Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-755/2025 27.05.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X1, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib cəmiyyət tərəfindən sığortalanmış “Vaz 21074” minik markalı **-XN- *** dövlət nömrə nişanlı avtomobilin xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində Bakı şəhəri, Baksol yolu ərazisində “Toyota Auris” markalı **-BM-*** dövlət nömrə nişanlı avtomaşınla toqquşması nəticəsində dəymiş zərərin ödənilməsi üçün verilmiş 510 manat sığorta ödənişi məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il saat 12:00 radələrində Bakı şəhəri, Baksol yolu ərazisində Cavabdeh Şirinbala oğlu idarə etdiyi və tərəflərindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Vaz 21074” markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobil “Toyota Auris” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddizərər dəymişdir. DYP əməkdaşı tərəfindən tərtib edilən TP4996007 saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh Şirinbala oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsiyerindən yayınması) maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. Təqdim edilmiş Qüsur aktında göstərilmişdir ki, “Toyota Auris” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 510,00 (beş yüz on) manat təşkiledir. "xxxx" ASC tərəfindən iş üzrə PXA110134/22 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 510,00 (beş yüz on) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli PXA********** nömrəli İcbari Sığorta Müqaviləsinə dair məlumata əsasən xx.xx.2021-xx.xx.2022 sığorta müddətində sığortaçı "xxxx" ASC sığortalı “Vaz 21074” minik markalı **-XN-*** dövlət nömrə nişanlı avtomobilin idarə olunması zamanı sığorta riskləri olduğu təqdirdə əmlaka dəyən zərərə görə 5000,0 manat məbləğinda sığorta təminatı vermişdir. İşdə olan PXA 110134 saylı Sığorta Aktına əsasən “Vaz 21074” minik markalı **-XN-*** dövlət nömrə nişanlı avtomobilin xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində Bakı şəhəri, Baksol yolundan “Toyota Auris” markalı **-BM-*** dövlət nömrə nişanlı avtomaşınla toqquşması nəticəsində sığorta predmetinə dəymiş zərər 510,00 manat məbləğində müəyyən olunmuşdur. İşdə olan Qəbələ DYP-nin TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh AR İXM-nin 327.1 və 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) maddələri ilə təqsirli bilinmişdir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1620 nömrəli qiymətləndirmə aktından görünür ki, ““Vaz 21074” minik markalı **-XN-*** dövlət nömrə nişanlı avtomobilin xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində Bakı şəhəri, Baksol yolundan “Toyota Auris” markalı **-BM-*** dövlət nömrə nişanlı avtomaşınla toqquşması nəticəsində sığorta predmetinə dəymiş zərər 510,00 manat məbləğində müəyyən olunmuşdur. İşdən görünür ki, 2022-ci il aprelin 18-də Cavabdeh idarə etdiyi “Vaz 21074” minik markalı, **-XN- *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Baksol yolunda “Toyota Auris” minik markalı, **- BM-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə “Toyota Auris” minik markalı, **- BM-*** dövlət nömrə nişanlı avtomobilə 510,00 manat ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinıə əsasən başqa şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres)hüququ vardır. Həmin Məcəllənin 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Məhkəmə tədqiq olunmuş sübutlara yuxarıda qeyd olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, Cavabdeh 510,00 manat və ödənilmiş dövlət rüsumuna görə 30,00 manat tutulub iddiaçı "xxxx" ASC-yə verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 510,00 manat əsas borc və dövlət rüsumuna görə 30,00 manat pul alınıb iddiaçı "xxxx" ASC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-755/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-755/2025
27.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver