Məhkəmə qərarları › İş №e-2(025)-864/2025

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(025)-864/2025

17.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(025)-864/2025 17.06.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi və Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq haqqının və dəymiş maddi zərərin ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı lizinq haqqının və dəymiş maddi zərərin ödənilməsi tələbi barədə iddia qaldıraraq 19 fevral 2024-cü tarixli MAS-6197 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinqə verilmiş “Khazar LX” minik markalı, 90- PY-528 dövlət nömrə nişanlı avtomobilin müvəqqəti sahiblik və istifadəsinə görə xx.xx.2025-ci il tarixə hesablanmış 250,46 manat əsas borc, 150,67 manat mükafat və 390,13 manat dəbbə pulu və lizinq obyekti olan avtomobilin nasazlığı ilə əlaqədar yaranmış 1337,58 manat məbləğində maddi zərər, cəmi 2168,84 manat və 41,69 manat dövlət tutularaq cəmiyyətin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh göstərmişdir ki, 19 fevral 2024-cü tarixli MAS-6197 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Azərmaş» MMC-dən “Khazar LX” minik markalı, 90- PY-528 dövlət nömrə nişanlı avtomobili lizinqə götürmüş və “Bolt” taksi şirkəti vasitəsilə sərnişindaşıma fəaliyyətini həyata keçirtmişdir. Həmin müqavilə üzrə ümumilikdə 10.000,0 manat lizinq haqqı ödəməsinə baxmayaraq 1 dəfə gecikməyə görə avtomobil geri alınmışdır. İşdə olan Lizinq verən İddiaçı MMC ilə Lizinq alan Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli MAS-6197 saylı Daxili Lizinq müqaviləsinin surətinə əsasən cəmiyyətə məxsus olan 12.200 manat dəyərində «Khazar LX» markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil məbləğin 40 ay müddətində illik 18 faizlə birlikdə ödənilməsindən sonra mülkiyyətə keçməsi şərti ilə lizinqə verilmişdir. İşdə olan Elektron informasiya sisteminin məlumatına əsasən Cavabdeh xx.xx.2011-ci il tarixdə fərdi sahibkar statusu (VÖEN: **********; Fəaliyyət istiqaməti: Taksi) ) ilə qeydiyyata alınmışdır. AR MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının 12-ci bəndində izah edilir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrıayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Qərarən 13-cü bəndində izah edilir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Qərarın 15-ci bəndində izah edilir ki, kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq haqqının və dəymiş maddi zərərin ödənilməsi” barədə tələbi birgə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə bağlı müqavilə münasibətlərindən yaranan tələblərə aid olduğundan mahiyyət etibarı ilə iqtisadi məzmunludur. AR MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Həmin Məcəllənin 403-1.3-cü maddəsinə əsasən məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1-407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə edilir. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun qaytarılması və dəymiş zərərin ödənilməsi” tələbi barədə iddiasına dair iş ümumi məhkəmənin deyil, kommersiya məhkəməsinin aidiyyətində olduğundan baxılması üçün aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 263, 264, 266, 267 və 268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun qaytarılması və dəymiş zərərin ödənilməsi” tələbi barədə iddiasına dair iş aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə kasasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar