Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-964/2024 14.10.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Zaqatala X4 İdarəsinə qarşı “borcun silinməsi" tələbinə dair mülki iş üzrə (Açar sözlər: kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» Aktın etibarsız hesab edilməsi və debitor borcun silinməsi tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh İB-nə qarşı «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 28 fevral 2024-cü il tarixli ******* nömrəli Aktın etibarsız hesab edilməsi və debitor borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib ona məxsus olan Qəbələ rayonu, Tüntül kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına müdaxilə olunmasına görə Zaqatala X4ı İdarəsi üzrə tərtib edilmiş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 28 fevral 2024-cü il tarixli ******* nömrəli Aktın etibarsız hesab edilməsi və həmin sənədə əsasən abonent hesabına əlavə edilmiş 777.60 manat debitor borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə ona məxsus olan Qəbələ rayonu, Tüntül kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Həmin evin yaşayış sahəsini təbii qazla təmin edən xətt üzərində quraşdırılmış sayğac qaz sərfiyyatının dövrü olaraq hesablanmasını operativ şəkildə həyata keçirtməkdən ötrü evdən kənarda bərkidilmiş və qaz sərfiyyatını qeydə alan göstərici rəqəmdəki dəyişilmənin müşahidəsi qaz paylayıcısı nəzarətçilərinə həvalə edilmişdir. Qeyd olunan ünvanda qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarına yol verilməmiş və sayğaca hər hansı bir müdaxilə olunmamışdir. Cavabdeh İB Zaqatala Regional Qİİ-nin əməkdaşları tərəfindən «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 28 fevral 2024-cü il tarixli ******* nömrəli Aktın tərtib edilməsi barədə onun məlumatı olmamış və Aktın surətini almamışdır. Həmin akt əsasında yenidən hesablaşma aparılması və abonent hesabına 777.60 manat debitor borcun əlavə edilməsi qanunsuzdur. Ona görə də, Zaqatala X4ı İdarəsi üzrə tərtib edilmiş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 28 fevral 2024-cü il tarixli ******* nömrəli Aktın etibarsız hesab edilməsi və həmin sənədə əsasən abonent hesabına əlavə edilmiş 777.60 manat debitor borc silinməsi barədə iddia qaldırmışdır. Cavabdeh İB-in nümayəndəsi X3 məhkəməyə elektron qaydada etiraz ərizəsi göndərərək bildirmişdir ki, Cavabdeh İB Salyan Regional Qİİ-nin yoxlayıcıları tərəfindənn xx.xx.2024-cü il tarixdə istehlakçılar tərəfindən qazdan istifadə qaydalarına əməl olunmasına nəzarət həyata keçirilərkən İddiaçı yaşadığı Qəbələ rayonu, Tüntül kəndində yerləşən ünvanda quraşdrlməş sayğacın (zavod nömrəsi: ********) hesablama mexanizminin qoruyucu qapağının alt hissəsi deşici alətlə deşilməsi səbəbindən istismara yararsız hala düşməsi faktı aşkar edilmiş və sayğac şəbəkədən ayrılaraq yenisi ilə əvəz edilmişdir. Şəbəkədən ayrılmış həmin sayğac ARDNŞ-nin labaratoriyasında yoxlanılarkən sayğacın hesablama mexanizminin qoruyucu qapağının alt hissəsi deşici alətlə deşilməsi müəyyən edilmiş və verilmiş rəylə qüsur təsdiq olunmuşdur. Bundan sonra qeyd olunan ünvanda qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halının aşkar edilməsi barədə «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 28 fevral 2024-cü il tarixli ******* nömrəli akt tərtib edilmiş və abonent İddiaçı (Abonent kodu: **********01200) ilə qaz işlədicilərinin gündəlik iş rejimində 90 günlük müddət üçün yenidən hesablaşma aparılaraq 777.60 manat dəyərində 6480 kub/m sərfiyyat müəyyən edilmişdir. Ona görə də, İddiaçı iddia tələbi əsassız hesab edilməlidir. İşdə olan «Qaz sayğacının çıxarılması quraşdırılması və istismara qəbulu haqqında» xx.xx.2023cü il tarixli ******* saylı aktın surətinə əsasən istehlakçı İddiaçı yaşadığı Qəbələ rayonu, Tüntül kəndində yerləşən ünvanda quraşdırılmış sayğac (Abonent kodu: **********01200; Sayğacın zavod nömrəsi: ********) yararsız olduğundan şəbəkədən çıxarılmış və yenisi ilə əvəz edilmişdir. İşdə olan «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 28 fevral 2024-cü il tarixli ******* saylı aktın surətinə əsasən istehlakçılar tərəfindən qazdan istifadə qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə aparılmış yoxlama nəticəsində istehlakçı İddiaçı yaşadığı Qəbələ rayonu, Tüntül kəndində yerləşən ünvanda sayğacın (abonent kodu: **********01200; Sayğacın zavod nömrəsi: ********) hesablama mexanizminin qoruyucu qapağının alt hissəsi deşici alətlə deşilməsi aşkar edilmiş, abonentə öz hesabına yeni sayğac quraşdırılması qərara alınmış və qaz işlədici qurğulara uyğun dəymiş maddi ziyan hesablanmışdır. İşdə olan Cavabdeh İB-nin Zaqatala Regional Qİİ tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməyə» əsasən abonent İddiaçı (abonent kodu: **********01200; Sayğacın zavod nömrəsi: 10045145; ünvan: Qəbələ rayonu, Tüntül kəndi) istifadəsində olan qaz işlədicilərinin orta günlük iş rejimində 90 gün müddət ərzində qaz sərfiyyatı ölçülərək 6480 kub/m hesablanmışdır. AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhəddində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AR Standartlaşdırma, Metrologiya və Patent üzrə DK (bundan sonra-SMPDK) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablaşma mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu blombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilıərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 9.4-cü bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda, qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən bu Qaydaların tələblərinin yerinə yetirilməsinə dövlət nəzarətini öz səlahiyyətləri daxilində qazdan səmərəli istifadə və qaz qurğularının etibarlı istismarı sahəsi üzrə AR Sənaye və Energetika Nazirliyi .... həyata keçirir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən İddiaçı yaşadığı Qəbələ rayonu, Tüntül kəndində yerləşən ünvanda qazpaylayıcı şəbəyə qanunsuz qoşulma halları aşkar edilməsi, həmin ünvanda qazın talanması və ya qazdan istifadə qaydalarının pozulması faktları üzrə səlahiyyətli şəxs tərəfindən qanunla müəyyən edilmiş qaydada araşdırma aparılaraq təqsirli şəxsin (abonentlərin) inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi müəyyən edilməmişdir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh İB Zaqatala Regional Qİİ üzrə tərtib edilmiş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 28 fevral 2024-cü il tarixli ******* saylı akt özü-özlüyündə etibarsız olduğundan abonent İddiaçı ilə həmin akt əsasında yenidən hesablaşma aparıla bilməzdi. Digər tərəfdən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə Qaydaların 5.2-ci bəndinə əsasən hesabat sayğac göstəricisinin sonuncu dəfə çıxarıldığı gündən pozuntunun aşkar edildiyi günədək olan müddət üçün, lakin ən çoxu 1 aylıq müddət ərzində istifadə edilmiş təbii qaza görə aparılmalı olduğu halda “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 fevral 2024-cü il tarixli ******* saylı Akt əsasında hesabatın 90 günlük müddət üçün aparılması qanunsuz olmuşdur. Ona görə də, Cavabdeh İB Zaqatala Regional Qİİ üzrə tərtib edilmiş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 28 fevral 2024-cü il tarixli ******* saylı Akt (abonent kodu: **********01200) etibarsız hesab edilməli və həmin sənədə əsasən İddiaçı abonent hesabına əlavə edilmiş debitor borc silinməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin olunsun. Cavabdeh İB Zaqatala Regional Qİİ üzrə tərtib edilmiş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 28 fevral 2024-cü il tarixli ******* nömrəli Akt etibarsız hesab ləğv edilsin və həmin akta əsasən İddiaçı abonent (kod: **********01200) hesabına əlavə edilmiş 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat debitor borc silinsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-964/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-964/2024
14.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver