Məhkəmə qərarları › İş №e-2(025)-955/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-955/2025

30.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-955/2025 30.06.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X1 İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə 1156 manat əsas borc və 32 manat dövlət rüsumu olmaqla, cəmi 1195 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı MMC-dən təfərrüatları aşağıdakı cədvəldə göstərilmiş borc müqaviləsi (müqavilələri) əsasında ümumi dəyəri 1229 (bir min iki yüz iyirmi doqquz) manat olan məişət avadanlığı (avadanlıqları) əldə edib. Cavabdehin müqavilə (müqavilələr) üzrə ödənişlər etdikdən sonra iddiaçıya 1156 (bir min bir yüz əlli altı) manat əsas borcu qalıb. Cavabdeh müqavilə (müqavilələr) üzrə 1156 (bir min bir yüz əlli altı) manat əsas borc, 32 (otuz iki) manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi olan 1188 (bir min bir yüz səksən səkkiz) manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. İşdə olan xx.xx.2022-ci il tarixli BXK6161749 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə İddiaçı MMC-dən 1229 manat dəyərində olan məişət avadanlığını nisyə almışdır. İşdə olan xx.xx.2022-ci il tarixli BXK6161749 nömrəli Borc müqaviləsinə əsasən Cavabdeh 1229 manat dəyərində məişət avadanlığı əldə etmiş, 5 manat ilkin ödəniş etmiş və 1224 manat məbləği 18 ay müddətinə aylıq 68 manat olmaqla İddiaçı-yə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli Maliyyə arayışına əsasən Cavabdeh ilə xx.xx.2022ci il tarixli BXK6161749 nömrəli müqavilə üzrə ödənilməmiş 1156 manat borcu vardır. İşdən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli BXK6161749 nömrəli Müqavilə üzrə aldığı məişət avadanlıqının dəyərini qismən ödəmiş 1156 manat borclu qalmışdır AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,..... həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin xeyrinə Cavabdeh 1156 manat əsas borc, dövlət rüsumuna görə 32 manat tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1156 manat əsas borc və dövlət rüsumuna görə 32 manat pul alınıb İddiaçı MMC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar