Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-932/2024 29.08.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “hüquq əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hüquq əhəmiyyətli faktının müəyyən edilməsi) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, ərizəçinin vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi hüqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib, Qəbələ rayon AİK-in 29 noyabr 1997-ci il tarixli 26 nömrəli qərarı ilə X3 və X4 adına verilmiş JN – 038F, JN – 038G və JN – 038C nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrin aid edilən hissədə Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, Qəbələ rayon AİK-in 29 noyabr 1997-ci il tarixli 26 nömrəli qərarı ilə X3 və X4 ümumi birgə mülkiyyətinə Qəbələ rayonunun Aydınqışlaq kəndində yerləşən 0,48 ha, 0,12 ha və 0,24 ha həyətyanı torpaq sahələri verilmiş və müvafiq olaraq JN – 038F, JN – 038G və JN – 038C nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrdə ölçüləri və sərhədləri göstərilən planlar əsasında dövlət qeydiyyatına alınmışdır. Həmin sənədlərdə Ərizəçi adı X2 qeyd olunmuşdur. Ona görə də, JN – 038F, JN – 038G və JN – 038C nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrin aid edilən hissədə Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə ərizə vermişdir. İşdə olan JN-038F saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadatnamənin surətinə əsasən, Qəbələ rayon AİK-nin 29 noyabr 1997-ci il tarixli 26 saylı qərarı ilə Qəbələ rayonunun Aydınqışlaq kəndində yerləşən planda sərhədləri göstərilmiş 0,48 ha həyətyanı torpaq sahəsi, X3 və X4 ümumi mülkiyyətlərinə verilmişdir. İşdə olan JN-038G saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadatnamənin surətinə əsasən, Qəbələ rayon AİK-nin 29 noyabr 1997-ci il tarixli 26 saylı qərarı ilə Qəbələ rayonunun Aydınqışlaq kəndində yerləşən planda sərhədləri göstərilmiş 0,12 ha həyətyanı torpaq sahəsi, X3 və X4 ümumi mülkiyyətlərinə verilmişdir. İşdə olan JN-038C saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadatnamənin surətinə əsasən, Qəbələ rayon AİK-nin 29 noyabr 1997-ci il tarixli 26 saylı qərarı ilə Qəbələ rayonunun Aydınqışlaq kəndində yerləşən planda sərhədləri göstərilmiş 0,24 ha həyətyanı torpaq sahəsi, X3 və X4 ümumi mülkiyyətlərinə verilmişdir. İşdə olan 66№5457521 nömrəli pasportun sürətinə əsasənƏrizəçi xx.xx.1995-ci ildəanadan olmuşdur. . İşdə olan XİX-ЖГ 351367 nömrəli doğum haqqında şəhadatnamənin surətinə əsasən, Ərizəçi 01 avqust 1995-ci ildə ildə Qəbələ rayonunda anadan olmuşdur. X1, atası X6r. İşdə olan Qəbələ rayon İH-nin Aydınqışlaq kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 29 avqust 2024-cü il tarixli 5-59-51/2-271-2024 nömrəli arayışa əsasən, Ərizəçi adı JN – 038F, JN – 038C və JN – 038G (kod ********) Torpağın mülkiyyətə verilməsinə dair şəhadatnamədə texniki səhv olaraq X7 yazılmışdır. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, JN – 038F, JN – 038G və JN – 038C nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadatnamələrdə mülkiyyətçi kimi göstərilmiş X7 adının Ərizəçi aid edilməsi faktının müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-038F nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadatnamə (Qəbələ rayonunun Aydınqışlaq kəndində yerləşən 0.48 ha həyətyanı torpaq sahəsinə dair), JN-038C nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadatnamə (Qəbələ rayonunun Aydınqışlaq kəndində yerləşən 0.24 ha həyətyanı torpaq sahəsinə dair) və JN-038G nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadatnamədə (Qəbələ rayonunun Aydınqışlaq kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinə dair) mülkiyyətçi kimi göstərilmiş X7 adının Ərizəçi aid edilməsi faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(025)-932/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-932/2024
29.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver