Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-755/2022 07.07.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 və Cavabdeh iştirakları ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2021-ci il 29 aprel tarixli 08/00720 nömrəli operativ lizinq müqaviləsinə əsasən 2250,00 (iki min iki yüz əlli) manat borcun və 42,50 (qırx iki manat əlli qəpik) manat dövlət rüsumunun, cəmi 2292,5 (iki min iki yüz doxsan iki manat əlli qəpik) manat məbləğin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 2021-ci il 29 aprel tarixli 08/00720 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd SR-2045 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 08/00720 nömrəli müqaviləsinə əsasən 4500,00 (dörd min beş yüz) manat öhdəlikdən 2250,00 (iki min iki yüz əlli) manat ödəniş edilmiş, 2250,00 (iki min iki yüz əlli) manat borc qalmışdır. Cavabdeh Cəmiyyətə hazırda 2250,00 (iki min iki yüz əlli) manat borcu vardır. Lakin cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığı üçün iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etmiş, ancaq cavabdeh bugünə kimi müxtəlif bəhanələrlə iddiaçıya olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, bağlanmış müqavilənin 2.2.2-ci bəndinə əsasən cavabdeh lizinq ödənişlərini müqavilə (istifadə) müddəti ərzində bu müqavilənin 1.4-cü bəndinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh İddiaçı ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəliyin icrası günü müəyyənləşdirilibsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən cavabdeh öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə iddiaçı qarşısında məsuliyyət daşıyır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda göstərdi ki, 2021-ci ilin aprel ayında cavabehlə həmin il may ayının 8-də konbay sazlanması üçün təhvil-təslim aktı ilə saz vəziyyətdə cavabdehə təhvil verilmişdir. Azərbaycanda ölkə üzrə biçin iyun ayının 1-dən avqust ayının 1-ə qədər davam edir. Ona görə də müqavilə iyun ayının 1-də qüvvəyə minir. Qəbələ ərazisində isə biçin həmin il iyun ayının 10-da başlamışdır. Razılaşma əsasında ödəniş məbləği müəyyən olunur. Müqavilənin şərtlərinə əsasən ödənişin müəyyən yarısı qabacadan ödənilir. 4.500 manat məbləğ müəyyənləşdirilmişdir. Cavabdeh həmin məbləğin yarısını əvvəlcədən ödəmişdir. Yerdə qalan məbləği isə iyul ayının 31-ə qədər ödəməli idi. Biçinin iyun ayının 10-dan başlamasına baxmayaraq nəqliyyatı müəyyən hazırlıq işlərinin görülməsi üçün əvvəlcədən təhvil verirlər. Ödəniş isə hər bir halda iyun ayının 1-dən hesablanır. Texnikanı onlara iyun ayının 25-də qaytarmışdır. Həmin il biçin iyun ayının 1-də başlamalı olduğu halda Qəbələ rayonunda biçin gecikmiş və iyun ayının 10-da başlamışdır. Faktiki olaraq 15 gün istifadə etmişdir. Ödənişin 50%, yəni 2250 manatını əvvəldən ödəmişdir. Onların bağladıqları müqavilədə texnikanın qaytarılması ilə bağlı heç bir maddə qeyd olunmamışdır. Lakin real vəziyyətdə texnikadan problem olduğuna görə qaytarmışdır. Onlar həmin konbaynı təhvil verərkən saz vəziyyətdə vermişlər. Lakin bu konbaynı 2015-ci ildə biçin zamanı “Gilan”ın başqa konbaynı arxadan vurmuşdur. Biçin zamanı müəyyən nasazlıqlar ortaya çıxmışdır. Biçin zamanı ayrı-ayrı sahələrdə müəyyən problemlər ortaya çıxmış və biçin apara bilməmişdirlər. Onlar müqavilə şərtlərinə əsasən cavabdehdən müqavilə müddəti üçün nəzərdə tutulmuş məbləği tələb edirlər. Lakin onlara məlumdur ki, nəqliyyat vasitəsində baş verən nasazlıq cavabdehin təqsiri ucbatından baş verməmişdir. Bunu iddiaçı olaraq etiraf edirlər. İddia tələblərinin təmin olunmasını xahiş edirlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, konbaynı götürmüşdür. Konbayn işləməmiş, qəzalı vəziyyətdə olmuşdur. 2250 manat ödəniş edib, konbaynı götürdükdən sonra təxminən 1500 manat konbayna özləri xərc qoymuşlar, ancaq neyləsələr də, işləməmişdir. Konbayn ancaq təmirdə olmuşdur. Götürəndə onun qəzalı vəziyyətdə olduğunu bilməmişlər və belə olub götürmüşlər. Konbayının belədə gedişi normal olmuş, ancaq sahədə işləməmişdir. Belə ki, gedib sahəyə 1 ha yer biçmişlər, sonra axşama qədər onun təmiri ilə məşğul olmuşlar. Mal-qoyununu satmış və fikirləşmiş ki, təmir edib, sonra biçində qazanar. Bütün bunlara baxmayaraq konbayn düzəlməmişdir. Konbayna 2 dəfə 250 manata val almışdır. Qoyduğu xərci iş zamanı çıxartmışdır. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. O, kombaynı faktiki olaraq 15 gün işlətmişdir. Lakin müqavilənin tələbinə görə kombayn on aktla 01 iyunda təhvil verilmiş, 25 iyunda isə ondan təhvil alınmışdır. Kombayn onun isitfadəsində rəsmi olaraq 25 gün olmuşdur. Ödədiyi 2250 manat həmin istifadə üçün orta günlük məbləğdən çox olduğundan iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan 29 aprel 2014-cü il tarixli 08/00720 saylı “ İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsuskənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə” Müqaviləsindən görünür ki, İstifadəyə verən kənd təsərrüfatı texnikasının mülkiyyət hüququnun istifadəçiyə keçməməsi ilə şərti ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər 4500 manat ödənilməsi əsası ilə istifadəyə verir. İş materiallarında olan mexanizator Cavabdeh tərəfindən İddiaçı ASC-nin sədri Nümayəndə1 verilmiş “İltizam”dan görünür ki, mexanizator Cavabdeh 08/00720 nömrəli, xx.xx.2021-ci il tarixli müqavilə əsasında müvəqqəti istifadəyə götürdüyü texnikanı təyinatı üzrə istifadə etməyi; istismar zamanı zəruri texniki qulluq işlərinin vaxtında həyata keçirməyi; istismar zamanı yaranmış nasazılığı müqavilə (istifadə) müddəti ərzində öz hesabına aradan qaldırmağı; istismar zamanı GPS avadanlığı dəstinin qorunub saxlanmasını və müqavilə (istifadə) müddəti bitdikdən sonra texnikanı saz və dəst halda təhvil verməyi; taxıl yığımı zamanı ilkin olaraq 50 ha-dan kiçik ölçülü taxıl sahələrində işləməyi, iri təsərrüfat sahələrində isə Mərkəzi Aparatın qabaqcadan razılığı ilə taxıl yığımını həyata keçirməyi və Cəmiyyət tərəfindən müəyyən edilmiş dislokasiya planına riayət etməyi; müqavilə müddəti (istifadə) bitməmişdən əvvəl təhvil verməyindən, texnikanın istismar zamanı baş vermiş nasazlıq səbəbi ilə boş dayanmalardan və texnikanın saz vəziyyətinə gətirilməsinə çəkilən xərcdən asılı olmayaraq, yuxarıdakı cədvəldə nəzərdə tutulmuş məbləği lizinq verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 08/00720 nömrəli “Texniki vəziyyət haqqında” AKT1-dən görünür ki, İddiaçı ASC-nin Şəki RN-nin Qəbələ rayon bölməsinin istifadəsində olan texnika texniki saz vəziyyətdə mexanizator Cavabdeh təhvil verilmiş və sonuncu öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 08/00720 nömrəli “Texniki vəziyyət haqqında” AKT2-dən görünür ki, İddiaçı ASC-nin Şəki RN-nin Qəbələ rayon bölməsinin istifadəsində olan texnika texniki mexanizator Cavabdeh təhvil alınmışdır. Bu zaman arxa stop işıqlarının olmaması, şneq barmağı 3 ədəd yuvası ilə birlikdə olmaması, bıçağın barmağı 8 ədəd motovillanən nizamlayıcısı olmaması, maili kameranın valının şkifi qaynaq olunması, ələyin valının şkifi qaynaq olunması, solomatrın valı qaynaq olunması, 0614225, 0615109, 0615184, 0615184, 0615124, 0619090, 0615135, 0614242, ******* nömrəli qayışların nasaz olması müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin Şəki RN Qəbələ RB-nin mexanizatoru Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Ərizədən görünür ki, 2021-ci il mövsümündə istifadə edəcəyi kombayn üçün 4.500 manat operativ lizinq müqaviləsinə görə olan ödənişin 2.250 manatını ödəmiş, geri qalan 2.250 hissəsini də 20.06.21-ci il tarixinədək ödəyəcəyini öhdəliyinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Maliyyə arayışdan görünür ki, xx.xx.2021-ci il tarixli, 08/00720 nömrəli müqavilə üzrə Cavabdeh 2.250,00 (iki min iki yüz əlli) manat borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İddiaçı ASC-i tərəfindən Cavabdeh ünvanlanmış məktubun surətindən görünür ki, müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyi üçün cəmiyyətə borcu yaranmışdır. Öhdəlikləri yerinə yetirmədiyinə görə yaranmış borcu ödəmədiyi halda ona qarşı iddia irəli sürülərək məhkəməyə müraciət olunması barədə xəbərdar edilmişdir. İş materiallarında olan Asan-Qəbələ tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1966-ci il tarixdə Qəbələ rayonu Bılıx kəndində doğulmuş, Qəbələ rayonu, Kiçik Əmilli kəndində qeydiyyatdadır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1-ci maddəsinə görə Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-5.1-ci maddələrinə əsasən Lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2-ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir. Qeyd edilən Məcəllənin 748-1.5-ci maddəsinə əsasən Lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə görə Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmin Məcəllənin 748-1.4-cü maddəsinə əsasən Lizinq verən müvəqqəti sahibliyə və istifadəyə verilən lizinq obyektinin lizinq müqaviləsi bağlanarkən şərtləşdirilmiş və ya lizinq alana əvvəlcədən məlum olan, yaxud lizinq alanın lizinq obyektini nəzərdə keçirərkən və ya lizinq müqaviləsinin bağlanması zamanı onun sazlığını yoxlayarkən aşkar oluna bilən çatışmazlıqlar üçün məsuliyyət daşımır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.4-cü maddəsinə əsasən Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2017-ci il 12 yanvar tarixli Qərarında göstərilmişdir ki, Konstitusiyanın bu prinsiplərini əsas götürərək dövlət, iqtisadiyyatın inkişafı, xalqın rifahının yüksəldilməsi məqsədilə müəyyən güzəştlər tətbiq edərək lizinq bazarının inkişaf etdirilməsinə şərait yaratmışdır. Azərbaycan Respublikasında lizinq münasibətlərinin inkişaf etdirilməsinin əsas məqsədi lizinq alanın maliyyə durumunun yaxşılaşdırılması, sahibkarlığın təşviq edilməsi, kənd təsərrüfatı mallarının istehsalçılarının maddi və texniki bazasının möhkəmləndirilməsi və yenilənməsi, sahibkarlığı maliyyələşdirmə vasitəsi kimi lizinqdən geniş istifadə edilməsinin həvəsləndirilməsi, ümumilikdə ölkədə rifahın yaxşılaşdırılması və sairdir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, iddiaçı və cavabdeh arasında bağlanmış 29 aprel 2014cü il tarixli 08/00720 saylı “ İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə” Müqaviləsindən görünür ki, müqavilənin müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli, 08/00720 nömrəli “Texniki vəziyyət haqqında” AKT1-dən görünür ki, İddiaçı ASC-nin Şəki RN-nin Qəbələ rayon bölməsinin istifadəsində olan texnika xx.xx.2021-ci il tarixdə mexanizator Cavabdeh təhvil verilmişdir. xx.xx.2021-ci il tarixli, 08/00720 nömrəli “Texniki vəziyyət haqqında” AKT2-dən görünür ki, İddiaçı ASC-nin Şəki RN-nin Qəbələ rayon bölməsinin istifadəsində olan texnika xx.xx.2021-ci il tarixdə texniki mexanizator Cavabdeh təhvil alınmışdır. İşdə olan “Texniki vəziyyət haqqında” aktlardan görünür ki, Cavabdeh tərəfindən İddiaçı ASC-yə məxsus konbayn xx.xx.2021-ci il tarixdən istifadəyə başlanılmış və xx.xx.2021-ci il tarixdə isə geri qaytarılmışdır. İddiaçı və cavabdeh arasında bağlanmış Lizinq müqaviləsi isə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər müəyyən edilmiş, həmin müddətdə Cavabdeh tərəfindən ümumilikdə 4,500 manat ( təqribən hər gün üçün 75 manat) ödənilməli imiş. İşdə olan sənədlərlə isə müəyyən olunur ki, Cavabdeh tərəfindən İddiaçı ASCnə ümumilikdə 2250 manat ödənilmişdir. Göründüyü kimi Cavabdeh İddiaçı ASC-nə məxsus kombayndan xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər istifadə edərək ümumilikdə 4500 manat ödəməli olduğu halda, cəmi 25 gün ( müqavilənin şərtlərinə əsasən 1875 manat) konbayndan istifadə etmiş və həmin müddət üçün də 2250 manat ödəmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 748-1.4-cü maddəsinə əsasən Lizinq verən müvəqqəti sahibliyə və istifadəyə verilən lizinq obyektinin lizinq müqaviləsi bağlanarkən şərtləşdirilmiş və ya lizinq alana əvvəlcədən məlum olan, yaxud lizinq alanın lizinq obyektini nəzərdə keçirərkən və ya lizinq müqaviləsinin bağlanması zamanı onun sazlığını yoxlayarkən aşkar oluna bilən çatışmazlıqlar üçün məsuliyyət daşımır. İşin hallarından və eyni zamanda iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi ifadəsindən müəyyən edilir ki, Cavabdeh verilmiş konbayn 2015-ci ildən vurulmuş və işləmək üçün saz vəziyyətdə olmamışdır. Konbaynda olan qüsurun lizinq alana əvvəlcədən məlum olması barədə tərəflər arasında bağlanmış müqavilədə,eyni zamanda xx.xx.2021-ci il tarixli, 08/00720 nömrəli “Texniki vəziyyət haqqında” AKT1-də nəzərdə tutulmamışdır. Eyni zamanda iddiaçının nümayəndəsi məhkəmə iclasında olan ifadəsində sözügedən qüsurun cavabdehin təqsiri ucbatından olmadığını qeyd etmişdir. Eyni zamanda Mülki Məcəllənin 748-10.4-cü maddəsinə əsasən Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Həmin normanın təfsirindən göründüyü kimi lizinq alanın ödənişlər etmə müddəti lizing obyektini istifadə etdiyi vaxtdan başlanır. Göründüyü kimi qanunverici orqan lizinq ödənişlərinin verilməsini Lizinq obyektindən istifadə olunduğu vaxtdan hesablayır. Göründüyü qanunverici orqan ödənişlərin konkret olaraq lizinq obyektinin istifadə edilməsi müddəti ilə bağlı norma qeyd etməsə də, sözügedən maddənin təfsirindən, yəni “Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir” sözlərindən müəyyən olunur ki, Cavabdeh lizinq ödənişlərinin lizinq obyektinin istifadə etdiyi müddətə hesablanması əsaslı və ədalətlidir. Tərəflərin məhkəmə iclaslarında olan ifadələrindən isə müəyyən olunur ki, lizinq alan Cavabdeh konbayndan xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək istifadə etmişdir. Həmçinin məhkəmə o halı da nəzərə alır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2017-ci il 12 yanvar tarixli Qərarında göstərilmişdir ki, Konstitusiyanın bu prinsiplərini əsas götürərək dövlət, iqtisadiyyatın inkişafı, xalqın rifahının yüksəldilməsi məqsədilə müəyyən güzəştlər tətbiq edərək lizinq bazarının inkişaf etdirilməsinə şərait yaratmışdır. Azərbaycan Respublikasında lizinq münasibətlərinin inkişaf etdirilməsinin əsas məqsədi lizinq alanın maliyyə durumunun yaxşılaşdırılması, sahibkarlığın təşviq edilməsi, kənd təsərrüfatı mallarının istehsalçılarının maddi və texniki bazasının möhkəmləndirilməsi və yenilənməsi, sahibkarlığı maliyyələşdirmə vasitəsi kimi lizinqdən geniş istifadə edilməsinin həvəsləndirilməsi, ümumilikdə ölkədə rifahın yaxşılaşdırılması və sairdir. Konstitusiya məhkəməsinin qərarında da göründüyü kimi lizinq müqaviləsinin əsas məqsədi lizinq alanın maliyyə durumunun yaxşılaşdırılmasıdır ki, hazırkı halda da Cavabdeh lizinq obyektinin, yəni kombaynın istifadə etmədiyi müddətə lizinq ödənişlərinin hesablanması lizinq müqaviləsinin prinsiplərinə ziddir və lizinq alanın hüquqlarının pozulması ilə nəticələnməsi səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi iddia tələbinin əsasını sübut etmə iddiaçının üzərinə düşür. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə proses iştirakçılarının digər dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşsədə o, cavabdeh tərəfindən hüquqlarının pozulduğuna dair sübutları və hüquqların pozulmasını mübahisələndirilməsini təsdiqləyən faktları məhkəməyə təqdim etməmişdir. Əksinə məhkəmə zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər Cavabdeh tərəfindən ümumilikdə 4500 manat ödənilməli imiş. Bu zaman 1 (bir) ay üçün Cavabdeh tərəfindən ödənilməli məbləğ 2250 manat edir. Cavabdeh isə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər, yəni 25 gün lizinq obyekti kombaydan istifadə etmiş və həmin müddət üçün də 2250 manat ödəniş etmişdir. xx.xx.2021-ci il tarixdən isə lizinq obyektini ondan asılı olmayan səbəblərdən, yəni lizinq obyekti ona verilərkən mövcud olan qüsurun səbəbindən istifadə edə bilməmiş və lizinq obyektini lizinq alana geri qaytarmışdır. Bu halları məhkəmə iclasında iddiaçının nümayəndəsi də izahatında təsdiq etmişdir. Beləki, göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. İstinad olunan milli qanunvericilik normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 42,50 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara, ekspert rəyinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-755/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-755/2022
07.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver