Məhkəmə qərarları › İş №e-2(025)-844/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-844/2024

14.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-844/2024 14.08.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “hüquq əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hüquq əhəmiyyətli faktının müəyyən edilməsi) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib, Qəbələ rayon AİK-in 26 may 1998-ci il tarixli 10 nömrəli qərarı ilə X13, X8, X14 və Ərizəçi adına verilmiş JN – 035H və JN – 035G nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrin aid edilən hissədə X6 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, Qəbələ rayon AİK-in 26 may 1998-ci il tarixli 10 nömrəli qərarı ilə X7 dörd nəfərdən ibarət olan ailə üzvlərinin (X13, X9, X14 və Ərizəçi) ümumi birgə mülkiyyətinə Qəbələ rayonunun Həzrə kəndində yerləşən 1,32 ha və 0,50 ha həyətyanı torpaq sahələri verilmiş və müvafiq olaraq JN – 035H və JN 035G nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrdə ölçüləri və sərhədləri göstərilən planlar əsasında dövlət qeydiyyatına alınmışdır. Həmin sənədlərdə X5 adı X2 qeyd olunduğundan sonuncunun vəfatından sonra qalmış mirasın qəbulu məsələsində problem yaranmışdır. Ona görə də, JN – 035H və JN – 035G nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrin aid edilən hissədə X6 məxsus olması faktının müəyyən edilməsi barədə ərizə vermişdir. İşdə olan JN-035H saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadatnamənin surətinə əsasən, Qəbələ rayon AİK-nin 26 may 1998-ci il tarixli 10 saylı qərarı ilə Qəbələ rayonunun Həzrə kəndində yerləşən planda sərhədləri göstərilmiş 1.32 ha həyətyanı torpaq sahəsi , X13, X8, X14 və Ərizəçi ümumi mülkiyyətlərinə verilmişdir. İşdə olan JN-035G saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadatnamənin surətinə əsasən, Qəbələ rayon AİK-nin 26 may 1998-ci il tarixli 10 saylı qərarı ilə Qəbələ rayonunun Həzrə kəndində yerləşən planda sərhədləri göstərilmiş 0.50 ha həyətyanı torpaq sahəsi X13, X8, X14 və Ərizəçi ümumi mülkiyyətlərinə verilmişdir. İşdə olan JN-0035 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən, Qəbələ rayon AİK-nin 26 may 1998-ci il tarixli 10 nömrəli qərarı ilə Qəbələ rayonunun Həzrə kəndində yerləşən planda sərhədləri göstərilmiş 0.76 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi X13, X9, X14 və Ərizəçi ümumi mülkiyyətlərinə verilmişdir. İşdə olan AZ-İİ 067011 nömrəli ölüm haqqında şəhadatnamənin sürətinə əsasən X9 29 noyabr 2005-ci ildə ölmüşdür. İşdə olan AZE 14627967 saylı şəxsiyyət vəsiqəsinin surətinə əsasən Ərizəçi xx.xx.1979-cu ildə anadan olmuşdur. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 27 fevral 2020-ci il tarixli 86 nömrəli Nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən X13 18 iyul 1958-ci ildə X4 ilə nikah bağlamışdır, nikah bağlandıqdan sonra arvada Əhmədova soyadı verilmişdir. İşdə olan Vİ-ЖГ nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X12 12 iyun 1979-cu ildə Qutqaşen rayonunda anadan olmuşdur. X1, atası X10r. İşdə olan Qəbələ rayon İH-nin Həzrə kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 14 avqust 2024-cü il tarixli akta əsasən JN-035H saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadatnamədə qeyd olunmuş X8 – X3 oxunmalıdır. İşdə olan Qəbələ rayon İH-nin Həzrə kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 11 avqust 2022-ci il tarixli akta əsasən JN-035G saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadatnamədə qeyd olunmuş X8 – X3 oxunmalıdır. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, JN-035H nömrəli və JN- 035G nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadatnamələrdə mülkiyyətçi kimi göstərilmiş X8 adının X6 aid edilməsi faktının müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-035H nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadatnamə (Qəbələ rayonunun Həzrə kəndində yerləşən 1,32 ha həyətyanı torpaq sahəsinə dair) və JN-035G nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadatnamədə (Qəbələ rayonunun Həzrə kəndində yerləşən 0,50 ha həyətyanı torpaq sahəsinə dair) mülkiyyətçi kimi göstərilmiş X8 adının X6 aid edilməsi faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qəbələ Rayon Məhkəməsinin hakimi: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar