Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-87/2025 05.02.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Zaqatala X5 İdarəsinə qarşı “borcun silinməsi" tələbinə dair mülki iş üzrə (Açar sözlər: kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı «dəymiş zərərin bərpasına dair» tələbnamənin ləğv edilməsi və debitor borcun silinməsi tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh İB-nin Zaqatala X5ı İdarəsinə qarşı «Təbii qazdan istifadə qaydasının pozulması haqqında» tələbnamənin ləğv edilməsi və debitor borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib ona məxsus olan Qəbələ rayonu, Kiçik Pirəlli kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına müdaxilə olunmasına görə Zaqatala X5ı İdarəsi üzrə tərtib edilmiş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 25 yanvar 2023-cü il tarixli ******* nömrəli Akta əsaslanan «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 30 yanvar 2023-cü il tarixli tələbnamənin ləğv edilməsi və həmin sənədə əsasən abonent hesabına əlavə edilmiş 1973.60 manat debitor borc silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə ona məxsus olan Qəbələ rayonu, Kiçik Pirəlli kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Həmin evin yaşayış sahəsini təbii qazla təmin edən xətt üzərində quraşdırılmış sayğac qaz sərfiyyatının dövrü olaraq hesablanmasını operativ şəkildə həyata keçirtməkdən ötrü evdən kənarda bərkidilmiş və qaz sərfiyyatını qeydə alan göstərici rəqəmdəki dəyişilmənin müşahidəsi qaz paylayıcısı nəzarətçilərinə həvalə edilmişdir. Qeyd olunan ünvanda qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarına yol verilməmiş və sayğaca hər hansı bir müdaxilə olunmamışdir. Cavabdeh İB Zaqatala Regional Qİİ-nin əməkdaşları tərəfindən «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 25 yanvar 2023-cü il tarixli ******* nömrəli Aktın tərtib edilməsi barədə onun məlumatı olmamış və Aktın surətini almamışdır. Həmin akt əsasında yenidən hesablaşma aparılması və abonent hesabına 1973.60 manat debitor borcun əlavə edilməsi qanunsuzdur. 2023-cü ilin yanvar ayında yaşadığı evə gələn qaz xəttində sızma olduğuna görə Cavabdeh İB Zaqatala Regional Qİİ-nə məlumat vermiş və xətt təmir olunanadək zərurət olduğu üçün 10 gün müddətində sayğacdan kənar xəttdən istifadə etmişdir. Ona görə də, Zaqatala X5ı İdarəsi üzrə tərtib edilmiş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 25 yanvar 2023-cü il tarixli ******* nömrəli Akta əsaslanan «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 30 yanvar 2023-cü il tarixli tələbnamənin ləğv edilməsi və həmin sənədə əsasən abonent hesabına əlavə edilmiş 1973.60 manat debitor borc silinməsi barədə iddia qaldırmışdır. Cavabdeh İB-in nümayəndəsi X3 məhkəməyə elektron qaydada etiraz ərizəsi göndərərək bildirmişdir ki, Cavabdeh İB Salyan Regional Qİİ-nin yoxlayıcıları tərəfindənn xx.xx.2023-cü il tarixdə istehlakçılar tərəfindən qazdan istifadə qaydalarına əməl olunmasına nəzarət həyata keçirilərkən İddiaçının yaşadığı Qəbələ rayonu, Kiçik Pirəlli kəndində yerləşən fərdi yaşayış evində qanunsuz çəkilmiş sayğacdan kənar xətdən istifadə edilməklə təbii qazdan istifadə edilməsi faktı aşkar edilmiş və qeyd olunan ünvanda qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halının aşkar edilməsi barədə «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 25 yanvar 2023-cü il tarixli ******* nömrəli akt tərtib edilərək abonent İddiaçı (Abonent kodu: **********00510) ilə qaz işlədicilərinin növünə və iş rejiminə uyğun olaraq müvafiq qaydada 180 gün müddətinə yenidən hesablaşma aparılmaqla 1973.60 manat dəyərində 17280 kub/m sərfiyyat müəyyən edilmişdir. Ona görə də, İddiaçının iddia tələbi əsassız hesab edilməlidir. İşdə olan «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 25 yanvar 2023-cü il tarixli ******* saylı aktın surətinə əsasən istehlakçılar tərəfindən qazdan istifadə qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə aparılmış yoxlama nəticəsində istehlakçı İddiaçı məxsus olan Qəbələ rayonu, Kiçik Pirəlli kəndində yerləşən ünvanda mənzilə baxış keçirilən zaman qanunsuz çəkilmiş sayğacdan kənar xətdən istifadə faktı aşkar edilmiş və qaz işlədici qurğuların gündəlik iş rejimində sərfiyyata uyğun dəymiş maddi ziyan hesablanması qərara alınmışdır. İşdə olan Cavabdeh İB-nin Zaqatala Regional Qİİ tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməyə» əsasən abonent X2 (abonent kodu: **********00510; Sayğacın zavod nömrəsi: **********3; ünvan: Qəbələ rayonu, Kiçik Pirəlli kəndi) istifadəsində olan qaz işlədicilərinin orta günlük iş rejimində 180 gün müddət ərzində qaz sərfiyyatı ölçülərək 17280 kub/m hesablanmışdır. İşdə olan Cavabdeh İB-nin Abonent saldosuna əsasən abonent İddiaçı (Qəbələ rayonu, Kiçik Pirəlli kəndi) **********00510 saylı hesabında 2015-2022-ci illər üzrə sayğac üzrə qaz sərfiyyatı olmamış, 20 yanvar 2023-cü il tarixli ******* saylı akta əsasən 2076.60 manat dəyərində 17280 kub/m sərfiyyat müəyyən edilmişdir. AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 3.1.10-cu bəndinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. Həmin Qaydaların 3.1.11-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhəddində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AR Standartlaşdırma, Metrologiya və Patent üzrə DK (bundan sonra-SMPDK) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilıərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 9.4-cü bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda, qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən bu Qaydaların tələblərinin yerinə yetirilməsinə dövlət nəzarətini öz səlahiyyətləri daxilində qazdan səmərəli istifadə və qaz qurğularının etibarlı istismarı sahəsi üzrə AR Sənaye və Energetika Nazirliyi .... həyata keçirir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə Qaydaların 3.1.10-cu bəndinə əsasən hesabat pozuntunun aşkar edildiyi günədək olan müddət üçün, lakin ən çoxu 3 aylıq müddət ərzində istifadə edilmiş təbii qaza görə aparılmalı olduğu halda “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 25 yanvar 2023-cü il tarixli ******* nömrəli Akt sasında hesabatın 180 günlük müddət üçün aparılması qanunsuz olmuşdur. Ona görə də, Cavabdeh İB Zaqatala Regional Qİİ tərəfindən təsdiq edilmiş edilmiş xx.xx.2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə» üzrə 90 (180-90) günlük müddət üçün aparılan hesabatın nəticələri etibarsız hesab edilməli və 25 yanvar 2023-cü il tarixli ******* saylı Akt əsasında İddiaçının abonent (kod: **********00510) hesabına əlavə edilmiş cəmi 1036,80 manat məbləğində debitor borc silinməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi qismən təmin olunsun. Cavabdeh Azəriqaz İB Zaqatala Regional Qİİ üzrə tərtib edilmiş «Təbii qazadan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2023-cü il tarixli ******* nömrəli Akt əsasında İddiaçı abonent (kod: **********00510) hesabına əlavə edilmiş 1036,80 (bir min otuz altı manat səksən qəpik) manat debitor borc silinsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(025)-87/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-87/2025
05.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver