Məhkəmə qərarları › İş №e-2(025)-836/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-836/2022

17.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-836/2022 17.06.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Hakim İsayev Elman Bəhruz oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1. xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********44481 XİAOMİ REDMİ 9T, İMEİ kodu **********57801 XİAOMİ REDMİ 9T markalı telefonlar üçün 810 (səkkiz yüz on) manat ödənilməmiş hissə, 81 (səksən bir) manat cərimə; 2. xx.xx.2021-ci il tarixli müqaviləsinə İMEİ kodu **********63690 XİAOMİ Mİ NOTE 10 LİTE markalı telefon üçün 722 (yeddi yüz iyirmi iki) manat ödənilməmiş hissə, 72 (yetmiş iki) manat cərimə; 3. xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********16871 SAMSUNG GALAXY A12 markalı telefon, şüşə qoruyucu üçün 389 (üç yüz səksən doqquz) manat ödənilməmiş hissə, 38 (otuz səkkiz) manat cərimə; 4. xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********59659 XİAOMİ REDMİ NOTE 9S markalı telefon, Mİ qulaqcıq üçün 232 (iki yüz otuz iki) manat ödənilməmiş hissə, 23 (iyirmi üç) manat cərimə. Ümumilikdə 2367 manat borc, 43.67 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********44481 XİAOMİ REDMİ 9T, İMEİ kodu **********57801 XİAOMİ REDMİ 9T, İMEİ kodu **********63690 XİAOMİ Mİ NOTE 10 LİTE markalı telefonlar, İMEİ kodu **********16871 SAMSUNG GALAXY A12 markalı telefon, şüşə qoruyucu, İMEİ kodu **********59659 XİAOMİ REDMİ NOTE 9S markalı telefon, Mİ qulaqcaılqmış və nəticədə 2367 (iki min üç yüz altmış yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 833 (səkkiz yüz otuz üç) manat (3 ay x 270 manat + 23 manat ilkin ödəniş) İMEİ kodu **********44481 XİAOMİ REDMİ 9T, İMEİ kodu **********57801 XİAOMİ REDMİ 9T markalı telefonlar üçün ümumilikdə, 891 (səkkiz yüz doxsan bir) manat olmaqla ondan, 810 (səkkiz yüz on) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 81 (səksən bir) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1148.2 (min bir yüz qırx səkkiz, iyirmi qəp) manat (12 ay x 72.7 manat +275.8 manat ilkin ödəniş) İMEİ kodu **********63690 XİAOMİ Mİ NOTE 10 LİTE markalı telefon üçün ümumilikdə, 794 (yeddi yüz doxsan dörd) manat olmaqla ondan, 722 (yeddi yüz iyirmi iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 72 (yetmiş iki) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 518.4 (beş yüz on səkkiz, qırx qəp) manat (12 ay x 43.2 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********16871 SAMSUNG GALAXY A12 markalı telefon, şüşə qoruyucu üçün ümumilikdə, 427 (dörd yüz iyirmi yeddi) manat olmaqla ondan, 389 (üç yüz səksən doqquz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 38 (otuz səkkiz) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 711.6 (yeddi yüz on bir, altmış qəp) manat (12 ay x 59.3 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********59659 XİAOMİ REDMİ NOTE 9S markalı telefon, Mİ qulaqcıq üçün ümumilikdə, 255 (iki yüz əlli beş) manat olmaqla ondan, 232 (iki yüz otuz iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 23 (iyirmi üç) manat cərimə; Cavabdehin cəmi ödədiyi məbləğ 1058.2 manat təşkil edir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2020-ci il tarixli Müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2022ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbimizin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Mülki Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Birinci instansiya baxışın hədləri Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2021-ci il tarixli müqaviləyə İMEİ kodu **********44481 XİAOMİ REDMİ 9T, İMEİ kodu **********57801 XİAOMİ REDMİ 9T markalı telefonlar, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********63690 XİAOMİ Mİ NOTE 10 LİTE markalı telefon, xx.xx.2021-ci il tarixli müqaviləyə əsaəsn İMEİ kodu **********16871 SAMSUNG GALAXY A12 markalı telefon, şüşə qoruyucu və xx.xx.2020-ci il tarixli müqaviləyə İMEİ kodu **********59659 XİAOMİ REDMİ NOTE 9S markalı telefon, Mİ qulaqcıq almış, müqavilələrə əsasən ödəməli olduğu məbləği ödəməkdən yayınmış, üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 810 manat məbləğində əsas borcu və 81 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 722 manat məbləğində əsas borcu və 72 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 389 manat məbləğində əsas borcu və 38 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 232 manat məbləğində əsas borcu və 23 manat cərimə borcu olmaqla cəmi 2367 manat borcu vardır. İddiaçı məhkəmədə iddia qaldırılması üçün 43.67 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tələb edir. Cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Beləliklə, sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas borcunun məbləğini nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və cavabdehin iddiaçıya olan borcunu əks etdirən arayışı əsas götürüb, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 43.67 (qırx üç manat altmış yeddi qəpik) manat məbləğində dövlət rüsumu cavadehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2020-ci il tarixli müqavilələr üzrə 2367 manat borc və 43.67 manat dövlət rüsumu, 2410.67 (iki min dörd yüz on manat altmış yeddi qəpik) manat "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2367 manat borc və 43.67 manat dövlət rüsumu, cəmi 2410.67 (iki min dörd yüz on manat altmış yeddi qəpik) manat tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar