Məhkəmə qərarları › İş №e-2(025)-874/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-874/2024

10.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-874/2024 10.07.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X1 İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə xx xxxx 1996-cı il təvəllüdlü Cavabdeh 28 dekabr 2021-ci il tarixli, QLK6178306 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 280 (iki yüz səksən) manat əsas borc, müqavilə üzrə hesablanmış 100 (yüz) manat faiz borcu, 07 mart 2022- ci il tarixli, QLK6178449 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1467 (min dörd yüz altımış yeddi) manat əsas borc, müqavilə üzrə hesablanmış 400 (dörd yüz) manat faiz borcu və 45 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 2292 (iki min iki yüz doxsan iki) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli QLK6178306 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə İddiaçı MMC-dən 489 manat dəyərində olan məişət avadanlığını nisyə almışdır. İşdə olan xx.xx.2022-ci il tarixli QLK6178449 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə İddiaçı MMC-dən 2007 manat dəyərində olan məişət avadanlığını nisyə almışdır. İşdə olan xx.xx.2021-ci il tarixli Borc müqaviləsinə əsasən 489 manat dəyərində məişət avadanlığı əldə etmiş, onun 9 manatını ilkin ödəmiş və qalan 480 manat məbləği 12 ay müddətinə aylıq 40 manat olmaqla İddiaçı-yə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli Borc müqaviləsinə əsasən 2007 manat dəyərində məişət avadanlığı əldə etmiş, onun 51 manatını ilkin ödəmiş və qalan 1956 manat məbləği 12 ay müddətinə aylıq 163 manat olmaqla İddiaçı-yə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli Borc müqaviləsinin Qeyd hissəsinə əsasən Borcalan borc üzrə əsas borc məbləğini Şirkətə vaxtında qaytarılmadıqda, əlavə olaraq Şirkətə vaxtında qaytarılmayan (müqavilə müddəti bitdikdən sonra) məbləğ üçün hər gün 1%-dək faiz dərəcəsi ilə hesablanan dəbbə pulunu cərimə kimi ödəməlidir. İşdə olan xx.xx.2022-ci il tarixli Borc müqaviləsinin Qeyd hissəsinə əsasən Borcalan borc üzrə əsas borc məbləğini Şirkətə vaxtında qaytarılmadıqda, əlavə olaraq Şirkətə vaxtında qaytarılmayan (müqavilə müddəti bitdikdən sonra) məbləğ üçün hər gün 1%-dək faiz dərəcəsi ilə hesablanan dəbbə pulunu cərimə kimi ödəməlidir. İşdə olan xx.xx.2023-cü il tarixli Maliyyə arayışına əsasən Cavabdeh ilə xx.xx.2021-ci il tarixində bağlanmış QLK6178306 saylı müqavilə üzrə ödənilməmiş 280 manat, xx.xx.2022-ci il tarixində bağlanmış QLK6178449 saylı müqavilə üzrə ödənilməmiş 1467 manat olmaqla ümumilikdə 1747 manat əsas borcu vardır. İşdən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli QLK6178306 nömrəli və xx.xx.2022-ci il tarixli QLK6178449 nömrəli Müqavilələr üzrə aldığı məişət avadanlıqlarının dəyərini qismən ödəyərək 1747 manat borclu qalmışdır. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,..... həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Eyni zamanda məhkəmə qeyd edir ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli QLK6178306 nömrəli və xx.xx.2022-ci il tarixli QLK6178449 nömrəli borc müqaviləsinin qeyd hissəsində qeyd olunmuşdur ki, Borcalan borc üzrə əsas borc məbləğini Şirkətə vaxtında qaytarılmadıqda, əlavə olaraq Şirkətə vaxtında qaytarılmayan (müqavilə müddəti bitdikdən sonra) məbləğ üçün hər gün 1%-dək faiz dərəcəsi ilə hesablanan dəbbə pulunu cərimə kimi ödəməlidir. Göründüyü kimi iddiaçı iddia tələbində cavabdehdən əsas borc ilə yanaşı faiz borcu tələb etsə də, tərəflər rasında bağlanmış müqavilədə faiz borcu deyil, cərimə borcunun alınması nəzərdə tutulmuşdur. Bu səbəbdən məhkəmə iddiaçının cavabdehdən tələb etdiyi 500 manat faiz borcunu cərimə borcu kimi nəzərə alır. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin xeyrinə Cavabdeh 1747 manat əsas borc, dövlət rüsumuna görə 45 manat tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, QLK6178306 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 280 (iki yüz səksən) manat əsas borc, 3 manat cərimə borcu və xx.xx.2022-ci il tarixli, QLK6178449 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1467 (bir min dörd yüz altmış yeddi) manat əsas borc, 15 (on beş) cərimə borcu olmaqla, ümumilikdə 1747 manat əsas borc, 18 manat cərimə borcu və dövlət rüsumuna görə 45 manat pul alınıb İddiaçı MMC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qəbələ Rayon Məhkəməsinin hakimi: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar