Məhkəmə qərarları › İş №e-2(025)-92/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-92/2024

23.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-92/2024 23.01.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən mərhum X3nun adına olan **********8 saylı abonent koduna xx.xx.2023-cü il tarixli 057033 saylı akt əsasında vurulmuş 4443.12 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Qəbələ rayonu Həmzəlli kəndində (28 may küçəsi kəsişmədə) yerləşən ona məxsus qeyri yaşayış sahəsində mərhum atası X1 fəaliyyəti ilə məşğul olurdu. Qeyri yaşayış sahəsinə elektrik enerjisi ilə təmin edilməsi üçün təlimata uyğun şəkildə "xxxx" ASC-yə müraciət edərək lazımı sənədləri hazırlanmış və elektrik enerjisinin verilişi təmin edilmişdir. X3 xx.xx.2014-cü ildə vəfat etmişdir. Hazırda sözügedən qeyri yaşayış sahəsini o və Qəbələ şəhəri sakini X4 ilə birlikdə işlədirdilər. Qeyd edir ki, o İddiaçı adına VÖEN olmadığına görə hazırkı iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətindədir. Məhkəmənin diqqətinə çatdırır ki, son dövrlərdə qeyri yaşayış sahəsində elektrik enerjisinə bağlı avadanlıqların normal işləməsi üçün "xxxx" ASC-nin X11 tərəfindən qidalanma mənbəyi olan trasformatora normaya uyğun elektrik cərəyanı təmin edilmədiyindən sözügedən avadanlıqların işləməsində fasilələr olur ki, bu da onun sahibkarlıq fəaliyyətinə maneələr yaradır. Göstərilənlərlə əlaqədar olaraq bir neçə dəfə X9, onun bağlı olduğu Regional müəssisəyə müraciətlər etsə də heç bir müsbət nəticə əldə etməmişdir. Əksinə cavabdeh təşkilat müxtəlif bəhanələrlə, o cümlədən qeyri yaşayış sahəsinin qidalanma mənbəyinə qoşulma ilə bağlı texniki şərtin alınması bəhanəsi ilə bi neçə dəfə elektrik enerjisini dayandırmışdır, baxmayaraq ki, istifadə etdiyi elektrik enerjisi 18874182M82166 saylı elektrik sayğac vasitəsilə qeydə alınmaqdadır. Sonuncu dəfə isə 24 iyul 2023-cü il tarixdə qeyri yaşayış sahəsinin elektrik enerjsinin normadan aşağı olması ilə bağlı təkrar olaraq cavabdeh müəssisədə olmuş, normaya uyğun enerji mənbəyinin təmin edilməsi ilə bağlı müzakirələri olmuş, lakin yenədə ona indiyədək qeyri yaşayış sahəsinin hansı mənbədən qidalananıbsa alternativinin olmaması bildirilmiş və müraciətinə isə məhəl qoyulmamışdır. Əksinə o həmin cavabdeh müəssisədə olduğu zaman "xxxx" ASC-nin nümayəndələri tərəfindən qeyri yaşayış sahəsində yoxlama baxış aparmış və sonda onun adına xx.xx.2023-cü il tarixli 057033 saylı bir tərəfli qaydada heç bir hal şahidi olmadan akt tərtib etmişlər. Aktda göstərilmişdir ki, EEİQ-na uyğun olaraq sayğac sxeminə baxış keçirilmiş və məlum oldu ki, sayğacın yeri dəyişdirilərək başqa yerə keçirilmişdir. Abonent qeyri qanuni yolla ******* koddan qidalanmanı dayandıraraq başqa TM ******* 700 m məsafədən 2x2.5 mm kabel xətti ilə xətt çəkərək 10ka-lıq dayaqların aşağı hissəsindən birbaşa TM-nun stundan qanunsuz olaraq xətt çəkilmişdir. Buna görə də abonentin sayğacının giriş xətti 6 metr məsafədən zədələyərək sayğacın girişi dəyişdirilmişdir. Belə ki, əvvəl sayğacın çölündə indi isə obyektin içərisində öz başına quraşdırılmışdır. Sayğac yenisi ilə əvəz olunsun 3 gün ərzində Asan Xidmət Mərkəzinə müraciət etsin. xx.xx.2023-cü il tarixli 057033 saylı akt isə mənim təkdimdən sonra təqdim edilmişdir, bununla belə onun mahiyyətindən xəbərsiz olmuşdur. Sonradan isə göstərilən akt əsasında ona cavabdeh təşkilat tərəfindən 4443.12 manat cərimə yazıldığı məlum olmuşdur. Sözügedən cərimənin yazılması, onun mənbəyi və hesabatı barədə dəfələrlə cavabdeh təşkilatdan izah almağa çalışsa da heç bir nəticə olmamışdır. Qeyd edir ki, ona məxsus qeyri yaşayış sahəsində heç bir halda sayğacdan kənar xəttdən istifadə edilməmiş, cavabdehin tərtib etdiyi aktdan da göründüyü kimi sayğacın yalnız yerinin dəyişdirildiyi göstərilmişdir. Bundan sonra X11 xx.xx.2023-cü il tarixli 781 saylı xəbərdarlıq məktubu göndərərək, sayğacda olan 4615.38 manat borcun 3 gün müddətində ödənilməsi, daha sonra isə xx.xx.2023-cü il tarixli 947 saylı xəbərdarlıq məktubu göndərilərək, yeni alqı satqı müqaviləsinin bağlanılması əks halda elektrik enerjsinin dayandırılacağı tələbi qoyulmuşdur. Bie neçə dəfə müraciətindən sonra mərhum X3nun abına olan abonent kodu üzrə onunla elektrik enerjisinin alqı-satqısı ilə bağlı xx.xx.2023-cü il tarixli müqavilə bağlanılmışdır. Bununla belə alqı-satqı müqaviləsi bağlanılmasına baxmayaraq Qəbələ Asan Xidmət Mərkəzi mərhum X3nun adına olan hesabı onun adıma rəsmiləşdirməmişdir, baxmayaraq ki, artıq enerji təchizat müəssisəsi ilə onun arasında alqı-satqı müqaviləsi bağlanılmışdır. Cavabdehin nümayəndələri tərəfindən onun yaşadığı ev üçün quraşdırılmış elektrik sayğacına ayda 2 dəfə baxış keçirilir, sərfiyyat barədə bildiriş ona təqdim edilir. Əgər cavabdehin iddia etdiyi kimi hər hansı bir qüsur olsaydı, bunun olmasını dərhal aşkar edərdi. İstifadə etdiyi enerjinin dəyərini göstəricilərə uyğun və tam şəkildə mütamadi olaraq tərəfindən ödənilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" ASC tərəfindən mərhum X3nun adına olan **********8 saylı abonent koduna xx.xx.2023-cü il tarixli 057033 saylı akt əsasında vurulmuş 487.10 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, onun "xxxx" ASC-yə qarşı akt əsasında hesablanmış 487.10 manat borcun silinməsi tələbinə dair iddia tələbi üzrə xx.xx.2024-cü il saat 10:00-a təyin edilmiş iclasında əmək fəaliyyətilə bağlı iştirak edə bilməməyini üzürlü hesab edilməsini, iclasın iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçının Qəbələ rayonu Həmzəlli kənd ərazisində fəaliyyət göstərdiyi qeyri yaşayış sahəsi (restoran) "xxxx" ASC-nin enerji satış bazasında X2 adına olmaqla **********22021 (**********8) saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2023-cü il tarixində “Azərişıq" ASC-nin əməkdaşları Ə.Sətdarov, A.Hürribətov və E.Tarixzadə tərəfindən Qəbələ rayonu Həmzəlli kənd ərazisində yerləşən X5 məxsus qeyri yaşayış sahəsinə quraşdırılmış elektrik hesablaşma sayğacına və uçot dəstinə “Elektrik enerjisindən istifadə QaydalarTna uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin qeyri-qanuni şəkildə sayğacın yerini dəyişdirərək başqa yerə keçidiyi həmçinin qeyri qanuni yolla ******* nömrəli TM-dən qidalanmanı dayandıraraq başqa ******* nömrəli TM-dən 700 metr məsafədən 2x25m2 kabel xətti il,ə: xətt çəkərək 10 kV4uq dayaqların aşağı hissəsindən bir başa TM-nin ştırından qanunsuz otaraq çəkildiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydalarrinın 8.17.1 bəndinin tələbinə uyğun olaraq yuxanda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2023-cü il tarixli, R057033 saylı akt tərtib olunmuşdur. xx.xx.2023-cü il tarixli, R057033 saylı akta əsasən “Azərişıq' ASC-nin Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən 180 gün üçün 0.11 manatla 40392 kvt.s olmaqla .4443.12 manat dəyərində hesabat aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandirmaq niyyəti ilə məqsədli şəkifdə edildiyi aşkardır. Sayğac uçot dəstinə baxış və nöqsanın aşkar edilməsi əməkdaşlar tərəfindən video çəkilişlə qeydə alınmış və aşkar edilmiş nöqsan video çəkilişdə açıq aşkar öz əksini tapır. Bildirmək istəyir ki, İddiaçı tərtib edilmiş qüsur akı ilə razılaşmayaraq "xxxx" ASC-yə ərizə ilə müraciət etmiş və iddiaçının ərizəsi nəzərə alınaraq aparılmış 4443.12 manat enerji hesabatından 3955.27 manat azaldılmışdır. (4443.12- 3955.27=487.85). Nəzərinizə çatdırmaq istəyirlər ki, iddiaçının xx.xx.2023-cü i! tarixinə elektrik enerjisindən istifadəyə görə 487.10 manat borcu vardır. İddiaçı Cabbar oğlunun cavabdeh "xxxx" ASC-yə qarşı xx.xx.2023-cü tarixli 057033 saylı akt əsasında hesablanmış 4443.12 manat borcun hesabından silinməsi” tələbinə dair iddiası əsassız olduğundan tamamilə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən  Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.  Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.  Qətnamə iş üzrə müəyyən edilmişhallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.  Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.  Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan "xxxx" ASC X8 Təchizatı və Satışı İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 24 iyul 2023-cü il tarixli R 057033 nömrəli aktdan görünür ki, sayğac sxeminə baxış keçirilmiş və məlum olmuşdur ki, sayğacın yeri dəyişdirilərək başqa yerə keçirilmişdir. Abonent qeyri-qanuni yolla ******* koddan qidalanmamı dayandıraraq başqa TM ******* 700 metr məsafədən 2x25 m kvadrat kabel xətti ilə xətt çəkərək 10 kv-lıq dayaqların aşağı hissəsindən bir başa TM-dan qanunsuz olaraq xətt çəkilmişdir. Buna görə də abonentin sayğacının giriş xətti və 6 metr məsafədən sayğacın yeri dəyişdirilmişdir. "xxxx" ASC-nin X6 və Satışı İdarəsinin vəzifəli şəxsi tərəfindən xx.xx.2023-cü il tarixli R057033 saylı akta əsasən tərtib edilmiş 26 iyul 2023-cü il tarixli icra vərəqindən görünür ki, X5 məxsus sayğacda olan oxunmamış 40392 kVt.s enerji üzrə 4443.12 manat borcu vardır. İddiaçı "xxxx" ASC-nin vəzifəli şəxsi tərəfindən hesablanmış cərimənin silinməsi ilə bağlı iddia tələbini sərfiyyatı azaltmaq üçün sayğaca əlavə xətt çəkilərək, elektrik enerjisindən istifadə etmədiyi ilə əsaslandırmışdır. Məhkəmənin gəldiyi hüquqi mövqe ondan ibarətdir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar sübut olunmur. Tərtib olunmuş aktdan, həmçinin cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi CD diskdən görünür ki, sayğaca transfomatordan əlavə xətt çəkilmiş və bu yolla elektrik enerjisindən istifadə edilmişdir. Lakin həmin qeyri yaşayış sahəsində (restoran) əvvəlki yoxlama dövrlərində həmin müdaxilə mövcud olmamışdır. Göründüyü kimi, iddiaçı həmin müdaxilənin onun tərəfindən edilmədiyini sübuta yetirə bilməmişdir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilmədiyi üçün, iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdeh Azərişıq” ASC-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar