Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-794/2024 28.10.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Sadiq oğlunun cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə”, Cavabdeh2 və Cavabdeh3, Maraqlı şəxs qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, alq-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsi hakim Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı Sadiq oğlunun, Cavabdeh2 və vəkili Vəkil iştirakı ilə, İddiaçı Sadiq oğlunun cavabdehlər, Cavabdeh2 və qeyrilərinə qarşı müqavilənin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestri qeydinin ləğv edilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Sadiq oğlu cavabdehlər, Cavabdeh2 və qeyrilərinə qarşı müqavilənin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestri qeydinin ləğv edilməsi tələbi tələbi barədə iddia qaldıraraq A 652571 saylı “torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatları əhatə edən Oğuz rayonu Mollalı kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin (reyestr nömrəsi: **********37) özgəninkiləşdirilməsinə dair Cavabdeh2 və Cavabdeh3 arasında Bakı şəhəri, 32 saylı notariat ofisində bağlanmış 05 mart 2024-cü il tarixli 4Ə-297 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və həmin torpaq sahəsi üzərində Cavabdeh3 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixli ********** nömrəli (reyestr nömrəsi: **********37) qeydiyyatının ləğv edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Sadiq oğlu izahatında göstərmişdir ki, Qusar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Cavabdeh2 cəmi 9267,0 manat tutulub ona verilməlidir. xx.xx.2024-cü il tarixdə Qusar rayon İcra və Probasiya şöbəsində həmin icra sənədi üzrə icraat başlanmış və tələbin borclu tərəfindən könüllü qaydada ödənilməsindən ötrü vaxt müəyyən edilmişdir.Borclu Cavabdeh2 müəyən edilmiş müddət ərzində tələbi könüllü qaydada ödəmədiyinə görə məcburi icra tədbirləri başlanılmış və tələbin yönəldilməsindən ötrü Qusar rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(029)6/2024 saylı qərardadı ilə borcluya məxsus olan Oğuz rayonu Mollaylı kəndində yerləşən 0,12 ha torpaq sahəsi üzərinə həbs qoyulmuşdur. Cavabdeh2 borcunu ödəməkdən yayınmaq məqsədilə həmin torpaq sahəsini arvadı Cavabdeh3 bağışlayaraq borcunun əmlakı hesabına ödənilməsinə maneçilik törətmişdir. Ona görə də, A 652571 saylı “torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatları əhatə edən Oğuz rayonu Mollalı kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin (reyestr nömrəsi: **********37) özgəninkiləşdirilməsinə dair Cavabdeh2 və Cavabdeh3 arasında Bakı şəhəri, 32 saylı notariat ofisində bağlanmış 05 mart 2024-cü il tarixli 4Ə-297 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və həmin torpaq sahəsi üzərində Cavabdeh3 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixli ********** nömrəli (reyestr nömrəsi: **********37) qeydiyyatının ləğv edilməsi haqqında iddia qaldırmışdır. Cavabdeh2 göstərmişdir ki, o, İddiaçı Sadiq oğluna məxsus olan balıqçılıq təsərrüfatında mütəxəssis kimi işləmiş və bir müddətdən sonra fəaliyyətini dayandıraraq ondan ayrılmışdır. Oğuz rayonu Mollalı kəndində yerləşən mülkiyyətində olan 0,12 ha həyətyanı torpaq sahəsi bitişik ərazini əhatə edən bələdiyyə mülkiyyətinə aid 0,30 ha torpaq sahəsi ilə birlikdə onun istifadəsindədir və həmin torpaq sahəsi üzərində 750.000,0 manat dəyərində əmlak kompleksi (balıqçılıq təsərrüfatı) vardır. İstifadəsində olan 0,30 ha torpaq sahəsinin özünküləşdirilməsindən ötrü mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi tələb olunduğuna görə torpaq sahəsini Cavabdeh3 bağışlamışdır. İddiaçı Sadiq oğluna 9156,0 manat ödəməli olduğuna dair Qusar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədindən xəbərsizdir. Onun İddiaçı Sadiq oğluna borcu yoxdur və bu məsələ ona məxsus olan Oğuz rayonu Mollalı kəndində yerləşən 0,12 ha torpaq sahəsinin Cavabdeh3 bağışlanılması ilə əlaqədar deyil. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir. İşdə olan Qəbələ Regional “Asan Xidmət” mərkəzində notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli 4Ə-1008 nömrəli daşınmaz əmlakın balqı-satqısı müqaviləsinin surətinə əsasən X1 mülkiyyətində olan AA 625944 saylı “torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatları əhatə edən Oğuz rayonu Mollalı kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsini (reyestr nömrəsi: **********37) Cavabdeh2 17.000,0 manata satmışdır. İşdə olan Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətinə əsasən A 652571 saylı “torpaq sahəsinin planı və ölçüsü” sənədində sərhətləri göstərilən Oğuz rayonu Mollalı kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi (reyestr nömrəsi: **********37) xx.xx.2021-ci il tarixdə Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan Bakı şəhəri 32 saylı notariat ofisində bağlanmış xx.xx.2024-cü il tarixli 4Ə-297 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətinə əsasən Cavabdeh2 mülkiyyətində olan A 652571 saylı “torpaq sahəsinin planı və ölçüsü” sənədində sərhədləri göstərilən Oğuz rayonu Mollalı kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsini (reyestr nömrəsi: **********37) Cavabdeh3 bağışlamışdır. İşdə olan Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətinə əsasən “torpaq sahəsinin planı və ölçüsü” sənədində sərhədləri göstərilən Oğuz rayonu Mollalı kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi (reyestr nömrəsi: **********37) xx.xx.2024-cü il tarixdə Cavabdeh3 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan Qusar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(029)759/2023 saylı icra sənədinə əsasən borclu Cavabdeh2 cəmi 9267,0 manat tutulub tələbkar İddiaçı Sadiq oğluna verilməlidir. İşdə olan Qusar rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarının surətinə əsasən Qusar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(029)759/2023 saylı icra sənədi üzrə icraat başlanmış və qərarın surəti tərəflərə göndərilmişdir. İşdə olan iş AR İN ƏM DX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-47/2-1907/2024 saylı məlumatda göstərilmişdir ki, Qusar rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(029)6/2024 saylı qərardadına əsasən Cavabdeh2 məxsus olan Oğuz rayonu Mollaylı kəndində yerləşən 0,12 ha torpaq sahəsi üzərinə xx.xx.2024-cü il tarixdə həbs qoyulmuşdur. (Qeyd: Həmin torpaq sahəsi xx.xx.2024-cü il tarixli 4Ə-297 saylı “Daşınmaz əmlakın bağışlama müqaviləsi” əsasında xx.xx.2024-cü il tarixdə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. ) AR Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsaən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqlardan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər etibarsızdır. Həmin Məcəllənin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilir. Məhkəmə tədqiq olunmuş sübutlaraq qiymət verərək hesab edir ki, borclu Cavabdeh2 Qusar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(029)759/2023 saylı icra sənədi üzrə tələbkar İddiaçı Sadiq oğlunun xeyrinə cəmi 9267,0 manat ödəmək vəzifəsinə kobudcasına əməl etməmiş və onun tələb hüququnu məhdudlaşdırmaq məqsədilə şəxsi mülkiyyətində olan A 652571 saylı “torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatları əhatə edən Oğuz rayonu Mollalı kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsini əvəzsiz olaraq özgəninkiləşdirməklə hüquqdan sui-istifadəyə yol vermişdir. Həmin torpaq sahəsinin (reyestr nömrəsi: **********37) özgəninkiləşdirilməsinə dair Cavabdeh2 və Cavabdeh3 arasında Bakı şəhəri, 32 saylı notariat ofisində bağlanmış 05 mart 2024-cü il tarixli 4Ə-297 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, pul öhdəliyinin icrasından yayınmaq məqsədilə görünüş üçün bağlanmışdır. Ona görə də, qeyd olunan müqavilə əhəmiyyətsiz olduğundan etibarsız hesab edilməli və həmin müqavilə əsasında yaranan hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı ləğv edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. A 652571 saylı “torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatları əhatə edən Oğuz rayonu Mollalı kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin (reyestr nömrəsi: **********37) özgəninkiləşdirilməsinə dair Cavabdeh2 və Cavabdeh3 arasında Bakı şəhəri, 32 saylı notariat ofisində bağlanmış 05 mart 2024-cü il tarixli 4Ə-297 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilsin və həmin torpaq sahəsi üzərində Cavabdeh3 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixli ********** nömrəli (reyestr nömrəsi: **********37) qeydiyyatı ləğv edilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-794/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-794/2024
28.10.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver