Asan xidmət” mərkəzində notariat ofisinin İddiaçı xx.xx.2022-ci il tarixdə ünvanladığı 3527 nömrəli məktubda, xx.xx.2011-ci il tarixdə X5 adına vərəsəlik işinin açıldığı qeyd edilməklə Mülki Məcəllənin 1243, 1246, 1321, 1322-ci maddələrinin tələblərinə uyğun olaraq mirası qəbul etmiş vərəsələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəyi, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, onun miras payının qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına əlavə edildiyi nəzərinə çatdırılmaqla vərəsəlik hüququnun rəsmiləşdirilməsi ilə bağlı öz iradə ifadəsini bildirmək üçün qısa müddətdə notariat ofisinə müraciət etməyi bildirilmişdir. İşdə olan İddiaçı Qəbələ Regional “Asan xidmət” mərkəzində notariat ofisinə etdiyi, xx.xx.2022-ci il tarixdə 11688 daxilolma nömrəsi ilə qeydə alınmış ərizənin surətindən müəyyən edilir ki, ərizədə o, X5 ona vəsiyyətnamə qoyduğu, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş (reyestr nömrəsi - **********47; qeydiyyat nömrəsi - **********; qeydiyyat tarixi - xx.xx.2020) Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən və ümumi sahəsi 0.25 ha olan torpaq sahəsindən mirasqoyana (X7) məxsus olan payın ¼ hissədən ibarət olduğu, bu əmlakda xx.xx.2021-ci il tarixdə vəfat etmiş qardaşı İsa Mustafayevin də ¼ hissədə payının olduğu, onun vərəsələrinə irsi trasmissiya qaydasında çatası miras payının verilməsinə etirazını bildirdiyi göstərilmişdir. İşdə olan Qəbələ Regional “Asan xidmət” mərkəzində notariat ofisinin İddiaçı xx.xx.2022-ci il tarixdə ünvanladığl 3535 nömrəli məktubda, onun ofisə təqdim etdiyi ərizəyə cavab olaraq nəzərinə qanunvericilikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti buraxdığı (ötürüldüyü), o cümlədən miras şərikləri arasında ixtilafların mövcudluğu, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən təsdiq edilməli olan hüquq və ya fakt barəsində mübahisə etmək üçün məhkəməyə müraciət etmək arzusunda olan digər əlaqədar şəxsin xahişi ilə notariat hərəkətlərinin aparılmasının on gün müddətinə təxirə salındığı, bu müddətdə məhkəmədən təsdiq edilməli olan hüquq və ya fakt barədə əlaqədar şəxsdən ərizə daxil olduğu haqqında məlumat alınmazsa, notariat hərəkətlərinin aparılmasının dayandırılmasına yol verilmədiyi nəzərinə çatdırılmışdır. İşdə olan Qəbələ Regional “Asan xidmət” mərkəzində notariat ofisinin Cavabdeh4 xx.xx.2022-ci il tarixdə ünvanladığl 3526 nömrəli məktubda, xx.xx.2011-ci il tarixdə X5 adına vərəsəlik işinin açıldığı qeyd edilməklə Mülki Məcəllənin 1243, 1246, 1321, 1322-ci maddələrinin tələblərinə uyğun olaraq mirası qəbul etmiş vərəsələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəyi, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, onun miras payının qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına əlavə edildiyi nəzərinə çatdırılmaqla vərəsəlik hüququnun rəsmiləşdirilməsi ilə bağlı öz iradə ifadəsini bildirmək üçün qısa müddətdə notariat ofisinə müraciət etməyi bildirilmişdir. İşdə olan Cavabdeh4 Qəbələ regional “Asan xidmət” mərkəzində notariat ofisinə təqdim etdiyi, xx.xx.2022-ci il tarixdə 11689 daxilolma nömrəsi ilə qeydə alınmış ərizənin surətindən müəyyən edilir ki, ərizədə o, X5 ona vəsiyyətnamə qoyduğu, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş (reyestr nömrəsi - **********47; qeydiyyat nömrəsi - **********; qeydiyyat tarixi - xx.xx.2020) Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən və ümumi sahəsi 0.25 ha olan torpaq sahəsindən mirasqoyana (X7) məxsus olan payın ¼ hissədən ibarət olduğu, bu əmlakda xx.xx.2021-ci il tarixdə vəfat etmiş qardaşı İsa Mustafayevin ¼ hissədə payının olduğu, onun vərəsələrinə irsi trasmissiya qaydasında çatası miras payının verilməsinə etirazını bildirdiyi göstərilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsinin xx.xx.2018-ci il tarixli 598 nömrəli arayışından görünür ki, X24 ilə X15 arasında olan nikaha dair 26 sentyabr 1963-cü il tarixdə 40 nömrəli akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra ərə Mustafayev, arvada Mustafayeva soyadları verilmişdir. Arayışda qeyd olaraq Xalis Mustafayevin xx.xx.1982-ci ildə vəfat etdiyi göstərilmişdir. İşdə olan Qəbələ rayon VVADQ şöbəsinin xx.xx.1993-cü il tarixdə verdiyi Vİ-JQ 330278 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X23 ilə X12 arasında həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 7 nömrə ilə qeydə alınmışdır. İşdə olan Qəbələ rayon VVADQ şöbəsi tərəfindən xx.xx.1995-ci ildə verilmiş XVİİİ-JQ 484164 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 xx.xx.1995-ci ildə doğulmuşdur. X11, anası isə Cavabdeh3dır. İşdə olan Qəbələ rayon VVADQ şöbəsi tərəfindən xx.xx.1996-cı ildə verilmiş XİX-JQ 364799 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X21 xx.xx.1996-cı ildə doğulmuşdur. X11, anası isə Cavabdeh3dır. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(025)-10/2020 saylı qətnaməsindən çıxarışdan görünür ki, İddiaçılar Cavabdeh3, X23 və Cavabdeh1 oğlu cavabdeh İddiaçı və üçüncü şəxs Mustafayeva (Qarayeva) Nazlı Xalis qızına qarşı “torpaq paylarının müəyyən olunması” tələbinə dair məhkəmədə iddi qaldırmışlar. Qətnamə ilə iddia təmin edilmiş və Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli 03 saylı qərarı ilə, JN- 2853F nömrəli şəhadətnaməyə əsasən Cavabdeh3, X14 və Cavabdeh1 oğlunun və X2nın payları ¼ hissə üzrə müəyyən edilmişdir. İşdə olan Qəbələ rayon İHB-nın Qəbələ şəhər İƏD üzrə nümayəndəliyin xx.xx.2023cü il tarixli, 278 nömrəli arayışında Cavabdeh4 ünvan 4 ünvanında qeydiyyatda olmaqla Bakı şəhərində yaşadığı, adına torpaq sahəsi və fərdi yaşayış evinin olmadığı göstərilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci ildə verilmiş AZ-T 205421 nömrəli “doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X16 xx.xx.1965-ci ildə doğulmuşdur. X10, anası isə X6r. İşdə olan Qəbələ rayon İHB-nın Qəbələ şəhər İƏD üzrə nümayəndəliyin xx.xx.2022ci il tarixli, 110 nömrəli Cavabdeh3 verilmiş arayışında onun mərhum əri - X14 xx.xx.2021ci ildə vəfat edən günə kimi ünvan 6 ünvanında qeydiyyatda olduğu, vəfat edən zaman arvadı –Cavabdeh3, oğlu Cavabdeh1 və qızı Qasımova (Xalisbəyli) Rəvanə İsa qızının ailə üzvləri kimi qaldıqları, ölən günə kimi həmin evdə ailəsi ilə bir evdə yaşadığı göstərilmişdir. İşdə olan Qəbələ Regional “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsinin mərkəzdə notariat ofisinə üxx.xx.2022-ci il tarixdə ünvanladığı, 05/Q-478/12 nömrəli məktubda “Vətəndaşlıq vəziyyəti aktları”nın avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi məlumatlarına əsasən xx.xx.2011-ci il tarixə vəfat etmiş Mustafayeva (Həşimova) Minirə Ağabala qızının xx.xx.1963-cü il tarixdə Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 40 nömrəli nikah haqqında akt qeydinə əsasən X24 ilə nikaha daxil olduğu və bu nikahdan - X16 (xx.xx.1965), X23 (xx.xx.1968, xx.xx.2021-ci ildə vəfat edib) və İddiaçı (xx.xx.1977) övladlarının olduğu göstərilmişdir. Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları və tərəflərin məhkəməyə təqdim etdikləri sübutlardan müəyyən edilir ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş (reyestr nömrəsi – **********47; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2020) Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla ünvan 2 ünvanda Cavabdeh3, X5, Cavabdeh1 və X14 ümumi mülkiyyətinə yaşayış məntəqələri torpaqlarından hər birinin payı ¼ hissə təşkil etməklə 0.25 hektar torpaq sahəsi verilmişdir. Eləcə də JN-218, kod 40601004 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına və Qəbələ rayonu AİK-nın xx.xx.2001-ci il tarixli, 03 saylı qərarı ilə X5 mülkiyyətində 0.25 ha torpaq sahəsi olmuşdur. Qəbələ şəhəri, dağlıq məhəlləsi 1 ünvanda yaşamış X9 ölən günədək ona məxsus olan bütün əmlakını, o cümlədən Qəbələ şəhəri Pastar məhəlləsi 1də yerləşən yaşayış evini, bütün tikililəri və adına olan torpaq sahəsini Qəbələ rayon Dövlət Notariusunda 01 sentyabr 2004-cü il tarixdə 7E-04/1925/1926 nömrəli reyestrdə qeydə alınmış vəsiyyətnamə ilə oğlu İddiaçı vəsiyyət etmişdir. X9 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. X24 ilə X15 arasında olan nikaha dair 26 sentyabr 1963-cü il tarixdə 40 nömrəli akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra ərə Mustafayev, arvada Mustafayeva soyadları verilmişdir. X24 xx.xx.1982-ci il tarixdə vəfat etmişdir. X2 vəfat etdiyi günə onun, ondan başqa daha iki birinci növbədə vərəsəsi - övladları X23 və Qarayeva (Mustafayeva) Nazlı Xalis qızı olmuşdur. Minirə Mustafayevanın vəfatından sonra vərəsələrindən İsa Mustafayev da vəfat etmişdir. İsa Mustafayevin ölümündən sonra Mustafayeva (Ədilova) Pərvanə Abubəkir qızı, Cavabdeh1 və Qasımova (Xalisbəyli) Rəvanə İsa qızı adlı birinci növbədə vərəsələri vardır. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(025)-10/2020 saylı qətnaməsi ilə Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli 03 saylı qərarı ilə JN-2853F nömrəli şəhadətnaməyə əsasən Cavabdeh3, X14 və Cavabdeh1 oğlunun və X2nın payları ¼ hissə üzrə müəyyən edilmişdir. Mülki qanunvericiliyə görə, mirasa vərəsəlik açıldığı gündən vərəsəlik hüquq münasibətləri yaranır. Bu münasibətlərin hüquqi məzmunu həm qanun, həm də vəsiyyət üzrə vərəsəliyə çağırılmış şəxslərin mirasın qəbulu və ya qəbulundan imtina etməsi hüququ və bu hüquqa qarşı duran hamının və hər kəsin vərəsələrin hüququnu poza biləcək hərəkətlərdən çəkinmək vəzifəsindən ibarətdir. Qeyd edilməlidir ki, mirasın qəbulu və qəbulundan imtina vərəsənin subyektiv mülki hüququdur. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mirası qəbul etmək hüququ ya bilavasitə iradə ifadəsi, məsələn: notariat orqanına mirasın qəbulu barədə ərizə verməsi ilə, ya da ki, müəyyən hərəkətlər vasitəsi ilə edilə bilər. Həmin hərəkətlərin məzmunundan vərəsənin əmlaka sahiblik etməsi və ya əmlakı idarə etməyə faktik başlaması və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi bəlli olmalıdır. Bu hallar, adətən mirası qoyanın sağlığında onun vərəsə ilə birgə sahiblik və istifadə etdiyi əşyalarla əlaqədar yaranır. Vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda vərəsənin əmlaka sahibliyə və onu idarə etməyə başlaması faktiki olmalı və heç bir şübhə yaratmamalıdır. Əmlaka sahiblik etməyə və onu idarə etməyə faktiki başlamağa sübut kimi məsələn: vərəsənin miras qoyanla birgə yaşaması haqqında mənzil-istismar sahəsinin arayışı, əmlak üçün vergilərin, kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənilməsinə dair aidiyyəti qurumlar tərəfindən verilmiş arayışlar və ya bu ödənişlər barədə qəbzlər və digər ödəmə sənədləri ola bilər. Göstərilən hallardan biri mövcud olarsa, vərəsə mirası qəbul etmiş sayılır. Eyni zamanda, vərəsə mirasın yalnız bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab olunur ki, o, mirası tamamilə qəbul etmişdir. Bu halda mirasın nədə ifadə edilməsinin və harada olmasının əhəmiyyəti yoxdur (Mülki Məcəllənin 1145, 1159.1.1, 1243.1-1243.3-cü maddələri). Mülki Məcəllənin 1318-ci maddəsinin mənasına görə, miras əmlak bütün vərəsələr arasında, qanun üzrə vərəsələr arasında bərabər, vəsiyyət üzrə vərəsələr arasında vəsiyyətnamədə müəyyən edilmiş paylarla, paylar müəyyən edilmədikdə bərabər bölüşdürülür. Buna görə də miras əmlakın bölüşdürülməsi üçün bütün vərəsələr vərəsəliyə çağırılmalıdırlar. Lakin, bəzən açılmış miras üzrə vərəsələrdən biri və ya bir neçəsi miras açılan yerdə olmaya bilər, bəzilərinin isə olduğu yer ümumiyyətlə məlum olmaya bilər. Həmin Məcəllənin 1300-cü maddəsində göstərilmişdir ki, vərəsələr arasında olduqları yer məlum olmayan vərəsə olarsa, qalan vərəsələr onların olduqları yerin müəyyən edilməsi və vərəsəliyə çağırılmaları üçün tədbirlər görməlidirlər. Həmçinin, qanunverici mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün müvafiq tədbirlərin görülməsi vəzifəsini notariusun da üzərinə qoyub. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 55-ci maddəsinə əsasən, açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün də tədbirlər görür. Məhkəmə miras əmlakın faktiki qəbul edilməsi və ya faktiki idarə olunması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruru hesab edir. Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli; Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 5 oktyabr 2012-ci il tarixli Qərarları). Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Yuxarıda qeyd olunan maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Tərəflərin izahatlarını və işin hallarını nəzərə alan məhkəmə hesab edir ki, cavabdehlər miras qalmış əmlaka münasibətdə əlaqələri olduğu üçün onlara iddiaçının vəsiyyət üzrə vərəsəsi kimi payı nəzərə alınmaqla qanun üzrə vərəsələr olaraq mirasın kütləsindən məcburi payları aşağıdakı qaydada müəyyən edilməlidir: 1. X1 (miras qoyan) məxsus Qəbələ rayonu AİK-nın xx.xx.2001-ci il tarixli, 03 saylı qərarı ilə JN-218 nömrəli (kod:********) “Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktı ilə mülkiyyətinə verilmiş 0.25 ha torpaq sahəsi vərəsə - İddiaçı Xalı̇ s oğlunun payı 4/6 hissə üzrə, vərəsə - Cavabdeh4 Xalı̇ s qızının payı 1/6 hissə üzrə, vərəsə - Xalı̇ sbəyli Nadı̇ r İsa oğlunun payı 1/18 hissə üzrə, vərəsə - Cavabdeh2 payı 1/18 hissə üzrə və vərəsə - Cavabdeh3 Abubəkı̇ r qızının payı 1/18 hissə üzrə müəyyən edilməlidir. 2. X1 (miras qoyan) məxsus Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş (reyestr nömrəsi – **********47; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2020) Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən paylı mülkiyyətə verilmiş 0.25 ha torpaq sahəsinin 1/4 payından vərəsə - İddiaçı Xalı̇ s oğlunun payı 22/24 hissə üzrə, vərəsə - Cavabdeh4 Xalı̇ s qızının payı 1/24 hissə üzrə, müəyyən olunmalıdır. 3. Həmin əmlak üzrə X5 (miras qoyan) mərhum oğlu vərəsə - X18 çatası 1/24 payı onun vərəsələri (arvadı və uşaqları) Xalı̇ sbəyli Nadı̇ r İsa oğlu, Cavabdeh2 və Cavabdeh3 Abubəkı̇ r qızı arasında bərabər şəkildə payları müəyyən edilərək bölünməlidir. Qeyd edilməlidir ki, sübut etmə yükü qanunvericiliyin tələblərinə görə iddiaçının üzərinə düşdüyündən bu vəzifə iddiaçının, tələb edən tərəfin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qanunun mənasına görə həqiqətin müəyyən edilməsi məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biri hesab olunur. Həmin prosesin ətrafında bir sıra nəzərə alınmalı amillər mövcuddur ki, onlara sübutetmə ilə bağlı problemləri və sübutetmə vəzifəsinin bölüşdürülməsini də aid etmək olar. Mülki proses özü özlüyündə iştirakçıların iradə sərbəstliyi əsasında formalaşdığından sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə qoyulur. «Sübutların üstünlüyü» (ehtimallar balansı) standartının izahına gəldikdə isə təqdim edilmiş sübutlar əsasında faktın böyük ehtimalla (mümkünlüklə) baş verdiyi və baş vermədiyi qənaətinə gəlmək olarsa, onda sübutetmə vəzifəsi yerinə yetirilmiş hesab olunur. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə qeyd edir ki, İddiaçı mərhum anası X5 mülkiyyətində olan və ondan miras qalmış Qəbələ şəhəri ərazisində yerləşən fərdi yaşayış evindən mirasın onun vəsiyyətnamə üzrə vərəsəsi kimi tərəfindən qəbul edilməsi faktının və həmin əmlaklardakı miras payının miqdarının müəyyən edilməsi barədə cavabdehlərə qarşı iddia tələbi irəli sürsə də evin hüquqi statusunu müəyyən edən, hüquqmüəyyənedici sübutları məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, X1 (miras qoyan) məxsus Qəbələ rayonu AİK-nın xx.xx.2001-ci il tarixli, 03 saylı qərarı ilə JN-218 nömrəli (kod:********) “Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktı ilə mülkiyyətinə verilmiş 0.25 ha torpaq sahəsi vərəsə - İddiaçı Xalı̇ s oğlunun payı 4/6 hissə üzrə, vərəsə - Cavabdeh4 Xalı̇ s qızının payı 1/6 hissə üzrə, vərəsə - Xalı̇ sbəyli Nadı̇ r İsa oğlunun payı 1/18 hissə üzrə, vərəsə - Cavabdeh2 payı 1/18 hissə üzrə və vərəsə - Cavabdeh3 Abubəkı̇ r qızının payı 1/18 hissə üzrə müəyyən edilməlidir. X1 (miras qoyan) məxsus Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş (reyestr nömrəsi – **********47; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2020) Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən paylı mülkiyyətə verilmiş 0.25 ha torpaq sahəsinin 1/4 payından vərəsə - İddiaçı Xalı̇ s oğlunun payı 22/24 hissə üzrə, vərəsə - Cavabdeh4 Xalı̇ s qızının payı 1/24 hissə üzrə, müəyyən olunmalıdır. Həmin əmlak üzrə X5 (miras qoyan) mərhum oğlu vərəsə - X18 çatası 1/24 payı onun vərəsələri (arvadı və uşaqları) Xalı̇ sbəyli Nadı̇ r İsa oğlu, Cavabdeh2 və Cavabdeh3 Abubəkı̇ r qızı arasında bərabər şkildə payları müəyyən edilərək bölünməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin qeyd olunan müddəasını nəzərə alan məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. X1 (miras qoyan) məxsus Qəbələ rayonu AİK-nın xx.xx.2001-ci il tarixli, 03 saylı qərarı ilə JN-218 nömrəli (kod:********) “Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktı ilə mülkiyyətinə verilmiş 0.25 ha torpaq sahəsi vərəsə - İddiaçı Xalı̇ s oğlunun payı 4/6 hissə üzrə, vərəsə - Cavabdeh4 Xalı̇ s qızının payı 1/6 hissə üzrə, vərəsə - Xalı̇ sbəyli Nadı̇ r İsa oğlunun payı 1/18 hissə üzrə, vərəsə - Cavabdeh2 payı 1/18 hissə üzrə və vərəsə - Cavabdeh3 Abubəkı̇ r qızının payı 1/18 hissə üzrə müəyyən edilsin. X1 (miras qoyan) məxsus Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş (reyestr nömrəsi – **********47; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2020) Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən paylı mülkiyyətə verilmiş 0.25 ha torpaq sahəsinin 1/4 payından vərəsə - İddiaçı Xalı̇ s oğlunun payı 22/24 hissə üzrə, vərəsə - Cavabdeh4 Xalı̇ s qızının payı 1/24 hissə üzrə müəyyən olunsun. Həmin əmlak üzrə X5 (miras qoyan) mərhum oğlu vərəsə - X18 çatası 1/24 payı onun vərəsələri (arvadı və uşaqları) Xalı̇ sbəyli Nadı̇ r İsa oğlu, Cavabdeh2 və Cavabdeh3 Abubəkı̇ r qızı arasında bərabər şəkildə payları müəyyən edilərək bölünsün. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №e-2(025)-75/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-75/2023
07.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver