Məhkəmə qərarları › İş №e-2(025)-883/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-883/2024

06.11.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-883/2024 06.11.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib 07 aprel 1982-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonunun Aydınqışlaq kəndində yaşayır və uşaqlıqdan əlil olan xx.xx.1982-ci il təvəllüdlü X2 qulluq edir. X3 psixi xəstə olduğuna görə öz hərəkətlərinin mənasını başa düşmür və özünü idarə edə bilmir. Ona görə də, o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. İşdə olan AR Əmək və Əhalinin SM Nazirliyinin tabeliyində DSMF tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********2 nömrəli arayışda göstərilmişdir ki, Qəbələ rayonu, Aydınqışlaq kəndində yaşayan xx.xx.1982-ci il təvəllüdlü X2 ƏƏSMN-nin 27.04.94-cü il tarixli qərarına əsasən xx.xx.1998-ci il tarixdə 1-ci qrup əlillik dərəcəsi verilmişdir. İşdə olan AR SN MPEM PHŞ Ambulator Məhkəmə Psixatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli 4040 nömrəli rəyində göstərilmişdir ki, müayinə olunarkən xx.xx.1982-ci il təvəllüdlü X3 “dalın sindromu nəticəsində yaranan ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) davranış pozuntuları ilə” (F72.1) aşkar olunmuşdur. X3 psixi vəziyyətinə görə öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Buna görə də, X1 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. AR Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquqi fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. AR MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə tədqiq olunmuş sübutlara yuxarıda qeyd olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, xx.xx.1982-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli və üzərində qəyyum təyin edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. 07 aprel 1982-ci ildə Qəbələ rayonu, Aydınqışlaq kəndində anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar