Məhkəmə qərarları › İş №e-2(025)-904/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-904/2024

26.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-904/2024 26.08.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 2696.67 manat əsas borc, 410.33 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 1178.66 manat əsas borc, 216 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 261.16 manat əsas borc, 82.84 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 209 manat əsas borc, 67 manat cərimə borcu olmaqla, ümumilikdə 6288 manat borc və 82.88 manat dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, TOZSORAN SAMSUNG, SAMSUNG LED TV, ƏTÇƏKƏN BOSCH, MİNİ SOBAHOFFMANN, YUPİTER asqıÜTÜ PANASONİC, PALTARYUYAN TOSHİBA , SAMSUNG LED TV, SOYUDUCU HOFFMANN , TOSHİBA LED TV almış və nəticədə 6288 (altı min iki yüz səksən səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2834.92 (iki min səkkiz yüz otuz dörd manat doxsan iki qəpik) manat (18 ay x 152.94 anat + 82 manat ilkin ödəniş) olan TOZSORAN SAMSUNG, SAMSUNG LED TV, ƏTÇƏKƏN BOSCH, MİNİ SOBAHOFFMANN, YUPİTER asqı üçün ümumilikdə, 3107 (üç min yüz yeddi) manat olmaqla ondan, 2696.67 (iki min altı yüz doxsan altı manat altmış yeddi qəpik) manat ödənilməmiş hissə, 410.33 (döörd yüz on manat otuz üç qəpik) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1344.06 (min üç yüz qırx dörd manat altı qəpik) manat (18 ay x 74.67 manat + 0 manat ilkin ödəniş) olan ÜTÜ PANASONİC, PALTARYUYAN TOSHİBAüçün ümumilikdə, 1401 (min dörd yüz bir) manat olmaqla ondan, 1178.66 (min yüz yetmiş səkkiz manat altmış altı qəpik) manat ödənilməmiş hissə, 222.34 (iki yüz iyirmi iki manat otuz dörd qəpik) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1451 (min dörd yüz əlli bir) manat (18 ay x 80 manat + 11 manat ilkin ödəniş) olan SAMSUNG LED TVüçün ümumilikdə, 1160 (min yüz altmış) manat olmaqla ondan, 944 (doqquz yüz qırx dörd) manat ödənilməmiş hissə, 216 (iki yüz on altı) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 981.6 (doqquz yüz səksən bri manat altmış qəp) manat (18 ay x 46.2 manat + 150 manat ilkin ödəniş) olan SOYUDUCU HOFFMANNüçün ümumilikdə 344 (üç yüz qırx dörd) manat olmaqla ondan, 261.16 (iki yüz altmış bir manat on altı qəp) manat ödənilməmiş hissə, 82.84 (səksən iki manat səksən dörd qəpik) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1350 (min üç yüz əlli) manat (18 ay x 75 manat + 0 manat ilkin ödəniş) olan TOSHİBA LED TVüçün ümumilikdə 276 (iki yüz yetmiş altı) manat olmaqla ondan, 209 (iki yüz doqquz) manat ödənilməmiş hissə, 67 (altmış yeddi) manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2672.09 manat təşkil edir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2022-ci il, xx.xx.2022ci il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İşdə olan 11 avqust 2023-cü il tarixli 04004611 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 2834.92 manat dəyərində olan Tozsoran Samsung, Samsung Led tv, ətçəkən Bosch, Mini soba hoffmann və Yupiter asqını nisyə almışdır. İşdə olan 03 iyun 2023-cü il tarixli 04004073 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 1344.06 manat dəyərində olan ütü panasonic, paltaryuyan toshibanı nisyə almışdır. İşdə olan 14 avqust 2022-ci il tarixli 04002130 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 981.6 manat dəyərində olan Hoffmann markalı Soyuducunu nisyə almışdır. İşdə olan 28 may 2022-ci il tarixli 04021576 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 1350 manat dəyərində olan X1 nisyə almışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin predmeti təşkil edən “Mal”a dair geniş məlumat və “Mal”ın qiyməti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir. Müqavilənin 2.6-cı bəndinə əsasən Ödəniş cədvəli üzrə ödənişlər gecikdirildikdə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 % həcmində peniya ödənilir. İşdə olan müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin surətinə əsasən 11 avqust 2023-cü il tarixli 04004611 nömrəli Müqavilə üzrə alınmış malın dəyəri xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 152.94 manat ödənilməklə xx.xx.2025-ci il tarixədək ödənilməlidir. İşdə olan müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin surətinə əsasən 03 iyun 2023-cü il tarixli 04004073 nömrəli Müqavilə üzrə alınmış malın dəyəri xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 74.67 manat ödənilməklə xx.xx.2024-cü il tarixədək ödənilməlidir. İşdə olan müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin surətinə əsasən 14 avqust 2022-ci il tarixli 04002130 nömrəli Müqavilə üzrə alınmış malın dəyəri xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 46.2 manat ödənilməklə xx.xx.2024-cü il tarixədək ödənilməlidir. İşdə olan müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin surətinə əsasən 28 may 2022-ci il tarixli 04021576 nömrəli Müqavilə üzrə alınmış malın dəyəri xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 75 manat ödənilməklə xx.xx.2023-cü il tarixədək ödənilməlidir. İşdən görünür ki, Cavabdeh 11 avqust 2023-cü il tarixli 04004611 nömrəli müqavilə üzrə aldığı əşyaların dəyərini qismən ödəyərək 2696.67 manat borc, 410.33 manat cərimə, 03 iyun 2023-cü il tarixli 04004073 nömrəli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 1178.66 manat borc, 216 manat cərimə, 14 avqust 2022-ci il tarixli 04002130 nömrəli müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 261.16 manat borc, 82.84 manat cərimə və 28 may 2022-ci il tarixli 04021576 nömrəli müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 209 manat borclu qalmış və 67 manat cərimə olmaqla, ümumilikdə 6288 manat borc hesablanmışdır. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,..... həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, "xxxx" MMC -nin xeyrinə Cavabdeh 11 avqust 2023-cü il tarixli 04004611 nömrəli müqavilə üzrə 2696.67 manat əsas borc, 03 iyun 2023-cü il tarixli 04004073 nömrəli müqavilə üzrə 1178.66 manat əsas borc, 14 avqust 2022-ci il tarixli 04002130 nömrəli müqavilə üzrə 261.16 manat əsas borc və 28 may 2022-ci il tarixli 04021576 nömrəli müqavilə üzrə 209 manat əsas borc, dövlət rüsumuna görə 82.88 manat tutulmalı və cərimə məbləği əsas borca mütənasib olaraq endirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi qismən təmin olunsun. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 2696.67 manat əsas borc, 40 manat cərimə borc, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 1178.66 manat əsas borc, 20 manat cərimə borc, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 261.16 manat əsas borc, 8 manat cərimə borc və xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 209 manat əsas borc, 7 manat cərimə borc və dövlət rüsumuna görə 82.88 manat pul alınıb iddiaçı "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar