Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(025)-934/2025 05.06.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsinin hakimi X3 İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “borcun tutulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xeyrinə 43.60 manat əsas borc, 4.36 manat cərimə borcu olmaqla cəmi 47.96 manat borc və 30 manat dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan elektron informasiya mənbəyinin məlumatına əsasən Cavabdeh Salyan şəhəri, 20 Yanvar küçəsi, ev 91-də qeydiyyata alınmışdır. AR MPM-nin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə belə hesab edir ki, iş üzrə Cavabdeh Salyan şəhəri, 20 Yanvar küçəsi, ev 91-də daimi qeydiyyata alındığına görə işə Qəbələ rayon məhkəməsində baxıla bilməz. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 263, 264, 266, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair idida ərizəsi geri qaytarılsın. İddiaçı MMC tərəfindən X1 hesabına ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nə geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(025)-934/2025
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(025)-934/2025
05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver