Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-812/2024 24.06.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması» tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsi X1 İddiaçı İB-nin Cavabdeh qarşı debitor borcun ödənilməsi tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı İB-nin Cavabdeh qarşı debitor borcun ödənilməsi tələbi barədə iddia qaldıraraq xeyrinə 1298.28 manat və dövlət rüsumuna görə 33 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan İddiaçı İB-nin Zaqatala Regional Qİİ (Paylayıcı) ilə Cavabdeh (istehlakçı) arasında bağlanmış «Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” xx.xx.2012-ci il tarixli müqavilənin surətinə əsasən Paylayıcı İstehlakçını keyfiyyətli qazla təmin etməyi və İstehlakçı aldığı qazın dəyərini qaz sayğacının göstəricilərinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı İB-nin Zaqatala Regional Qİİ tərəfindən təsdiq edilmiş Abonentin saldosuna əsasən abonent Cavabdeh (abonent kodu: **********00120; Sayğacın zavod nömrəsi: 5168124; ünvan: ünvan 1az sərfiyyatına görə sayğacın göstəricilərinə əsasən debitor borcu 2024-cü il tarixə 1298.28 manat təşkil edir. AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhəddində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AR Standartlaşdırma, Metrologiya və Patent üzrə DK ( bundan sonra-SMPDK) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilıərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. AR Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmədə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh (abonent kodu: **********00120; Sayğacın zavod nömrəsi: 5168124; ünvan: ünvan 1az sərfiyyatına görə sayğacın göstəricilərinə əsasən hesablanmış 1298.28 manat debitor borcunu İddiaçı İB-ə ödəməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin olunsun. Cavabdeh 1298.28 (bir min iki yüz doxsan səkkiz manat iyirmi səkkiz qəpik) manat və 33 (otuz üç) manat dövlət rüsumu tutulub İddiaçı İB-nin hesabına ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qəbələ Rayon Məhkəməsinin hakimi: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(025)-812/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-812/2024
24.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver