Məhkəmə qərarları › İş №e-2(025)-907/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-907/2025

24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-907/2025 24.06.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Şamil qızına qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X1 İddiaçı MMC-nin Cavabdeh Şamil qızına qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh Şamil qızına qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə 1163 manat əsas borc və 32 manat dövlət rüsumu olmaqla, cəmi 1195 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh Şamil qızı İddiaçı MMC-dən təfərrüatları aşağıdakı cədvəldə göstərilmiş borc müqaviləsi (müqavilələri) əsasında ümumi dəyəri 1533 (bir min beş yüz otuz üç) manat olan məişət avadanlığı (avadanlıqları) əldə edib. Cavabdehin müqavilə (müqavilələr) üzrə ödənişlər etdikdən sonra iddiaçıya 1163 (bir min bir yüz altmış üç) manat əsas borcu qalıb. Cavabdeh Şamil qızından müqavilə (müqavilələr) üzrə 1163 (bir min bir yüz altmış üç) manat əsas borc, 32 (otuz iki) manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi olan 1195 (bir min bir yüz doxsan beş) manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. İşdə olan xx.xx.2021-ci il tarixli QLK6178159 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh Şamil qızı həmin tarixdə İddiaçı MMC-dən 454 manat dəyərində olan məişət avadanlığını nisyə almışdır. İşdə olan xx.xx.2021-ci il tarixli QLK6178249 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh Şamil qızı həmin tarixdə İddiaçı MMC-dən 1079 manat dəyərində olan məişət avadanlığını nisyə almışdır. İşdə olan xx.xx.2021-ci il tarixli QLK6178159 nömrəli Borc müqaviləsinə əsasən Cavabdeh Şamil qızı 454 manat dəyərində məişət avadanlığı əldə etmiş, 22 manat ilkin ödəniş etmiş və 432 manat məbləği 18 ay müddətinə aylıq 24 manat olmaqla İddiaçı-yə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli QLK6178249 nömrəli Borc müqaviləsinə əsasən Cavabdeh Şamil qızı 1079 manat dəyərində məişət avadanlığı əldə etmiş, 14 manat ilkin ödəniş etmiş və 1065 manat məbləği 15 ay müddətinə aylıq 71 manat olmaqla İddiaçı-yə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli Maliyyə arayışına əsasən Cavabdeh Şamil qızı ilə xx.xx.2021-ci il tarixli QLK6178159 və xx.xx.2021-ci il tarixli QLK6178249 nömrəli müqavilələr üzrə ödənilməmiş 1163 manat borcu vardır. İşdən görünür ki, Cavabdeh Şamil qızı xx.xx.2021-ci il tarixli QLK6178159 nömrəli və xx.xx.2021-ci il tarixli QLK6178249 nömrəli Müqavilələr üzrə aldığı məişət avadanlıqlarının dəyərini qismən ödəmiş 1163 manat borclu qalmışdır AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,..... həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin xeyrinə Cavabdeh Şamil qızından 1163 manat əsas borc, dövlət rüsumuna görə 32 manat tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Şamil qızından 1163 manat əsas borc və dövlət rüsumuna görə 32 manat pul alınıb İddiaçı MMC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar