Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-863/2025 13.06.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X1, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib cəmiyyət tərəfindən sığortalanmış “Ford Transit” markalı **-SY-*** dövlət nömrə nişanlı avtomobilin xx.xx.2023-cü il tarixdə saat 12:50 radələrində “Vaz 2170” markalı **-BG-*** dövlət nömrə nişanlı avtomaşınla toqquşması nəticəsində dəymiş zərərin ödənilməsi üçün verilmiş 675 manat sığorta ödənişi məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən PQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “Ford Transit” markalı, ** SY *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə olunan zaman xx.xx.2023-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində “Vaz 2170” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Baş vermiş hadisə icbari sığortalar haqqında qanunvericiliyin zərərlərin birbaşa tənzimlənməsi qaydaları üzrə qeydə alınmış, tənzimlənmiş və “Vaz 2170” markalı, ** BG *** dövlət qeydiyyat nişanlıavtonəqliyyat vasitəsinə vurulmuş maddiziyan üzrə 675 (altı yüz yetmiş beş) manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədarİnzibati tənbeh vermə haqqında qərardamüəyyən edilmişdir ki, “Ford Transit” markalı, ** SY *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh həmin nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 332.2-ci, 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta ilə bağlı inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli PQA********** nömrəli İcbari Sığorta Müqaviləsinə dair məlumata əsasən xx.xx.2023-xx.xx.2024 sığorta müddətində sığortaçı "xxxx" ASC sığortalı “Ford Transit” markalı **-SY-*** dövlət nömrə nişanlı avtomobilin idarə olunması zamanı sığorta riskləri olduğu təqdirdə əmlaka dəyən zərərə görə 5000,0 manat məbləğinda sığorta təminatı vermişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, Sığorta Aktına əsasən “Ford Transit” markalı **-SY-*** dövlət nömrə nişanlı avtomobilin xx.xx.2023-cü il tarixdə “Vaz 2170” markalı **-BG-*** dövlət nömrə nişanlı avtomaşınla toqquşması nəticəsində sığorta predmetinə dəymiş zərər 675,00 manat məbləğində müəyyən olunmuşdur. İşdə olan Bakı şəhər DYPİ-nin İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Cavabdeh AR İXM-nin 327.1, 332.2 və 332.4-cü maddələri ilə təqsirli bilinmişdir. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 226970 nömrəli qiymətləndirmə aktından görünür ki, ““Ford Transit” markalı **-SY-*** dövlət nömrə nişanlı avtomobilin xx.xx.2023-cü il tarixdə “Vaz 2170” markalı **-BG-*** dövlət nömrə nişanlı avtomaşınla toqquşması nəticəsində sığorta predmetinə dəymiş zərər 675,00 manat məbləğində müəyyən olunmuşdur. İşdən görünür ki, 2023-cü il dekabrın 2-də Cavabdeh idarə etdiyi “Ford Transit” markalı, **-SY-*** dövlət nömrə nişanlı avtomobillə “Vaz 2170” markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə “Vaz 2170” markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobilə 675,00 manat ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinıə əsasən başqa şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres)hüququ vardır. Həmin Məcəllənin 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Məhkəmə tədqiq olunmuş sübutlara yuxarıda qeyd olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, Cavabdeh 675,00 manat və ödənilmiş dövlət rüsumuna görə 30,00 manat tutulub iddiaçı "xxxx" ASC-yə verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 675,00 manat və dövlət rüsumuna görə 30,00 manat pul alınıb iddiaçı "xxxx" ASC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-863/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-863/2025
13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver