Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(025)-93/2025 03.03.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mirasın faktiki surətdə qəbul edilməsinin müəyyən edilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “mirasın faktiki surətdə qəbul edilməsinin müəyyən edilməsi” tələbi barədə iddia qaldıraraq xx.xx.2020-ci ildə Qəbələ rayonunun Vəndam qəsəbəsində vəfat etmiş əri X1 miras qalmış Qəbələ rayonunun Vəndam qəsəbəsində yerləşən JN 797 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən 0,15 ha həyətyanı torpaq sahəsi və JN 590 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən planda sərhədləri göstərilən 0,23 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin tam kütləsini faktiki surətdə qəbul etməsinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə izahat verərək xx.xx.2020-ci ildə Qəbələ rayonunun Vəndam qəsəbəsində vəfat etmiş X1 miras qalmış Qəbələ rayonunun Vəndam qəsəbəsində yerləşən JN 797 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən 0,15 ha həyətyanı torpaq sahəsi və JN 590 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən planda sərhədləri göstərilən 0,23 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı yaranmış mübahisənin artıq həll edildiyini göstərərmiş, ərizə verərək işin baxılmamış saxlanılmasını və sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh izahatında xx.xx.2020-ci ildə Qəbələ rayonunun Vəndam qəsəbəsində vəfat etmiş X1 miras qalmış Qəbələ rayonunun Vəndam qəsəbəsində yerləşən JN 797 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən 0,15 ha həyətyanı torpaq sahəsi və JN 590 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən planda sərhədləri göstərilən 0,23 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı yaranmış mübahisənin artıq həll edildiyini bildirmiş və işin baxılmamış saxlanılmasına etiraz etməmişdir. AR MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mirasın faktiki surətdə qəbul edilməsinin müəyyən edilməsi” tələbi iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ərizə baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı “mirasın faktiki surətdə qəbul edilməsinin müəyyən edilməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən Qəbələ Rayon Məhkəməsində iddia qaldırmaq üçün X2 hesabına ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-93/2025
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(025)-93/2025
03.03.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver