Məhkəmə qərarları › İş №e-2(025)-903/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-903/2024

20.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-903/2024 20.07.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X1 İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı nisyə alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib Cavabdeh 448 (dörd yüz qırx səkkiz) manat əsas, 14.56 (on dörd manat əlli altı qəpik) manat cərimə, 12 (on iki) manat xəbərdarlıq məktubu ödənişinin, və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 504.56 (beş yüz dörd manat əlli altı qəpik) manat İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan 11 yanvar 2024-cü il tarixli 3146 nömrəli müqavilənin surətindən görünür ki, satış obyekti olan yeni “Endomotor” + “Apekslokator C-Smart mini AP” cihazları xx.xx.2024-cü il tarixli Təhviltəslim aktına əsasən Cavabdeh təhvil verilmişdir. İşdə olan 11 yanvar 2024-cü il tarixli tahvil-təslim aktının surətindən görünür ki, Cavabdeh tərəfindən imzalanmış və həmin akta əsasən,o, “təhvil aldığı predmetlərin (əşyaların, cihazların və ya məhsulların) öz funksiyalarını tam şəkildə yerinə yetirdiklərini və qeyd olunmuş bütün predmetlərin arzu etdiyi keyfiyyətə sahib olduqlarını” təsdiq etmişdir. İşdə olan 18 iyun 2024-cü il tarixli maliyyə arayışına əsasən, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 3146 nömrəli müqavilə üzrə, satış qiyməti 1440 manat olan cihazlara 992 manat ödəniş edərək 448 manat əsas, 14.56 manat cərimə borcu yaranmışdır. İşdən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli 3146 nömrəli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək aylıq ödəməni qismən icra etmiş və xx.xx.2024-cü il tarixə 448 manat borclu qaldığından 14.56 manat cərimə hesablanmışdır. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən şəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Borcverən İddiaçı MMC ilə Borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 3146 saylı müqavilə üzrə borclu Cavabdeh 448 manat əsas borc tutularaq İddiaçı MMC–nin hesabına keçirilməli, cərimə məbləği isə əsas borca mütənasib olaraq ikirəqəmli həddə endirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi qismən təmin olunsun. Cavabdeh 448 (dörd yüz qırx səkkiz) manat əsas borc,14 (on dörd) manat cərimə və 30,0 (otuz) manat dövlət rüsumu tutulub İddiaçı MMC–nin xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qəbələ Rayon Məhkəməsinin hakimi: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar