Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-886/2024 10.10.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mirasın vərəsələr arasında bölünərək payların müəyyən edilməsi“ tələbinə dair mülki iş üzrə (Açar sözlər: miras qalmış əmlakdan vərəsəlik üzrə payların müəyyən edilməsi) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, X10, İddiaçı, nümayəndəsi Nümayəndə və Vəkil2, Vəkil3 Novruz oğlunun və Cavabdeh nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mirasın vərəsələr arasında bölünərək payların müəyyən edilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı mirasın vərəsələr arasında bölünərək payların müəyyən edilməsi tələbi barədə iddia qaldıraraq xx.xx.2020-ci il tarixdə vəfat etmiş X5 miras qalmış Qəbələ şəhəri, N.Kərimov küçəsi 47-də yerləşən JN 344F saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən 0,14 ha həyətyanı torpaq sahəsinin vərəsələr arasında bölünərək payların müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, o, X19 və X6 törəmiş və eyni şəxslərdən törəmiş İddiaçı və X17 ilə birlikdə X13 məxsus olan Qəbələ şəhəri, N.Kərimov küçəsi 47-də (Qəbələ şəhəri, C.Cabbarlı küçəsi 7-də) yerləşən 0,14 ha həyətyanı torpaq sahəsi üzərindəki 4 otaqlı fərdi yaşayış evində həddi-buluğa çatanadək yaşamışdır. Evləndikdən sonra onunla İddiaçı başqa yaşayış sahəsinə köçmüş, X17 isə anaları ilə birlikdə Qəbələ şəhəri, N.Kərimov küçəsi ev 47-də yaşamışdır. Torpaq islahatı aparılarkən evin yerləşdiyi cəmi 0,14 ha torpaq sahəsi X19 ilə birlikdə X7 dörd nəfərdən ibarət ailə üzvlərinin (X17, Cavabdeh, X14 və X18) mülkiyyətinə verilmiş və JN 344F saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən plan üzrə qeydiyyata alınmışdır. X17 xx.xx.2005-ci il tarixdə vəfat etdikdən sonra X19 qeyd olunan ünvanda yaşaya bilməyərək İddiaçı yaşadığı ünvana köçmüş və vəfat edənədək orda yaşamışdır. X3 şəhəri, N.Kərimov küçəsi 47-də yerləşən 4 otaqlı fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini ona və Nümayəndə vəsiyyət etmiş və xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Həmin vaxt o, Rusiya Federasiyasında yaşadığında yaşadığından “COVİD” epidemiyası ilə əlaqədar sərhədlər bağlı olduğuna görə Qəbələyə gələ bilməmiş və X5 qalmış mirasa dair vərəsəlik hüququ haqqında şəhadətnamə almamışdır. İddiaçı isə hüquqlarını bilmədiyi üçün öz növbəsində vərəsəlik hüququ haqqında şəhadətnamə almamışdır. Cavabdeh Qəbələ şəhəri, N.Kərimov küçəsi 47-də yerləşən 0,14 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə təkbaşına yiyələnərək digər vərəsələri mirasdan məhrum etmişdir. Ona görə də, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X5 miras qalmış Qəbələ şəhəri, N.Kərimov küçəsi 47-də yerləşən JN 344 F saylı planda sərhədləri göstərilən 0,14 ha həyətyanı torpaq sahəsinin vərəsələr arasında bölünərək payların müəyyən edilməsi haqqında iddia qaldırmışlar. Cavabdeh nümayəndəsi Vəkil1 göstərmişdir ki, X11 X17 , İddiaçı və Nümayəndə adında övladları olmuş və Qəbələ şəhəri, N.Kərimov küçəsi 47-də yerləşən fərdi yaşayış evində onlarla birlikdə yaşamışdır. Evləndikdən sonra Nümayəndə və İddiaçı başqa yaşayış sahəsinə köçmüş, X17 isə anası ilə birlikdə Qəbələ şəhəri, N.Kərimov küçəsi ev 47-də yaşamış və Cavabdeh ilə evlənmişdir. Torpaq islahatı aparılarkən evin yerləşdiyi cəmi 0,14 ha torpaq sahəsi X11 beş nəfərdən ibarət ailə üzvlərinin (X19, X17, Cavabdeh, X14 və X18) mülkiyyətinə verilmiş və JN 344F saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən plan üzrə qeydiyyata alınmışdır. X3 şəhəri, N.Kərimov küçəsi 47-də yerləşən həyətyanı torpaq sahəsinin özünə məxsus olan 1/5 hissəsini İddiaçı və Nümayəndə vəsiyyət etmiş və xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. X7 öz növbəsində X5 qalmış mirasda məcburi payı vardır və həmin pay Cavabdeh, X14 və X18 tərəfindən qəbul edilmişdir. Ona görə də, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X5 miras qalmış Qəbələ şəhəri, N.Kərimov küçəsi 47-də yerləşən JN 344 F saylı planda sərhədləri göstərilən 0,14 ha həyətyanı torpaq sahəsinin 1/5 hissəsi X17, İddiaçı və Nümayəndə arasında qanuna müvafiq qaydada bölünməlidir. İşdə olan JN 344F saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surtinə əsasən planda yeri təyin olunmuş Qəbələ şəhərində yerləşən 0,14 ha həyətyanı torpaq sahəsi Qəbələ rayon AİK-nin xx.xx.2001-ci il tarixli 03 saylı qərarı ilə X19, X17, Cavabdeh, X14 və X8 ümumi paylı mülkiyyətinə verilmişdir. İşdə olan Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətinə Qəbələ şəhəri, N.Kərimov küçəsi 47-də yerləşən X19, X17, Cavabdeh, X14 və X8 ümumi paylı mülkiyyətinə olan 0,14 ha həyətyanı torpaq sahəsi üzərindəki fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə **********41reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan Qəbələ rayonu Dövlət notariat kontoru tərəfindən təsdiq olunmuş xx.xx.2007-ci il tarixli Vəsiyyətnamənin (7E-3316-3317) surətinə əsasən X19 ona məxsus olan Qəbələ şəhəri, C.Cabbarlı küçəsi 7-də yerləşən 4 otaqlı fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini İddiaçı və Nümayəndə vəsiyyət etmişdir. İşdə olan xx.xx.20013-cü il tarixli 2V-362 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.2005-ci il tarixdə vəfat etmiş X7 vərəsələri, Cavabdeh, X14 və X12r. İşdə olan Qəbələ rayon İHB Qəbələ şəhər İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 5- 59-12/2-367/2024 saylı İN-nin Təsərrüfat kitabından Çıxarışın surətinə əsasən Qəbələ şəhər İƏD üzrə İN-nin əhalinin qeydiyyatı təsərrüfatbaşına kitabında X11 xx.xx.2020-ci il tarixdə vəfatından sonra ona məxsus olan fərdi yaşayış evində ailə üzvləri, X17 (vəfat edib), X20, Məmmədova (Yahyazadə) Xəzəngül Nüsrət qızı və Bağırova (Yahyazadə) Sevda Nüsrət qızı qeydiyyatdadır. İşdə olan AZ İ 249553 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X1 Sevil Dəmir qızı və X6 törəmişdir. İşdə olan AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X2 Sevil Dəmir qızı və X6 törəmişdir. İşdə olan AZ İİ 365570 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən X19 xx.xx.2020-ci il tarixdə il tarixdə ölmüşdür. İşdə olan AR ƏN Qəbələ Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 08 saylı məlumata əsasən Məmmədova (Yahyazadə) Xəzəngül Nüsrət qızına xx.xx.2020-ci il tarixdə vəfat etmiş X5 qalmış mirasa (Qəbələ şəhərində yerləşən torpaq sahəsinə) dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən mirasın qəbulu üçün nəzərdə tutulan müddət buraxıldığına görə imtina edilmişdir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Məmmədova (Yahyazadə) Xəzəngül Nüsrət qızı və Bağırova (Yahyazadə) Sevda Nüsrət qızı X11 xx.xx.2020-ci il tarixdə vəfatından sonra ona məxsus olan fərdi yaşayış evində yaşayış sahəsindən istifadə hüququ ilə qeydiyyatda olmaqla həyətyanı torpaq sahəsinə faktiki surətdə sahiblik etmişlər. AR Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olan şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad ( ər), valideynlər ( övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1170.1-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. Həmin Məcəllənin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci maddəsi tətbiq edilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X5 Qəbələ şəhəri, N.Kərimov küçəsi 47-də yerləşən JN 344 F saylı planda sərhədləri göstərilən 0,14 ha həyətyanı torpaq sahəsinin 1/5 hissəsi miras qalmışdır. Məmmədova (Yahyazadə) Xəzəngül Nüsrət qızı və Bağırova (Yahyazadə) Sevda Nüsrət qızı X11 birinci növbədə bərabər pay hüquqlu vərəsələridir və mirası faktiki olaraq ümumi birgə mülkiyyət hüququ ilə qəbul etmişlər. X17 miras açıldığı vaxt sağ olmadığına görə vərəsə deyil və miras bölünərkən hesaba alınmır. Ona görə də, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X5 miras qalmış JN 344 F saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən planda yeri təyin olunmuş Qəbələ şəhərində yerləşən 0,14 ha həyətyanı torpaq sahəsinin (reyestr nömrəsi: **********41) 1/5 hissəsi 1-ci növbədə vərəsələr sırasından İddiaçı və Nümayəndə arasında bərabər qaydada bölünməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233,357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi qismən təmin olunsun. xx.xx.2020-ci il tarixdə vəfat etmiş X5 miras qalmış JN 344 F saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən planda yeri təyin olunmuş Qəbələ şəhərində yerləşən 0,14 ha həyətyanı torpaq sahəsinin (reyestr nömrəsi: **********41) 1/5 hissəsi 1-ci növbədə vərəsələr sırasından İddiaçı və Nümayəndə arasında bərabər qaydada bölünüb İddiaçı payı ümumi torpaq sahəsinin (0,14 ha) 1/10 hissəsində müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-886/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-886/2024
10.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver