Məhkəmə qərarları › İş №e-2(025)-776/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-776/2025

30.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-776/2025 30.05.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə xx.xx.2024-cü il tarixli müqavilə üzrə ödənilməmiş 936.22 manat əsas borc, 94.04 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1178 manat əsas borc, 100.04 manat cərimə borcu olmaqla, cəmi 2308.30 manat borc və 44 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onun əsaslandırmışdır ki, o, “SMART ELECTRONİCS” mağazasınin sahibi işləyir. Cavabdeh xx.xx.2024-ci il və xx.xx.2024 cü il tarixli alqı-satqı müqavilələrinə əsasən SMART ELECTRONİCS mağazasından ümumi dəyəri xx.xx.2024 cü il Alqi satqi müqaviləsi üzrə 986 manat 22 qepik dəyərində “Soyuducu indesit 4160 və Nehrə 30 litr” modelli əşya və xx.xx.2024 cü il alqi satqi müqailəsinə əsasən Ümumi dəyəri 1178 manat 0.04 qəpik olan “Televizor Lg 43ur81006” modelli mallar almişdir. Cavabdeh xx.xx.2024 ci il tarixli müqailəsi üzrə 986 manat 22 qəpik pulun 50 manatini ilkin ödəniş edib yerdə qalan məbləgi 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Ödəniş qrafiklərinə əsasən xx.xx.2024 cü il tarixli müqavilə üzrə 936 manat 22 qepik pulu (12 ay müddətində 3.476 faiz dərəcəsi ilə) hər ayin 30-na qədər, xx.xx.2024 cü il müqavilə üzrə 1178 manat 0.4 qəpik pulu (12 ay müddətində 3.476 faiz dərəcəsi ilə) hər ayin 1-nə qədər 12 ay müddətində ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh qeyd olunan müqavilənin şərtlərini yerinə yetirməyərək, bu günədək ödəniş qrafiki üzrə Heç bir ödəniş yerine yetirməyib. Cavabdehə dəfələrlə şifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri könüllü yerinə yetirməmişdir. Nəticədə cavabdehin ona xx.xx.2024 cü il tarixli müqavilə üzrə 936,22 manat əsas borc, gecikdirilmiş 160 gün üçün hesablanmış 94,04 manat cərimə olmaqla, ümumilikdə 1030,26 manat borc və xx.xx.2024 cü il müqavilə üzrə 1178 manat əsas borc, gecikdirilmiş 158 gün üçün hesablanmış 100,04 manat cərimə borcu olmaqla, ümumilikdə 1278,04 manat borcu yaranmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli nisyə satış Müqaviləsinin surətinə əsasən Cavabdeh 986 manat dəyərində “Soyuducu indesit 4160 və Nehrə 30 litr” almışdır. İşdə olan xx.xx.2024-cü il tarixli nisyə satış Müqaviləsinin surətinə əsasən Cavabdeh 1178.04 manat dəyərində “Televizor Lg 43ur81006” almışdır. Müqaviləyə əlavə edilmiş 007968 nömrəli Ödəniş cədvəlinin surətinə əsasən Cavabdeh ona verilən 986.5 manat məbləğində məişət avadanlığının ödənişini xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2025-ci il tarixədək hissə-hissə ödəyib qurtarmağı öhdəsinə götürmüşdür. Müqaviləyə əlavə edilmiş 007987 nömrəli Ödəniş cədvəlinin surətinə əsasən Cavabdeh ona verilən 1178.37 manat məbləğində məişət avadanlığının ödənişini xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2025-ci il tarixədək hissə-hissə ödəyib qurtarmağı öhdəsinə götürmüşdür. İşdə olan arayışın surətinə əsasən, Cavabdeh xx.xx.2024-cü il tarixli, müqavilə üzrə 936.22 manat əsas, 94.04 manat cərimə borcu vardır. İşdə olan arayışın surətinə əsasən, Cavabdeh xx.xx.2024-cü il tarixli, müqavilə üzrə 1178.04 manat əsas, 100.04 manat cərimə borcu vardır. İşdən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək, 936.22 manat borclu qalmış, 94.04 manat cərimə: xx.xx.2024-cü il tarixli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 1178 manat borclu qalmış və 100.04 manat cərimə hesablanmışdır. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,..... həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 42 (qırx iki) manat məbləğində dövlət rüsumu cavadehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı xeyrinə Cavabdeh xx.xx.2024-cü il tarixli üqavilə üzrə 936.22 manat əsas borc, xx.xx.2024-cü il tarixli Müqavilə üzrə 1178 manat əsas borc, dövlət rüsumuna görə 42 (qırx iki) manat tutulmalı və cərimə məbləği əsas borca mütənasib həddə endirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 936.22 manat əsas borc, 10 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1178 manat əsas borc, 12 manat cərimə və dövlət rüsumuna görə 42 manat pul alınıb İddiaçı hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar