Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-801/2024 20.08.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və üçüncü şəxslər Qəbələ Regional “Asan xidmət” Mərkəzində Notariat Ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "vərəsəlik və vəsiyyətnamə üzrə payın müəyyən olunması" tələbinə dair mülki iş üzrə (Açar sözlər: vərəsəlik və vəsiyyətnamə üzrə payın müəyyən olunması) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı, iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və üçüncü şəxslər Qəbələ Regional “Asan xidmət” Mərkəzində Notariat Ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "vərəsəlik və vəsiyyətnamə üzrə payın müəyyən olunması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və üçüncü şəxslər Qəbələ Regional “Asan xidmət” Mərkəzində Notariat Ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "vərəsəlik və vəsiyyətnamə üzrə payın müəyyən olunması" tələbinə dairiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum valideynləri X6 və X1ndan miras qalmış Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0.28 ha həyətyanı və ümumi sahəsi 0.35 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə vəsiyyətnamə üzrə vərəsəlik payının müəyyən edilməsibarədə qətnamə çıxarılmasını xahiş etmişlər. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, İddiaçı xx.xx.1958-ci ildə Qutqaşen(indiki Qəbələ) rayonu, Vəndam kəndində anadan olmuşdur. Valideynləri, X6 xx.xx.1934-cü ildə anadan olmuş və xx.xx.2018-ci il tarixində ürək çatışmamazlığından vəfat etmişdir. X1 xx.xx.1934-cü ildə anadan olmuş və xx.xx.2021-ci il tarixində durğunluq, ürək çatmamazlığından Qəbələ rayonu, Vəndam qəsəbəsində vəfat etmişdir. Ailədə 9 övlad olmuşlar. Bacısı Nəzirova(Rəhimova) Sevil Nüsrət qızı xx.xx.1957-ci ildə anadan olmuş və hal-hazırda yaşayır. Qardaşı Cavabdeh3 xx.xx.1960-cı ildə anadan olmuş və hal-hazırda yaşayır. Qardaşı Cavabdeh1 xx.xx.1966-cı ildə anadan olmuş və hal-hazırda yaşayır. Qardaşı Cavabdeh1 xx.xx.1972-ci ildə anadan olmuş və hal-hazırda yaşayır. Digər bacı və qardaşları X11, X12, X14 və X15 uşaq ikən vəfat etmişlər. X2 və X1nın ümumi birgə mülkiyyət hüququ əsasında adlarına Qəbələ rayonu, Vəndam qəsəbəsində Qəbələ rayon Aqrar İslahat Komissiyasının qərarı ilə 0.28 ha həyətyanı torpaq sahəsinə görə JN-1372A, kod 40600048 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və ümumi sahəsi 0.35 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə görə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2010-cu il tarixində, reyestr nömrəsi **********53, qeydiyyat nömrəsi ********** olan Çıxarış verilmişdir. X6 və X1 xx.xx.2012-ci il tarixində Qəbələ rayon notariat kontorunda vəsiyyətnamə tərtib edərək həmin vəsiyyətnaməyə əsasən ölən günə kim onlara məxsus bütün əmlaklarını(həyətyanı və pay torpaq sahələrini, fərdi yaşayış evini, bütün tikililəri) ona, yəni İddiaçı vəsiyyət etmişlər. 2021-ci ilədək atası vəanası vəfat etdiyi günə kimi və ondan sonra da torpaq sahəsində olan evdə valideynləri və o, xaricdə yaşamasına baxmayaraq doğulduğu qəsəbəyə gəldikdə onlar ilə birlikdə yaşamışdır. Digər bacı və qardaşları həmin təsərrüfatdan ayrılaraq, kəndin başqa hissəsində özlərinə ev tikərək yaşamışlar. O, atası və anası vəfat etdikdən hal-hazıradək həmin təsərrüfatda olan əmlakların torpaq vergisini verməklə idarə edir. Atası və anasından qalmış miras əmlak ilə əlaqədar bacı və qardaşlarının arasında hər hansı narazılıq olmamışdır. Lakin təkcə bacısı Cavabdeh2 miras əmlaklardan məcburi pay almaq istədiyindən və narazılıq yarandığından Notariat ofisində miras əmlakların vəsiyyətnamələr üzrə qəbul edilməsi baş tutmamışdır. Ona görə də o, mərhum atası və anasının vərəsəsi kimi vəsiyyətnamə üzrə miras payının müəyyənləşdirilərək verilməsini istəyir. Notariat orqanında mirasın açılmasında mübahisə olduğundan məhkəməyə müraciət etməkləri tövsiyyə olunmuş, ona görə məcbur olaraq məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı vəonun vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndəiddia ərizəsində qeyd olunanlara uyğun izahat verib, iddianı müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh4 iddia tələbini qəbul edərək, payların müəyyən olunmasına razı olduğunu bildirmişdir. Eyni zamanda məhkəməyə ərizə təqdim edərək, mərhum valideynləri X6 və X1ndan miras qalmış Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0,28 ha həyətyanı və ümumi sahəsi 0,35 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən ona düşən miras payının qardaşı İddiaçı verilməsini istədiyini bildirmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul edərək, payların müəyyən olunmasına razı olduğunu bildirmişdir. Eyni zamanda məhkəməyə ərizə təqdim edərək, mərhum valideynləri X6 və X1ndan miras qalmış Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0,28 ha həyətyanı və ümumi sahəsi 0,35 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən ona düşən miras payının qardaşı İddiaçı verilməsini istədiyini bildirmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qismən qəbul edərək, iddiaçının vərəsəlik üzrə payının bölünməsinə etiraz etmədiyini, lakin öz payından qardaşı İddiaçı xeyrinə imtina etmədiyini və payının saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul edərək, iddiaçının vərəsəlik üzrə payının bölünməsinə etiraz etmədiyini, lakin öz payından qardaşı İddiaçı xeyrinə imtina etmədiyini və payının saxlanılmasını xahiş etdi. İş üzrə üçüncü şəxslər Qəbələ Regional “Asan xidmət” Mərkəzində Notariat Ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət vermək hüququ verilir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə məhkəmə işə üçüncü şəxslər Qəbələ Regional “Asan xidmət” Mərkəzində Notariat Ofisinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını və işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan JN-1372 A, kod 40600048 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nin surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 19 saylı qərarı ilə X9 və X4 mülkiyyətinə Qəbələ rayonu Vəndam kəndi ərazisində 0,28 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlаk Məsələləri Dövlət Kоmitəsinin yаnındа Dаşınmаz Əmlаkın Dövlət Reyestri Xidməti tərəfindən 13 aprel 2010-cü il tаrixdə verilmiş **********53 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxаrışın surətindən müəyyən olunur ki, Qəbələ rayonu Vəndam kəndində yerləşən 0,35 ha kənd təsərrüfatı təyinatlı torpaqları X10 və X5 ümumi birgə mülkiyyətlərinə verilməsi daşınmaz əmlakın dövlət reystrində 22 nömrəli reyestr kitabının 75 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Qəbələ rayon notariat kontorunda 29oktyabr 2012-ci il tarixdə 2V-1632 reyestr nömrəsi ilə qeydə alınmış vəsiyyətnamənin təsdiq olunmuş surətindən müəyyən edilir ki, X8 bütün əmlakını, o cümlədən Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən pay torpaq sahələrini Qəbələ rayonu, Vəndam qəsəbəsində yaşayan İddiaçı vəsiyyət etmişdir. İş materiallarında olan Qəbələ rayon notariat kontorunda 29 oktyabr 2012-ci il tarixdə 2V-1631 reyestr nömrəsi ilə qeydə alınmış vəsiyyətnamənin təsdiq olunmuş surətindən müəyyən edilir ki, X13 bütün əmlakını, o cümlədən Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən pay torpaq sahələrini Qəbələ rayonu, Vəndam qəsəbəsində yaşayan İddiaçı vəsiyyət etmişdir. İş materiallarında olan Qəbələ regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinin 09yanvar 2018-ci il tarixdə verdiyi AZ-İ 833290 nömrəli «Ölüm haqqında şəhadətnamə»nin surətindən görünür ki, X13 04 yanvar 2018-ci il tarixdə «ürək çatmamazlığı» xəstəliyindən vəfat etmişdir. İş materiallarında olan Qəbələ regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinin 09 fevral 2021-ci il tarixdə verdiyi AZ-İİ091982 nömrəli «Ölüm haqqında şəhadətnamə»nin surətindən görünür ki, X821 yanvar 2021-ci il tarixdə «durğunluq ürək çatmamazlığı» xəstəliyindən vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qəbələ Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin İddiaçı ünvanladığı 02 sentyabr 2023-cü il tarixli, 3881 nömrəli məktubda göstərilmişdir ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X7 və X3 miras qalmış Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən torpaq sahəsinə dair vərəsəlik hüququhaqqında şəhadətnamə verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə Qəbələ regional “ASAN xidmət” mərkəzində notariat ofisinə təqdim edilmiş ərizəyə baxılmışdır. Qanunvericilikdə miras qəbulu üçün nəzərdə tutulmuş müddətin buraxıldığı, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmadığı, məhkəməyə müraciət edilmək tövsiyyə olunmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsə sayılırlar. 1170.1-ci maddəsinə görə, vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. 1170-ci maddəsinə əsasən, əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə, lakin vəsiyyətnamədə yalnız bir vərəsənin payı müəyyənləşdirilmişdirsə, digər vərəsələr qalan əmlakı bərabər alır. 1171-ci maddəsinə əsasən, əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə və vərəsələrdən birinə təyin edilmiş pay mirasın hamısından ibarətdirsə, vəsiyyət üzrə bütün vərəsələr bərabər paylar almalıdırlar. 1193-ci maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1262-ci maddəsinə əsasən, əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 1274-cü maddəsinə əsasən, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1282.1-ci maddəsinə əsasən, əgər kəndli təsərrüfatının yerləşdiyi kənd təsərrüfatı təyinatlı torpağın mülkiyyətçisi vəsiyyətnamə ilə onu bir neçə vərəsəyə qoymuşdursa və ya vəsiyyətnamə qoyulmamışdırsa və qanun üzrə bir neçə vərəsə vardırsa, kənd təsərrüfatı təyinatlı torpaq orada yerləşən kəndli təsərrüfatı ilə birlikdə vərəsələr arasında bölüşdürülə bilər, bu şərtlə ki, bölgü nəticəsində vərəsələrdən hər birinə keçən torpaq sahəsi həyat qabiliyyətli təsərrüfatın mövcudluğunu təmin etsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məhkəmənin mövqeyi: İşin halları ilə müəyyən olunur ki, JN-1372 A, kod 40600048 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»yə əsasən Qəbələ rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 19 saylı qərarı ilə X9 və X4 mülkiyyətinə Qəbələ rayonu Vəndam kəndi ərazisində 0,28 ha həyətyanı torpaq sahəsi verilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Əmlаk Məsələləri Dövlət Kоmitəsinin yаnındа Dаşınmаz Əmlаkın Dövlət Reyestri Xidməti tərəfindən 13 aprel 2010-cü il tаrixdə verilmiş **********53 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxаrışa əsasən Qəbələ rayonu Vəndam kəndində yerləşən 0,35 ha kənd təsərrüfatı təyinatlı torpaqları X10 və X5 ümumi birgə mülkiyyətlərinə verilmişdir. İddiaçı və cavabdehlərin valideynləri X13 04 yanvar 2018-ci il tarixdə «ürək çatmamazlığı» xəstəliyindən, X8 21 yanvar 2021-ci il tarixdə «durğunluq ürək çatmamazlığı» xəstəliyindənvəfat etmişlər. Bundan sonra onların vərəsələrinin dairəsi müəyyən olunmuşdur. Miras qalmış torpaq sahələrinə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün vərəsələrdən İddiaçı, eyni zamanda Cavabdeh2 Qəbələ Regional «Asan Xidmət» mərkəzindəki notariat kontoruna müraciət etmiş, lakin qanunvericilikdə miras qəbulu üçün nəzərdə tutulmuş müddətin buraxıldığıüçün məhkəməyə müraciət etmələri tövsiyyə edilmişdir. Bundan başqa, Qəbələ rayon notariat kontorunda 29 oktyabr 2012-ci il tarixdə 2V- 1632 reyestr nömrəsi ilə qeydə alınmış vəsiyyətnamənin təsdiq olunmuş surətindən müəyyən edilir ki, X8 bütün əmlakını, o cümlədən Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən pay torpaq sahələrini Qəbələ rayonu, Vəndam qəsəbəsində yaşayan İddiaçı vəsiyyət etmişdir. Həmçinin Qəbələ rayon notariat kontorunda 29 oktyabr 2012-ci il tarixdə 2V-1631 reyestr nömrəsi ilə qeydə alınmış vəsiyyətnamənin təsdiq olunmuş surətindən müəyyən edilir ki, X13 bütün əmlakını, o cümlədən Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən pay torpaq sahələrini Qəbələ rayonu, Vəndam qəsəbəsində yaşayan İddiaçı vəsiyyət etmişdir. Məhkəmə hesab edir ki, JN-1372 A, kod 40600048 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»yə əsasən Qəbələ rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 19 saylı qərarı ilə X9 və X4 mülkiyyətinə Qəbələ rayonu Vəndam kəndi ərazisində 0,28 ha həyətyanı torpaq sahəsindən, Azərbaycan Respublikası MM-nin 1193-cü maddəsinin tələbinə əsasən vəsiyyətnamə üzrə vərəsə – İddiaçı düşən pay ayrılmaqla, digər vərəsələrin məcburi pay hüququ ilə paylar müəyyən edilməli və bu zaman digər cavabdehlər Cavabdeh4 və Cavabdeh1 öz payından İddiaçı xeyrinə imtina ediyi nəzərə alınmalıdır. Belə ki, 0,28 ha torpaq sahəsinin yarısı vəsiyyət üzrə vərəsəyə, yerdə qalan 0,14 ha torpqa sahəsi isə qanuni vərəsələrə çatacaq məcburi pya üzə bərabər olmaqla 0,14 ha : 4 = 0.035 ha olmalı, bu zaman cavabdehlər Cavabdeh4 və Cavabdeh1 öz paylarından iddiaçının xeyrinə imtinaları nəzərə alınmalı və iddiaçının payı 0,14 ha + 0,035 ha + 0,035 ha = 0,21 ha müəyyən edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası Əmlаk Məsələləri Dövlət Kоmitəsinin yаnındа Dаşınmаz Əmlаkın Dövlət Reyestri Xidməti tərəfindən 13 aprel 2010-cü il tаrixdə verilmiş **********53 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxаrışa əsasən X9 və X4 mülkiyyətinə Qəbələ rayonu Vəndam kəndi ərazisində 0,35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən, Azərbaycan Respublikası MM-nin 1193-cü maddəsinin tələbinə əsasən vəsiyyətnamə üzrə vərəsə – İddiaçı düşən pay ayrılmaqla, digər vərəsələrin məcburi pay hüququ ilə paylar müəyyən edilməli və bu zaman digər cavabdehlər Cavabdeh4 və Cavabdeh1 öz payından İddiaçı xeyrinə imtina ediyi nəzərə alınmalıdır. Belə ki, 0,35 ha torpaq sahəsinin yarısı vəsiyyət üzrə vərəsəyə, yerdə qalan 0,175 ha torpqa sahəsi isə qanuni vərəsələrə çatacaq məcburi pya üzə bərabər olmaqla 0,175 ha : 4 = 0.04375 ha olmalı, bu zaman cavabdehlər Cavabdeh4 və Cavabdeh1 öz paylarından iddiaçının xeyrinə imtinaları nəzərə alınmalı və iddiaçının payı 0,175 ha + 0.04375ha + 0.04375ha = 0,2625 ha müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, qanunvericilik məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli 19 saylı qərarı ilə JN-1372A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə mərhum X9 və mərhum X4 mülkiyyətinə verilmiş 0,28 ha torpaq sahəsindən iddiaçı (vərəsəsi) İddiaçı mirasdan vəsiyyətnamə üzrə və vərəsəlik üzrə payı 0,21 ha (6/8 hissə);mərhum X9 və mərhum X4 Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2010-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (reyestr nömrəsi **********53 olan) «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»la verilmiş Qəbələ rayonu, Vəndam kəndində yerləşən 0,35 ha torpaq sahəsindən iddiaçı (vərəsəsi) İddiaçı mirasdan vəsiyyətnamə üzrə və vərəsəlik üzrə payı 0,2625 ha (6/8) müəyyən olunmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli 19 saylı qərarı ilə JN-1372A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə mərhum X9 və mərhum X4 mülkiyyətinə verilmiş 0,28 ha torpaq sahəsindən iddiaçı (vərəsəsi) İddiaçı mirasdan vəsiyyətnamə üzrə və vərəsəlik üzrə payı 0,21 ha (6/8 hissə); mərhum X9 və mərhum X4 Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2010-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (reyestr nömrəsi **********53 olan) «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»la verilmiş Qəbələ rayonu, Vəndam kəndində yerləşən 0,35 ha torpaq sahəsindən iddiaçı (vərəsəsi) İddiaçı mirasdan vəsiyyətnamə üzrə və vərəsəlik üzrə payı 0,2625 ha (6/8) müəyyən olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-801/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-801/2024
20.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver